Wikipedia
Qurgen Arutyunyan
Qurgen Mixayloviç Arutyunyan (9 [22] iyun 1905, Yelizavetpol – 2 yanvar 1973, Xankəndi, DQMV) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1957).
Qurgen Arutyunyan | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Xankəndi, DQMV, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Mükafatları |
Həyatı
Qurgen Arutyunyan 22 iyun 1905-ci ildə hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlamışdır. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış etmişdir. Əsasən komik və xarakter rollarını ifa etmişdir.
Qurgen Arutyunyan 1941-ci ildən Sov.İKP üzvü olmuşdur. O, 2 yanvar 1973-cü ildə hazırkı Xankəndidə vəfat etmişdir.
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti fəxri adı — 17 iyun 1943
- Azərbaycan SSR xalq artisti fəxri adı — 16 may 1957
- "Şərəf Nişanı" ordeni
İfa etdiyi əsas rollar
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Martiros | Namus | Aleksandr Şirvanzadə |
Daniyel | Nakam qız | Aleksandr Şirvanzadə |
Nazar | Qoçaq Nazar | Derenik Dəmirçyan |
Şeyx Alı | Vaqif | Səməd Vurğun |
Heydərqulu | Həyat | Mirzə İbrahimov |
Kurdryaş | Tufan | Aleksandr Ostrovski |
Luka | Həyatın Dibində | Maksim Qorki |
fon Kalb | Məkr və məhəbbət | Fridrix Şiller |
İstinadlar
Ədəbiyyat
- Театральная энциклопедия: [в 6 т.]. Т. 1. А — «Глобус». Москва: Советская энциклопедия. гл. ред.: С. С. Мокульский. 1961. 1214 стб. 43 000 экз. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#script_parameter)
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. I ҹилд: А – Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#script_parameter)