Mahir Məhərrəmov
Məhərrəmov Mahir Musa oğlu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent.
Mahir Məhərrəmov | |
---|---|
Məhərrəmov Mahir Musa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Keçili, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutu |
Təhsili | Naxçıvan Dövlət Universiteti |
Elmi rəhbəri | Xalid Əliyev |
Həyatı
8 yanvar 1976-cı ildə Şahbuz rayonunun Keçili kəndində müəllim ailəsində anadan olmuşdur. 1993-cü ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə qurtarmışdır. 2001-2003-cü illərdə Naxçıvan Dövlət Universitetində Biologiya istiqamətinin “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə magistr təhsili almışdır. Ailəlidir, bir qızı və bir oğlu var.
Elmi yaradıcılığı
2003-cü ildən AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsində işləyir. Muxtar Respublika faunasında zəngin növmüxtəlifliyi ilə seçilən iynəli zarqanadlıların tədqiqi üzrə mütəxəssisdir. 2004-cü ildən AMEA Zoologiya İnstitutunun dissertantı olaraq “Naxçıvan Muxtar Respublikasının (Hymenoptera, Apoidea) arıkimiləri” mövzusu üzərində işləmiş, 2009-cu ildə dissertasiya işini müdafiə etmişdir. 2010-cu ilin may ayında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ilin iyul ayında isə entomologiya ixtisası üzrə dosent elmi adı almışdır. Hazırda “Naxçıvan Muxtar Respublikasının iynəli pərdəqanadlılarının (Hymenoptera, Aculeata) faunası, ekologiyası və təsərrüfat əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 76 elmi əsərin müəllifidir (5 monoqrafiya, bir dərslik, 70 elmi məqalə). Rezensiyalı dərgilərdə rus və ingilis dillərində 16 əsəri çap olunmuşdur. Respublika səviyyəli dövri mətbuatda maraqlı yazılarla çıxış etmişdir.
Əsas elmi nailiyyətləri
Naxçıvan MR faunası üçün 7 fəsiləyə, 53 cinsə mənsub olan 335 növ arı aşkar edilmiş, bunlardan 146 növ Naxçıvan MR, 77 növ isə Azərbaycan faunası üçün ilk dəfə göstərilmişdir. Arı növlərinin ekoloji-faunistik xüsusiyyətləri, 4 yüksəklik zonası üzrə yayılması, trofik əlaqələri, yuvalama yerləri və uçuş fenologiyası haqqında dəyərli nəticələr əldə etmişdir. Fəal bitki tozlandırıcılarının bölgə florasında Rosaceae, Fabaceae, Apiaceae, Lamiaceae və s. fəsilələrə üstünlük verdikləri müəyyən olunmuşdur. Naxçıvan MR-in arıkimilər faunasının mənşəyi zoocoğrafi faunistik komplekslərin elementlərinə görə ətraflı araşdırılmış və maraqlı elmi nəticələr alınmışdır .
Pedaqoji fəaliyyəti
2010-2012-ci illərdə ixtisası üzrə Naxçıvan Dövlət Universitetində müəllim işləmişdir. Hazırda saathesabı fəaliyyət göstərir.
Kitab və monoqrafiyaları
- Mustafayeva İ.R., Ələkbərov R.Ə., Bayramov A.B., Məhərrəmov M.M. Latın dili (qrammatikanın və terminologiyanın əsasları). Bakı: İndigo mətbəəsi, 2011, 128 s.
- Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov İ.B. və başqaları. Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan: Əcəmi, NPB, 2014, 320 s.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının arıkimilər (Hymenoptera, Apoidea) faunası. Naxşıvan: Əcəmi NPB, 2015, 264 s.
- Bayramov A.B., Məhərrəmov M.M., Əliyev A.R. Çay sularında üzvi çirklənmənin bioloji analizinin sadə üsulları. Naxçıvan: Əcəmi NPB, 2015, 87 s.
- Talıbov T.H., Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov T.M., Məmmədov R.A.Araz su anbarının hidrofaunası. Naxçıvan: Əcəmi NPB, 2017, 352 s.
- Talıbov T.H. Bayramov A.B. Məmmədov A.F. Məhərrəmov M.M., Məmmədov T.M. Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar. Naxçıvan: Əcəmi NPB, 2018, 180 s.
Elmi məqalələri
- Məhərrəmov M.M. Naxçıvan MR-in arıkimilərinin (Hymenoptera, Apoidea) öyrənilməsinə dair / Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi. Bakı: Elm, 2004, s.241-244.
- Məhərrəmov M.M. Arazboyu maili düzənliyin arıkimilərinin (Hymenoptera, Apoidea) öyrənilməsi / Azərbaycanda elmin inkişafı və regional problemlər. Bakı: Nurlan, 2005, s.442-446.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının Colletidae fəsiləsinin (Insecta, Hymenoptera, Apoidea) arıkimiləri // AMEA Zoologiya İnstitutunun əsərləri, XXVIII cild. Bakı: Elm, 2006, s.524-532.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Chalicodoma və Megachile cinslərinin arıkimiləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, №5, s.82-86.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının Andrenidae (Insecta, Hymenoptera, Apoidea) fəsiləsinin arıkimiləri // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 2006, №5-6, 186-197.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Bombus Latreille, 1802 cinsinə mənsub arıkimilərin öyrənilməsinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2007, №2, s.176-183.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının Melittidae (Hymenoptera, Apoidea) fəsiləsi arıkimilərinin öyrənilməsinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2007, №4, 178-181.
- Алиев Х.А., Гусейнзаде Г.Ф., Магеррамов М.М. К познанию фауны пчелиных семейства Halictidae (Hymenoptera, Apoidea) Нахчыванской Автономной Республики, Азербайджан // Кавказский энтомологический бюллетень, 2007, т. 3, вып. 2., с.251-256.
- Алиев Х.А., Магеррамов М.М. К изучению пчелиных рода Anthophora (Hymenoptera, Apoidea, Anthophoridae) Нахчыванской Автономной Республики // Горные экосистемы и их компоненты. Матер. междун. конфер. Москва: Товарищество научных изданий КМК, 2007, ч. 1, с.38-41.
- Əliyev X.Ə., Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Tetralonia və Amegilla cinslərinin (Hymenoptera, Apoidea, Anthophoridae) arıkimiləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2008, №2, s.71-76.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikası arıkimilərinin taksonomik spektri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2008, №4, s.167-174.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Biastes, Ceratina və Xylocopa cinslərinin (Insecta, Hymenoptera, Anthophoridae) arıkimiləri // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, I cild. Bakı: Elm, 2008, s.287-291.
- Əliyev X.Ə., Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Ammobatoides, Habropoda, Paramegilla, Heliophila, Melecta və Thyreus cinslərinin (Insecta, Hymenoptera, Anthophoridae) arıkimiləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2009, №2, s.228-233.
- Магеррамов М.М. Новые данные по фауне пчел рода Andrena Fabricius, 1775 (Hymenoptera, Andrenidae) Нахчыванской Автономной Республики // Кавказский энтомологический бюллетень, 2009, т. 5, вып. 1, с.121-126.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar respublikası arıkimilərinin landşaftlar üzrə yayılması // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2009, №4, s. 184-187.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının Megachilidae (Insecta, Hymenoptera, Apoidea) fəsiləsinin arıkimiləri // AMEA-nın Xəbərləri. Biologiya elmləri seriyası, 2010, №1-2, s.87-93.
- Əliyev X.Ə., Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Anthidinii tribasının arıkimiləri. (Hymenoptera, Apoidea, Megachilidae) // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2010, №2, s.185-189.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Lithurgus, Chelostoma və Heriades cinslərinin (Hymenoptera, Apoidea, Megachilidae) arıkimiləri // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, II cild. Bakı: Elm, 2010, s.469-472.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasi arikimilərinin zoocoğrafiyasi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2010, №4, s.202-207.
- Алиев Х.А., Магеррамов М.М. К изучению пчелиных рода Osmia Panzer, 1806 (Hymenoptera, Apoidea, Megachilidae) Нахчыванской Автономной Республики Азербайджана / XII Международная конференция: Биологическое разнообразия Кавказа (г. Махачкала 4-7 ноября 2010 г.). Махачкала, 2010, с.276-278.
- Əliyev X.A., Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasında yayılmış Nomada Scopoli, 1770 cinsinə mənsub (Insecta, Hymenoptera, Apoidea, Apidae) arıların öyrənilməsinə dair faunistik araşdırma / Araz hövzəsi I beynəlxalq parazitar xəstəliklər simpoziumu, 19-21 mart, Naxçıvan, Azərbaycan. Kars: Kafkas Üniversitesi basımevi, 2011, s.121-126.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikası arıkimilərinin ekoloji xarakteristikası // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2011, cild 7, № 2, s.203-207.
- Məhərrəmov M.M. Arikimilərin təsərrüfat əhəmiyyəti və qorunması // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2011, cild 7, № 4, s.194-197.
- Байрамов А.Б., Магеррамов М.М., Мамедов А.Ф., Гасымов А.Г. Некоторые особенности Tubifex tubifex Müller (1774) в условиях Нахчыванского водохранилища / Materily VII mezinarodni vedecko-prakticka konference: Effektivni nastroje modernich ved-2011. Dil 16. Lekarstvi. Biologicke vedy. Praha: Publishing House (Education and Science), 2011, с.21-25.
- Məhərrəmov M.M. Kəngərli və Babək rayonlarında yayılmış hörümçəklərin (Arachnida, Aranea) fauna biomüxtəlifliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2012, cild 8, № 2, s.186-191.
- Məhərrəmov M.M., Əliyev X.А. Naxçıvan Muxtar Respublikası faunasında yayılmış Halictus Latreille, 1804 (Hymenoptera, Apoidea, Halictidae) cinsinə mənsub arıların öyrənilməsinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2012, cild 8, № 4, s.229-235.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikası arıkimilərinin ekoloji xarakteristikası mövzusunun tədrisi metodikası // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2012, cild 8, № 3, s. 106-110.
- Магеррамов М.М., Байрамов А.Б., Мамедов А.Ф., Гасымов А.Г. К изучению пчелиных рода Bombus latreille, 1802 (Hymenoptera, Apoidea, Apidae) фауны Нахчыванской Автономной Республики Азербайджана / Материали за 8-а международна научна практична конференция, Бъдещите изследвания-2012. Том 30. Селско стопанство. Ветеринарна наука. София: Бял ГРАД-БГ ООД, 2012, с.82-87.
- Aliyev A, Ahmadi R, Bayramov A, Seidgar M, Maharramov M. The assessment of organic contamination of the Aras reservoir based on hydrobiological indicators // International Journal of Aquatic Science, 2013, v.4, No 1, p.62-73.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yayılmış hörümçəklərin (Arachnida, Aranea) fauna biomüxtəlifliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2013, cild 9, № 4, s.219-225.
- Məhərrəmov M.M., Əliyev X.А. Naxçıvan Muxtar Respublikasının Colletidae (Hymenoptera, Apoidea) fəsiləsinin arıkimilərinin taksonomiyası və ekologiyası // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2014, cild 10, № 3, s.197-205.
- Магеррамов М.М., Байрамов А.Б. Фауна пчелиных трибы Eucerini (Hymenoptera, Apoidea, Apidae) Нахичеванской Автономной Республики Азербайджана // Вестник Алтайского государственного аграрного университета, 2014, № 4 (114), с.59-53.
- Магеррамов М.М., Алиев Х.А., Байрамов А.Б. Фауна и экология пчелиных семейства Megachilidae (Hymenoptera: Apoidea) Нахчыванской Автономной Республики Азербайджана // Кавказский энтомологический бюллетень, 2014, т. 10, вып. 1, с.143-150.
- Bayramov A., Məhərrəmov M., Məmmədov T. və b. Naxçıvan Muxtar respublikasında aparılmış hidrobioloji və ixtioloji tədqiqat işlərinin nəticələri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2014, cild 10, № 4 s.189-197.
- Bayramov A.B., Məhərrəmov M.M. Makrozoobentosun Naxçıvan Muxtar Respublikasının yüksəklik qurşaqları üzrə paylanması qanunauyğunluqları /Beynəlxalq elmi-praktik konfransın materialları, Naxçıvan, 15-16 may 2015, Qeyrət, 2015, s. 96-100.
- Məhərrəmov M.M., Qasımov A.Q. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yayılmış hörümçəklərin (Arachnida, Aranea) fauna biomüxtəlifliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2015, cild 11, № 2, s.230-238
- Xasayeva Ş.İ., Hüseynov E.F., Məhərrəmov M.M. Azərbaycanın qərb hissəsinin hörümçəklərinin (Arachnıda, Araneae) öyrənilməsinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2015, cild 11, № 4, s.217-224/
- Байрамов А.Б., Магеррамов М.М. Личинки табанид (Insecta, Diptera, Tabanidae) Нахчыванской Автономной Республики Азербайджана / Materialy XI miedzynarodovey naukovi practyczney konferencji, 07-15 fevral 2015, Przemysl, Polşa: Nauka i studia, 2015, c. 26-30.
- Aliyev Kh.A., Maharramov M.M. Contribution on the study of Eucera Scopoli (Hymenoptera: Apidae) from Nakhchivan Autonomous Republic (Azerbaijan) // Stuttgarter Beiträge zur Naturkunde A, 2015, neue serie 8, p.247-250.
- Магеррамов М.М., Алиев Х.А., Байрамов А.Б. Tаксономический спектр пчелиных (Hymenoptera: Apoıdea) Нахчыванской Автономной Республики Азербайджана // Вестник Алтайского государственного аграрного университета, 2015, № 12 (134), с.77-85.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının qarışqalarının (Hymenoptera, Formicidae) öyrənilməsinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2016, cild 12, № 2, s.218-226.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının parlaq arılarının (Hymenoptera, Chrysidoidea, Chrysididae) öyrənilməsinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2016, cild 12, № 4, s.230-234.
- Məhərrəmov M.M., Bayramov A.B. Şərur və Sədərək rayonlarında yayılmış hörümçəklərin (Arachnıda, Aranea) fauna biomüxtəlifliyinin tədqiqi / Müasir kimya və biologiyanın aktual problemləri (Beynəlxalq elmi-konfrans, 12-13 may), Gəncə, 2016, s.22-27.
- Talıbov T.H., Məhərrəmov S.H., Bayramov A.B., Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi / Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Naxçıvan: Əcəmi NPB, 2016, 350 s.
- Məhərrəmov M.M., Bayramov A.B. Arıkimilərin entomofil bitkilərin tozlanmasında rolu / Müasir təbiət elmlərinin aktual problemləri. Beynəlxalq elmi konfrans (04-05 may), II hissə, Gəncə, 2017, s. 52-55.
- Məhərrəmov M.M., Bayramov A.B. Naxçıvan Muxtar Respublikasında bal arılarının düşmənləri və onlara qarşı mübarizə tədbirləri / III Naxçıvan Beynəlxalq arıçılıq konfransının materialları (26-27 may), Naxçıvan: Qeyrət, 2017, s.17-22
- Xasayeva Ş., Məhərrəmov M. Gədəbəy rayonu ərazisində hörümçəklərin (Arachnıda, Araneae) öyrənilməsinə dair // NDU-nun elmi əsərləri, təbiət və tibb elmləri seriyası, 2017, № 84, s.114-119.
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının mutillidlərinin (Hymenoptera, Vespoıdea, Mutillidae) öyrənilməsinə dair // Azərbaycan MEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2017, cild 13, №2, s.222-226.
- Yulia V. Astafurova, Maxim Proshchalykin, Mahir M. Maharramov,: Contribution to the knowledge of the Seladonia Robertson and Vestitohalictus Blüthgen (Hymenoptera: Halictidae: Halictus Latreılle) of European part of Russia // Linzer biologische Beiträge, 2017, v.49, No1 p.377-386.
- Məhərrəmov M.M., Bayramov A.B. Naxçıvan MR-də bal arılarına zərər verən mum güvəsinin bioekoloji xüsusi yyətləri və ona qarşı mübarizə tədbirləri. Buklet, 2017, 6 s.
- Алиев Х.А., Прощалыкин М.Ю., Магеррамов М.М., Гусейнзаде Г.А. К познанию пчел рода Andrena Fabricius (Hymenoptera, Apoidea: Andrenidae) Азербайджана // Кавказский энтомологический бюллетень, 2017, т. 13, вып. 1 стр. 99-109.
- Məhərrəmov M.M., Əliyev X.Ə. Naxçıvan Muxtar Respublikasının pompilidlərinin (Hymenoptera, Vespoıdea, Pompılıdae ) öyrənilməsinə dair // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2017, cild 13, №4, s.223-228.
İstinadlar
- Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının (Hymenoptera, Apoidea) arıkimiləri: Biol. elm. nam. ... dis. avtoref., Bakı, 2009, 21 s.
Mənbə
- Azərbaycan Milli Elmlər Akademiyası
- AMEA Naxçıvan Bölməsi
- Mahir Məhərrəmov
- Researchgate