Wikipedia
Qaragözlülər
Qaragözlülər — əsasən İranın Həmədan ostanında yaşayan türkdilli tayfa.
Səlcuqların dövründə Ön Asiyaya gəldikləri güman olunur. Qaragözlülərin adı mənbələrdə ilk dəfə XVI əsrdə çəkilir. XVIII əsrdə İran və Azərbaycanın ictimai həyatında aktiv iştirak ediblər.
Qaragözlülər əsasən maldarlıqla məşğul olurlar.
Azərbaycanın bir çox bölgəsində, məsələn Cənubi Azərbaycanın Qaragözlü (Miyandoab/Qoşaçay şəhristanında) və Qaragözlü (Əhər şəhristanında) kəndlərində, Qərbi Azərbaycan (indiki Ermənistan)dakı Qaraiman kəndində, habelə Siyəzən (Qaragöz (Siyəzən)) və Zəngilan (Qaragöz (Zəngilan)) rayonlarındakı "Qaragöz" kənd adları kimi toponimlər də bu tayfa ilə bağlıdır.
İstinadlar
- "Qaragözlülər". Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. III ҹилд: Гаjыбов – Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. сәһ. 62. (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#invisible_char); (#script_parameter)
Mənbə
- Статьи из «Энциклопедии ислама». — Карагёзлю, стр. 502. // Академик В. В. Бартольд. Сочинения. Том VII: Работы по истории и исторической географии Ирана. Ответственный редактор: И. П. Петрушевский. Москва: Издательство «Наука» Главная редакция восточной литературы, 1971, 663 стр.