Nailə Sultan (II Əbdülhəmidin qızı)
Nailə Sultan (d. 9 yanvar 1884 — ö. 25 oktyabr 1957) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü qızı.
Nailə Sultan | |
---|---|
نائل سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | |
Atası | II Əbdülhəmid |
Anası | Dilpəsənd xanım |
Həyat yoldaşı | Arif Hikmət Gərmiyanoğlu |
Həyatı
Nailə Sultan 1884-cü ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun beşinci xanımı Dilpəsənd xanım idi. Sarayda xüsusi təhsil aldı. Piano, violonçel, arfa ifa etməyi öyrəndi. 1901-ci ildə Qazi Osman Paşanın oğlu Cəmaləddin bəylə nişanlansa da, siyasi səbəblərlə bu nigah baş tutmadı.
Daha sonra 27 fevral 1905-ci ildə Arif Hikmət Gərmiyanoğlu ilə evləndi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ailəsi ilə birlikdə Beyruta getdi və burada yaşadı. 1942-ci ildə əri vəfat etdi. 1952-ci ildə çıxan əfv qanunu ilə digər bacıları kimi Türkiyəyə geri qayıtdı. Ancaq çox keçmədən 25 oktyabr 1957-ci ildə vəfat etdi. Məzarının yeri bilinmir. Övladı olmamışdır.
Mənbə
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 506-507