Azərbaycan–Rumıniya münasibətləri
Azərbaycan–Rumıniya münasibətləri — Azərbaycan Respublikası ilə Rumıniya arasındakı mövcud ikitərəfli əlaqələr.
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb.
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 16-da qurulmuşdur.
3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29 iyun-1 iyul Rumıniya prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmudur. 13-15 iyul 1999-cu ildə Rumıniya Milli Müdafiə Nazirinin dəvəti ilə Azərbaycanın Milli Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada səfərdə olmuşdur. 14-17 fevral 2000-ci ildə Rumıniyanın Müdafiə Naziri V.Baybuk Azərbaycana səfər etmişdir.
29-30 oktyabr 2002-ci ildə Rumıniya Prezidenti İ.İlieskunun rəhbərliyi ilə nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. 1-4 aprel 2003-cü ildə Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada rəsmi səfərdə olmuşdur. 27-30 may 2003-cü ildə Azərbaycan Respublikasının XİN-i V.Quliyev Rumıniyanın XİN-i M.Ceoananın dəvəti ilə Rumıniyaya rəsmi səfər etmişdir.
11-12 oktyabr 2004-cü ildə İlham Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məslələr ətrafında müzakirələr aparılmışdır. İlham Əliyev və Rumıniya Prezidenti İliesku Buxarestdə 8 may parkında Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində iştirak etmişdir. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanmışdır.
13-15 mart Rumıniyanın Müdafiə Naziri T.Atanasiu Azərbaycanda rəsmi səfərdə olmuşdur. 10-11 oktyabr 2006-cı ildə Rumıniya prezidenti T.Basesku Azərbaycanda rəsmi səfərdə olmuşdur. İki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir. 1-2 mart 2001-ci ildə Rumıniyanın XİN-i M.Ceoana ATƏT-in fəaliyyətdə olan sədri qismində Cənubi Qafqaz bölgəsinə, o cümlədən, Azərbaycana səfər etmişdir.
Beynəlxalq görüşlər
Rumıniya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 5 iyun 2006-cı ildə Buxarestdə görüşmüşdür.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Şaitdin Əliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Azay Quliyev işçi qrupunun rəhbəridir.
Humanitar sahədə əməkdaşlıq
Humanitar sahədə əməkdaşlıq 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 50-dən çox kitab Azərbaycan və rumın dillərində nəşr olunmuşdur; Buxarest şəhərinin Tey parkında Heydər Əliyevin və Bakı şəhərində tanınmış rumın bəstəkarı Corce Eneskunun büstləri ucaldılmışdır.
10 may 2000-ci ildə Bakıda Rumıniya-Azərbaycan Mədəni Əlaqələr Birliyi və Konstansada Füzuli adına Azərbaycan-Rumıniya Mədəniyyət Cəmiyyəti yaradılmışdır.
16-20 iyun 2002-ci ildə Milli Elmlər Akademiyasının Prezidenti M.Kərimov Rumıniya Elmlər Akademiyasının Prezidenti Y.Simeonun dəvəti ilə Rumıniyaya səfər etmişdir.
25-29 yanvar 2003-cü ildə Bakı Dövlət Universitetinin rektoru, Qara Dəniz Universitetləri Şəbəkəsi təşkilatının prezidenti A.Məhərrəmov və Azərbaycan Texniki Universitetinin rektoru H.Məmmədov Rumıniyaya səfər etmişlər.
1-15 mart 2003-cü ildə Rumıniyanın insan hüquqları müdafiəsi Təşkilatının Prezidenti Florentin Skaletskinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
9 may 2003-cü ildə Azərbaycanın Prezidenti H.Əliyevin siyasi həyat və fəaliyyətinə, Azərbaycan-Rumıniya əməkdaşlığının inkişafına həsr olunmuş "Azərbaycanın dirçəlişi" kitabı Rumıniyada ingilis dilində çap olunmuşdur. Rumıniyanın Ployeşt Neft Qaz Universitetində 2004-cü ilin oktyabr ayından etibarən üç tələbəyə, 2007-ci ildən Buxarest Texniki və İnşaat Universitetinin dörd əlaçı tələbəsinə aylıq Heydər Əliyev təqaüdü verilir;
23 iyul 2005-ci ildə Rumıniyanın daşqından zərər çəkmiş Qalats bölgəsinin İveşt qəsəbəsinə Azərbaycan hökuməti səfirliyimizin vasitəsilə zəruri yardım ləvazimatları, ərzaq və tibb məmulatları ilə yardım göstərmişdir.
7-10 avqust 2006-cı il tarixlərində Buxarest şəhərinin II sektorunun meri N.Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Səfər zamanı N.Ontsanu Heydər Əliyev Fondunda, Yeni Azərbaycan Partiyasında, Bakı şəhər icra hakimiyyətində, Səbail rayon icra hakimiyyətində, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində, Azərbaycan-Rumıniya Parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçirmişdir. Həmçinin N.Ontsanunu Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qəbul etmişdir.
24-25 aprel 2007-ci il tarixlərində Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti diaspor quruculuğu sahəsində əməkdaşlığın genişləndirilməsi və Rumıniyada Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə Rumıniyada səfərdə olmuşdur.
31 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin kollektivi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri və Rumıniyada yaşayan Azərbaycan icmasının nümayəndələri Rumıniyanın şimalında yerləşən və güclü daşqından ağır zərər çəkən Suçava bölgəsinə səfər etmiş və yerli əhaliyə zəruri humanitar yardım göstərmişlər.
2009-cu ilin 3-9 avqust tarixlərində Buxarest şəhəri 2-ci sektorunun meri N.Ontanunun rəhbərliyi altında 16 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri həyata keçirilmişdir.
24 noyabr 2010-cu ildə Rumıniyanın “Balcanii si Europa” (Balkanlar və Avropa) jurnalı tərəfindən ilin yekunlarına görə baş nominasiya üzrə “İlin adamı – 2010” mükafatının Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması haqqında qərar qəbul edilmişdir.
26 fevral – 1 mart 2011-ci ildə AR Prezidentinin “Balcanii şi Europa” jurnalı tərəfindən “İlin adamı – 2010” mükafatına layiq görülməsi ilə əlaqədar, jurnalın baş direktoru K.Roman, NİRO İnvestment Group şirkətinin rəhbəri N.Dumitru Bakıya səfər etmiş, AR Prezidentinə mükafatı təqdim etmişlər.
25 may 2012-ci il tarixində AR-ın müstəqilliyinə həsr olunmuş rəsmi qəbul keçirilmiş və ziyafətdə Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota iştirak etmişdir.
4-5 oktyabr 2012-ci il tarixində Rumıniyanın keçmiş Prezidenti E.Konstantinesku Bakıda təşkil olunmuş beynəlxalq humanitar forumda iştirak etmişdir.
Mədəni əlaqələr
Poçt markaları
Qardaşlaşmış şəhərlər
- Sumqayıt, Azərbaycan – Piteşti, Rumıniya
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
Səfirliklər
Azərbaycanın Rumıniyada:
- Buxarestdə Azərbaycan səfirliyi
Rumıniyanın Azərbaycanda:
- Bakıda Rumıniya səfirliyi
Həmçinin bax
Mənbə
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi - İkitərəfli münasibətlər
İstinadlar
- Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı. mfa.gov.az (azərb.)
- Azərbaycan və Ermənistan prezidentlərinin 18 ildə keçirdiyi görüşlərin siyahısı 2018-12-04 at the Wayback Machine. 01.04.2016 (azərb.)
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (azərb.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az (azərb.)
- 19.12.2014. Ənənəvi xalq sənəti. Azərbaycan - Rumıniya birgə buraxılışı. 2017-12-18 at the Wayback Machine azermarka.az, 19.12.2014 (azərb.)
- 1996, August, 22. Gəmilər 2019-05-21 at the Wayback Machine. azermarka.az, 22.08.1996 (azərb.)
- 9 Aprel, 1996. Atlanta Olimpiya Oyunları-96. azermarka.az, 09.04.1996 (azərb.)
- 22 Iyul, 1996. Avropa Futbol Çempionatı-96. azermarka.az, 22.07.1996 (azərb.)