Orxan Dadaşlı
Orxan Elxan oğlu Dadaşlı (25 yanvar 1997; Lənkəran rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Orxan Dadaşlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Cəbrayıl döyüşləri • Qubadlı döyüşləri • Şuşa döyüşləri |
Təltifləri |
Həyatı
Orxan Dadaşlı 1997-ci il yanvarın 25-də Lənkəran rayonunun Darquba kəndində anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Orxan Dadaşlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Dadaşlı noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Dadaşlı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
- (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- Azərbaycan Prezidentinin saytı (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (29.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az ( (azərb.)). 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.