Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Nadir xanın Azərbaycana yürüşü 1730 Nadir xanın 1729 cu ildə əfqanları məğlub edib isfahana daxil olmasından sonra başla

Nadir xanın Azərbaycana yürüşü (1730)

Nadir xanın Azərbaycana yürüşü (1730)
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Nadir xanın Azərbaycana yürüşü (1730) — Nadir xanın 1729-cu ildə əfqanları məğlub edib İsfahana daxil olmasından sonra başlatdığı və Osmanlı imperiyasına qarşı olan böyük yürüşün bir hissəsidir. Bu yürüşün tərkib hissəsi kimi birinci Qərbi İran əraziləri, daha sonra isə Cənubi Azərbaycan əraziləri Osmanlı ordularından təmizlənmişdir.

Nadir xanın Azərbaycana yürüşü
Səfəvi-Osmanlı müharibəsi (1730-1736), Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü və Nadirin yürüşləri
image
Təbrizdəki Ərk qalası
Tarix 1730 iyun-avqust
Yeri Marağa, Təbriz, Urmiya
Səbəbi Səfəvi imperiyasının ərazilərini bərpa etmə cəhdləri
Nəticəsi Mütləq Səfəvi zəfəri.
Ərazi dəyişikliyi Qərbi İran və Cənubi Azərbaycan Səfəvi imperiyasına yenidən birləşdirildi.
Münaqişə tərəfləri

image Səfəvilər İmperiyası

image Osmanlı İmperiyası

Komandan(lar)

image Nadir xan Əfşar

image Osman paşa
Teymur paşa
Süleyman paşa
Mustafa paşa
Fərrux paşa
Məmiş paşa

Tərəflərin qüvvəsi

30 min
* 25 min ən əvəvldən, 5 min sonradan Qəzvindən qatılır

45 min min
* 15 min Nəhavənddə
* 30 min Malayerdə

İtkilər

Bilinmir

Ağır
* Bütün top və cəbhəxana itirildi.

Arxa plan

Osmanlı işğalı

1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu. Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu.

İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı.

Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi. II Təhmasib hələ İsfahanın mühasirəsi zamanı qaçıb özünü şah elan etsə də, əsl hakimiyyət onun baş sərkərdəsi Nadir xanın əlində cəmləşmişdi. Nadirlə Əşrəf arasındakı mübarizədə Osmanlı imperiyası ağıllı taktika seçərək Əşrəfi dəstəkləyirdi. Çünki məlum idi ki, istedadlı sərkərdə olan Nadir qələbə qazanacağı halda dövlətin qərb torpaqlaının Osmanlı tərəfindən işğal edilməsi faktı ilə barışmayacaqdı. Osmanlının geniş dəstəyinə baxmayaraq Nadir əfqan qüvvələrini darmadağın etməyi bacardı və II Təhmasibin nominal hökmdarlığı altında İsfahanda Səfəvi taxt-tacı yenidən bərqərar edildi. İstanbulun qorxuları reallaşmağa başaldı və Nadir itirilmiş torpaqların azad edilməsinə başladı. Təxminən 10 ilə yaxındır ki imperiyanın qərb torpaqlarını ələ keçirmiş Osmanlı imperiyası bu bölgələrdə xeyli dərəcədə möhkəmlənmiş və yeni yaxınlaşan müharibəyə hazırlaşmışdı.

Qərbi İranın azad edilməsi

1739-cu ilin martında Şirazdan yola çıxan Nadir Qərbi İranın azad edilməsinə başladı. Onu qarşılamaq üçün Fərrux paşa komandanlığı altında 14 minlik Osmanlı ordusu Nəhavəndə göndərildi. Osmanlının əlində olan Nəhavəndə Luristan bölgəsi vasitəsiylə çatan və Osmanlı ordusunu məğlub edən Nadirin qarşısından onlar Həmədana doğru geri çəkildi. Onların məqsədi burada yenidən qruplaşaraq Həmədanın Nadirin əlinə keçməsinə icazə verməmək idi. Buna görə də, onlar qızılbaş hücumunu durdurmaq ümidi ilə Malayer adlanan bölgədə döyüşə atıldılar.

Həmədan və ümumiyyətlə Nadirin yürüşünün sonrakı taleyi üçün həlledici rol oynayan Malayer döyüşündə Osmanlı ordusunun tərkibində 30 min döyüşçü, Nadirin ordusunda isə 25 min döyüşçü var idi.

Döyüşün gedişatında Osmanlı komandanları Osman paşa, Teymur paşa və digər sərkərdələr nə qədər cəhd göstərsələr də irəliləməyin mümkünsüz olduğunu və getdikcə daha ciddi itkilərin verildiyinin şahidi olub geri çəkildilər.

Bu qələbə nəticəsində Həmədan orada əsir olaraq saxlanılan 10 min qızılbaş döyüşçüylə birlikdə azad edildi.. 1730-cu il iyun ayının ortalarında Həmədana daxil olan Nadir Osmanlı ordusundan orada qalmış olan toplar, döyüş təchizatı və müxtəlif əşyalar qənimət olaraq ələ keçirdi.

Azərbaycana yürüş

Marağanın azad edilməsi

Osmanlı sarayında da növbəti hədəfin Azərbaycan əraziləri olduğu bəlli idi və bu istiqamətdə hazırlıq işləri həyata keçirilirdi. Marağa, Ərdəlan, Ərumi və Sulduz ətrafında kifayət qədər böyük sayda Osmanlı qoşunları toplanmışdı. Teymur paşa onların vəziyyətini yoxladı, qoşunların parkını və yüklərini Marağanın Qavdul qəsəbəsində cəmlədi və sonra 12 min nəfərlik süvari dəstəsini ayırıb Ərdəlana gəldi. Həmin dəstə Nadirin hücumunun qarşısını kəsməli idi. Teymur paşa dəstəsinin gücləndirilməsi üçün Ərdəlanda da döyüşçülərin toplanmasını, hərbi təchizatın yaxşılaşdırılmasını davam etdirdi. "Aləm Ara-ye Naderi"yə görə, Nadir 7 min nəfərlik qoşun dəstəsi ilə osmanlılara qarşı yürüşə başladı. Qoşun dəstəsinin əsas hissəsini Təhmasib xan Cəlayirin rəhbərliyi altına verdi. Qoşunun parkı və yükləri də Təhmasib xanın dəstəsində idi. Özü isə kiçik bir dəstə ilə Miyanduaba doğru istiqamət götürdü. Nadirin ona qarşı yaxınlaşması xəbərini eşidən Teymur paşa Marağaya doğru geri çəkildi. Nadir öz dəstəsi ilə Teymur paşanın dəstəsini təqib etməyə başladı və niyyətinə nail oldu. Elə təqib zamanı da Nadir osmanlılara zərbə endirə bildi. Nəticədə, qaçıb Marağaya sığınmaq ümidində olan osmanlılara xeyli itki yetirildi, osmanlılar hətta Marağada da duruş gətirə bilmədilər və oradan da uzaqlaşdılar. Onların tərk edib qaçdığı çoxlu sayda top, silah və digər döyüş təchizatı qənimət kimi Nadirin əlinə keçdi.

Teymur paşa ilə növbəti döyüş

Teymur paşa Marağanın on fərsəngliyində olan Dehxarqanda yenidən öz qüvvələrini cəmləşdirməyə başladı. Nadirlə yeni döyüşə hazırlaşmağın zəruriliyini onların diqqətinə çatdırdı. Teymur paşa Təbriz valisinə də məktub göndərdi və ondan da hərbi yardım göndərilməsini xahiş etdi. Eyni zamanda ona da hazır olmağı tövsiyə etdi. Təbriz hakimi Teymur paşanın yardımına beş minlik bir dəstə göndərdi. Bu dəstənin gəlməsi Teymur paşanın qüvvələrini kifayət qədər gücləndirdi və bununla da o özünü Nadirlə yeni döyüşə hazır hesab etdi. Nadir bir neçə gün Marağada qaldı və Təhmasib xan Cəlayirə də əmr göndərdi ki, qoşunların düşərgəsini ora köçürsün. Elə burada istirahətdə olarkən Urmiyada yaşayan əfşarlara məktub göndərdi. Nadir bu məktubunda özünün də əfşarlara mənsubluğunu xatırlamaqla bölgəyə gəlməsi barədə onlara məlumat verdi. Lakin Bisütun xan onun Nadirlə əlaqədə olmasının Osmanlı tərəfindən bilinməsinin əhalisi üçün ağır nəticələnəciyini güman edərək bu məlumatı əhalidən gizli saxladı. Əyanlarla məsləhətləşmədən belə qərar verildi ki, bir qədər səbir edilsin və əgər döyüşdə Nadir qələbə qazanarsa əfşarlar onun ordusuna qatılsın.

"Aləm Ara-ye Naderi"yə görə, Teymur paşanın qüvvələri Nadirlə növbəti döyüşə girmək üçün Qavdul məntəqəsində, Cığatay çayının (Zərinrud) kənarında düşərgə saldı və iki tərəf arasında ilk döyüşlər qarovul dəstələrinin üzləşməsi ilə baş verdi. Əldə edilən məlumatlardan sonra hər iki tərəf döyüş mövqelərini, döyüş tapşırıqlarını, həm də qüvvələrin qruplaşdırılmasını bir daha dəqiqləşdirdilər. Teymur paşa mövqelərini elə seçdi ki, onun bir cinahını yaxınlıqda axan çay mühafizə etsin. Nadir də qüvvələrinə hərəkət əmri verib döyüşqabağı mövqelərə doğru üz tutdu. Nadir qoşunlarının sağ cinahına Rzaqulu xanla Əliqulu bəy Sərvərli rəhbərlik edirdilər. Sol cinahdakı qüvvələrə rəhbərlik isə Təhmasib xan Cəlayirə, Şahqulu bəy Mərviyə və Hacı Seyfəddin xan Bayata tapşırıldı. Tanınmış və təcrübəli əmirlərdən təşkil olunmuş bir alay sol cinahda dayanmalı idi. Həmin dəstələrin ətrafında isə Mir Abutalıb xanın və İsmayıl xan Xəzimənin cəzayirçiləri və tüfəngdarları mövqe tutmalı idilər.

Osmanlılar əsas döyüşə top hazırlığı ilə başladılar. Teymur paşanın əmri ilə bütün böyük və kiçik toplar işə salındı və onların vasitəsilə Nadir qoşunlarına ilk zərbənin vurulmasına cəhd göstərdi. Bunun ardınca isə nizələrlə silahlanmış böyük bir süvari dəstəsi döyüşə buraxıldı ki, top hazırlığının ardınca qarşı tərəfə vurulan zərbə daha da gücləndirilsin. Osmanlı qüvvələrinin böyük əzmkarlıqla döyüşdüyünü Nadir də müşahidə edirdi. Nadir onu da hiss edirdi ki, özü döyüşün gedişinə müdaxilə etməsə qələbəni əldən verə bilər. Ona görə əvvəlcə cinahlarda döyüşən dəstələrin rəhbərlərinə xəbər göndərdi ki, tutduqları mövqelərdən geri çəkilməsinlər. Bundan sonra isə özü şəxsən döyüşə girdi və döyüşçülərini ruhlandırdı.

Mustafa paşa Çələbinin ölümü Osmanlı qüvvələri arasında bir çaşqınlıq yaratdı. Onlar istədilər ki, bir qədər geri çəkilib artilleriyanın mövqelərində özlərinə yer etsinlər. Teymur paşa da ehtiyat qüvvələri ilə həmin mövqedə idi.Bu geriləmə osmanlılara yenidən topların atəşindən istifadə etməyə, ehtiyat qüvvələr tərəfindən möhkəmlənməyə imkan verdi. Nadir osmanlıların bu niyyətini anladı və Təhmasib xan Cəlayirə xəbər göndərdi ki, rəhbərliyi altında olan əfşar, cəlayir və Mərv qüvvələri ilə Osmanlı qüvvələrinin Teymur paşa ilə birləşməsinə imkan verməsin. Belə olanda, döyüşün gərginliyi daha da artdı. Teymur paşa vəziyyətin onnu əleyhinə dəyişdiyini hiss edərək Nadirlə şəxsən döyüşə girdi. İki sərkərdənin şəxsi döyüşlərinin nəticəsi çox gümanki orduların döyüşünün nəticəsini də müəyyən edəcəkdi. Nadir Teymur paşanı yaralasa da, özünü yetirən Osmanlı döyüşçüləri onun canını xilas edə bildilər. Bundan sonra döyüşün davam etdirilməsini mənasız bilən osmanlılar geri çəkildilər və məntəqədə dayanmağın təhlükəli olduğundan Təbrizə doğru üz tutdular. Osmanlı paşaları növbəti dəfə Nadirlə döyüşdə uğursuzluğa düçar oldular.

Təbrizin azad edilməsi

Bu qələbədən sonra Urmiya əfşarları da Bisütun xanın rəhbərliyi altında Nadirin ordusu ilə birləşdilər. Nadir Təbrizə doğru yürüşü elan etdi. Təbrizdəki Mustafa paşa komandanlığındakı Osmanlı ordusuna Misir və Hələbdən 16 minlik yardım göndərildi. Bu dəstələr xüsusi seçmə dəstələr hesab olunurdu.

Məmiş paşa rəhbərlik edirdi. Məmiş paşa öz dəstəsi ilə Dehxarqan məntəqəsinə gəldi və burada döyüşqabağı mövqe tutdu. Nadirin qoşunları da yetişib burada döyüşqabağı mövqelərə paylandılar. Nadir öz qüvvələrini dörd dəstədə qruplaşdırdı və onlara dörd istiqamətdən Osmanlı qoşunları üzərinə hücum etməyi tapşırdı. Osmanlı qüvvələri böyük əzmkarlıqla dörd tərəfdən hücuma keçən Nadir qüvvələrinə müqavimət göstərməyə çalışdılar. Nadir özü də döyüşə qoşuldu və özünü Məmiş paşanın dayandığı mövqeyə yetirdi. Osmanlı qüvvələri daxilinə bir çaxnaşma salmaq üçün Nadir Məmiş paşanı aradan götürməyi planlaşdırırdı. Bunu üçün o, münasib məqam seçib əlindəki əmudla Məmiş paşaya güclü zərbə endirdi. Məmiş paşa bu zərbədən yerindəcə keçindi. Onun ölməsi isə doğrudan da Osmanlı qüvvələri daxilində çaxnaşma saldı.Osmanlı döyüşçüləri geriyə qaçıb Mustafa paşanın mövqelərinə üz tutdular. Mustafa paşa da vəziyyətin yaxşı olmadığını görüb Təbrizə tərəf geri çəkildi. Təbriz hakimi Mustafa paşa və Teymur paşa Osmanlı qüvvələrinin Nadirə qarşı döyüşdə növbəti uğursuzluğa düçar olmasından xeyli pərişan oldular və Təbrizi tərk etməyi qərarlaşdırdılar. Onlar əmlaklarını və var-yoxlarını bir yerə yığışdırıb Nadirin qüvvələri yerişməzdən əvvəl Sərxabdağ yolu ilə Naxçıvan və İrəvana doğru istiqamət götürdülər. Onların Təbrizi tərk etməsindən az sonra Nadir qoşunları ilə Təbrizə daxil oldu. Burada da Nadir yerli əhali tərəfindən böyük təntənə ilə qarşılandı.

Təbriz azad edildikdən sonra Təbrizdəki Osmanlı qarnizonuna yardım üçün göndərilmiş və lakin artıq gecikmiş bir Osmanlı ordusu da məğlub edildi. Beləliklə, Nadirin Osmanlı qüvvələrinə qarşı başladığı döyüşlərin birinci mərhələsi Azərbaycanda yerləşən Osmanlı qüvvələrinin geri çəkilməsi ilə başa çatdı. Nadir 1730-cu il avqustun 12-də Təbrizə daxil oldu. Təbriz tutulandan sonra Nadir, Bisütün xan Əfşarı Təbrizin hakimi təyin etdi və Osmanlı qoşunlarından qalmış olan böyük miqdarda qəniməti də ona verdi.

Nəticə

Beləliklə, bu yürüş nəticəsində Səfəvi imperiyasının keçmiş qərb sərhədləri demək olar ki, bərpa edildi. Yalnız Şimali Azərbaycan və Cənubi Qafqazın bir sıra bölgələri Osmanlı hakimiyyəti altında qalmaqda idi. Nadir bu döyüşlərdə ələ keçirilmiş Osmanlı əsirləri ilə mərhəmətlə davrandı, bir çox paşanı azad edərək İstanbula sülh təklifi ilə göndərdi.

Lakin II Təhmasibin 1731-ci ildə öz nüfuzuni yüksəltmək üçün Şimali Azərbaycandakı Səfəvi mülklərini geri almaq üçün həyata keçirdiyi yürüş fəlakətlə nəticələndi. 1730-cu ildə Nadir tərəfindən ələdə edilən uğurların hamısının itirilməsindən qorxuya düşən II Təhmasib Osmanlı ilə sülh imzaladı. Kirmanşah sülh müqaviləsinə görə Arazdan cənubdakı torpaqlar Səfəvi imperiyasına verilirdi. Bunun qarşılığında II Təhmasib Qafqazda itirdikləri torpaqları Osmanlı mülkü kimi tanımağı qəbul edirdi. Lakin bu müqaviləyə etiraz edən və buna görə də, şərqdəki yürüşdən qəzəblə dönən Nadir xan 1732-ci ildə II Təhmasibi taxtdan imtina etməyə məcbur etdi və yerinə oğlu Abbas Mirzəni taxta çıxardı. Kirmanşah sülhü isə Nadir tərəfindən tanınmadı və o, Osmanlı ilə müharibəni davam etdirdi.

Həmçinin bax

  • II Təhmasibin yürüşü (1731)
  • Nadirin yürüşləri
  • Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü

İstinadlar

  1. Maykl Eksvorti. Iran: Empire of the Mind Penguin. Penguin Books. 2007. səh. 156.
  2. Axworthy, 2009. səh. 180
  3. Moghtader, 2001. səh. 56
  4. Malleson, George Bruce. History of Afghanistan, from the Earliest Period to the Outbreak of the War of 1878. London: Elibron.com. 1878. səh. 246. ISBN . 2022-07-06 tarixində . İstifadə tarixi: 2010-09-27.
  5. "The Fall of Isfahan | History Today". www.historytoday.com. 2022-03-11 tarixində . İstifadə tarixi: 2022-05-17.
  6. Manouchehr Moshtagh Khorasani. "a stratégie militaire, les campagnes et les batailles de Nâder Shâh". 25 iyul 2019 tarixində .
  7. Süleymanov, 2001. səh. 181
  8. Süleymanov, 2001. səh. 182
  9. Süleymanov, 2001. səh. 183
  10. Süleymanov, 2001. səh. 184
  11. Süleymanov, 2001. səh. 185
  12. Süleymanov, 2001. səh. 186-188
  13. Süleymanov, 2001. səh. 189
  14. Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. səh. 159.
  15. Erewantsʻi, Abraham; Bournoutian, George. History of the wars: (1721-1736). Mazda Publishers. 1999. səh. 2. ISBN . 2022-04-04 tarixində . İstifadə tarixi: 2022-07-09.

Mənbə

  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. səh. 180.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Nadir xanin Azerbaycana yurusu 1730 Nadir xanin 1729 cu ilde efqanlari meglub edib Isfahana daxil olmasindan sonra baslatdigi ve Osmanli imperiyasina qarsi olan boyuk yurusun bir hissesidir Bu yurusun terkib hissesi kimi birinci Qerbi Iran erazileri daha sonra ise Cenubi Azerbaycan erazileri Osmanli ordularindan temizlenmisdir Nadir xanin Azerbaycana yurusuSefevi Osmanli muharibesi 1730 1736 Nadir xanin Qerbi Irana ve Azerbaycana yurusu ve Nadirin yurusleriTebrizdeki Erk qalasiTarix 1730 iyun avqustYeri Maraga Tebriz UrmiyaSebebi Sefevi imperiyasinin erazilerini berpa etme cehdleriNeticesi Mutleq Sefevi zeferi Erazi deyisikliyi Qerbi Iran ve Cenubi Azerbaycan Sefevi imperiyasina yeniden birlesdirildi Munaqise terefleriSefeviler Imperiyasi Osmanli ImperiyasiKomandan lar Nadir xan Efsar Osman pasa Teymur pasa Suleyman pasa Mustafa pasa Ferrux pasa Memis pasaTereflerin quvvesi30 min 25 min en evevlden 5 min sonradan Qezvinden qatilir 45 min min 15 min Nehavendde 30 min MalayerdeItkilerBilinmir Agir Butun top ve cebhexana itirildi Arxa planOsmanli isgali 1722 ci ilde efqanlarin usyan qaldiraraq Gulnabad doyusunde qelebe qazanaraq Sefevi imperiyasinin paytaxti Isfahani 6 ayliq muhasireden sonra ele kecirmesi dovletin daxilinde boyuk caxnacmalara sebeb oldu Bundan istifade eden Osmanli imperiyasi Sefevi imperiyasinin qerb torpaqlarina mudaxile etdiler Osmanli imperiyasi ile birlikde Car Rusiyasi da Sefevi imperiyasinin simal torpaqlarina herbi mudaxileye basladilar Neticede imperiyanin qerb torpaqlarini ele keciren Osmanli imperiyasi Istanbul muqavilesi ile Qafqazi Rusiya ile oz arasinda paylasdirmaga razi oldu Isfahanda Sefevi taxtina eylesen Hotaki efqanlarinin hokmdari Mir Mahmud Hotaki cevrilisle oz emisinin oglu Esrefle evezlendi Osmanlinin qerbe dogru daha cox genislenmesini dayandirmaq ucun Esref onlarin uzerine yuruse cixdi ve bir coxlarinin teeccubune sebeb olacaq sekilde onlari meglub etmeyi bacardi Daha sonraki diplomatik munasibetler neticesinde Osmanli imperiyasinin Esrefi yeni sah kimi tanimasi muqabilinde Esref de onlarin Qerbi Iranda ve Qafqazda ele kecirdiyi bolgelerin Osmanli mulku kimi tanidi Nadir ve Esref arasinda qizisan mubarizenin sonunda olkenin taleyine aydinliq getirilecekdi II Tehmasib hele Isfahanin muhasiresi zamani qacib ozunu sah elan etse de esl hakimiyyet onun bas serkerdesi Nadir xanin elinde cemlesmisdi Nadirle Esref arasindaki mubarizede Osmanli imperiyasi agilli taktika secerek Esrefi destekleyirdi Cunki melum idi ki istedadli serkerde olan Nadir qelebe qazanacagi halda dovletin qerb torpaqlainin Osmanli terefinden isgal edilmesi fakti ile barismayacaqdi Osmanlinin genis desteyine baxmayaraq Nadir efqan quvvelerini darmadagin etmeyi bacardi ve II Tehmasibin nominal hokmdarligi altinda Isfahanda Sefevi taxt taci yeniden berqerar edildi Istanbulun qorxulari reallasmaga basaldi ve Nadir itirilmis torpaqlarin azad edilmesine basladi Texminen 10 ile yaxindir ki imperiyanin qerb torpaqlarini ele kecirmis Osmanli imperiyasi bu bolgelerde xeyli derecede mohkemlenmis ve yeni yaxinlasan muharibeye hazirlasmisdi Qerbi Iranin azad edilmesi 1739 cu ilin martinda Sirazdan yola cixan Nadir Qerbi Iranin azad edilmesine basladi Onu qarsilamaq ucun Ferrux pasa komandanligi altinda 14 minlik Osmanli ordusu Nehavende gonderildi Osmanlinin elinde olan Nehavende Luristan bolgesi vasitesiyle catan ve Osmanli ordusunu meglub eden Nadirin qarsisindan onlar Hemedana dogru geri cekildi Onlarin meqsedi burada yeniden qruplasaraq Hemedanin Nadirin eline kecmesine icaze vermemek idi Buna gore de onlar qizilbas hucumunu durdurmaq umidi ile Malayer adlanan bolgede doyuse atildilar Hemedan ve umumiyyetle Nadirin yurusunun sonraki taleyi ucun helledici rol oynayan Malayer doyusunde Osmanli ordusunun terkibinde 30 min doyuscu Nadirin ordusunda ise 25 min doyuscu var idi Doyusun gedisatinda Osmanli komandanlari Osman pasa Teymur pasa ve diger serkerdeler ne qeder cehd gosterseler de irelilemeyin mumkunsuz oldugunu ve getdikce daha ciddi itkilerin verildiyinin sahidi olub geri cekildiler Bu qelebe neticesinde Hemedan orada esir olaraq saxlanilan 10 min qizilbas doyuscuyle birlikde azad edildi 1730 cu il iyun ayinin ortalarinda Hemedana daxil olan Nadir Osmanli ordusundan orada qalmis olan toplar doyus techizati ve muxtelif esyalar qenimet olaraq ele kecirdi Azerbaycana yurusMaraganin azad edilmesi Osmanli sarayinda da novbeti hedefin Azerbaycan erazileri oldugu belli idi ve bu istiqametde hazirliq isleri heyata kecirilirdi Maraga Erdelan Erumi ve Sulduz etrafinda kifayet qeder boyuk sayda Osmanli qosunlari toplanmisdi Teymur pasa onlarin veziyyetini yoxladi qosunlarin parkini ve yuklerini Maraganin Qavdul qesebesinde cemledi ve sonra 12 min neferlik suvari destesini ayirib Erdelana geldi Hemin deste Nadirin hucumunun qarsisini kesmeli idi Teymur pasa destesinin guclendirilmesi ucun Erdelanda da doyusculerin toplanmasini herbi techizatin yaxsilasdirilmasini davam etdirdi Alem Ara ye Naderi ye gore Nadir 7 min neferlik qosun destesi ile osmanlilara qarsi yuruse basladi Qosun destesinin esas hissesini Tehmasib xan Celayirin rehberliyi altina verdi Qosunun parki ve yukleri de Tehmasib xanin destesinde idi Ozu ise kicik bir deste ile Miyanduaba dogru istiqamet goturdu Nadirin ona qarsi yaxinlasmasi xeberini esiden Teymur pasa Maragaya dogru geri cekildi Nadir oz destesi ile Teymur pasanin destesini teqib etmeye basladi ve niyyetine nail oldu Ele teqib zamani da Nadir osmanlilara zerbe endire bildi Neticede qacib Maragaya siginmaq umidinde olan osmanlilara xeyli itki yetirildi osmanlilar hetta Maragada da durus getire bilmediler ve oradan da uzaqlasdilar Onlarin terk edib qacdigi coxlu sayda top silah ve diger doyus techizati qenimet kimi Nadirin eline kecdi Teymur pasa ile novbeti doyus Teymur pasa Maraganin on fersengliyinde olan Dehxarqanda yeniden oz quvvelerini cemlesdirmeye basladi Nadirle yeni doyuse hazirlasmagin zeruriliyini onlarin diqqetine catdirdi Teymur pasa Tebriz valisine de mektub gonderdi ve ondan da herbi yardim gonderilmesini xahis etdi Eyni zamanda ona da hazir olmagi tovsiye etdi Tebriz hakimi Teymur pasanin yardimina bes minlik bir deste gonderdi Bu destenin gelmesi Teymur pasanin quvvelerini kifayet qeder guclendirdi ve bununla da o ozunu Nadirle yeni doyuse hazir hesab etdi Nadir bir nece gun Maragada qaldi ve Tehmasib xan Celayire de emr gonderdi ki qosunlarin dusergesini ora kocursun Ele burada istirahetde olarken Urmiyada yasayan efsarlara mektub gonderdi Nadir bu mektubunda ozunun de efsarlara mensublugunu xatirlamaqla bolgeye gelmesi barede onlara melumat verdi Lakin Bisutun xan onun Nadirle elaqede olmasinin Osmanli terefinden bilinmesinin ehalisi ucun agir neticeleneciyini guman ederek bu melumati ehaliden gizli saxladi Eyanlarla meslehetlesmeden bele qerar verildi ki bir qeder sebir edilsin ve eger doyusde Nadir qelebe qazanarsa efsarlar onun ordusuna qatilsin Alem Ara ye Naderi ye gore Teymur pasanin quvveleri Nadirle novbeti doyuse girmek ucun Qavdul menteqesinde Cigatay cayinin Zerinrud kenarinda duserge saldi ve iki teref arasinda ilk doyusler qarovul destelerinin uzlesmesi ile bas verdi Elde edilen melumatlardan sonra her iki teref doyus movqelerini doyus tapsiriqlarini hem de quvvelerin qruplasdirilmasini bir daha deqiqlesdirdiler Teymur pasa movqelerini ele secdi ki onun bir cinahini yaxinliqda axan cay muhafize etsin Nadir de quvvelerine hereket emri verib doyusqabagi movqelere dogru uz tutdu Nadir qosunlarinin sag cinahina Rzaqulu xanla Eliqulu bey Serverli rehberlik edirdiler Sol cinahdaki quvvelere rehberlik ise Tehmasib xan Celayire Sahqulu bey Merviye ve Haci Seyfeddin xan Bayata tapsirildi Taninmis ve tecrubeli emirlerden teskil olunmus bir alay sol cinahda dayanmali idi Hemin destelerin etrafinda ise Mir Abutalib xanin ve Ismayil xan Xezimenin cezayircileri ve tufengdarlari movqe tutmali idiler Osmanlilar esas doyuse top hazirligi ile basladilar Teymur pasanin emri ile butun boyuk ve kicik toplar ise salindi ve onlarin vasitesile Nadir qosunlarina ilk zerbenin vurulmasina cehd gosterdi Bunun ardinca ise nizelerle silahlanmis boyuk bir suvari destesi doyuse buraxildi ki top hazirliginin ardinca qarsi terefe vurulan zerbe daha da guclendirilsin Osmanli quvvelerinin boyuk ezmkarliqla doyusduyunu Nadir de musahide edirdi Nadir onu da hiss edirdi ki ozu doyusun gedisine mudaxile etmese qelebeni elden vere biler Ona gore evvelce cinahlarda doyusen destelerin rehberlerine xeber gonderdi ki tutduqlari movqelerden geri cekilmesinler Bundan sonra ise ozu sexsen doyuse girdi ve doyusculerini ruhlandirdi Mustafa pasa Celebinin olumu Osmanli quvveleri arasinda bir casqinliq yaratdi Onlar istediler ki bir qeder geri cekilib artilleriyanin movqelerinde ozlerine yer etsinler Teymur pasa da ehtiyat quvveleri ile hemin movqede idi Bu gerileme osmanlilara yeniden toplarin atesinden istifade etmeye ehtiyat quvveler terefinden mohkemlenmeye imkan verdi Nadir osmanlilarin bu niyyetini anladi ve Tehmasib xan Celayire xeber gonderdi ki rehberliyi altinda olan efsar celayir ve Merv quvveleri ile Osmanli quvvelerinin Teymur pasa ile birlesmesine imkan vermesin Bele olanda doyusun gerginliyi daha da artdi Teymur pasa veziyyetin onnu eleyhine deyisdiyini hiss ederek Nadirle sexsen doyuse girdi Iki serkerdenin sexsi doyuslerinin neticesi cox gumanki ordularin doyusunun neticesini de mueyyen edecekdi Nadir Teymur pasani yaralasa da ozunu yetiren Osmanli doyusculeri onun canini xilas ede bildiler Bundan sonra doyusun davam etdirilmesini menasiz bilen osmanlilar geri cekildiler ve menteqede dayanmagin tehlukeli oldugundan Tebrize dogru uz tutdular Osmanli pasalari novbeti defe Nadirle doyusde ugursuzluga ducar oldular Tebrizin azad edilmesi Bu qelebeden sonra Urmiya efsarlari da Bisutun xanin rehberliyi altinda Nadirin ordusu ile birlesdiler Nadir Tebrize dogru yurusu elan etdi Tebrizdeki Mustafa pasa komandanligindaki Osmanli ordusuna Misir ve Helebden 16 minlik yardim gonderildi Bu desteler xususi secme desteler hesab olunurdu Memis pasa rehberlik edirdi Memis pasa oz destesi ile Dehxarqan menteqesine geldi ve burada doyusqabagi movqe tutdu Nadirin qosunlari da yetisib burada doyusqabagi movqelere paylandilar Nadir oz quvvelerini dord destede qruplasdirdi ve onlara dord istiqametden Osmanli qosunlari uzerine hucum etmeyi tapsirdi Osmanli quvveleri boyuk ezmkarliqla dord terefden hucuma kecen Nadir quvvelerine muqavimet gostermeye calisdilar Nadir ozu de doyuse qosuldu ve ozunu Memis pasanin dayandigi movqeye yetirdi Osmanli quvveleri daxiline bir caxnasma salmaq ucun Nadir Memis pasani aradan goturmeyi planlasdirirdi Bunu ucun o munasib meqam secib elindeki emudla Memis pasaya guclu zerbe endirdi Memis pasa bu zerbeden yerindece kecindi Onun olmesi ise dogrudan da Osmanli quvveleri daxilinde caxnasma saldi Osmanli doyusculeri geriye qacib Mustafa pasanin movqelerine uz tutdular Mustafa pasa da veziyyetin yaxsi olmadigini gorub Tebrize teref geri cekildi Tebriz hakimi Mustafa pasa ve Teymur pasa Osmanli quvvelerinin Nadire qarsi doyusde novbeti ugursuzluga ducar olmasindan xeyli perisan oldular ve Tebrizi terk etmeyi qerarlasdirdilar Onlar emlaklarini ve var yoxlarini bir yere yigisdirib Nadirin quvveleri yerismezden evvel Serxabdag yolu ile Naxcivan ve Irevana dogru istiqamet goturduler Onlarin Tebrizi terk etmesinden az sonra Nadir qosunlari ile Tebrize daxil oldu Burada da Nadir yerli ehali terefinden boyuk tentene ile qarsilandi Tebriz azad edildikden sonra Tebrizdeki Osmanli qarnizonuna yardim ucun gonderilmis ve lakin artiq gecikmis bir Osmanli ordusu da meglub edildi Belelikle Nadirin Osmanli quvvelerine qarsi basladigi doyuslerin birinci merhelesi Azerbaycanda yerlesen Osmanli quvvelerinin geri cekilmesi ile basa catdi Nadir 1730 cu il avqustun 12 de Tebrize daxil oldu Tebriz tutulandan sonra Nadir Bisutun xan Efsari Tebrizin hakimi teyin etdi ve Osmanli qosunlarindan qalmis olan boyuk miqdarda qenimeti de ona verdi NeticeBelelikle bu yurus neticesinde Sefevi imperiyasinin kecmis qerb serhedleri demek olar ki berpa edildi Yalniz Simali Azerbaycan ve Cenubi Qafqazin bir sira bolgeleri Osmanli hakimiyyeti altinda qalmaqda idi Nadir bu doyuslerde ele kecirilmis Osmanli esirleri ile merhemetle davrandi bir cox pasani azad ederek Istanbula sulh teklifi ile gonderdi Lakin II Tehmasibin 1731 ci ilde oz nufuzuni yukseltmek ucun Simali Azerbaycandaki Sefevi mulklerini geri almaq ucun heyata kecirdiyi yurus felaketle neticelendi 1730 cu ilde Nadir terefinden elede edilen ugurlarin hamisinin itirilmesinden qorxuya dusen II Tehmasib Osmanli ile sulh imzaladi Kirmansah sulh muqavilesine gore Arazdan cenubdaki torpaqlar Sefevi imperiyasina verilirdi Bunun qarsiliginda II Tehmasib Qafqazda itirdikleri torpaqlari Osmanli mulku kimi tanimagi qebul edirdi Lakin bu muqavileye etiraz eden ve buna gore de serqdeki yurusden qezeble donen Nadir xan 1732 ci ilde II Tehmasibi taxtdan imtina etmeye mecbur etdi ve yerine oglu Abbas Mirzeni taxta cixardi Kirmansah sulhu ise Nadir terefinden taninmadi ve o Osmanli ile muharibeni davam etdirdi Hemcinin baxII Tehmasibin yurusu 1731 Nadirin yurusleri Nadir xanin Qerbi Irana ve Azerbaycana yurusuIstinadlarMaykl Eksvorti Iran Empire of the Mind Penguin Penguin Books 2007 seh 156 Axworthy 2009 seh 180 Moghtader 2001 seh 56 Malleson George Bruce History of Afghanistan from the Earliest Period to the Outbreak of the War of 1878 London Elibron com 1878 seh 246 ISBN 1 4021 7278 8 2022 07 06 tarixinde Istifade tarixi 2010 09 27 The Fall of Isfahan History Today www historytoday com 2022 03 11 tarixinde Istifade tarixi 2022 05 17 Manouchehr Moshtagh Khorasani a strategie militaire les campagnes et les batailles de Nader Shah 25 iyul 2019 tarixinde Suleymanov 2001 seh 181 Suleymanov 2001 seh 182 Suleymanov 2001 seh 183 Suleymanov 2001 seh 184 Suleymanov 2001 seh 185 Suleymanov 2001 seh 186 188 Suleymanov 2001 seh 189 Michael Axworthy The Sword of Persia Nader Shah from tribal warrior to conquering tyrant I B Tauris 2009 seh 159 Erewantsʻi Abraham Bournoutian George History of the wars 1721 1736 Mazda Publishers 1999 seh 2 ISBN 978 1568590851 2022 04 04 tarixinde Istifade tarixi 2022 07 09 MenbeMehman Suleymanov Nadir sah PDF Pervin Darabadi elmi redaktor 741 Maykl Eksvorti The Sword of Persia Nader Shah from tribal warrior to conquering tyrant I B Tauris seh 180

Nəşr tarixi: İyun 24, 2024, 14:51 pm
Ən çox oxunan
  • İyul 01, 2025

    Vando

  • İyun 30, 2025

    Valyuta konvertasiyası

  • Yanvar 27, 2025

    Valyuta birliyi

  • İyun 27, 2025

    Valualı Janna (Alanson hersoqinası)

  • İyun 27, 2025

    Valualı Janna (Orlean hersoqinası)

Gündəlik
  • SSRİ

  • Ukrayna

  • Rusiya

  • The Beach Boys

  • HƏMAS–İsrail müharibəsi

  • Takahiro Şiraişi

  • Barokko

  • Georgi Jukov

  • Amerika inqilabı

  • İlin günlər

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı