Zəhra Quliyeva (körpə)
Zəhra Elnur qızı Quliyeva (13 fevral 2016; Alxanlı, Füzuli rayonu, Azərbaycan – 4 iyul 2017; Alxanlı, Füzuli rayonu, Azərbaycan) — 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən, nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpə.
Zəhra Quliyeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Alxanlı, Füzuli rayonu, Azərbaycan |
Vəfat tarixi | (bir yaşında) |
Vəfat yeri | Alxanlı, Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elnur Quliyev |
Anası | Təhminə Quliyeva |
Milliyyəti | azərbaycanlı |
Həyatı
Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı kəndində Elnur və Təhminə Quliyevlərin ailəsində anadan olub.
Alxanlı faciəsi
2017-ci il, iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralandı və xəstəxanaya çatdırılaraq əməliyyat edildi.
Xatirəsi
23 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin tərtibçiliyi ilə hadisə və ona olan reaksiyalar haqqında "Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitabı çapdan çıxdı.
Fotolar
İstinadlar
- ↑ "Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat törədib. (azərb.)". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi). 2017-08-08 tarixində . İstifadə tarixi: 4 iyul 2017.