Zakir Mehdiyev
Zakir Mehdiyev (azərb. Zakir Tahir oğlu Mehdiyev; d. 4 oktyabr 1948, Gəncə şəhəri, Azərbaycan) - SSRİ Rəssamlar İttifaqının üzvü (1979). heykəltəraş, rəssam, pedaqoq
Zakir Mehdiyev | |
---|---|
azərb. Zakir Tahir oğlu Mehdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan SSR Azərbaycan |
Fəaliyyəti | heykəltəraş |
Təhsili | Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu |
Janrı | Heykəltəraşlıq |
Həyatı
Zakir Mehtiyev 1948-ci il 4 oktyabrda Gəncə şəhərində dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1969-cu ildə bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.
1978-ci ildə bu institutun heykəltəraşlıq fakültəsini bitirdikdən sonra Mehdiyev Bakıya dönüb. 1983-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltəraşlıq tədris etmişdir. 2000-2016-cı illərdə Türkiyədə M.K. Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir
Yaradıcılığı
- Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə,İsveçrə,Yaponiya, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur.
- Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda ( Şah İsmayil Xətainin) və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə ucaldılmış abidələrin, “Atatürk ve Cumhuriyet” barelyefının müəllifidir. Türkiyədə heykəltəraşlıq kompleksi, "Bilim yolu öncüleri" adlı böyük tarix alimlərinin büstlərinin xiyabanı yaratmışdır.
- 2016-cı ildə Müasir İncəsənət Muzeyində “Heykəl sərgisi” adlı sərgisı keçirilmişdir
- 2017-ci ilin may ayında Turizm Nazirliyi, Azərbaycan Dövlət Sənət Qalereyası və Muzey Mərkəzinin təşkil etdiyi "İRS" adlı sərginin qarışıq ekspozisiyasında nümayiş etdirilmişdir.
- Bakıda Şah İsmayıl Xətai abidəsi(İbrahim Zeynalovla
birgə
- Beyləqanda Mücirəddin Beyləqani
abidəsi(İbrahim Zeynalovla birgə
Stili
- Daş, mərmər, ağac və digər materiallardan hazırlanmış heykəllər, büstlər, barelyef
Mükafatları
- 1976-cı ildə "Stalevar" adlı əsərlə Lenin Komsomol mükafatı
- 1977-ci ildə "İlin ən yaxşı əsəri" mükafatını aldı.
- 2000 ci ildə "Güləş" heykəli ilə Azərbaycan üzrə birincilik mükafatı( Milli Olimpiya Komitəsi tərəfindən
- 2000-ci ildə "Wrestling" heykəli ilə Dünya Olimpiya Komitəsi tərəfindən Sidney olimpiya oyunları heykəl müsabiqəsində mükafatlandırılmışdır
İstinadlar
- https://citylife.az/content/az/9412/zakir-mehtiyevin-heykel-sergisi-adli-serginin-achilishi
- http://iskenderun.org/haber/mkude-ataturk-aniti-acilisi-yapildi-h16261.html
- Юсифоглу Ф. Cumhuriyyete sanatsal dokunus // HatayVatan : газета. — 2013. — 24 https://www.hatayvatan.com/cumhuriyete-sanatsal-dokunus.htm[ölü keçid]
- Bilim yolu onculeri bustler Zakir Mehtiyev https://vimeo.com/57911704
- https://vimeo.com/57911704
- http://matbuat.az/news/589581/azerbaycanli-heykelterasin-sergisi-acildi---foto.html