Qorxmaz Əlizadə
Qorxmaz Arif oğlu Əlizadə (27 yanvar 1995; Qax rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Qorxmaz Əlizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qax rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013—2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Xocavənd döyüşləri • Füzuli döyüşləri |
Təltifləri |
Həyatı
Qorxmaz Əlizadə 1995-ci il yanvarın 27-də Qax rayonunun Cəlayir kəndində anadan olub. 2002-2010-cu illərdə R. İbrahimov adına Cəlayir kənd orta məktəbində, 2010-2013-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyat və Quru Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2017-ci ildən hərbi xidmətə başladı. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.
Hərbi xidməti
Qorxmaz Əlizadə 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini başa vurdu və təyinat əsasında Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinə göndərildi. 2020-ci il iyunun 26-da "baş leytenant" hərbi rütbəsi aldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Qorxmaz Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri olduğu dəstə ilə birgə Ermənistan nəzarətində olan dörd postun nəzarətə alınmasında, Ermənistan Ordusunun bir sıra hərbçilərinin əsir götürülməsində xüsusi fərqlənib. Erməni hərbçisinin əsir götürülməsi zamanı əlbəyaxa davada burnunun sınmasına baxmayaraq hospitala yollanmaqdan imtina edib. Qorxmaz Əlizadə oktyabrın 17-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Qax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (26.06.2020) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ( (az.)). 08.12.2020. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 08.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində . İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-26 tarixində . İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-17 tarixində . İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-26 tarixində . İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-26 tarixində . İstifadə tarixi: 25.12.2020.