Wikipedia
Rəngli inqilab
Rəngli inqilab (ing. Colour revolution) — Dünya KİV-ləri tərəfindən Postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Termin həmçinin Yaxın Şərq daxil olmaqla bir sıra başqa inqilablara da tətbiq edilmişdir.
Rəngli inqilabların siyahısı
İnqilab | Yer | Başlanğıc tarixi | Bitmə tarixi | Təsviri | |
---|---|---|---|---|---|
Qərənfil inqilabı | Portuqaliya | 25 Aprel 1974 | İnqilab qərənfil rəngi ilə əlaqədardır, çünki qərənfillər geyinilirdi. | ||
Sarı inqilab | Filippin | 22 Fevral 1986 | 25 Fevral 1986 | ||
Kokos inqilabı | Papua-Yeni Qvineya | 1 Dekabr 1988 | 20 Aprel 1998 | ||
Məxməri inqilab | Çexoslovakiya | 17 Noyabr 1989 | 29 Dekabr 1989 | ||
Bulldozer inqilabı | Yuqoslaviya | 5 Oktyabr 2000 | |||
Qızılgül inqilabı | Gürcüstan | 3 Noyabr 2003 | 23 Noyabr 2003 | 2003-cü ilin noyabr ayında uzun sürən küçə etirazlarından sonra Mixail Saakaşvili bir qrup tərəfdarı ilə Gürcüstan parlamenti binasına daxil olaraq, özünü itirmiş Eduard Şevardnadzeni iclas zalını tərk etməyə məcbur edir. Şevarnadzenin tribunada tələsik qoyub getdiyi çayı tribunaya qalxan Saakaşvili bir göz qırpımına içərək nitq edir. Həmin səhnə Gürcüstanda hakimiyyətin dəyişməsinin və Qızılgül inqilabı qələbəsinin rəmzinə çevrildi. | |
Narıncı inqilab | Ukrayna | 22 Noyabr 2004 | 23 Yanvar 2005 | 2004-cü il noyabrın 22-də Kiyevin mərkəzi meydanında prezident seçkilərinin nəticələrinə etiraz olaraq kütləvi nümayişlər başladı. Sonda Ali məhkəmə təkrar seçki təyin etdi və nəticədə prezident Viktor Yuşşenko qalib gəldi. | |
Bənövşəyi inqilab | İraq | Yanvar 2005 | |||
Zanbaq inqilabı | Qırğızıstan | 27 Fevral 2005 | 11 Aprel 2005 | ||
Sidr inqilabı | Livan | 14 Fevral 2005 | 27 Aprel 2005 | ||
Mavi inqilab | Küveyt | Mart 2005 | |||
Cins inqilabı | Belarus | 19 Mart 2006 | 25 Mart 2006 | ||
Zəfəran inqilabı | Myanmar | 15 Avqust 2007 | 26 Sentyabr 2007 | ||
Üzüm inqilabı | Moldova | 6 Aprel 2009 | 12 Aprel 2009 | ||
Yaşıl inqilab | İran | 13 İyun 2009 | 11 Fevral 2010 | ||
Yasəmən inqilabı | Tunis | 18 Dekabr 2010 | 14 Yanvar 2011 | ||
Lotus inqilabı | Misir | 25 Yanvar 2011 | 11 Fevral 2011 | ||
Mirvari inqilabı | Bəhreyn | 14 Fevral 2011 | 22 Noyabr 2014 | ||
Qəhvə inqilabı | Yəmən | 27 Yanvar 2011 | 24 Noyabr 2011 | ||
Yasəmən inqilabı | Çin | 20 Fevral 2011 | 20 Mart 2011 | ||
2015-ci il Qvatemala etirazları | Qvatemala | 16 Aprel 2015 | 3 Sentyabr 2015 | ||
Rəngli inqilab | Makedoniya | 12 Aprel 2016 | 20 İyul 2016 | ||
Məxməri inqilab (Ermənistan) | Ermənistan | 31 Mart 2018 | 8 May 2018 | 12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası. |
İstinadlar
- "Government's preoccupation with 'colour revolution' reveals misunderstandings". www.phnompenhpost.com. www.phnompenhpost.com. İstifadə tarixi: 22 dekabr 2018.
- "Gürcülər Saakaşvilini necə xatırlayacaq?". www.bbc.com. BBC. İstifadə tarixi: 23 dekabr 2018.
- "Ukraynada "Narıncı İnqilab"-ın ildönümüdür". www.azadliq.org. www.azadliq.org. İstifadə tarixi: 23 dekabr 2018.
- "Why Armenia 'Velvet Revolution' won without a bullet fired". www.bbc.co.uk. www.bbc.co.uk. İstifadə tarixi: 23 dekabr 2018.
Xarici keçidlər
- Oxford University Research Project on Civil Resistance and Power Politics 2007-06-12 at the Wayback Machine