Wikipedia
19 fevral
Yanvar – Fevral – Mart | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 |
19 fevral - Qriqorian təqvimi ilə ilin 50-ci günü.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1800 - Napoleon Bonapart özünü Fransanın birinci şəxsi elan edib. Avropanın gələcək fatehinin hərbi yürüşləri başlayıb.
- 1861- İmperator II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalayıb. Rusiya kəndliləri ilk dəfə olaraq sərbəstlik əldə ediblər.
- 1915 - Türkiyədə, Dardanel boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar (Çanaqqala döyüşü) başlamışdır. Antanta dövlətləri ikinci böyük hücuma keçmişdir.
- 1954 - Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.
- 1959 - Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanıb. Sazişə əsasən, Ankara və Moskva Kiprdə qurulacaq müstəqil dövlətin (ada 1960-cı ildə Britaniyanın nəzarətindən çıxdı) qarantı qismində çıxış edirdilər.
- 2004 — Ramil Səfərov Macarıstanın Budapeşt şəhərində keçirilən kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib.
Azərbaycanda olan hadisələr
Doğumlar
- 1473 — Nikolay Kopernik, polyak astronom, riyaziyyatçı və iqtisadçısı.
- 1859 — Svante Arrenius, məşhur İsveç kimyaçısı, 1903-cü il Kimya üzrə Nobel mükafatının laureatı.
- 1896 — Andre Breton, Fransa yazıçısı.
- 1940 — Saparmurat Niyazov, 1991-2006-cı illərdə Türkmənistan prezidenti.
- 1978 — Immortal Technique, Peru) Peru və Puerto Riko əsilli politik aktivist və hip-hop ifaçısı.
- 1959 — Anatoli Demyanenko - ukraynalı futbolçu və məşqçi
Ölümlər
- 1605 — Orasio Vekki italyan bəstəkarı.
- 1938 — Əli Səbri, Rusiya yazıçısı.
- 1951 — Andre Jid, fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1947).
- 1952 — Knut Hamsun, Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920).
- 1984 — Yuri Andropov, SSRİ-nin görkəmli dövlət və partiya xadimi.
- 1993 — Yusif Mirzəyev, Azərbaycanın Milli Qəhrəmanı.
- 1993 — Vəzir Sədiyev, Azərbaycanın Milli Qəhrəmanı.
- 1997 — Den Syaopin – Çin Kommunist Partiyası Hərbi Şurasının sədri
Bayramlar və xüsusi günlər
- Türkmənistan — Bayraq Günü.