Qəhrəmannamə — mifoloji-tarixi qəhrəmanlıq dastanı. XVII əsrə aid, azərbaycandilli əsərdir, katib Molla Kəlbiələddin İrəvani tərəfindən köçürülmüşdür, Firdovsinin "Şahnamə"sindəki hökmdarlar və bu dövrün savaşları təsvir edilmişdir.
Tarixi və xüsusiyyətləri
B-1506 əlyazması
"Qəhrəmannamə" əsəri Katib Molla Kəlbiələddin İrəvaninin xətti ilə köçürülmüşdür. Katibin soyadı əsərin İrəvanda köçürüldüyünü deməyə imkan verir. Əlyazmanın cildi vərəqlərdən balacadır və blokdan qopmuşdur. Bu, onu deməyə imkan verir ki, əlyazma cildi qoparılaraq başqa cildlə əvəz edilib. Əlyazma kitablarında gözəl cildlərin qoparılmasına rast gəlinir. Əsər 1695-ci ildə köçürülmüşdür, əlyazma nömrəsi B-1506-dır. Əsər maili yazılmış bu sözlərlə bitir:
Bunu yazdım yadigar olmaqçün,
Oxuyanlar bir dua qılmaqçün.
Təmam oldu əlhəmdüllah bu dastan,
Sanasan tazə güldür gülüstan.
Dastan qədim Azərbaycan və İran-Turan əfsanələri haqqındadır. B-1506 nömrəli nüsxə dastanın AMEA Əlyazmalar İnstitutundakı ən qədim nüsxəsidir. Ş. Cəmşidova görə dastanın Daşkənd və London nüsxələri də mövcuddur. Əsərin əsas qəhrəmanı "Qəhrəman" adlanır. Dastanın məzmunu İslamdan əvvəlki dövrə aiddir, tarixi-mifoloji xarakter daşıyır. Əsərdə qədim dövr, Firdovsinin "Şahnamə"sindəki hökmdarlar və bu dövrün savaşları təsvir edilir.
Müasir əlifba ilə çapı və öyrənilməsi
Dastanın nüsxəsi ilə ilk dəfə Şamil Cəmşidov tanış olmuş, 1984-cü ildə "Bakı" qəzetində "Qəhrəmannamə dastanı" adlı məqalə yazmışdır. 2023-cü ildə "Qəhrəmannamə" əsəri kitab halında, ərəb qrafikasından müasir Azərbaycan əlifbasına transfoneliterasiya edilərək çap edilmişdir. Əsərin təhlili, məzmunu və fotofaksimilesinə kitabda yer verilmişdir. Kitab "Kitabi-Dədə Qorqud" dastanını və "Qəhrəmannamə"ni tədqiq etmiş Şamil Cəmşidovun xatirəsinə ithaf olunmuşdur. Kitabın müəllifi Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Aybəniz Rəhimovadır.
İstinadlar
- Məmmədbağıroğlu, 2018. səh. 52
- Məmmədbağıroğlu, 2018. səh. 72
- Məmmədbağıroğlu, 2018. səh. 77
- Məmmədbağıroğlu, 2018. səh. 79
- Məmmədbağıroğlu, 2018. səh. 132
- ""Qəhrəmannamə" yazılı dastan abidəsi kitab halında çap olundu". İstifadə tarixi: 2025-09-20.
Ədəbiyyat
- Əli Məmmədbağıroğlu. XVII əsr Azərbaycan əlyazma kitabı (paleoqrafiya və mətnşünaslıq məsələləri). Bakı: "Elm və təhsil", 2018, 204 səh
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qehremanname mifoloji tarixi qehremanliq dastani XVII esre aid azerbaycandilli eserdir katib Molla Kelbieleddin Irevani terefinden kocurulmusdur Firdovsinin Sahname sindeki hokmdarlar ve bu dovrun savaslari tesvir edilmisdir Tarixi ve xususiyyetleriB 1506 elyazmasi Qehremanname eseri Katib Molla Kelbieleddin Irevaninin xetti ile kocurulmusdur Katibin soyadi eserin Irevanda kocurulduyunu demeye imkan verir Elyazmanin cildi vereqlerden balacadir ve blokdan qopmusdur Bu onu demeye imkan verir ki elyazma cildi qoparilaraq basqa cildle evez edilib Elyazma kitablarinda gozel cildlerin qoparilmasina rast gelinir Eser 1695 ci ilde kocurulmusdur elyazma nomresi B 1506 dir Eser maili yazilmis bu sozlerle bitir Bunu yazdim yadigar olmaqcun Oxuyanlar bir dua qilmaqcun Temam oldu elhemdullah bu dastan Sanasan taze guldur gulustan Dastan qedim Azerbaycan ve Iran Turan efsaneleri haqqindadir B 1506 nomreli nusxe dastanin AMEA Elyazmalar Institutundaki en qedim nusxesidir S Cemsidova gore dastanin Daskend ve London nusxeleri de movcuddur Eserin esas qehremani Qehreman adlanir Dastanin mezmunu Islamdan evvelki dovre aiddir tarixi mifoloji xarakter dasiyir Eserde qedim dovr Firdovsinin Sahname sindeki hokmdarlar ve bu dovrun savaslari tesvir edilir Muasir elifba ile capi ve oyrenilmesi Dastanin nusxesi ile ilk defe Samil Cemsidov tanis olmus 1984 cu ilde Baki qezetinde Qehremanname dastani adli meqale yazmisdir 2023 cu ilde Qehremanname eseri kitab halinda ereb qrafikasindan muasir Azerbaycan elifbasina transfoneliterasiya edilerek cap edilmisdir Eserin tehlili mezmunu ve fotofaksimilesine kitabda yer verilmisdir Kitab Kitabi Dede Qorqud dastanini ve Qehremanname ni tedqiq etmis Samil Cemsidovun xatiresine ithaf olunmusdur Kitabin muellifi Turkdilli elyazmalarin tedqiqi sobesinin aparici elmi iscisi Aybeniz Rehimovadir IstinadlarMemmedbagiroglu 2018 seh 52 Memmedbagiroglu 2018 seh 72 Memmedbagiroglu 2018 seh 77 Memmedbagiroglu 2018 seh 79 Memmedbagiroglu 2018 seh 132 Qehremanname yazili dastan abidesi kitab halinda cap olundu Istifade tarixi 2025 09 20 EdebiyyatEli Memmedbagiroglu XVII esr Azerbaycan elyazma kitabi paleoqrafiya ve metnsunasliq meseleleri Baki Elm ve tehsil 2018 204 seh