Bəhram Məmmədli
Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946 - 2 dekabr 2019) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.
Bəhram Məmmədli | |
---|---|
Bəhram İdris oğlu Məmmədli | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Pirəhmədli, Füzuli rayonu |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Pedoqoji Universiteti |
Mükafatları | Qızıl Qələm Mükafatı |
Həyatı
Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.
Təhsili və karyerası
1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin müdiri işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Əsərləri
- Urmiya xanlığı, Təbriz, "Nəbati", 2017, Ənvər Çingizoğlu ilə birlikdə;
- Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nin nəşriyyatı, 2013, Ənvər Çingizoğlu ilə birlikdə;
- XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə, Bakı, Zərdabi LTD, 2018,Ənvər Çingizoğlu ilə birlikdə;
- Azərbaycandan bəhs edən orta əsr tarixçiləri, Bakı, Zərdabi LTD, 2019,Ənvər Çingizoğlu ilə birlikdə;
Müəllifi olduğu dərsliklər, vəsaitlər, proqramlar
- Xanlıqlar, sultanlıqlar və Rusiyanın müstəmləkiçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2006, (Magistr hazırlığı üçün proqram)
- "Kitabi Dədə Qorqud" və tarix, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Magistr hazırlığı üçün proqram)
- Muzey işinin əsasları, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Bakalavr pilləsi üçün proqram)
- Urmiya xanlığı, Bakı, "Mütərcim", 2011, (metodik vəsait),Ənvər Çingizoğlu ilə birlikdə;
Tərtib etdiyi kitablar
- Qarabağ 1918-1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibçi), Ənvər Çingizoğlu ilə birlikdə;
Məqalələri, tezisləri
- Azərbaycan kəndlilərinin maddi vəziyyətinin yaxşılaşdırılması (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1977, №2, s. 22-31;
- Azərbaycan kəndlilərinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1980, №4, s. 3-12;
- Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, №4, s. 71-77;
- "Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78-80;
- Qarabağ qalalarının tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.417-419;
- "Azərbaycan Evliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.414-415;
- Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi" əsərində XIX əsr tarixinin bəzi məsələləri,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.475-477;
- Rusiyanın müstəmləkəçilik siyasətində erməni amili (XVIII-XIX əsrlər), Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.477-479;
- Şəmkir şəhərinin tarixinə dair,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2006, №1, s.297-300;
- Şəmkir tarixinin səhifələri, SDU-nun elmi xəbərləri, Humanitar elmlər seriyası, SDU-nun nəşriyyatı, 2005, №1, s.35-37,
- Məşrutə hərəkatı İran tarixşünaslığında, Pedoqoji Universitet Xəbərləri, Bakı, 2014,№1, səh.169-174. Ənvər Çingizoğlu ilə birlikdə;
Həmçinin bax
İstinadlar
- "SDU-nun dosenti Bəhram Məmmədli vəfat etdi" (Azərbaycan). sumqayitxeber.com/. 3 dekabr 2019. 2019-12-05 tarixində .