Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Qızıl Aypara Cəmiyyəti — Azərbaycanın ən böyük humanitar təşkilatlarından biri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ARCS | |
---|---|
ing. Azerbaijan Red Crescent Society | |
Növü | Qeyri-hökumət təşkilatı |
Fəaliyyəti | Humanitar yardım |
Yaranma tarixi | 10 mart, 1920-ci il |
Mərkəzi | Bakı, Azərbaycan |
Azerbaijan Red Crescent Society |
Tarixi
Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir. Ə.Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya ilk dəfə kimi ölkəmizin tarixinə düşmüşdür. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir.
II Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi olaraq qeyd etmək lazımdır. Bu kursları bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından iki nəfər - Səriyyə Talışxanova və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yüksək mükafatı - "Florens Naytingel" medalı ilə təltif edilmişdir.Ancaq qızıl aypara 400.000 nəfəri xilas etdi.
1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin respublikamızda nümayəndəliyi açılmışdır. 1993-cü ilin may ayında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının respublikamızda nümayəndəliyi açılmışdır. 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq respublikamızda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəmiyyətimiz rəsmən tanınmışdır. Həmin il noyabrın 26-da cəmiyyətimiz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabərhüquqlu, həqiqi üzvü seçilmişdir.
2000-ci il martın 10-da cəmiyyətin 80 illik yubileyi keçirilmişdir. Bu münasibətlə respublika prezidenti Heydər Əliyev kollektivi təbrik etmişdir. Bir il sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə Hallara Hazırlıq və Yardım Komissiyasına üzv seçilib. Cəmiyyətin sədri Novruz Aslanov həmin komissiyanın eksperti təyin olunub. Həmin ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Kiyev və Berlin konfraslarının işçi qrupu çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti həmsədr kimi çıxış etmişdir.
2003-cü il martın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XX qurultayı keçirilimş və cəmiyyətin yeni nizamnaməsi qəbul olunmuşdur. Həmin ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dair sərəncam imzalamışdır = C.Ibrahim Tərəfindan bu səyfə yaradılmışdır
2003-cü ilin dekabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə Hallara Hazırlıq və Yardım Komissiyasına yenidən üzv seçilib, cəmiyyətin prezidenti Novruz Aslanov həmin komissiyaya yenidən 2 il müddətinə ekspert təyin olunub. 2004-cü ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" sərəncam imzalamışdır
2005-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qızıl Aypara Cəmiyyətinin 85 illiyi ilə və aztəminatlı vətəndaşlara soisal xidmət və humanitar yardım göstərilməsi sahəsindəki fəaliyyətlərinə görə 28 fevral 2005-ci il tarixli 651 saylı sərəncamı ilə aşağıdakı işçiləri "Tərəqqi" medalı ilə təltif etmişdir:
Aslanov Novruzəli Davud oğlu
Budaqov Nadir Ağaməmməd oğlu
Fomina Klavdiya İvanovna
Həsənova Zöhrə Firuddin qızı
Əliyeva Firuzə Hilal qızı
Əliyev Məmmədiyyə Hidayət oğlu
Mustafayev İxtiyar Allahyar oğlu
2005-ci ildə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan "Florens Naytingel" medalını qazanmışdır. Bu mükafat müstəsna hal kimi tibbi xidmətlərə görə verilir. Belə ki, tibb sahəsində göstərdikləri şücaətə görə cəmiyyətin tibb bacıları bu mükafata layiq görülmüşlər. Onlardan Rəşidə Qasımzadə, Səriyyə Talışxanova, Qızbəs Əsədova, Dürrə Məmmədova və Firuzə Əliyeva kimi fədakar şəxsiyyətlərin adını çəkmək olar.
2005-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti onun icraçı katibi Elxan Rəhimovun timsalında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında İnkişaf Komissiyasına üzv seçilib. =
Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 regional mərkəzi, Naxçıvan Muxtar Respublikası Rayon Komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər komitəsi, "Neft Daşları" və Azərpoçt, BTRİB, Tibb Universiteti, Texniki Universitet, rayon komitəsi vardır. Cəmiyyətin 220 mindən artıq üzvü, 17 minə yaxın könüllüsü vardır.
Missiyası
Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Onların missiyası "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas insanlara xidmət etməkdir". Qərargahı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir.
Fəaliyyətləri
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi fəaliyyətlərə daxildir: Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Qan Donorluğu, HİV-AİDS-ə qarşı maarifləndirmə, İlk Yardım, Humanitar Dəyərlərin Yayımı, Gənclər və Könüllülər, Yerli Komitələrin inkişafı, İcmanın inkişafı, Axtarış Xidməti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental Prinsiplərinin və Beynəlxalq Humanitar Hüququn Yayımı, Mina fəaliyyətləri (uşaqdar üçün Təhlükəsiz Oyun meydançalarının tikintisi). Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Norveç, İsveç, Hollandiya, Polşa, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirilikləri Qızıl Aypara Cəmiyyətləri ilə yaxından əməkdaşlıq edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "H2P Pandemiyaya Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsi
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "H2P Pandemiyaya Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsi çərçivəsində Mingəçevir, Gəncə, Zaqatala, Qax şəhərlərinin müxbirləri ilə birgə fəaliyyət göstərir. Azərbaycanda öz fəallığı ilə fərqlənən 7 regional mərkəzə, 83 rayon və şəhər bölmələrinə malik olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu layihəni həyata keçirməkdə əsas məqsədi Bakıdan kənar fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələrinin " H2P Pandemiyaya Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsində iştirakı və maarifləndirilməsidir. Layihənin həyata keçirilməsində əsas məqsəd ölkənin regionlarında insan pandemiyasına qarşı hazırlıq və cavabvermə səviyyəsinin yüksəldilməsindən ibarətdir.
İnsan Pandemiyasına Humanitar Hazırlıq Təşəbbüsü Beynəlxalq İnkişaf Üzrə Birləşmiş Dövlətlər Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən üçillik bir işdir və pandemiya riski olan 20-ə yaxın ölkədə həyata keçirilməsi nəzərdə tutulub. Pandemiyaya hazırlıq üzrə humanitar təşəbbüsün əsas məqsədi pandemiya zamanı xəstələnmə və ölüm hallarının həddən artıq olmasını məhdudlaşdırmaqdır. Azərbaycanda Qrip Pandemiyasına Hazırlıq üzrə Milli Plan 2008-ci ildə hazırlanıb, və bu planın əsas məqsədi pandemiya ilə bağlı vaxtlı-vaxtında strateji tədbirlərin həyata keçirilməsidir. Ümumiyyətlə qrip pandemiyasının qarşısını almaq üçün bir neçə tədbirlər görülməlidir:
profilaktik tədbirlər
sosial distansiya gözləmə
ehtiyacı olanlara kömək göstərmək.
Təltifləri
Həmçinin bax
İstinadlar
- "Azerbaijan Red Crescent Society". James Madison University. İstifadə tarixi: December 12, 2016.
- "Azerbaijan Red Crescent Society". Global Hand/Crossroads Foundation Ltd. İstifadə tarixi: December 12, 2016.
- ↑ "About Us". Azerbaijan Red Crescent Society. İstifadə tarixi: December 12, 2016.
- ↑ "Azerbaijan Red Crescent Society" (PDF). International Federation of Red Cross and Red Crescent Societies (IFRC). İstifadə tarixi: December 12, 2016.
Xarici keçidlər
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Rəsmi saytı)
International Federation of Red Cross and Red Crescent Societies (IFRC)
International Committee of the Red Cross (ICRC)
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "H2P Pandemiyaya Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsi[ölü keçid]