Rusiyada sosial psixologiyanın yaranması və inkişafı — Rusiyada sosial psixologiyanın təşəkkül tapması və inkişafı dünya sosial psixologiya elmindən təcrid olunmuş şəkildə deyil, onunla vəhdətdə inkişaf etmişdir. Bununla belə, Rusiyada sosial psixologiyanın özünəməxsus cəhətləri də olmuşdur. Rusiya sosial psixologiya elmi ilə dünya sosial psixologiyasının oxşarlığı ilk növbədə onun tarixi inkişaf mərhələləri ilə bağlıdır. Fərq isə Rusiya cəmiyyətinin inkişafı, sosial-mədəni dəyərlərə münasibətdən irəli gəlir. Sosial psixologiya Rusiyada daha çox fəlsəfi istiqamətdə inkişaf etmişdir.
XVIII əsr
| ]XVIIIəsr rus mütəfəkkirləri içərisində V.N.Tatişev (1686-1750) xüsusi yer tutur. Tatişevə görə, insanın əqli inkişafı insanlarla birgə həyat və fəaliyyət, ünsiyyətdən asılıdır. A.N.Radişev isə insanın inkişafında ictimai-psixoloji amillərin rolunu yüksək qiymətləndirirdi. Radişevə görə, insanı heyvandan ilk növbədə birgə sevinə bilmək, birgə kədərlənmək keyfiyyəti fərqləndirir. İnsanı, onun ruhi inkişafını anadangəlmə keyfiyyətlərdən çox təlim-tərbiyə müəyyənləşdirir.
XIX əsr
| ]Rusiyada sosial-psixoloji ideyaların təşəkkül tapmasında XIX əsr inqilabçı-demokratik fəlsəfi sistemin özünəməxsus rolu olmuşdur. Onlar şəxsiyyətdə ümumi insani, milli və hansı silkə mənsub olmağı mühüm keyfiyyət hesab edirlər. İnqilabçı demokratlar insanı təbiətin məhsulu, onun bir hissəsi kimi deyil, ilk növbədə tarixi proseslərin, cəmiyyətin məhsulu hesab edirlər. Onlara görə, insanın mənəviyyatı onun tələbatlarının necə ödənilməsindən, sosial şəraitdən asılıdır. Xüsusilə yaşadığı sosial mühit insana güclü təsir göstərir. Qəddarlıq, nifrət mühitində böyüyən şəxsin xarakterində də o keyfiyyətlər üstünlük təşkil edəcək.
XIXəsrin sonu – XX əsrin əvvəllərində
| ]XIXəsrin sonu – XX əsrin əvvəllərində Rusiyada sosial psixologiyanın inkişafında N.K.Mixaylovski, V.M.Bexterev, A.Kopelmanın xidmətləri xüsusi yer tutur. Bu dövrdə sosial-psixoloji hadisələrə, onların mahiyyətinə ayrıca diqqət yetirilir. N.K.Mixaylovskini kütləvi psixi hadisələr, insanların qarşılıqlı münasibəti və təsiri məsələləri maraqlandırırdı. O, Qərb psixoloqlarının kütləvi təqlid və təlqin məsələlərinə yanaşmalarını qəbul edir və hesab edirdi ki, təqlid və təlqin kütləvi psixi hadisələrin, şəxsiyyət və kütlə münasibətlərinin əsasını təşkil edir. Mixaylovski ilk dəfə subyektiv sosiologiya ideyasını irəli sürmüş, ictimai həyatda psixoloji amilin mühüm əhəmiyyət kəsb etdiyini əsaslandırmışdır. O yazır: «Bir qrup tədqiqatçıları cəmiyyət və sivilizasiyanın taleyi maraqlandırır. Onlar elmin vəzifəsini mövcud olanın dərk olunmasında görür, praktikaya heç nə vermirlər. Digərləri isə şəxsiyyətə diqqət yetirir, şəxsiyyətin tələbatını ödəməyən cəmiyyət və sivilizasiyanın qara qəpiklik qiyməti olmadığını bildirirlər. Onlar göstərirlər ki, elm yalnız mövcud olanı deyil, arzu olunanı da öyrənməli, praktikada istifadə və reallaşmaq üçün göstərişlər verməlidir». N.K.Mixaylovskiyə görə, şəxsiyyətin fəallığı və fəaliyyətini müəyyənləşdirən tarixi şərait, eyni zamanda, bu və ya digər şəxsiyyətin həmin hadisəyə münasibəti və fəaliyyəti ilə istiqamət alır. Bu isə insanın təbiətindən irəli gəlir. Onun fikrincə, cəmiyyət və şəxsiyyətin qarşılıqlı təsiri belədir: sosial təkamülün inkişaf səviyyəsi ayrı-ayrı fərdlərin inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. «Bizim bütün həqiqi və ya saxta fikir və biliklərimiz, pis və ya yaxşı arzu və hisslərimizin hamısı öz mənbəyini təcrübədən götürür» deyən Mixaylovski mühitin insana təsirini qeyd- şərtsiz qəbul edir. «Mənə ictimai mənşəyini de, deyim ki, sənin əşya, hadisələrə münasibətin necədir» fikrini əsaslandırarkən irsiyyətin rolunu qəbul edir. Lakin bütün hallarda o, mühiti və irsiyyəti bir-birindən ayırmır. Kütlə və şəxsiyyətdən bəhs edən Mixaylovski göstərir ki, tənha insan və kütlə içərisində insan bir-birlərindən tamamilə fərqlənən varlıqdır. Mixaylovskiyə görə, kütlənin qəhrəmanına çevrilən şəxs sosial hipnoz mexanizmindən istifadə edərək «mənim etdiyimi et» davranışını təlqin edir. Sonralar Freyd və Yunq kütlənin kollektiv şüursuzluğu mexanizmini öyrənərkən kütlə və qəhrəman arasındakı münasibətin hipnoz xarakteri daşıdığını qeyd etmişlər. XIXəsrin sonu – XX əsrin əvvəllərində V.M.Bexterev sosial psixologiyanın öyrənilməsindən bəhs edirdi və hesab edirdi ki, sosial psixologiya qrupda fərdin psixikasında baş verən dəyişiklikləri öyrənməlidir. Bununla yanaşı, kütləvi psixi hadisələr, milli xüsusiyyətlər, kütlə psixologiyası və s. öyrənilməlidir.
XX əsr
| ]Rusiyada sosial psixologiyanın müstəqil elm sahəsinə çevrilməsi Almaniya və ABŞ-da olduğu kimi, XX əsrin 20-ci illərindən başlayır. Burada V.M.Bexterev və onun tələbələri xüsusi rol oynayırlar. Bexterev özünün ümumi refleksologiya nəzəriyyəsini kollektivin öyrənilməsinə, kollektiv refleksologiyaya tətbiq edir.
XX əsrin 20-ci illəri
| ]20-ci illərdə Rusiyada sosial psixologiyaya fərqli mövqelərdən yanaşılmışdır. Məşhur zoopsixoloq V.A.Vaqner kollektiv psixologiyanı bioloji nöqteyi-nəzərdən şərh edirdi. O hesab edirdi ki, kollektiv psixologiya filogenetik inkişafa əsaslanmalıdır. Vaqner buna əsaslanaraq insanları aşağıdakı tiplərə ayırır: sürü (təlqinə qapılan, müstəqillik göstərməyən- lər), başçı (eqoizm, özündənrazı, əks cinsə hədsiz maraq göstərən), sosial (altruizm, cinsi meylə az maraq və s.). İnsanların kollektiv psixologiyası iqtisadi və mədəni inkişaf nəticəsində sürü həyatından sivlizasiyalı cəmiyyətə keçir. Sosial psixologiyaya görkəmli psixoloqlar Çelpanov və Neçaevin də özünəməxsus yanaşmaları olmuşdur. Çelpanova görə, fərdi eksperimental psixologiya sosial psixologiyanın materialları ilə zənginləşməlidir. Çelpanov ilk dəfə olaraq marksizmin psixologiyaya tətbiqi ideyasını irəli sürmüşdür. Marksist-psixoloq V.A.Artyomov Çelpanovun eksperimental psixologiyasını və Bexterevin refleksologiya nəzəriyyəsini tənqid edərək göstərirdi ki, fərdlərin birləşməsi hələ kollektiv deyil. Kollektivdə fərdi psixologiya həm də keyfiyyət dəyişikliyinə məruz qalır. 20-ci illərdə psixologiyada ideoloji mübarizə gücləndi. P.P.Blonski psixologiyada əsaslı islahatların aparılmasını zəruri sayır və hesab edirdi ki, insan fəaliyyətinin bütün növləri sosialdır. Buna görə də elmi psixologiya sosial elmlərə aid edilməlidir. Blonski ilə yanaşı, Çelpanovun digər bir tələbəsi K.N.Kornilov (1879-1957) idealist psixologiyaya, o cümlədən müəllimi Çelpanova qarşı çıxır. Kornilovun 1923-cü ildə psixo- nevroloqların I Ümumrusiya qurultayındakı məruzəsi xüsusilə diqqəti cəlb edir. O öz məruzəsində idealist psixologiyanı marksist mövqeyindən darmadağın edir. Sosial psixologiyanın inkişafında məşhur psixoloq L.S.Vıqotskinin (1896-1934) müstəsna xidmətləri olmuşdur. O, A.R.Luriya və A.N.Leontyevlə birlikdə psixikanın inkişafında mədəni-tarixi şəraitin rolu konsepsiyasını işləmişdir. Doğrudur, 30-50-ci illərdə bu konsepsiyaya fərqli münasibətlər olmuşdur.
XX əsrin 30-40-cı illəri
| ]30-40-cı illərdə yeni cəmiyyətdə – SSRİ-də yaşayan insanların psixoloji xüsusiyyətlərinin öyrənilməsinə geniş yer verilir, müxtəlif kollektivlərin şəxsiyyətin hərtərəfli inkişafında rolu araşdırılırdı. Məlum olduğu kimi, sosial psixologiyanın inkişafında A.S.Makarenkonun əvəzsiz xidmətləri olmuşdur. O, ilk dəfə olaraq kollektivdə və kollektiv vasitəsilə şəxsiyyətin formalaşması, qarşılıqlı münasibətlərin qurulmasını praktik şəkildə sübut etmişdir.
XX əsrin 30-cu illəri
| ]Lakin 30-cu illərin II yarısından başlayaraq SSRİ-də sosial psixologiyanın müstəqil elm sahəsi kimi fəaliyyətinə son qoyuldu. 60-cı illərə qədər sosial psixologiya məsələləri digər elm sahələrinin tərkibində araşdırıldı.
XX əsrin 50-60-cı illəri
| ]50-60-cı illərdə yeganə elmi metodologiya marksizm-leninizm olduğundan sosial psixologiya məsələləri də yalnız ona əsaslanaraq araşdırılırdı.
XX əsrin 60-cı illərin sonu – 70-ci illəri
| ]Yalnız 60-cı illərin sonu – 70-ci illərin əvvəllərində SSRİ-də sosial psixologiya yenidən müstəqil elm sahəsi kimi fəaliyyətə başladı. Onun müstəqil elm sahəsi kimi yenidən fəaliyyətə başlamasına həm ölkədə gedən proseslər, həm ictimai mühitin nisbətən yumşalması, həm də filosof və sosioloqların sosial psixologiyanın problemlərinə qoşulması zəmin yaratdı. Q.M.Andreyeva, B.D.Parıgin, V.A.Yadov, B.G.Ananyev, A.V.Petrovski, K.K.Platonov, E.V.Şoroxova və b. sosial psixologiyanın müxtəlif problemləri ilə məşğul olmağa başladılar. Bu dövrdə sovet psixoloqları dünya psixoloqları ilə nisbətən təmasda olmaq imkanı qazandılar. 1966-cı ildə isə Psixoloqların XVIII Beynəlxalq Konqresinin SSRİ- də (Moskvada) keçirilməsi vacib rol oynayır. Halbuki, məşhur Fransız psixoloqu R.Zazzo xatırlayır ki, 1954-cü ildə A.N.Leontyev ondan Vıqotskinin əsərlərini fransız dilində nəşr etdirməsini xahiş edərək deyir: «Əgər siz bunu etsəniz, bizim də onu yenidən rusca nəşr etdirmək üçün əlimizdə əsas olar». Psixologiya tarixçisi, professor M.Q.Yaroşevski isə yazır: «Yadımdadır, partiya təşkilatı bizdən tələb edirdi ki, zərərli burjua təsirinə» məruz qalmayan, yeni cəmiyyətin qurucuları, keyfiyyətcə yeni tip insanlar olan sovet adamının psixologiyasını öyrənək». XXəsrin 30-cu illərinə qədər dünyada seçilən, qəbul edilən Rusiya sosial psixologiya elmi 60-cı illərin ortalarına qədər sanki donduruldu. 1963-cü ildə SSRİ psixoloqlarının Leninqradda keçirilən II qurultayında sosial psixologiyaya aid məsələlərdən də bəhs olunur. Bundan bir il əvvəl – 1962-ci ildə Leninqrad Universitetində sosial psixologiya laboratoriyası yaradılır. 1985-ci ildən SSRİ-də başlayan yenidənqurma sosial psixologiyanın da inkişafı üçün əlverişli imkanlar açdı. Qadağan olunmuş filosof və psixoloqların əsərləri nəşr olunmağa başladı. Xarici ölkə psixoloqları ilə əlaqələr genişləndi. Marksizm- leninizm yeganə metodoloji əsas olmaqdan çıxdı. Dünyanın məşhur psixoloqlarının əsərləri ilə tanış olmaq imkanı artdı.
XXəsrin 90-cı illəri
| ]90-cı illərdə rus psixoloqlarının özləri yazırdılar ki, əgər, heç olmasa 20 il əvvəl onların xarici ölkə psixoloqlarının əsərləri ilə ətraflı tanış olmaq imkanları olsaydı, onda Rusiyada da psixologiya elminin inkişaf səviyyəsi və istiqaməti başqa cür olardı.
XXIəsr
| ]XXIəsrin başlanğıcında Rusiyada sosial psixologiyanın yeni bir inkişaf mərhələsi başlayıb. O, daha çox praktik istiqamətə yönəlmiş, həyat və fəaliyyətin müxtəlif sahələrinə tətbiq olunmağa başlamışdır.
Xarici keçidlər
| ]- Rusiyada psixologiyanın inkişafı. Sovet və rus psixologiyasının tarixi
İstinadlar
| ]- Ramiz Əliyev. Psixologiya tarixi (az.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Bu meqale silinmeye namizeddirBu sehifeninsehife silme qaydasinaesasen siline bileceyi guman edilir Eger sehifenin silinmesine dair etiraziniz varsa silinmeye namized sehifelersehifesinde bu barede fikrinizi bildirin Muzakire davam etdiyi muddet erzinde sehifedeki bu xeberdarligi silmeyin Bu meqale sonuncu defe 1 saniye evvel Araz Yaquboglu muzakire tohfeler terefinden redakte olunub Yenile Rusiyada sosial psixologiyanin yaranmasi ve inkisafi Rusiyada sosial psixologiyanin tesekkul tapmasi ve inkisafi dunya sosial psixologiya elminden tecrid olunmus sekilde deyil onunla vehdetde inkisaf etmisdir Bununla bele Rusiyada sosial psixologiyanin ozunemexsus cehetleri de olmusdur Rusiya sosial psixologiya elmi ile dunya sosial psixologiyasinin oxsarligi ilk novbede onun tarixi inkisaf merheleleri ile baglidir Ferq ise Rusiya cemiyyetinin inkisafi sosial medeni deyerlere munasibetden ireli gelir Sosial psixologiya Rusiyada daha cox felsefi istiqametde inkisaf etmisdir XVIII esr span XVIIIesr rus mutefekkirleri icerisinde V N Tatisev 1686 1750 xususi yer tutur Tatiseve gore insanin eqli inkisafi insanlarla birge heyat ve fealiyyet unsiyyetden asilidir A N Radisev ise insanin inkisafinda ictimai psixoloji amillerin rolunu yuksek qiymetlendirirdi Radiseve gore insani heyvandan ilk novbede birge sevine bilmek birge kederlenmek keyfiyyeti ferqlendirir Insani onun ruhi inkisafini anadangelme keyfiyyetlerden cox telim terbiye mueyyenlesdirir XIX esr span Rusiyada sosial psixoloji ideyalarin tesekkul tapmasinda XIX esr inqilabci demokratik felsefi sistemin ozunemexsus rolu olmusdur Onlar sexsiyyetde umumi insani milli ve hansi silke mensub olmagi muhum keyfiyyet hesab edirler Inqilabci demokratlar insani tebietin mehsulu onun bir hissesi kimi deyil ilk novbede tarixi proseslerin cemiyyetin mehsulu hesab edirler Onlara gore insanin meneviyyati onun telebatlarinin nece odenilmesinden sosial seraitden asilidir Xususile yasadigi sosial muhit insana guclu tesir gosterir Qeddarliq nifret muhitinde boyuyen sexsin xarakterinde de o keyfiyyetler ustunluk teskil edecek XIXesrin sonu XX esrin evvellerinde span XIXesrin sonu XX esrin evvellerinde Rusiyada sosial psixologiyanin inkisafinda N K Mixaylovski V M Bexterev A Kopelmanin xidmetleri xususi yer tutur Bu dovrde sosial psixoloji hadiselere onlarin mahiyyetine ayrica diqqet yetirilir N K Mixaylovskini kutlevi psixi hadiseler insanlarin qarsiliqli munasibeti ve tesiri meseleleri maraqlandirirdi O Qerb psixoloqlarinin kutlevi teqlid ve telqin meselelerine yanasmalarini qebul edir ve hesab edirdi ki teqlid ve telqin kutlevi psixi hadiselerin sexsiyyet ve kutle munasibetlerinin esasini teskil edir Mixaylovski ilk defe subyektiv sosiologiya ideyasini ireli surmus ictimai heyatda psixoloji amilin muhum ehemiyyet kesb etdiyini esaslandirmisdir O yazir Bir qrup tedqiqatcilari cemiyyet ve sivilizasiyanin taleyi maraqlandirir Onlar elmin vezifesini movcud olanin derk olunmasinda gorur praktikaya hec ne vermirler Digerleri ise sexsiyyete diqqet yetirir sexsiyyetin telebatini odemeyen cemiyyet ve sivilizasiyanin qara qepiklik qiymeti olmadigini bildirirler Onlar gosterirler ki elm yalniz movcud olani deyil arzu olunani da oyrenmeli praktikada istifade ve reallasmaq ucun gosterisler vermelidir N K Mixaylovskiye gore sexsiyyetin fealligi ve fealiyyetini mueyyenlesdiren tarixi serait eyni zamanda bu ve ya diger sexsiyyetin hemin hadiseye munasibeti ve fealiyyeti ile istiqamet alir Bu ise insanin tebietinden ireli gelir Onun fikrince cemiyyet ve sexsiyyetin qarsiliqli tesiri beledir sosial tekamulun inkisaf seviyyesi ayri ayri ferdlerin inkisaf seviyyesi ile mueyyenlesdirilir Bizim butun heqiqi ve ya saxta fikir ve biliklerimiz pis ve ya yaxsi arzu ve hisslerimizin hamisi oz menbeyini tecrubeden goturur deyen Mixaylovski muhitin insana tesirini qeyd sertsiz qebul edir Mene ictimai menseyini de deyim ki senin esya hadiselere munasibetin necedir fikrini esaslandirarken irsiyyetin rolunu qebul edir Lakin butun hallarda o muhiti ve irsiyyeti bir birinden ayirmir Kutle ve sexsiyyetden behs eden Mixaylovski gosterir ki tenha insan ve kutle icerisinde insan bir birlerinden tamamile ferqlenen varliqdir Mixaylovskiye gore kutlenin qehremanina cevrilen sexs sosial hipnoz mexanizminden istifade ederek menim etdiyimi et davranisini telqin edir Sonralar Freyd ve Yunq kutlenin kollektiv suursuzlugu mexanizmini oyrenerken kutle ve qehreman arasindaki munasibetin hipnoz xarakteri dasidigini qeyd etmisler XIXesrin sonu XX esrin evvellerinde V M Bexterev sosial psixologiyanin oyrenilmesinden behs edirdi ve hesab edirdi ki sosial psixologiya qrupda ferdin psixikasinda bas veren deyisiklikleri oyrenmelidir Bununla yanasi kutlevi psixi hadiseler milli xususiyyetler kutle psixologiyasi ve s oyrenilmelidir XX esr span Rusiyada sosial psixologiyanin musteqil elm sahesine cevrilmesi Almaniya ve ABS da oldugu kimi XX esrin 20 ci illerinden baslayir Burada V M Bexterev ve onun telebeleri xususi rol oynayirlar Bexterev ozunun umumi refleksologiya nezeriyyesini kollektivin oyrenilmesine kollektiv refleksologiyaya tetbiq edir XX esrin 20 ci illeri span 20 ci illerde Rusiyada sosial psixologiyaya ferqli movqelerden yanasilmisdir Meshur zoopsixoloq V A Vaqner kollektiv psixologiyani bioloji noqteyi nezerden serh edirdi O hesab edirdi ki kollektiv psixologiya filogenetik inkisafa esaslanmalidir Vaqner buna esaslanaraq insanlari asagidaki tiplere ayirir suru telqine qapilan musteqillik gostermeyen ler basci eqoizm ozundenrazi eks cinse hedsiz maraq gosteren sosial altruizm cinsi meyle az maraq ve s Insanlarin kollektiv psixologiyasi iqtisadi ve medeni inkisaf neticesinde suru heyatindan sivlizasiyali cemiyyete kecir Sosial psixologiyaya gorkemli psixoloqlar Celpanov ve Necaevin de ozunemexsus yanasmalari olmusdur Celpanova gore ferdi eksperimental psixologiya sosial psixologiyanin materiallari ile zenginlesmelidir Celpanov ilk defe olaraq marksizmin psixologiyaya tetbiqi ideyasini ireli surmusdur Marksist psixoloq V A Artyomov Celpanovun eksperimental psixologiyasini ve Bexterevin refleksologiya nezeriyyesini tenqid ederek gosterirdi ki ferdlerin birlesmesi hele kollektiv deyil Kollektivde ferdi psixologiya hem de keyfiyyet deyisikliyine meruz qalir 20 ci illerde psixologiyada ideoloji mubarize guclendi P P Blonski psixologiyada esasli islahatlarin aparilmasini zeruri sayir ve hesab edirdi ki insan fealiyyetinin butun novleri sosialdir Buna gore de elmi psixologiya sosial elmlere aid edilmelidir Blonski ile yanasi Celpanovun diger bir telebesi K N Kornilov 1879 1957 idealist psixologiyaya o cumleden muellimi Celpanova qarsi cixir Kornilovun 1923 cu ilde psixo nevroloqlarin I Umumrusiya qurultayindaki meruzesi xususile diqqeti celb edir O oz meruzesinde idealist psixologiyani marksist movqeyinden darmadagin edir Sosial psixologiyanin inkisafinda meshur psixoloq L S Viqotskinin 1896 1934 mustesna xidmetleri olmusdur O A R Luriya ve A N Leontyevle birlikde psixikanin inkisafinda medeni tarixi seraitin rolu konsepsiyasini islemisdir Dogrudur 30 50 ci illerde bu konsepsiyaya ferqli munasibetler olmusdur XX esrin 30 40 ci illeri span 30 40 ci illerde yeni cemiyyetde SSRI de yasayan insanlarin psixoloji xususiyyetlerinin oyrenilmesine genis yer verilir muxtelif kollektivlerin sexsiyyetin herterefli inkisafinda rolu arasdirilirdi Melum oldugu kimi sosial psixologiyanin inkisafinda A S Makarenkonun evezsiz xidmetleri olmusdur O ilk defe olaraq kollektivde ve kollektiv vasitesile sexsiyyetin formalasmasi qarsiliqli munasibetlerin qurulmasini praktik sekilde subut etmisdir XX esrin 30 cu illeri span Lakin 30 cu illerin II yarisindan baslayaraq SSRI de sosial psixologiyanin musteqil elm sahesi kimi fealiyyetine son qoyuldu 60 ci illere qeder sosial psixologiya meseleleri diger elm sahelerinin terkibinde arasdirildi XX esrin 50 60 ci illeri span 50 60 ci illerde yegane elmi metodologiya marksizm leninizm oldugundan sosial psixologiya meseleleri de yalniz ona esaslanaraq arasdirilirdi XX esrin 60 ci illerin sonu 70 ci illeri span Yalniz 60 ci illerin sonu 70 ci illerin evvellerinde SSRI de sosial psixologiya yeniden musteqil elm sahesi kimi fealiyyete basladi Onun musteqil elm sahesi kimi yeniden fealiyyete baslamasina hem olkede geden prosesler hem ictimai muhitin nisbeten yumsalmasi hem de filosof ve sosioloqlarin sosial psixologiyanin problemlerine qosulmasi zemin yaratdi Q M Andreyeva B D Parigin V A Yadov B G Ananyev A V Petrovski K K Platonov E V Soroxova ve b sosial psixologiyanin muxtelif problemleri ile mesgul olmaga basladilar Bu dovrde sovet psixoloqlari dunya psixoloqlari ile nisbeten temasda olmaq imkani qazandilar 1966 ci ilde ise Psixoloqlarin XVIII Beynelxalq Konqresinin SSRI de Moskvada kecirilmesi vacib rol oynayir Halbuki meshur Fransiz psixoloqu R Zazzo xatirlayir ki 1954 cu ilde A N Leontyev ondan Viqotskinin eserlerini fransiz dilinde nesr etdirmesini xahis ederek deyir Eger siz bunu etseniz bizim de onu yeniden rusca nesr etdirmek ucun elimizde esas olar Psixologiya tarixcisi professor M Q Yarosevski ise yazir Yadimdadir partiya teskilati bizden teleb edirdi ki zererli burjua tesirine meruz qalmayan yeni cemiyyetin quruculari keyfiyyetce yeni tip insanlar olan sovet adaminin psixologiyasini oyrenek XXesrin 30 cu illerine qeder dunyada secilen qebul edilen Rusiya sosial psixologiya elmi 60 ci illerin ortalarina qeder sanki donduruldu 1963 cu ilde SSRI psixoloqlarinin Leninqradda kecirilen II qurultayinda sosial psixologiyaya aid meselelerden de behs olunur Bundan bir il evvel 1962 ci ilde Leninqrad Universitetinde sosial psixologiya laboratoriyasi yaradilir 1985 ci ilden SSRI de baslayan yenidenqurma sosial psixologiyanin da inkisafi ucun elverisli imkanlar acdi Qadagan olunmus filosof ve psixoloqlarin eserleri nesr olunmaga basladi Xarici olke psixoloqlari ile elaqeler genislendi Marksizm leninizm yegane metodoloji esas olmaqdan cixdi Dunyanin meshur psixoloqlarinin eserleri ile tanis olmaq imkani artdi XXesrin 90 ci illeri span 90 ci illerde rus psixoloqlarinin ozleri yazirdilar ki eger hec olmasa 20 il evvel onlarin xarici olke psixoloqlarinin eserleri ile etrafli tanis olmaq imkanlari olsaydi onda Rusiyada da psixologiya elminin inkisaf seviyyesi ve istiqameti basqa cur olardi XXIesr span XXIesrin baslangicinda Rusiyada sosial psixologiyanin yeni bir inkisaf merhelesi baslayib O daha cox praktik istiqamete yonelmis heyat ve fealiyyetin muxtelif sahelerine tetbiq olunmaga baslamisdir Xarici kecidler span Rusiyada psixologiyanin inkisafi Sovet ve rus psixologiyasinin tarixiIstinadlar span Ramiz Eliyev Psixologiya tarixi az Kateqoriyalar Rusiyada elm ve texnologiyaPsixologiyaPsixologiya qaralamalariGizli kateqoriya Silinmeye namized sehifeler
