Qismət Rüstəmov
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü.
Qismət Rüstəmov | |
---|---|
Qismət Elçin oğlu Rüstəmov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Odlar Yurdu Universiteti Azərbaycan Dillər Universiteti |
İxtisası | Filologiya |
Mükafatları | Prezident təqaüdçüsü |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub.
1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb.
Təhsili
2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib.
2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır.
Fəaliyyəti
Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır.
Şeir kitabları
2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap olunub.
2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis Hüznləri" adlı şeir kitabları çapdan çıxıb.
2020-ci ildə "Qanun" nəşrlər evində seçmə şeirlərdən ibarət "Qumru əlifbası" adlı kitabı çap edilib.
Esselər kitabı
2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.
2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.
Tərcümələri
2014-cü ildə onun tərcüməsində "Rixard Vaqner. Mənim həyatım" memuarı (Rəbiqə Nazimqızı ilə birlikdə);
2016-cı ildə ispan yazıçısı Enrike Vila Matasın "Bartlbi və çevrəsi" romanı(Nicat Məmmədovla birlikdə);
2017-ci ildə Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" ;
2017-ci ildə "Alatoran yayınları"ndan dünya ədəbiyyatdan seçmə esselərin toplandığı "Ədəbiyyatsız dünya" antologiyası;
2018-ci ildə isə görkəmli Moldova şairi Arkadi Suçevyanunun "Qağayı ilə göndərilən məktub" şeirlər kitabı (Səlim Babullaoğlu ilə birlikdə);
2018-ci ildə TEAS PRESS nəşriyyatında onun tərtibçisi və önsözünü yazdığı "Edqar Podan Etqar Keretə: 32 müəllif 32 hekayə" adlı hekayə antologiyası çapdan çıxıb.
2020-ci ildə "Qanun" nəşriyyatında tərtibçisi olduğu "The Paris review müsahibələri" kitabı çapdan çıxıb.
2021-ci ildə Nobel mükafatı laureatı, amerikalı şair Luiza Qlükün "Odisseyin qərarı" adlı seçmə şeirlər kitabını Səlim Babullaoğlu və Fərid Hüseynlə birlikdə Azərbaycan dilinə çevirib.
Mükafatları
2011-ci ildə Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi "Vaja Pşavela adına beynəlxalq poeziya mükafatı"na layiq görülüb.
Konfranslar
2011-ci ildə Moskvada, Peredelkinoda keçirilən "Birinci Beynəlxalq Gənc Yazarlar Konfransı"nda iştirak edib.
2012-ci ildə isə Türkiyənin Elazığ şəhərində "Xəzər şeir axşamları" Beynəlxalq Poeziya Festivalında iştirak edib.
2018-ci ildə Moldovada "Avropa şairlər baharı" festivalında iştirak edib.
Haqqında yazılanlar
• Mətanət Vahid — Oxucu… şeir… və Qismətin hüznləri • Firuz Mustafa — "Alnına bir şeir sıxacam sənin…" • Cavanşir Yusifli — Uelbekdən II Qismətə qədər • Mətanət Vahid — Bütün yollar ədəbiyyata aparır • Fazil Mustafa — "Onun tənqidlərindən sonra rus ədəbiyyatını yenidən oxumalısan" • Şərif Ağayar — Dünya ədəbiyyatının Azərbaycan elçisi
İstinadlar
- Gənc ədiblərin əsərlərindən ibarət kitabların təqdimatı olub
- [1]
- Qismətin yeni şeir kitabı çıxdı
- Qismətin yeni kitabı çap olundu — "Gələcəyin tarixi"
- [2]
- Enrike Vila-Matasın "Bartlbi və çevrəsi " romanı — "ATV Kitab" seriyasında "Parlaq imzalar"la
- Nabokovun "Rus ədəbiyyatından müharizələr"i Azərbaycan dilində
- "Ədəbiyyatsız dünya" çap olundu
- Bakıda Moldova ədəbiyyatı ilə bağlı tədbirlər
- "Edqar Podan Etqar Keretə qədər – 32 müəllif, 32 hekayə"
- "The Paris Review müsahibələri" kitabı çap olundu
- ""Nobelli şairin Azərbaycanca kitabı çıxıb"" (az.). www.kulisaz. 2021-04-16. İstifadə tarixi: 2021-04-16.
- """Oxucu... şeir... və Qismətin hüznləri""" (az.). www.525.az. 2012-11-23. İstifadə tarixi: 2021-03-16.
- """"Alnına bir şeir sıxacam sənin..."""" (az.). old.525.az. 2011-05-07. İstifadə tarixi: 2021-03-16.
- ""Uelbekdən II Qismətə qədər"" (az.). www.yarpaq.az. 2011-05-02. İstifadə tarixi: 2021-03-16.
- ""Bütün yollar ədəbiyyata aparır"" (az.). www.kulis.az. 2017-02-20. İstifadə tarixi: 2021-03-16.
- ""Onun tənqidlərindən sonra rus ədəbiyyatını yenidən oxumalısan"" (az.). www.strateq.az. 2020-04-26. İstifadə tarixi: 2021-03-16.
- ""Dünya ədəbiyyatının Azərbaycan elçisi"" (az.). www.kulis.az. 2021-03-15. İstifadə tarixi: 2021-03-16.