Wikipedia
Xınaxlı
Xınaxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan inzibati ərazi vahidində kənd.
Xınaxlı | |
---|---|
40°21′ şm. e. 47°28′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0320 |
Adının mənası
"Xınaxlı" sözü oykonimdir. Kəndin adının əsl mənası "Xınalıqlıdır".
Tarixi
Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Belə ki, kənd həmin vaxtlarda Quba rayonunun Xınalıq kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Həmin ailələr hapıt tayfaları içərisində kiçik köç şəklində buraya gəlmişlər.
Coğrafiyası
Kür çayının sahilində, Şirvan düzündədir.
Şəhidləri
- Umarov Azər Ağa oğlu (1969-1996)
- Məmmədov Xeyrulla Şakir oğlu (1974-1993)
İstinadlar
- ↑ AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. 2016-03-11 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 350
- AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. 2016-03-11 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 350-351
Ağdaş rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |