Rauf Əliyev (əsgər, 1993)
Rauf İlyas oğlu Əliyev (11 fevral 1993; Şamaxı, Azərbaycan — 30 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.
Rauf Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Dəfn yeri | Şamaxı Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Ağdərə döyüşləri • Suqovuşan döyüşləri |
Təltifləri |
Həyatı
Rauf Əliyev 1993-cü il fevralın 11-də Şamaxı şəhərində anadan olub.
1999-2008-ci illərdə E.Hüseynov adına 2 saylı Şamaxı şəhər tam orta məktəbində, 2008-2012-ci illərdə isə S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində tar ixtisası üzrə təhsil alıb.
2015-ci ildən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq incəsənət məktəbində tar müəllimi kimi fəaliyyət göstərirdi. Subay idi.
Hərbi xidməti
Rauf Əliyev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Rauf Əliyev sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
Xarici keçidlər
- Youtube-da bax: Adını qəhrəmanlıq tariximizə yazdıran mədəniyyət işçisi, şəhid Rauf Əliyev
- Youtube-da bax: Şəhid Rauf Əliyev cənnətdəki ilk doğum günün mübarək!
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (azərb.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 2020-12-10.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində . İstifadə tarixi: 29.12.2020.
- https://president.az/articles/49098