Qaraxanlı (Tovuz)
Qaraxanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. 6 may 1997–ci ildə rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qaraxanlı | |
---|---|
41°02′ şm. e. 45°38′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 370 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
Qaraxalı kəndinin yaranması və adlandırılması ilə bağlı müxtəlif versiyalar möcuddur. Belə ki, tarixin dərinliklərində Qaraxanlı toponiminə çox rast gəlinir. Bu toponimlərə hazırkı Ağcabədi rayonunda, Kəlbəcərdə, Təbriz yaxınlığında rast gəlmək olar. Tarixdə isə bu toponimə 840-1212-ci ildə paytaxtı Kaşğar şəhəri olan Qaraxanilər imperatorluğu kimi tanınan türk-müsəlman dövləti aid edilir. Bu ad özlüyündə türk dilində səslənir ki, bu da həmin toponimə aid olan insanların türk soylu olması ilə izah edilir. Bildiyimiz kimi, Azərbaycanın tarixi və hazırki ərazisində yaşayan müxtəlif etnik qruplar əsasən türk soyludurlar və qaraxanlılar da belə türkdilli tayfalardan biri olan ayrım tayfasının bir qolu kimi nəzərdən keçirilə bilər. Tovuz rayonunun Qaraxanlı kəndi Tovuzun Əmirli elinə aid edilən bir neçə kənddən biridir və həmin kəndlər kimi (Əmirli eli – Bozalqanlı, Əlimərdanlı, Səmədbəyli, Mansırlı, Qaraxanlı, Xatınlı, Qədirli, Cilovdarlı, Mülkülü) ötən əsrin əvvəllərində Kürqırağı boyunca sıralanmaqla çox sıx sosial-mədəni birlikdə yaşayırdılar. Bu isə Əmirlilər arasında ümumi dialektin, vahid şivənin (ləhcənin), eləcə də, məişətin, digər mənəvi dəyərlərin ümumiliyinə gətirib çıxarmışdır. Heç təsadüfi deyil ki, məhz bunun nəticəsidir ki, adları çəkilən bu kəndlərin əhalisı arasında indi də bir doğmalıq hiss olunmaqdadır.
Əmirlilər öz milliliyi, türklüyü, mübarizliyi ilə nəinki Tovuzda, bütöv Azərbaycanda tanınırlar. Burada saza-sözə, sənətə və sənətkarlığa xüsusi hörmət vardır. Hətta insanları bir-birindən ayırmaq üçün onlara xüsusi ayamaların qoyulması və bu yolla pisi və yaxşını bir-birindən ayırmaq kimi qeyri-adi adətləri vardır.
Müasir Qaraxanli kəndi hazırki məskunlaşma yerinə XX əsrin 30-cu illərində köçürülmüşdür ki, bunun da Tovuz stansiyasına (yəni mərkəzə) daha yaxın olması ilə izah edilir.
Mədəniyyəti
Qonşu kəndlərlə sıx mədəni birlik formasına əsaslanan böyük və tarixə söykənən mədəni irsi vardır. Qaraxanlılar da, qonşu kəndlərin əhalisi kimi, saza-sözə bağlı, şair təbiətli, vətənpərvər insanlardır. Kənddə kifayət qədər ədəbiyyata bağlı, yaradıcılığa həvəs göstərən insanlar yaşayıb yaratmışlar. Ümumiyyətlə respublikamız üçün bu kəndlərin birliyi (yaxın keçmişdə Xatınlı sovetliyi) əhali sayına nisbətdə çox sayda ziyalı,maarifçi,aşıq,şair,bir sözlə görkəmli insan bəxş etmişdir.
Coğrafiyası və iqlimi
Qaraxanlı kəndı Tovuz şəhərindən şimal-şərqə 7 km məsafə uzaqlıqda olmaqla öz tarixi qonşuları Xatınlı, Qədirli, Cilovdarlı, Əlimərdanlı kəndləri ilə eyni paraleldə yerləşməkdədir. Ərazi əsasən düzənlikdir. Suvarılma kanalı hesabına məhsuldar torpaqları vardır.
Əhalisi
Qaraxanlı kəndinin əhalisi əsasən bir-birinə qohum olan bir neçə köklü nəsillərdən ibarətdir. Əhalisinin sayı 3252 nəfərdir.
Hələ Sovetlər dönəmində bu kənddə və ümumiyyətlə Əmirli elində təhsilə yüksək diqqət yetirilmişdir. Məhz bunun nəticəsidir ki, respublika və eləcə də dünya əhəmiyyətli bir çox məşhur və tanınmış insanlar, alimlər, şairlər bu elin övladları və yetirmələridir.
Qaraxanlılar respublikamızın ictimai-siyasi həyatında hər zaman aktiv iştirak etmiş və dövlətçiliyə sadiq olmuşlar.
Toponimikası
Tovuz rayonunun Xatınlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Etno-toponimdir. Qaraxanlılar orta türk dövründə Qərbi Türküstanda yaranmış ən qüvvətli tayfa birliyi olmuşdur. Əsasən karluq və uyğurlardan ibarət idi. Bu tayfalar birləşərək 940-cı ildə Kaşqarın mərkəzində Qaraxanlılar dövlətini yaratmış, ilk hökmdan Əbdülkərim Satuk Buğra Qaraxan (940-955) olmuşdur. Tovuzda məskunlaşmış* qaraxanlılar yerli oğuzlara nə qədər qaynayıb-qarışsalar da, yenə də öz ilkinliklərini qoruyub saxlamışlar.
İqtisadiyyatı
Yaxın keçmişə Qaraxanlı kəndində böyük üzümçülük sahələri geniş yayılmışdır. Bu sahələrin biganəlik və uzağı görə bilməmək üzündən qırılmasına baxmayaraq hazırda yeni üzüm sahələri salınmaqdadır.
Kəndin əkin sahələri 2 hissəyə bölünür – kənddən cənuba Tovuz şəhərinə yaxın sahələr (təzə məhlələr) və kənddən şimala, Kür çayına yaxın hissələr.
Qaraxanlı kəndinin yuxarı hissəsindən Kür çayı axır ki, bu da o hissədə olan torpaqları olduqca məhsuldar edir. Bu ərazidə kənd təsərrüffatı məhsullarında kartof, soğan, qarpız, yemiş və s. bostan bitkiləri, eləcə də kürqırağı Tuğay meşələrində müxtəlif ağac növləri və cır meyvə kolları bitir. Bu ərazilərdə heyvandarlıq, balıqçılıq inkşaf etmişdir.
Şəxsiyyətləri
- Müseyib Müseyibov (Ağababa oğlu) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi.
İstinadlar
- Azərbaycan Respublikasının Milli Məclisi (6 may 1997-ci il). "Azərbaycan Respublikasının Biləsuvar, Zərdab, İsmayıllı, Yardımlı, Goranboy, Tovuz və Cəlilabad rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının № 293-IQ saylı Qanunu" (azərb.). e-qanun.az. 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-19.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007