Hikmət İbrahimov
Hikmət Camal oğlu İbrahimov — AMEA Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika elmləri doktoru.
Hikmət İbrahimov | |
---|---|
Hikmət Camal oğlu İbrahimov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | |
Ümumi məlumatlar
Hikmət Camal oğlu İbrahimov 19 sentyabr 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. 1958-ci ildə C. Məmmədquluzadə adına 2 saylı Naxçıvan şəhər orta məktəbinə daxil olub, oranı 1968-cı ildə gümüş medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, oranı 1973-cü ildə bitirdikdən sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat «Olefinlər» İnstitutunda laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildə polimerlər kimyası üzrə elmlər namizədi, 2010-cu ildə isə «Neft kimyası» ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildə «Olefinlər» İnstitutunda laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur.
2000-ci ildən Neft-Kimya Prosesləri İnstitutunda elmi fəaliyyətini davam etdirərək, əvvəl aparıcı elmi işçi, 2011-ci ildə isə "Katalitik krekinq və piroliz" laboratoriyasının müdiri vəzifəsinə seçilmişdir.
Hal-hazırda institutda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.
Ailəsi
Ailəlidir, iki övladı var.
Əsas elmi nailiyyətləri
Həmin ildən o, Azərbaycan Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitunun “Elastomerlər” laboratoriyasında etilen-propilen kauçukunun sintezi və modifikasiyası problemləri ilə məşğul olmuşdur.
O, akademik Nadir Seyidovun rəhbərlik etdiyi laboratoriyada etilen-propilen kauçukunun sintezi və onun modifikasiyasına dair görülən işlərlə tanış olduqdan sonra, etilen-propilen kauçukunun xassələrinin yaxşılaşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlamış və modifikator kimi heksen-1-dən istifadə edildikdə effektli nəticələrin alınmasını elmi dəlillərlə sübuta yetirmişdir. Propilenlə birgə maye fazaya 10-15% heksen-1-in əlavə edilməsi nəticəsində etilen-propilen kauçukunun xassələrində əsaslı dəyişikliklərin baş verməsini və vulkanlaşma sürətinin 15-20 dəfə artmasını müəyyənləşdirmişdir. H.C.İbrahimov bu istiqamətdə işlərini başa çatdıraraq 1979-cu ildə “Üç- və dörd- komponentli etilen, propilen, heksen-1 və ditsiklopentadienin birgə polimerləşməsi” mövzusun-da dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır.
1980-ci ildən H.C.İbrahimov dimerləşmə, polimerləşmə və alkilləşmə prosesləri ilə məşğul olmuş, elastomerlərin və polietilenin quruluşlarının və fiziki-kimyəvi xassələrinin tədqiqi istiqamətində geniş axtarışlar aparmışdır.
O, müəyyənləşdirmişdir ki, polimerlərin xassələri onların molekul kütlə paylanmasından çox asılıdır. Məhz etilen-propilen-heksen birgəpolimeri-nin molekul kütlə paylanmasınınbimodal xarakterli olması, onun xassələrinin tələb olunan səviyyədən də yuxarı olmasına gətirib çıxarır. Polietilenin fraksiyalaşdırılması və fiziki xassələrinin tədqiqi istiqamətində araşdırmalar aparmış, “Высокомолекулярные соединения» jurnalında dərc etdirdiyi məqalələrdə molekul kütləsi ilə şüşələşmə temperature arasında olan birbaşa asılılıqların nəzəri hesablamaları aparılmış, bu qiymətlərin alınan təcrübi nəticələrlə uyğunluğu müəyyənləşdirilmişdir.
1992-1998-ci illərdə H.C.İbrahimovun apardığı işlərdən biri də α-metilstirolun dimerləşməsi üçün yeni, effektiv və selektiv heterogen katalizatorların sintezinə həsr olunmuşdur.
Müəyyənləşdirmişdir ki, təbii seolitlərin mineral turşularla modifikasiyası yolu ilə bu system üçün katalizator sintez etmək mümkündür. Təklif olunan katalizatorlarda konversiya 60-70%, maye dimerə görə selektivlik 97-98% təşkil etmişdir. Prosesin fasiləsiz rejimdə işləyən texnoloji sxemi işlənib hazırlanmış, reqlament tərtib olunmuş və yarım-sənaye qurğusunda alınan yağ Ust-Kameneqorsk şəhərində güc kondensatorları üçün maye kimi uğurla sınaqdan çıxarılmışdır.
1998-ci ildən başlayaraq H.C.İbrahimovun elmi tədqiqatları akademik M.Rüstəmovun rəhbərliyi ilə aparılan alüminium və xlortərkibli karbohidrogenlər əsasında yeni katalitik komplekslərin sintezinə, onların iştirakı ilə ağır neft və EP-300 kompleksində yan məhsul kimi alınan pirolizin maye məhsullarının səmərəli emalı texnologiyalarının işlənib hazırlanması istiqamətlərinə yönəldilmişdir. Onun iştirakı ilə sintez edilən katalitik komplekslərin alınmasının elmi əsasları verilmiş, “Azərkimya” İstehsalat Birliyinin müəssisələrində katalitik kompleksin istehsalı təşkil edilmişdir. Yeni çoxfunksiyalı katalitik kompleks yerli xammallar əsasında sintez olunmuş və istehsalatda mövcud olan avadanlıqlara qoyulan minimal maliyə xərcləri hesabına həyata keçirilmişdir. Bu katalitik kompleksin iştirakı ilə “Sintez-kauçuk” zavodunda 2,5t/saat məhsuldarlığa malik olan, fasiləsiz rejimdə işləyən sənaye qurğusu yaradılmış və 10 min tonlarla pirokondensat yeni texnoloji sxemlə emal olunmuş, təmizlənmiş benzol fraksiyasının etilenlə alkilləşdirilməsindən sənayedə 500 tonldan yuxarı etilbenzol alınmışdır. Göstərilmişdir ki, fasiləsiz rejimdə işləyən sənaye qurğusunda emaldan sonra, pirokondensatın tərkibindəki doyma-mışlıq 32%-dən 0,7%-ə enir və bu da imkan verir ki, atmosfer təzyiqində, dünya praktikasında geniş yayılmış hidrogenləşmə prosesindən istifadə olunmadan, aromatik karbohidrogenlər sintez olunsun. Pirokondensatın və onun fraksiyalarının emalı zamanı aromatik karbohidrogenlərlə yanaşı, əlavə məhsul kimi alınan neft-polimer qatranı lak-boya sənayesində örtükəmələgətirici və bituma əlavə kimi istifadə olunmuş, neft-polimer qatranı ilə modifikasiya olunmuş bitum Bakı şəhərinin avtomobil yollarında yol örtüyü kimi sınaqdan çıxarılmışdır. H.C.İbrahimov tərəfindən təklif edilən prosesin üstünlüyü ondadır ki, emaldan sonra benzol fraksiyasını (90%) ayırmaq və alkilləşmə prosesində istifadə etmək olar. “Səthi-aktiv maddələr” zavodunda aparılan sənaye sınaqları katalitik kompleksin yüksək fəallığa malik olduğunu bir daha sübut etmişdir. Bunun üçün benzolla etilenin alkilləşmə qurğusunda original dəyişikliklər aparılmış, katalitik kompleksin az sərfi ilə 34-38% çıxımla etilbenzolun sintezinə nail olunmuşdur. H.C.İbrahimov 2010-cu ildə “Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi” mövzu-sunda müdafiə etmiş və texnika elmləri doktoru elmi dərəcəsini almışdır.
H.C.İbrahimovun son illərdəki elmi fəaliyyəti neft emalı və neft-kimya sahələrində nanotexnologiyanın nailiyyətlərindən istifadə olunmaqla yeni proseslərin işlənib hazırlanmasına yönəldilmişdir.
O, neft məhsulları və xlorkarbohidrogenlər əsasında alınmış katalitik sistemlərin pirolizi yolu ilə nanokarbon liflərinin və borularının alınması istiqamətində tədqiqat işləri aparmış və “in situ” rejimində, katalitik kompleksin alınma anında kimyəvi yolla metal birləşmələrin sistemə daxil edilməsi və sonradan pirolizə yönəldilməsi nəticəsində nanoboru-larında metallar saxlaya bilən yeni katalitik sistemlərin sintezinə nail olmuşdur.
Keçid metal birləşmələrinin iştirakı ilə ağır piroliz qatranı əsasında çoxdivarlı nanokarbon borular sintez edilmiş, onların quruluşları ən müasir fiziki cihazların köməyilə sübuta yetirilmişdir.
Borularında keçid kimi sintetik naften turşularının sintezində, efirləşmə proseslərində effektiv nəticələr vermişdir. H.C.İbrahimov Almaniyanın Münster şəhərində yerləşən “Nanotexnologiyalar” mərkəzinə və Rostok Universitetinə ezam olunmuş və bu istiqamətdə birgə tədqiqatlar aparmaq məqsədilə əməkdaşlıq Protokolu imzalanmışdır. Nanohissəciklərin alınması istiqamətində görülən tədqiqat işlərinə həsr olunmuş məqalələr Almaniyanın və ABŞ-ın reytinqi yüksək olan nüfuzlu jurnallarında dərc olunmuşdur. Hikmət İbrahimov 2011-ci ildən AMEA NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. O, institutda aparılan elmi-tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsində, texniki sənədlərin və müxtəlif təyinatlı Qrantların hazırlanmasında fəal iştirak edir. Onun həmrəhbərliyi ilə “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması” problemi üzrə tərtib olunmuş elmi-texniki proqram AMEA tərəfindən 2012-ci ildən maliyələşdirilir.
Elmi-təşkilatı fəaliyyəti
- NKPİ-nin Elmi Şurasının, İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və onun nəzdində fəaliyyət göstərən Elmi Seminarın sədridir (2011-ci ildən).
- "Neft kimyası və neft emalı prosesləri" (2011-ci ildən),
- “Kimya problemləri” (2010-cu ildən),
- AMEA-nın "Elm dünyası" (2013-cü ildən) elmi-kütləvi jurnallarının redaksiya heyətinin üzvüdür.
Pedaqoji fəaliyyəti
Sabunçu rayonu 107 saylı orta məktəbdə kimya müəllimi (1996-2001-ci illər) Moskva Dövlət Universitetinin Bakı filialında buraxılış ixtisaslaşmış elmi işlərin rəhbəri (2011-2013-cü illər)
Təltif və mükafatlar
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Hikmət İbrahimov Dövlət Neft Şirkəti yanında neft-qaz emalı və neft-kimya kompleksinin optimallaşdırılması üzrə Ekspert Şurasının və Tatarıstan-Azərbaycan birgəkomissiyasının üzvüdür.
Elmi Tədqiqatları
H.C.İbrahimov Almaniyanın Münster şəhərində yerləşən “Nanotexnologiyalar” mərkəzinə və Rostok Universitetinə ezam olunmuş, bu istiqamətdə birgə tədqiqatlar aparmaq məqsədilə əməkdaşlıq protokolları imzalanmışdır. Nanohissəciklərin alınma-sına və tətbiq sahələrinin araşdırılmasına həsr olunmuş birgə məqalələr İngiltərənin, Almaniyanın, ABŞ-ın və digər ölkələrin yüksək reytinqli və nüfuzlu jurnallarında dərc olunmuşdur. 2013 və 2017-ci illərdə H.C.İbrahimovun rəhbərliyi ilə 2 Qrant layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilmişdir.
H.İbrahimov yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə, onların doktorluq dissertasiyalarının müdafiəyə hazırlanmasına xüsusi diqqət ayırır, onun rəhbərliyi ilə iki doktorant kimya üzrə elmləri doktoru, 6 doktorant kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. AMEA magistraturasında təhsil alan tələbələrə H.İbrahimov “Nanotexnologiya” fənnindən mühazirələr oxuyur.
Elmi əsərlərin təsnifati
H.C.İbrahimov xaricdə və ölkə daxilində 335 elmi əsərin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsi və patentin, üç dərsliyin həmmüəllifidir. Onun 90-dan yuxarı elmi məqaləsi Rusiyanın və dünyanın bir sıra aparıcı jurnallarında dərc edilmişdir.
Əsas elmi əsərlərin adları
- Алигулиев Р.М., Алиев Р.М., Мартынова Г.С., Ибрагимов Х.Д., Эфендиева 3.Л., Фараджева С.К. Исследование катализаторов получения бензола гидрогенизационной переработкой аромати-ческих концентратов продуктов пиролиза // Нефтехимия, 1989, т.29, №4, с.475-479.
- Кязимов С.М., Бабаев А.И., Джумшудов Ф.И., Ибрагимов Х.Д., Мусаев М.Я. Влияние пластификаторов и рубрикантов на пере-работку поливинилхлорида экструзионным методом // Азерб. химический журнал, 1999, №2, с.100-103.
- Рустамов М.И., Садыхов Ф.М., Бабаев А.И., Кязимов С.М., Фархадова Г.Т., Гаджиев Т.А., Ибрагимов Х.Д., Азизова Н.К., Юсифзаде Ф.Ю. Рациональная схема переработки пирокон-денсата и фракции С6-С8 сумгаитского комплекса ЭП-300 // Нефтепереработка и нефтехимия, 2004, №12, c.37-39.
- Ибрагимов Х.Д. Получение жидких димеров a-метилстирола // Химические проблемы, 2007, №2, с.411-415.
- Ибрагимов Х.Д. Каталитическая переработка пироконденсата // Процессы нефтехимии и нефтепереработки, 2007, №5 (32),с.20-24.
- Ибрагимов Х.Д. Комплексная переработка тяжелой смолы пиролиза // Азербайджанское нефтяное хозяйство, 2009, №2, с.47-51.
- Ибрагимов Х.Д. Алкилирование бензольной фракции этиленом на растворимом количестве катализатора КТК-1 // Азерб. химический журнал, 2009, №2, с.71-76.
- Ибрагимов Х.Д. Об особенностях переработки тяжелой смолы пиролиза с применением каталитического комплекса КТК-1 // Азербайджанское нефтяное хозяйство, 2009, №10, с.79-82.
- Ибрагимов Х.Д., Ибрагимова З.М., Шибаева А.А., Кольчикова И.В., Рустамов М.И. Гидрированные димеры a-метилстирола как фрикционные жидкости и пластификаторы для каучуков // Журнал прикладной химии, 2009, т.82, №11, с.1907-1912.
- Seidov N.I., Rustamov M.I., Ibrahimov H.D., Zeynalov E.B., Fredrich J.F. Two-step synthesis of nano-structured carbon phase. Materials synthesis. 53 (2011) 4, P.211-213
İstinadlar
- . 2019-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
- [1]