Wikipedia
Zəkiyə Sultan
Zəkiyə Sultan (d. 21 yanvar 1872 - ö. 13 iyul 1950) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ikinci qızı.
Zəkiyə Sultan | |
---|---|
زيكي سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri |
|
Atası | II Əbdülhəmid |
Anası | Bədrifələk Qadınəfəndi |
Həyat yoldaşı | Əli Nurəddin bəy |
Uşaqları | Ülviyə Şükriyə xanım Sultan Fatma Aliyə xanım Sultan |
Həyatı
Zəkiyə Sultan 1872-ci ildə dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Əbdülhəmid, anası isə onun üçüncü xanımı Bədrifələk xanım idi. Mükəmməl piano təhsili aldı. 20 aprel 1889-cü ildə Qazi Osman Paşanın oğlu Əli Nurəddin bəylə evləndi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra əriylə birlikdə ölkəni tərk etdi və Fransaya getdi. Köçürülmə əsnasında bütün şəxsi zinət əşyaları fırıldaqçılar tərəfindən ələ keçirildi.
Fransanın Pau şəhərində bir erməninin otelində illərcə pulsuz yaşadı. 13 iyul 1950-ci ildə səfalət içində vəfat etdi. Harada dəfn olunduğu bilinmir.
Övladları
- Ülviyə Şükriyə xanım Sultan (d. 1890 - ö. 23 fevral 1893)
- Fatma Aliyə xanım Sultan (d. 1891 - ö. 14 yanvar 1972) — 1911-ci ildə Mehmed Muhsin Yeğen ilə evləndi və 2 oğlu oldu.
- Osman Yeğen (d. 1913 - ö. 1988) — Yvonne Rosenberg ilə evləndi.
- Salih Yeğen (d. 4 sentyabr 1921 - ö. 5 noyabr 1994) — Ülkü Becanla evləndi.
- Fatma Yasəmən Yeğen (d. 18 sentyabr 1973) — Hakan Bari ilə evləndi.
- Muhsin Osman Yeğen (d. 14 dekabr 1977)
Mənbə
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 501-503