Mett Deymon
Mett Deymon(ing. Matthew Paige «Matt» Damon; 8 oktyabr 1970 Kembric, Massaçusets ştatı, ABŞ) — ABŞ aktyoru, prodüseri, ssenaristi.Forbes jurnalına əsasən dünyanın ən çox gəlir gətirən aktyorlarından biri hesab olunur.
Mett Deymon | |
---|---|
ing. Matthew Paige «Matt» Damon | |
Doğum adı | Matthew Paige Damon |
Doğum tarixi | |
Doğum yeri | Kembric, Massaçusets, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı | Luciana Bozan Barosso (2005-ci ildən) |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1988-indiyənə kimi |
Təhsili | |
Boyu | 1,78 m |
IMDb | ID 0000354 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
Erkən həyatı
Mett Deymon 8 oktyabr 1970-ci ildə məşhur Harvard universitetinin də yerləşdiyi ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində anadan olub.İlk 2 yaşını Bostonun varlı rayonu sayılan Nyutonda keçirir.Atası Kent Deymon vergi müfəttişi,anası isə Lesley universitetində professor idi.O yarışotland,yarıingilis,babası isə fin əsillidir.Onun həmçinin sonralar heykəltaraşlıqla məşğul olan Kayıl adında böyük qardaşı var.
1973-cü ildə hələ Mett-in 3 yaşı tamam olmamış onun valideynləri boşanır və buna görə də o qardaşı Kayıl ilə birlikdə Kembricdə anasının himayəsi altına keçir.Gələcək aktyor 5 nəfər ailənin birlikdə yaşadığı evdə böyüməli olur.Onun qonşularından biri də “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabının müəllifi amerikalı tarixçi,yazıçı Hovard Zinn olmuşdur.
1978-ci ildə onun artıq 8 yaşı olanda uzaq qohumu olan və öz yaşadığı evdən 2 məhəllə uzaqda yaşıyan digər gələcək aktyor Ben Affleklə tanış olur.1986-cı ildə Mett ancaq aktyor olacağı barədə qəti qərar qəbul edir və şansını yoxlamaq üçün Nyu York şəhərində kasting üzrə agentliklərdən birində iştirak etmək barədə planını valideynlərinə bildirir.Ancaq valideynləri bu qərarı heç də yaxşı qarşılamır.Ancaq sonda onu bütün yol xərclərini özü ödəyəcəyi təqdirdə getməsinə razı olurlar.Sonda Nyu-York şəhərində gələcək aktyora reklam çarxlarından birində çəkilmək nəsib olur.
Karyerası
Mett 1988-ci ildə ABŞ-ın və dünyanın ən məşhur və ən qədim universiteti olan Harvard universitetinə daxil olur və orda Burn This,My name is Alice adlı və bir neçə başqa tamaşalarda iştirak edir.1992-ci ildə Mett kino sənayesinin ona böyük uğur gətirəcəyinə inanaraq,Los-Anceles şəhərində Geronimo: An American Legend adlı filmdə çəkilmək üçün universitetin bakalavr dərəcəsini yarımçıq qoyur.1990-cı ilin əvvələrində Deymon və Afflek özlərinə böyük şöhrət gətirəcək və oskar qazandıracaq cavan dahi riyaziyyatçı alimin həyatından bəhs edən Ağıllı Uill Hantinq filminin ssenarisini yazmağa başladılar.Film Mett və Afflekin hər birinə 6000000 $ gəlir gətirməklə yanaşı,həmçinin ən yaxşı ssenari üzrə Qızıl Qlobus mükafatına layiq görüldü.Filmin dünya üzrə gəliri isə 225 milyon dollar təşkil etdi.Bundan sonra 1998-ci ildə Deymonla Ağıllı Uill Hanting filminin çəkilişləri zamanı tanış olan məşhur rejissor Steven Spielberg onu ikinci dünya müharibəsinə həsr edilmiş Sıravi Rayanı xilas etməli adlı filmində müharibədə bütün qardaşlarını itirmiş əsgər obrazını canlandırmağa dəvət etmişdir.Bundan sonra aktyor 1999-cu ildə triller,drama filmi olan İstedadlı cənab Ripli filmində Tom Ripli və həmkarı Ben Affleklə fentezi komediya janrında olan "Dogma" filmində Loki rollarını ifa edir. 2001-ci ildən 2007-ci ilə qədər ona dünya şöhrəti gətirən əsas rollardan biri də Stiven Soderberqin "Ouşenin 11 dostu","Ouşenin 12 dostu" və "Ouşenin 13 dostu" adlı filmlərdə Linus Kaldvel adında canlandırdığı oğru obrazı olur.Bununla kifayətlənməyən Mett ona həmçinin daha çox şöhrət gətirən Robert Ladlemin romanı əsasında çəkilmiş amneziyalı,dövlətin sifarişi ilə siyasi qətllər törədən keçmiş Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşını canlandıran "Bournun İdentifikasiyası", "Bournun Mükəmməlliyi" və "Bournun Ultimatumu" adlı filmlərində də çəkilməyə macal tapır.
2006-cı ildə Mett məşhur və dünyaşöhrətli aktyor Robert de Niro və kinoaktrisa Ancelina Coli ilə birlikdə "Saxta tamah" adlı filmdə Mərkəzi Kəşfiyyat idarəsinin əməkdaşını və hadisələrin öz doğma Boston şəhərində baş verməsini əks etdirən rejissor Martin Skorseze-in çəkdiyi və digər bir neçə Leonardo Dikaprio, Cek Nikolson,Mark Uolberq,Alek Bolduin kimi kinoulduzlarla bərabər Dönüklər filmində polis akademiyasının içinə sızmış gizli mafiya qruplaşmasının üzvü kimi rollardan da çəkilməkdən çəkinmir.Film ən yaxşı filmə,ən yaxşı rejissor işinə,ən yaxşı ssenariyə və ən yaxşı montaja görə 4 "Oskar mükafatına" layiq görülür.
2009-cu ildən bu yana Mett Ulduzlararası(2014-cü il) və Marslı(2015-ci il) adlı fantastik və macəra janrlı filmləri də nəzərə almaqla daha 16 filmdə çəkilib.O özünü aktyorluqla yanaşı ssenarist və prodüsser kimi də sahələrdə də sınayıb.
Şəxsi həyatı
Mett 2003-cü ildə əslən Argentinalı olan və Mayami şəhərində barmen kimi çalışan Luciana Bozan Barosso ilə tanış olur.2005-ci ilin Sentyabr ayında onlar nişanlandılar.Toy həmən ilin Dekabr ayının 9-da baş tutur.Cütlüyün İzabella,Cia və Stella adında 3 qız övladları var.
Filmoqrafiya
- Ağıllı Uill Hantinq(1997-ci il)
- Sıravi Rayanı xilas etməli(1998-ci il)
- Hiyləbazlar(1998-ci il)
- Doqma(1999-cu il)
- İstedadlı cənab Ripli(1999-cu il)
- Titan:Yer kürəsinin məhvindən sonra(2000-ci il)
- Baqer Vansın Əfsanəsi(2000-ci il)
- Forresteri tapmaq(2000-ci il)
- Bütün gözəl atlar(2000-ci il)
- Cey və dinməz Bob cavab zərbəsini vurur(2001-ci il)
- Ouşenin 11 dostu(2001-ci il)
- Cerri(2002-ci il)
- Bournun İdentifikasiyası(2002-ci il)
- Səndə ilişdim(2003-cü il)
- Avrotur(2004-cü il)
- Bournun Mükəmməlliyi(2004-cü il)
- Ouşenin 12 dostu(2004-cü il)
- Qrim qardaşları(2005-ci il)
- Siriana(2005-ci il)
- Dönüklər(2006-cı il)
- Saxta tamah(2006-cı il)
- Bournun Ultimatumu(2007-ci il)
- Ouşenin 13 dostu(2007-ci il)
- Əyilməz(2009-cu il)
- Xəbərçi(2009-cu il)
- Yaşıl zona(2010-cu il)
- Ötəki dünya(2010-cu il)
- İnside job(2010-cu il)
- Iz axtarışında(2010-cu il)
- Həqiqəti dəyişənlər(2011-ci il)
- Yoluxma(2011-ci il)
- Biz zoopark aldıq(2011-ci il)
- Vəd verilmiş torpaqlar(2012-ci il)
- Qəndillər arxasında(2013-cü il)
- Elysium(2013-cü il)
- Qızıl axtaranlar(2014-cü il)
- İnterstellar(2014-cü il)
- Marslı(2015-ci il)
- Ceyson Bourn(2016-cı il)
- Çin səddi(2017-ci il)
İstinadlar
Xarici keçidlər
- Mett Deymon (ing.) Internet Movie Database saytında