Türkiyə prezidentlərinin siyahısı
Türkiyə Cümhuriyyətinin Prezidenti Türkiyə Cümhuriyyətinin dövlət başçısıdır.
24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsi imzalandıqdan və Türkiyə Böyük Millət Məclisinin beynəlxalq səviyyədə tanınmasından sonra, 1923-cü il oktyabrın 29-da Osmanlı İmperiyasının varisi olan Türkiyə Cümhuriyyətinin yaradılması elan edildi; elə həmin gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşa onun prezidenti seçildi. 3 mart 1924-cü ildə Osmanlı xilafəti tamamilə ləğv edildi.
1950-ci ildən 9 iyul 2018-ci ilədək prezidentlik əsasən təntənə rolu daşıyırdı, eyni anda prezident Türkiyə Cümhuriyyətini təmsil edirdi və türk millətinin birliyini simvolizə edirdi, Konstitusiyanın həyata keçirilməsi və digər dövlət orqanlarının qarşılıqlı həmahəng fəaliyyətini təmin edirdi. 2017-ci ildə keçirilmiş referendumda hökumətin respublika prezidentinə tabe olmasını nəzərdə tutan parlament idarəetmə formasından prezident respublikasına keçid və baş nazir vəzifəsinin ləğvini ehtiva edən 18 dəyişiklik təsdiq edildi. Konstitusiyanın 101 — 106-cı maddələri namizədlərə qoyulan tələbləri, seçki proseduru, prezidentin vəzifə və məsuliyyətlərini müəyyən edir. Daha əvvəl prezident Türkiyə parlamentinin üzvləri tərəfindən seçilirdi; 2007-ci ildə Konstitusiyaya edilmiş düzəlişlərdən sonra prezident vətəndaşların birbaşa səsvermə yolu ilə seçilir (ilk birbaşa seçkilər 2014-cü ildə keçirildi). Prezident qanunverici işlərdə fəal iştirak etmək imkanına malikdir: parlamentin qəbul etdiyi qanun layihələrini yenidən baxılması üçün qərar vermək, qanun layihələrini müzakirəyə təqdim etmək, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək, fərmanlar vermək (hansıları ki Konstitusiya ilə müəyyən edilmiş hallarda Baş nazir və müvafiq nazir təsdiq etməlidilər). Prezident parlament üzvlərinin ümumi sayının ən azı 1/3 hissəsi və onların ümumi üzvlərinin ən azı 3/4 qərarı ilə dövlətə xəyanət etdiyinə görə vəzifəsindən kənarlaşdırıla bilər.
Cədvəlin ilk sütununda istifadə olunan nömrələmə şərtidir. İlk sütunda istifadə olunan rəngləmə də şərtidir, hansı ki partiya mənsubiyyətini əks etdirən sütuna baxmadan şəxslərin müxtəlif siyasi qüvvələrə mənsubiyyətininin daha sadə mənimsəməsinə xidmət edir. Dalbadal bir neçə dəfə seçilən prezidentin hər səlahiyyət müddəti ayrıca əks olunub (məsələn, ardıcıl dörd dəfə seçilən (1923-1938-ci illər) Mustafa Kamal Atatürkün səlahiyyət müddətləri). Siyahıda dövlət başçılarının səlahiyyətlərinin fərqli xasiyyəti də əks olunub (məsələn, 1960-cı ildən 1966-cı ilədək dövlət başçısı olan Camal Gürsəl səlahiyyət müddəti iki dövrə bölünüb: Milli Birlik Komitəsinin rəhbəri və seçilmiş prezident olduğu vaxtlar. "Seçkilər" sütununda prezident seçən parlamentin tərkibini formalaşdıran seçki prosedurları göstərilir, 2014-cü ildən isə birbaşa prezident seçkiləri göstərilib. "Partiya" sütununda partiya mənsubiyyəti ilə yanaşı şəxslərin bitərəf (müstəqil) statusu və ya müstəqil siyasi qüvvə olaraq çıxış etdikdə silahlı qüvvələrə aidiyyəti əks olunub.
Vəzifədə qalma diaqramı
Legenda: 1 — parlamentli respublika; 2 — diktatura; 3 — prezident respublikası
Prezidentlərin siyahısı
Şəkili | Adı (doğum və vəfat tarixi) | Səlahiyyəti | Partiya | Seçkilər | İst. | ||
---|---|---|---|---|---|---|---|
Başlaması | Bitməsi | ||||||
1 | Mustafa Kamal Paşa (1881—1938) türk. Mustafa Kemal Paşa 24 noyabr 1934-cü ildən— Kamal Atatürk türk. Kemal Atatürk | 29 oktyabr 1923 | 1 noybar 1927 | Xalq Partiyası → Cümhuriyyət Xalq Partiyası | 1923 | ||
1 noyabr 1927 | 4 may 1931 | 1927 | |||||
4 may 1931 | 1 mart 1935 | 1931 | |||||
1 mart 1935 | 10 noyabr 1938 | 1935 | |||||
и.о. | Mustafa Əbdülxaliq Renda (1881—1957) türk. Mustafa Abdülhalik Renda | 10 noyabr 1938 | 11 noyabr 1938 | ||||
2 | İsmət İnönü (1884—1973) türk. İsmet İnönü | 11 noyabr 1938 | 3 aprel 1939 | 1938 | |||
3 aprel 1939 | 8 mart 1943 | 1939 | |||||
8 mart 1943 | 5 avqust 1946 | 1943 | |||||
5 avqust 1946 | 22 may 1950 | 1946 | |||||
3 | Mahmud Cəlal Bayar (1883—1986) türk. Mahmut Celâl Bayar | 22 may 1950 | 14 may 1954 | Demokrat Partiyası | 1950 | ||
14 may 1954 | 1 noyabr 1957 | 1954 | |||||
1 noyabr 1957 | 27 may 1960 | 1957 | |||||
— | Milli Birlik Komitəsi (38 üzv) Komitənin rəhbəri — general Camal Gürsəl | 27 may 1960 | 26 oktyabr 1961 | ordu | |||
4 | general Camal Gürsəl | 26 oktyabr 1961 | 2 fevral 1966 | müstəqil | 1961 | ||
и.о. | İbrahim Şövqü Atasagun (1899—1984) türk. İbrahim Şevki Atasagun | 2 fevral 1966 | 28 mart 1966 | müstəqil | |||
5 | Cövdət Sunay (1899—1982) türk. Cevdet Sunay | 28 mart 1966 | 28 mart 1973 | müstəqil | 1966 | ||
и.о. | Mehmet Tekin Arıburun (1905—1993) türk. Mehmet Tekin Arıburun | 28 mart 1973 | 6 aprel 1973 | Ədalət Partiyası | |||
6 | Fəxri Sabit Qorutürk (1903—1987) türk. Fahri Sabit Korutürk | 6 aprel 1973 | 6 aprel 1980 | müstəqil | 1973 | ||
и.о. | İhsan Səbri Çağlayangil (1908—1993) türk. İhsan Sabri Çağlayangil | 6 aprel 1980 | 12 sentyabr 1980 | Ədalət Partiyası | |||
— | Milli Təhlükəsizlik Şurası (MTŞ rəhbəri — general Əhməd Kənan Evrən) | 12 sentyabr 1980 | 9 noyabr 1982 | ordu | |||
7 | Əhməd Kənan Evrən (1917—2015) türk. Ahmet Kenan Evren | 9 noyabr 1982 | 9 noyabr 1989 | müstəqil | 1982 | ||
8 | Xəlil Turqut Özal (1927—1993) türk. Halil Turgut Özal | 9 noyabr 1989 | 17 aprel 1993 | Ana Vətən Partiyası | 1989 | ||
и.о. | Əhməd Hüsaməddin Cindoruk (1933—) türk. Ahmet Hüsamettin Cindoruk | 17 aprel 1993 | 16 may 1993 | Doğru Yol Partiyası | |||
9 | Sami Süleyman Gündoğdu Dəmirell (1924—2015) türk. Sami Süleyman Gündoğdu Demirel | 16 may 1993 | 16 may 2000 | 1993 | |||
10 | Əhməd Necdət Sezər (1941—) türk. Ahmet Necdet Sezer | 16 may 2000 | 28 avqust 2007 | müstəqil | 2000 | ||
11 | Abdullah Gül (1950—) türk. Abdullah Gül | 28 avqust 2007 | 28 avqust 2014 | Ədalət və İnkişaf Partiyası | 2007 | ||
12 | Rəcəb Tayyib Ərdoğan (1954—) türk. Recep Tayyip Erdoğan | 28 avqust 2014 | 24 iyun 2018 | 2014 | |||
24 iyun 2018 | hazırki | 2018 |
Həmçinin bax
İstinadlar
Şərhlər
- 2007-ci ilə qədər parlamentin tərkibini formalaşdıran və ölkə prezidentini seçən parlament seçkiləri aparılırdı.
- Soyadı qanununa görə 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verildi.
- 10 Noyabr 1924-cü ildə Xalq Partiyası yeni "Cümhuriyyət Xalq Partiyası" adını qəbul etdi.
- ↑ Vəzifə müddətində vəfat etmişdir
- ↑ Türkiyə Böyük Millət Məclisinin sədri kimi vəzifəni icra edən idi
- 27 may 1960-cı ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı, korrupsiya və konstitusiyanın pozulması ittihamı ilə həbs və mühakimə olundu; edama məhkum edilsə də ömürlük həbs cəzası ilə əvəz etdilər; 1964-cü ildə azadlığa buraxıldı, 1966-cı ildə bəraət qazandı.
- 27 May 1960-cı ildə Silahlı Qüvvələrin nümayəndələrinin hərbi çevriliş nəticəsində Milli Birlik Komitəsi yaradıldı.
- Xəstəliyə görə vəzifədən uzaqlaşdırıldı.
- Konstitusiya referendumunun mövzularından biri Əhməd Kenan Evrenin 1989-cu ilə qədər prezident təyin olunması idi.
- Türkiyə prezidentinin ilk birbaşa seçimi.
Mənbə
- A. L. Macfie (2002). "British Views of the Turkish National Movement in Anatolia, 1919—22". 38 (3) (Review): 27–46. (ing.)
- "History of The Grand National Assembly of Turkey". Türkiye Büyük Millet Meclisi. 2020-02-24 tarixində . (ing.)
- "Full text of the Treaty of Lausanne (1923)". Wwi.lib.byu.edu. 2012-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19. (ing.)
- "1921, 1924, 1961 ve 1982 Anayasalarını karşılaştırılması" (PDF). Kampus.beykent.edu.tr. 2020-02-24 tarixində (PDF). (türk.)
- Желтов, Максим. "Конституционный референдум в Турции: восход Эрдоганского султаната". ИнтерИзбирком. 2020-02-24 tarixində . (#parameter_ignored_suggest)
- Ататюрк[ölü keçid] // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
- Жевахов, Александр (2008). Ататюрк. Jizn zameçatelnıx lüdey (3000 nüs.). Мoskva: Molodaya qvardiya. ISBN 978-5-235-03163-0.
- "Mustafa Kemal Atatürk". TDV İslâm Ansiklopedisi. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Mustafa Abdülhalik Renda kimdir". Biyografi.net.tr. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Mustafa Abdülhalik Renda". Biyografi.info. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- Инёню // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
- "İnönü, Mustafa İsmet". TDV İslâm Ansiklopedisi. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- Баяр // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
- "Bayar, Celâl". TDV İslâm Ansiklopedisi. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Mahmut Celâl Bayar". Celalbayar.org. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Cemal Gürsel kimdir". Biyografi.net.tr. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Cemal Gürsel". Biyografi.info. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Prof. Dr. İbrahim Şevki Atasagun (1899—1984)". Kimkimdir.gen.tr. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "İbrahim Şevki Atasagun (1899—1984)". Biyografi.net. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Cevdet Sunay kimdir". Biyografi.net.tr. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Cevdet Sunay". Biyografi.info. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Sunay, Cevdet". TDV İslâm Ansiklopedisi. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Tekin Arıburun". Türkiye Cumhurbaşkanlari. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Tekin Arıburun Biyografisi". Türkce Sozlukler. 2020-02-29 tarixində . İstifadə tarixi: 2020-09-17. (#parameter_ignored_suggest) (türk.)
- "Fahri Korutürk". Biyografi.info. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Korutürk, Fahri Sabit". TDV İslâm Ansiklopedisi. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "İhsan Sabri Çağlayangil". Biyografi.info. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "İhsan Sabri Çağlayangil Biyografisi". Türkce Sozlukler. 2020-02-29 tarixində . İstifadə tarixi: 2020-09-17. (#parameter_ignored_suggest) (türk.)
- "Kenan Evren". Biyografi.info. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Evren, Ahmet Kenan". TDV İslâm Ansiklopedisi. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- Озал // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
- "Turgut Özal kimdir". Biyografi.net.tr. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Turgut Özal". Biyografi.info. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Hüsamettin Cindoruk kimdir". Biyografi.net.tr. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Hüsamettin Cindoruk Biyografisi". Türkce Sozlukler. 2020-02-29 tarixində . İstifadə tarixi: 2020-09-17. (#parameter_ignored_suggest) (türk.)
- Демирель // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
- "Süleyman Demirel". Biyografi.info. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Ahmet Necdet Sezer kimdir". Biyografi.net.tr. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Ahmet Necdet Sezer". Biyografi.info. 2020-02-29 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Abdullah Gül kimdir". Biyografi.net.tr. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Abdullah Gül". Biyografi.info. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Recep Tayyip Erdoğan kimdir". Biyografi.net.tr. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
- "Recep Tayyip Erdoğan". Biyografi.info. 2020-02-23 tarixində . (#parameter_ignored_suggest) (türk.)
Ədəbiyyat
- Ahmad, Feroz (2005). Geschichte der Türkei. Essen: Magnus. (alm.)
- Giritli, Dr. Ismet (1969). Fifty Years of Turkish Political development 1919—1969. Istanbul: Fakültler Matbaasi. (ing.)
- Kreiser, Klaus (1992). Kleines Türkei Lexikon. München: C. H. Beck. (alm.)
- Nohlen, Dieter; Stöver, Philip (2010). Elections in Europe: A data handbook. Baden-Baden: Nomos. ISBN 978-3-8329-5609-7. (ing.)
- Robinson, Richard (1963). The First Turkish Republic: a case study in national development. Cambridge: Harvard University Press. (ing.)