Tarix Əliyev
Bu məqalə Azərbaycanlı prodüser və aparıcı haqqındadır. Azərbaycanlı diplomat üçün Tarik Əliyev səhifəsinə baxın. |
Tarix Əliyev (ləqəbi: Tolik; 6 iyun 1979, Bakı) — Azərbaycanlı prodüser, təşkilatçı, televiziya aparıcısı.
Tarix Əliyev | |
---|---|
azərb. Tarix Tahir oğlu Əliyev | |
Doğum tarixi | 6 iyun 1979 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Tahir Əliyev |
Anası | Sara Cəfərova |
Milliyyəti | azərbaycanlı |
Təhsili | tam orta |
Fəaliyyəti | musiqi prodüseri[d], prodüser[d], aparıcı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 2007—h.h. |
Saytı | tarixaliyev.az |
Həyatı
Tarix Tahir oğlu Əliyev 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub.
Atası Tahir Tarix oğlu Əliyev neftçidir. Anası Sara Heybət qızı Cəfərova qarmon müəlliməsidir.
1986-cı ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir.
Bir dəfə, 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb.
2002-2004-cü illərdə Almaniyada müvəqqəti yaşadığı dövrdə Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan diasporasının təşkil etdiyi tədbirlərdə iştirak edib.
2004-cü ildən, Azərbaycana qayıtdığı gündən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın Pirallahı rayon təşkilatının tədbirlərində fəal iştirakına görə fəxri fərmana layiq görülüb.
Karyerası
2007-ci ildə Rusiyanın Novosibirsk şəhərində konsert təşkil edib və Azərbaycan diasporası tərəfindən fəxri diploma layiq görülüb.
O. ilk olaraq müğənni, Azərbaycanın xalq artistı Röya Ayxanla əməkdaşlıq edib. Röya ilə çalışdığı müddət ərzində Röyanın "Şəfa" stadionunda, Dənizkənarı Milli Park - Bulvarda, Heydər Əliyev adına Sarayda, Gəncə şəhərində və Azərbaycanın digər bölgələrində konsertlərini təşkil edib. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırıblar.
Bundan sonra azərbaycanlı tanınmış müğənni Rəqsanə İsmayılova ilə bir çox layihələr təşkil edir və məhz Rəqsanənin məşhurlaşmasında Tolikin çox böyük rolu olub.
Daha sonra Sevda Yəhyayeva, Sevil-Sevinc Səfərova bacıları, Natavan Həbibi, İlhamə Quliyeva və başqa bir çox Azərbaycan müğənniləri ilə bir çox layihələr həyata keçirib. S. Yəhyayevanın Yaşıl Teatrdakı, Elton Hüseynəliyev və S. Yəhyayevanın H. Əliyev sarayındakı konsertlərinin təşkilatçısı olub.
Fasilələrlə Azərbaycanın xalq artisti Aygün Kazımova ilə çalışıb. A. Kazımova ilə də bir çox layihəyə imza atıb. Belə ki, xalq artistinin Tofiq Bəhramov adına Respublika Stadionundakı konsertinin təşkilatçısı olub.
Hal-hazırda Elton Hüseynəliyev ilə çalışır.
2010-cu ilin mayında "Maşın" realiti şousunun "Lider" telekanalında yayımlanmış "Transformer" adlandırılan 10-cu "sürəti"ndə iştirak edib.
2013-cü ildə Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun baş assambleyasının beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016 - Avropa Gənclər Şəhəri" seçilib. Bu tədbirin açılış konserti ilə bədii hissənin təşkilatçısı və prodüserlik vəzifəsini icra edib.
2017-ci ildə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın baş konsulunun Azərbaycan və Qazaxıstan dövlətlərarası diplomatik əlaqələr münasibətilə təşkil etdiyi konsertin təşkilatçısı olub və həmin konserti təşkilinə görə fəxri diploma layiq görülüb.
2017-ci ildə Gəncə şəhərinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert aparan artist kimi fəaliyyət göstərib.
Gəncədə Heydər Əliyevin doğum günü münasibətilə baş tutmuş konsertin təşkilatçısı olub. Həmin konsertdə Türkiyənin tanınmış müğənniləri Fərhad Köçər, Mustafa Ceceli və Hadisə çıxış edib.
Müxtəlif vaxtlarda Gəncədə bir çox konsertlərin təşkilatçısı olub. Təşkil olunan həmin konsertlərin fəxri qonaqları tanınmış rumın müğənni Aleksandra Stan və b. olub.
2017-ci ildə Lider TV-də yayımlanan "Bu bizik, Toliklə" musiqili proqramının layihə rəhbəri və aparıcısı olub. 2018-ci ilin yanvar ayından Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verlişinin layihə rəhbəri və aparıcısıdır. 6 fevral 2019-cu ildən Tarix Aliyev Official adlı rəsmi YouTube kanalı vasitəsilə yayımlanan Tarix Əliyev ilə Səmimi verilişinin layihə rəhbəri və aparıcısıdır. 2020-ci ilin mart ayında canlı efirdə müğənni Mətanət Əsədova və bəstəkar-müğənni Elza Seyidcahan arasında mübahisə nəticəsində, Xəzər TV-nin rəhbəri Murad Dadaşov Tarix Əliyevin aparıcılıq etdiyi "Hər Şey Daxil" proqramının bağlanması əmrini vermişdir. Daha sonra Tarix Əliyev 21 dekabr 2020-ci ildə Dalğa TV-də "Günə bir şou" adlı programında aparıcılıq etməyə başlamışdır.
Təşkil etdiyi konsertlər
Mənbə
- Dənizkənarı Milli Park (Röya)
- Şəfa stadionu (Röya)
- Tofiq Bəhramov stadionu (Aygün Kazımova)
- Nabran (Aygün Kazımova)
- Yaşıl Teatr (Sevda Yəhyayeva)
- Heydər Əliyev adına Saray (Sevda Yəhyayeva, Elton Hüseynəliyev)
- Gəncə Konserti (Aygün, Fərhad Köçər)
- Gəncə Konserti (Hadisə, Mustafa Ceceli)
Mükafatları
Mənbə
- 2007 - Azərbaycan diasporası - Novosibirsk şəhərində təşkil etdiyi konsertə görə - fəxri diplom
- 2009 - "Qrand Müstəqil Milli-İctimai Mükafatı" - "İlin Prodüseri"
- 2010 - "Qrand Müstəqil Milli-İctimai Mükafatı" - "İlin Prodüseri"
- 2011 - "Zümrüd M" prodüser mərkəzi - "2011-ci ilin Fəxri prodüseri"
- 2011 - "Zirvədəkilər - 2011"
- 2011 - "Qrand Müstəqil Milli-İctimai Mükafatı" - "İlin Prodüseri"
- 2011 - "Məlahətli Ana" - "Xeyriyyəçilik fəaliyyətinə görə"
- 2012 - "Star-2012" - "İlin Peşəkar Prodüseri"
- 2012 - "Qrand Müstəqil Milli-İctimai Mükafatı" - "İlin Prodüseri"
- 2013 - "İlin Favoriti" - "İlin Peşəkar Prodüseri"
- 2013 - "Star-2013" - "İlin Peşəkar Prodüseri"
- 2013 - "Yaxşıların Yaxşısı 2013" - "İlin Ən İşgüzar Prodüseri"
- 2014 - "Məlahətli Ana" - "Xeyriyyəçilik fəaliyyətinə görə"
- 2014 - "N saylı Hərbi Hissə" - "Hərbi Hissənin Şəxsi Heyətinə Konsert Proqramı Təşkil Etdiyi Üçün Fərman"
- 2014 - "The Best Of Star" - "İlin Peşəkar Təşkilatçısı"
- 2014 - "Yeni Azərbaycan Partiyası" - "Fəal Partiya Üzvü"
- 2014 - "Qafqaz Media İB" - "İlin Ən Yaxşı Prodüseri"
- 2014 - "The Best Of Star" - "İlin Peşəkar Podüseri"
- 2014 - "YAP Gənclər Birliyi" - "Fəxri Fərman"
- 2016 - The Academy Awards - "İlin prodüseri"
- 2016 - Dağıstan Respublikasının "əməkdar mədəniyyət işçisi" fəxri adı
- 2016 - Zirvə Ziyalılar Təşkilatı - "Azərbaycan Best Awards" (ABA) - "Best prodüser"
- 2017 - "E Media Group" - "Milli Mətbuatın 142 illiyi": “BEST OF THE BEST” - İlin ən yaxşı prodüseri
- 2019 - III Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatı - İlin ən yaxşı reytinqli səhər verilişi
Bunlardan əlavə bir çox mükafatlara sahibdir.
İstinadlar
- ""Bu da prodüserlər arasında bir ilkdir" - Tolik" ( (azərb.)). axsam.az. 2015-08-18. İstifadə tarixi: 2019-06-15.
- "Toliklə işləyən müğənnilər həmişə 1 addım öndə olur"- Prodüser Nurlan Süleymanov
- ↑ ( (azərb.)). aliyevtarix.com. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-14.
- "Tolikin 14 il əvvəlki toyu (Video)" ( (azərb.)). big.az. 2013-01-08. İstifadə tarixi: 2019-06-14.
- "Tolikin toy videosu üzə çıxdı – Video" ( (azərb.)). qafqazinfo.az. 2013-01-07. İstifadə tarixi: 2019-06-14.
- "Bu da Tolikin toyu" ( (azərb.)). lent.az. 2013-01-07. İstifadə tarixi: 2019-06-14.
- Трагически скончался самый любимый 17-летний фанат Ройи Айхан (видео, фотосессия)
- Ройа Айхан готовится к турецкой свадьбе (фотосессия)
- В семье Ройи Айхан траур
- ↑ ""Arzusu ürəyində qaldı" - Tolik Röyanın keçmişindən danışdı - FOTO" ( (azərb.)). baku.ws. İstifadə tarixi: 2019-06-14.
- Сафура, Севда Яхъяева, группа "Кристалл" и другие шоу-звезды помогли детям подготовиться к школе (фотосессия)
- Только любовь облегчает воспитание доброй души - Севда Яхъяева
- Сестры – близнецы Севиндж и Севиль рассказали о незабываемом отдыхе в Египте (ФОТО)
- Певцы-неудачники считают меня помехой на пути своего продвижения - певица Натаван Хабиби
- Число 13 и непогода...Натаван Хабиби даст концерт в Набрани
- Владелец клуба "Хромая лошадь" оказался родственником DJ Smash
- Я намерен привести невесту в дом своего отца – продюсер Мистер Толик (фотосессия)
- Lamiyə Balacayeva (2017-04-22). "Tolik: "Mən xoşbəxt olmaq üçün bir qızı bədbəxt edə bilmərəm" - fotolar" ( (azərb.)). muz-tv.az. İstifadə tarixi: 2019-06-14.
- "Aygün Kazımova Ceyhun Vəliyevlə ilkə imza atdı - FOTO" ( (azərb.)). hafta.az. 2015-06-15. İstifadə tarixi: 2019-06-14.[ölü keçid]
- "Tolik Aygün Kazımova haqda maraqlı faktlar açıqladı" ( (azərb.)). milli.az. 2013-02-01. İstifadə tarixi: 2019-06-14.
- Закулисные игры в реалити-шоу "Машын. Трансформер" устами мистера Толика (фотосессия)
- ↑ İman (2017-11-24). "Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)" ( (azərb.)). baku.ws. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Tolikə vəzifə verildi" ( (azərb.)). primetime.az. 2017-11-24. İstifadə tarixi: 2019-06-14.
- ↑ "Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)" ( (azərb.)). qaynarinfo.az. 2017-11-24. İstifadə tarixi: 2019-06-14.
- Я стал первым продюсером…! Тарих Алиев прокомментировал назначение в Гянджинскую филармонию (ФОТО)
- ""Bu bizik, Toliklə" verilişinin yayımı niyə dayandırlıb?" ( (azərb.)). axsam.az. 2017-06-21. İstifadə tarixi: 2019-06-14.
- Bu Bizik Tolikle (2017-04-13). "Bu Bizik Toliklə - Tezliklə (Anons) #BuBizikTolikle" ( (azərb.)). youtube.com. İstifadə tarixi: 2019-06-14.
- Teymur Məmmədov (2017-12-19). "Brilliant Dadaşova: "Eşşəkdən düşüb "Audi" minəndə…"" ( (azərb.)). primetime.az. İstifadə tarixi: 2019-06-14.
- Pərviz Hüseyn (2017-08-18). "Tolikin "Lider" TV-dəki verilişi bağlanıb? – AÇIQLAMA" ( (azərb.)). publika.az. İstifadə tarixi: 2019-06-14.
- Тарих Алиев стал руководителем проекта "Всю включено"
- "Tolikə "Xəzər"də vəzifə verildi" ( (azərb.)). primetime.az. 2018-01-17. İstifadə tarixi: 2019-06-14.
- "Türk programlarına Azerbaycan'dan ilgi" ( (türk.)). milliyet.com.tr. 2019-04-18. İstifadə tarixi: 2019-06-14.
- "Her Şey Dahil... FORMATI AZERBAYCAN'DA!." ( (türk.)). magazinkolik.com. 2019-04-17. İstifadə tarixi: 2019-06-15.
- "Türk programlarına Azerbaycan'dan rağbet" ( (türk.)). bursabakis.com. 2019-04-17. İstifadə tarixi: 2019-06-15.
- "Azerbaycanlılar Türk programlarını izliyor" ( (türk.)). medyapenceresi.com. 2019-04-17. İstifadə tarixi: 2019-06-15.
- ( (azərb.)). lent.az. 2019-06-28. 2019-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-12.
- "Xəzər TV" təsdiqlədi: Tolikin verilişi bağlandı (YENİLƏNİB)
- Tolik efirə qayıtdı: Yeni verilişi başlayır
- ( (azərb.)). aliyevtarix.com. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- Jurnalistlər Tarix Əliyevi 2011-ci ilin fəxri prodüseri seçdilər (FOTO)
- 2019-cu ildə Avand Groupun təşkil etdiyi Azərbaycan Gənclik ödülləri mükafatının sahibi.
- В Баку состоялась церемония награждения представителей культуры, шоу-бомонда, стилистов и моделей (фотосессия)
- В Баку состоялась церемония награждения "Grand" - звезды на красной дорожке (фотосессия)
- Азербайджанские звезды помогут неимущим детям подготовиться к школе
- Aytən Sadıqzadə (2013-12-24). ""Yaxşıların yaxşısı - 2013" kimlərdir? - Foto" ( (azərb.)). oxu.az. İstifadə tarixi: 2019-06-15.
- Yalçın Uğur (2013-12-24). ( (azərb.)). lent.az. 2019-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- Azərbaycanda ilin ən yaxşıları seçildi - Fotolar
- "İlin ən yaxşıları seçildi - SİYAHI + FOTO" ( (azərb.)). oxu.az. 2016-12-24. İstifadə tarixi: 2019-06-15.
- ""Milli Mətbuat"ın 142 illiyi münasibətilə mükafatlandırma mərasimi keçirildi" ( (azərb.)). Muz TV. 2017-07-21. İstifadə tarixi: 2019-12-12.
- "Türkiye-Azerbaycan Kardeşlik Ödülleri sahiplerini buldu" ( (türk.)). Haber Global. 2019-11-16. İstifadə tarixi: 2019-12-12.
- "3.Türkiye & Azerbaycan Kardeşlik Ödülleri Sahiplerini Buldu" ( (türk.)). yenicaggazetesi.com.tr. 2019-11-16. İstifadə tarixi: 2019-12-12.
- "Ünlü Sunucu TARİX ALİYEV Türkiye'de Ödül İle Taçlandırıldı" ( (türk.)). 10fashionmagazine.com. 2019-11-18. İstifadə tarixi: 2019-12-12.
Xarici keçidlər
- Tarix Əliyev rəsmi saytı
- Tarix Əliyev — Facebook səhifəsi
- Tarix Əliyev — Instagram səhifəsi
- Tarix Əliyev kanalı — YouTube
- Sabiq rəsmi saytları: ;
- Rəngarəng - Tarix Əliyev (Tolik) (azərb.)
- Aysel.Ş (2016-11-10). "Tolik uşaqlıqda belə olub (FOTO)" ( (azərb.)). baku.ws. İstifadə tarixi: 2019-06-15.
- "Türk programlarına Azerbaycan'dan ilgi" ( (türk.)). olay.com.tr. 2019-04-18. İstifadə tarixi: 2019-06-15.
- Откровения первого неудачника реалити-шоу "Машын" Мистера Толика: "Я как в воду глядел" (фотосессия)