Saraclıdağ — Naxçıvan Muxtar RespublikasınınŞərur rayonu ərazisində dağ. "Qurd qapısı" keçidindən 1,2 km cənub-qərbdədir. Hündürlüyü 1045 m-dir. Günbəzvarı formadadır. Şərur rayonu ərazisində dağ (hünd. 1046,1 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilindəki Dəhnə-Vəlidağ tirəsinin suayırıcısında zirvə. Dəhnə dağından (1154,2 m) 1,8 km şimal-şərqdə, “Qurd qapısı” keçidindən 1,2 km cənub-qərbdədir. Zirvə hissəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli eyniadlı sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.