Türk Şurası
Türk Şurası və ya Türk Gənəşi (qaz. Түркі кеңесі, qırğ. Түрк кеңеши, türk. Türk Keneşi, ing. Turkic Council) — 3 oktyabr Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arsında qurulmuş olan beynəlxalq təşkilatdır.
Türk Şurası TŞ | |
---|---|
Türk Şurası (Azərbaycan dili) Түркі кеңесі (Qazax dili) Түрк кеңеши (Qırğız dili) Türk Keneşi (Türk dili) Turkish Council (İngilis dili) | |
| |
Yaranma tarixi | 3 oktyabr 2009 |
Rəsmi dili | Azərbaycan dili, Qazax dili, Qırğız dili, Türk dili, İngilis dili |
Mərkəzi | |
Sədr | Bağdad Amreyev |
Üzvləri | Azərbaycan Türkiyə Qazaxıstan Qırğızıstan Özbəkistan |
Turkkon.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Keneşinə üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (parlamentar assambleyası) və Nur-Sultandır (Türk Akademiyası)
Mənşə (Etimologiya)
Gənəş sözü fikir alışverişində olmaq, məsləhətləşmək, müzakirə etmək manalarında olan Gənəşmək feilindən törəmişdir. Eski Türkcədə feil Keñəşmək, ad isə Keñəş şəklində idi. Gənəş sözünde "qarşılıqlı aqıl alma, məsləhətləşmə, estişarə, müşavərə, konsultasiya, müzakirə, şura, həyət kimi manalar vardır. Azərbaycan dilində Türk Şurasına elavə olaraq Türk Gənəşi də deyiləbilər.
Orqanlar
Türk Şurasının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Nur-Sultandır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Nur-Sultan isə Türk Akademiyasının mərkəzidir.
- Ümumi Katiblik (İstanbul)
- Dövlət Rəhbərləri Şurası
- Xarici İşlər Nazirləri Şurası
- Təcrübəli Məmurlar Şurası
- Ağsaqqallar Şurası
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) (Ankara)
- Türk Parlamenterlər Assambleyası (TÜRKPA) (Bakı)
- Türk Akademiyası (Nur-Sultan)
- Türk Kültür və Miras Vəqfi (Bakı)
- Türk Ticarət və Sənaye Otağı (İstanbul)
- Türk İş Şurası
- Köçəri Mədəniyyət Mərkəzi (Bişkek)
Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və bürökratları da il ərzində davamlı olaraq iclaslar keçirirlər. Məclis rəhbərləri və heyətləri də Bakıda toplanır.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət rəhbərləri tərəfindən ümumi katib seçilən türkiyəli diplomat Xəlil Akınçı bu vəzifəni sentyabr 2010, sentyabr 2014 tarixləri arasında icra etmişdir. Bundan sonra rəhbərliyi Ramil Həsənov yerinə yetirmiş, onu vəzifədə Bağdad Amreyev əvəzləmişdir.
Bayraq
22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Keneşinin II zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstanın dövlət rəhbəri Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır.
Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.
Əsas üzvlər
Ölkə | Əhali (2018) | Sahə (km²) | Ümumi Daxili Məhsul (nominal) (2018) | Kişi başına GSYİH (nominal) (2018) | Kişi başına Ümumi Daxili Məhsul (nominal) (2019) |
---|---|---|---|---|---|
Azərbaycan | 9,898,085 | 86,600 | $46,940 milyar | $4,721 | $11,674 |
Qazaxıstan | 18,272,400 | 2,724,900 | $170,539 milyar | $9,331 | $20,609 |
Qırğızıstan | 6,389,000 | 199,900 | $8,093 milyar | $1,281 | $1,898 |
Özbəkistan | 33,254,000 | 447,400 | $50,500 milyar | $1,532 | |
Türkiyə | 82,003,882 | 783,562 | $766,509 milyar | $9,311 | $13,301 |
Türk Şurası | 149,817,367 | 4,242,362 | $1,042,581 milyar | $7,047 | $13,718 |
Müşahidə edən ölkələr
Ölkə | Əhali (2018) | Sahə (km²) | Ümumi daxili məhsul (nominal) (2018) | Kişi başına Ümumi daxili məhsul (nominal) (2018) |
---|---|---|---|---|
Macarıstan | 9,771,000 | 93,030 | $163,541 milyar | $16,723 |
Ümumi | 9,771,000 | 93,030 | $163,541 milyard | $16,723 |
Zirvə Toplantıları
Türk Dili Danışan Ölkələr Zirvələri (1992-2010) | |||||
---|---|---|---|---|---|
Tarix | Ev Sahibi Ölkə | Ev Sahibi Şəhər | Ev Sahibi Lider | Qeydlər | |
1. | 30 Oktyabr 1992 | Türkiyə | Ankara | Turqut Özal | |
− | 12 İyul 1993 | Qazaxıstan | Almatı | Nursultan Nazarbayev | Almatı Razılaşması: TÜRKSOY 'un quruluşu |
2. | 18 Oktyabr 1994 | Türkiyə | İstanbul | Süleyman Dəmirəl | |
3. | 28 Avqust 1995 | Qırğızıstan | Bişkek | Əsgər Akayev | |
4. | 21 Oktyabr 1996 | Özbəkistan | Daşkənd | İslam Kərimov | |
5. | 9 İyun 1998 | Qazaxıstan | Astana | Nursultan Nazarbayev | |
6. | 8 Aprel 2000 | Azərbaycan | Bakı | Heydər Əliyev | |
7. | 26 Aprel 2001 | Türkiyə | İstanbul | Əhməd Necdət Sezər | |
8. | 17 Noyabr 2006 | Türkiyə | Antalya | Əhməd Necdət Sezər | |
− | 21 Noyabr 2008 | Türkiyə | İstanbul | Abdullah Gül | İstanbul Andlaşması: Türk PA 'nın quruluşu |
9. | 3 Oktyabr 2009 | Azərbaycan | Naxçıvan | İlham Əliyev | Naxçıvan Sazişi: Türk Şurasının quruluşu |
10. | 15 Sentyabr 2010 | Türkiyə | İstanbul | Abdullah Gül | |
Türk Şurası Zirvələri (2011-bu gün) | |||||
Tarix | Ev Sahibi Ölkə | Ev Sahibi Şəhər | Ev Sahibi Lider | Mövzu | |
1. | 20-21 Oktyabr 2011 | Qazaxıstan | Almatı | Nursultan Nazarbayev | İqtisadi və Ticarət Əməkdaşlıq |
2. | 22-23 Avqust 2012 | Qırğızıstan | Bişkek | Almazbek Atambayev | Təhsil, Elm və Mədəniyyət Əməkdaşlıq |
3. | 15-16 Avqust 2013 | Azərbaycan | Qəbələ | İlham Əliyev | Nəqliyyat Əməkdaşlıq |
4. | 4-5 İyun 2014 | Türkiyə | Bodrum | Abdullah Gül | Turizm Əməkdaşlıq |
5. | 10-11 Sentyabr 2015 | Qazaxıstan | Astana | Nursultan Nazarbayev | Medya ve Enformasyon İşbirliği |
Baş Katibləri
No. | Ad | Ölkə | Vəzifəyə gəlib | Vəzifədən gedib |
---|---|---|---|---|
1 | Halil Akıncı | 3 oktyabr 2009 | 16 iyul 2014 | |
2 | Ramil Həsənov | 16 iyul 2014 | 3 iyul 2018 | |
3 | Bağdad Amreyev | 3 iyul 2018 | - |
Həmçinin bax
İstinadlar
- Turkkon.org 2012-10-24 at the Wayback Machine (türk.)
- . Turkic Council. 2018-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
- "Türk Keneşi". qha.com. 28 iyun 2020 tarixində .
- ↑ Dünya Bankası
- http://www.mfa.gov.tr/the-second-summit-of-turkic-council-was-held-in-bishkek.en.mfa
- http://www.mfa.gov.tr/the-third-turkic-council-summit-meeting-was-held-in-gabala.en.mfa
- http://www.mfa.gov.tr/declaration-of-the-fourth-summit-of-the-cooperation-council-of-turkic-speaking-states_-5-june-2014_-bodrum_-turkey.en.mfa