Belarus qadın milli voleybol komandası
Belarus | ||
Reytinqdə sırası | 36 (2014 yanvar ayı üçün) | |
Konfederasiya | CEV | |
Federasiya | BFV (rus. БФВ) | |
Məşqçi | Viktor Qonçarov | |
İnternet Saytı | Belarus Voleybol Federasiyası | |
Olimpiya oyunları | ||
---|---|---|
İştirakı | - | |
Ən yaxşı nəticəsi | - | |
Dünya çempionatı | ||
İştirakı | - | |
Ən yaxşı nəticəsi | - | |
Avropa çempionatı | ||
İştirakı | 6 dəfə (debütü 1993-cü il) | |
Ən yaxşı nəticəsi | 8-ci yer : 1993, 1995 |
Belarus qadın milli voleybol komandası — Belarusun ən güclü qadın voleybolçularını özündə cəmləyən milli komandadır. Komanda yavaş-yavaş güclü voleybolçular yetişdirərək parlaq gələcək üçün gözəl zəmin yaradır. Amma əsas heyətlərindəki oyunçuların orta yaşlarının 27 olması və.s kimi amillər bu inkişafı bir qədər ləngidir.
Tarixi
Belarus milli voleybol komandasının ən çox vəsiqə qazandığı önəmli beynəlxalq turnir Avropa çempionatıdır. Bu yarışlara altı dəfə qatılan millinin müvafiq çempionatdakı son çıxışı 2013-cü ilə təsadüf edir. Bu turnirdə onlar Rusiya, Xorvatiya və Azərbaycan ilə eyni qrupa düşmüşdü. Qrupda yalnız millimizi məğlub edən komanda qrup üçüncüsü kimi pleyoffa yüksəlməyi bacarmışdı. Növbəti turda Belarusu digər qrupun ikincisi güclü Türkiyə millisi gözləyirdi. Həmin oyunda setlərdə 25-16, 25-13, 25-17, oyunda da 3-0 hesabı ilə uduzan komanda Avropa çempionatı ilə erkən vidalaşmışdı. Ancaq bununla belə millinin həmin turnirdəki çıxışı (çox da güclü olmayan heyəti ilə) təqdirə layiq idi.
Heyəti
2013-cü il Avropa çempionatı üçün rəsmi heyət
Nömrə | Oyunçunun adı | Mövqeyi | Çıxış etdiyi klub |
1 | Marina Tumas | Diaqonal | İller Bankası |
2 | Volha Palçeuskaya | Toppaylayıcı | Lokomotiv Bakı |
4 | Hanna Kalinouskaya | Blokçu | VfB 91 Suhl |
5 | Vera Klimoviç | Blokçu | Lokomotiv Bakı |
6 | Anastasiya Harelik | Hücumçu | Minçanka Minsk |
7 | Anna Şevçenko | Blokçu | Minçanka Minsk |
9 | Natallia Tsupranava | Toppaylayıcı | Neman Qrodno |
10 | Volha Pauliukouskaya | Libero | Slaska Qlivise |
12 | Nadzeya Malasai | Blokçu | Atlant Baranoviçi |
13 | Viktoryia Yemialyançuk | Diaqonal | Zhetysu Almatı |
14 | Alena Burak | Libero | Minçanka Minsk |
15 | Tatsiana Markevitç | Hücumçu | Kann |
16 | Anzhelika Baryseviç | Blokçu | Neman Qrodno |
17 | Kristina Mixailenko | Diaqonal | LTSL Legionowo |
Əsas turnirlərdə qazandığı nəticələr
Avropa Çempionatı
İl | Təşkilatçı ölkə | Nəticəsi |
---|---|---|
1949 | Çexoslovakiya | təsnifat keçilmədi |
1950 | Bolqarıstan | təsnifat keçilmədi |
1951 | Fransa | təsnifat keçilmədi |
1955 | Rumıniya | təsnifat keçilmədi |
1958 | Çexoslovakiya | təsnifat keçilmədi |
1963 | Rumıniya | təsnifat keçilmədi |
1967 | Türkiyə | təsnifat keçilmədi |
1971 | İtaliya | təsnifat keçilmədi |
1975 | Yuqoslaviya | təsnifat keçilmədi |
1977 | Finlandiya | təsnifat keçilmədi |
1979 | Fransa | təsnifat keçilmədi |
1981 | Bolqarıstan | təsnifat keçilmədi |
1983 | Şərqi Almaniya | təsnifat keçilmədi |
1985 | Niderland | təsnifat keçilmədi |
1987 | Belçika | təsnifat keçilmədi |
1989 | Almaniya | təsnifat keçilmədi |
1991 | İtaliya | təsnifat keçilmədi |
1993 | Çexiya | 8-ci yer |
1995 | Niderland | 8-ci yer |
1997 | Çexiya | 12-ci yer |
1999 | İtaliya | təsnifat keçilmədi |
2001 | Bolqarıstan | təsnifat keçilmədi |
2003 | Türkiyə | təsnifat keçilmədi |
2005 | Xorvatiya | təsnifat keçilmədi |
2007 | Belçika/ Lüksemburq | 16-cı yer |
2009 | Polşa | 14-cü yer |
2011 | Serbiya/ İtaliya | təsnifat keçilmədi |
2013 | Almaniya/ İsveçrə | 12-ci yer |
Digər turnirlərdə qazandığı nəticələr
Avropa Liqası
İl | Təşkilatçı şəhər | Nəticəsi |
---|---|---|
2009 | Kayseri | dəvət göndərilmədi |
2010 | Ankara | dəvət göndərilmədi |
2011 | İstanbul | 7-ci yer |
2012 | Karlovı Varı | dəvət göndərilmədi |
2013 | Varna | dəvət göndərilmədi |
İstinadlar
- FIVB Senior World Ranking - Women As per January 2014 (ing.)
- Azərbaycan Belarusa da məğlub oldu (azərb.)
- Filenin Sultanları çeyrek finalde (türk.)
- Euro 2013-Teams (ing.) (alm.) (fr.)
Xarici keçidlər
- (rus.) Belarus Voleybol Federasiyası Rəsmi Saytı