Wikipedia
Mıxtökən silsiləsi
Mıxtökən silsiləsi — Azərbaycanda, Kiçik Qafqazda dağ silsiləsi. Qarabağ yaylası ilə Qarabağ silsiləsi arasında, Tərtər və Həkəri çayları hövzələrinin suayrıcılarında yerləşir. Maksimum hündürlüyü 3,616 metrdir (Dəlidağ). Təbaşir və Paleogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Kollu və seyrək meşələri (palıd, fıstıq, vələs), subalp və alp çəmənlikləri yayılmışdır. Yay otlaqları var.
Mıxtökən silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Kiçik Qafqaz |
Yerləşməsi | |
Ölkə |
İstinadlar
- "Mıxtökən silsiləsi". Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. VII ҹилд: Мисир – Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. сәһ. 15. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char)