Səfər Mehdiyev
Səfər Mehdiyev (17 mart 1973, Babək rayonu, Naxçıvan MSSR) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki.
Səfər Mehdiyev | |||||||
---|---|---|---|---|---|---|---|
Səfər Məmməd oğlu Mehdiyev | |||||||
| |||||||
Baş nazir | Novruz Məmmədov | ||||||
Vitse-prezident | Mehriban Əliyeva | ||||||
Prezident | İlham Əliyev | ||||||
Sələfi | Aydın Əliyev | ||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | Yeni Azərbaycan Partiyası | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Naxçıvan MSSR, Babək rayonu, Nehrəm | ||||||
Atası | Məmməd Mehdiyev | ||||||
Hərbi xidmət | |||||||
Rütbəsi | |||||||
| |||||||
Təltifləri | |
Həyatı
Səfər Məmməd oğlu Mehdiyev 1973-cü il martın 17-də anadan olmuşdur.
Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur.
1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.
2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.
2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir.23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
23 Aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.
30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Mükafatları
- "Əməkdar dövlət qulluqçusu" fəxri adı (2017)
- — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
- — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
- — 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
- - "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
İstinadlar
- S.M.Mehdiyevin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı