Mətləb Xamiyev
Xamiyev Mətləb — kimya üzrə fəlsəfə doktoru.
Mətləb Xamiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kubin, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
İş yeri | Neft-Kimya Prosesləri İnstitutu |
Həyatı
Mətləb Xamiyev 3 dekabr 1988-ci ildə Masallı rayonunun Kubin kəndində anadan оlmuşdur. O, 1995-2004-cü illərdə E.Xamiyev adına Kubin kənd əsas məktəbində, 2004-2006-cı illərdə isə N.Aslanov adına Miyankü kənd orta məktəbində təhsil almışdır.2006-cı ildə oranı bitirmişdir. 2006- cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinin “kimya və biologiya” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2010- cu ildə oranı bitirmişdir. 2010-cu ildə isə həmin universitetin magistratura pilləsinin “Qeyri – üzvi kimya” ixtisasına daxil olmuş, 2012-ci ildə oranı üzrə bitirmişdir. 2012 - ci ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda 2314.01 - “Neft-kimyası” ixtisası üzrə doktorantura pilləsinə daxil olmuş və heterogenləşdirilmiş metal kompleks katalitik sistemlər iştirakında etilendən yüksək olefinlərin və yağların alınması üzrə tədqiqat işlərinə başlamışdır. Hal-hazırda Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. O, "Gənc Alimlər və Mütəxəssilər Şurası"nın fəal üzvüdür .
Xamiyev.M.C. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin J.G. Speitin “Neftin kimyası və texnologiyası” adlı kitabının (654 səhifədən ibarət olan) 4-cü nəşrinin (2006-cı il) ingilis dilindən azərbaycan dilinə tərcüməsi və nəşri adlı layihəsində kitabın nəşrə hazırlanmasında (2014) iştirak etmişdir.
Elmi fəaliyyəti
Mətləb Cahangir oğlu Xamiyev 2017-ci ildə Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.031 şifrli Dissertasiya Şurasında 2314.01. – “Neft kimyası” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün uğurla dissertasiya işini müdafiə etmişdir. Prezident yanında Ali Attestasiya Komissiyasının 5 fevral 2018-ci il qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi almışdır ,.
Əsas elmi nailiyyətləri:
Xamiyev Mətləbin apardığı elmi-tədqiqat işləri əsasən aşağı molekul kütləli olefinlərin, xüsusilə etilenin metalkompleks katalizatorlar və ion mayelərin iştirakında oliqomerləşmə və polimerləşmə proseslərinin tədqiqinə həsr olunmuşdur. Bu tədqiqatlar sənaye əhəmiyyətli aşağı sıxlığa və yüksək istismar xassələrə malik polietilenin, müxtəlif təyinatlı səthi aktiv maddələrin, aşağı donma temperaturuna və yüksək özlülük indeksinə malik sintetik polietilen yağların, ali spirtlərin və karbon turşularının, alkilaminlərin, n-alkilfenolların, deemulqatorların, korroziyaya qarşı ingibitorların, plastifikatorların və s. alınmasında geniş istifadə olunan xətti alfa olefinlərin dar fraksiyalarının etilenin oliqomerləşmə yolu ilə selektiv alınmasını təmin edən homogen və heterogenləşdirilmiş metalkompleks katalizatorlarının işlənib hazırlanması və onların iştirakında etilenin xətti α-olefinlərin dar fraksiyalarına selektiv oliqomerləşməsi proseslərinin yaradılmasına həsr olunmuşdur. Aparılmış tədqiqatlar nəticəsində “Calanmış” ion maye liqandlı sirkonium saxlayan kompleks katalitik sistemlər iştirakında etilenin oliqomerləşməsi yolu ilə xətti quruluşlu alfa olefin fraksiyasının (heksen – 1, okten – 1 və desen – 1) yüksək çıxımla selektiv alınmasına nail olunmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “C2, C12 və α-olefinlərin əsasında sintetik və yarımsintetik yağların alnması üçün yeni katalitik sistemlərin işlənib hazırlanması” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun “Pirolizin C4 fraksiyası əsasında maye kauçuk və lak-boya məhsullarının alınma texnologiyasının işlənib hazırlanması” adlı layihələrin icraçısı olmuşdur. O, həmçinin “Science Publishing Group” - un Modern Chemistry adlı jurnalının rəyçisi və SCIREA Kimya jurnalının (SCIREA Journal of Chemistry) redaksiya heyətinin üzvüdir.
Ailəsi
Ailəlidir.
Əsas elmi əsərlərin adları
- Khanmetov A.A., Hajiyeva K.Sh., Khamiyev M.J., Alieva R.V., Azizbeyli H.R., Ahmedbekova S.F. Synthesis of zirconyl naphthenates on the basis of oil acids and their applying as complex catalytic systems in the process of oligomerization (polymerization) of ethylene // Azerbaijan Chemical Journal, 2018, №3, p. 91-98.
- Xanmətov Ə.Ə., Quliyev A.D., Hacıyeva K.Ş., Xamiyev M.C., Bağırova Ş.R., Əzizbəyli H.R., M.B. Hüseynova. Etilenin oliqomerləşməsi prosesində istifadə olunan sirkonil naftenatların istilik-fiziki və morfoloji xüsusiyyətləri // Gənc Tədqiqatçı, 2018, IV cild, №2, s.33-39.
- Khamiyev M.J., Azizov A.H., Khanmetov A.A., Alieva R.V. Oligomerization of ethylene in the presence of heterogenized complex catalytic systems based on ionic liquid-type substituted zirconium phenolates // Applied organometallic chemistry, DOI: 10.1002/aoc.3692, 2017, v.31 (9) p. 1-9.
- Велиева Ф.М., Ханметов А.А., Хамиев М.Д., Джафаров Р.П., Алиева Р.В. Oптимизация процесса получения полиэтиленового масла олигомеризацией этилена в присутствии Zr- содержащей комплексной каталитической системы // Journal of Baku Engineering University, Chemistry and Biology, 2017, №1, с.7-11.
- Велиева Ф.М., Ханметов А.А., Хамиев М.Д., Джафаров Р.П., Алиева Р.В. Oптимизация процесса получения полиэтиленового масла олигомеризацией этилена в присутствии Zr- содержащей комплексной каталитической системы // Journal of Baku Engineering University, Chemistry and Biology, 2017, №1, с.7-11.
- Khamiyev M.J., Azizov A.H., Khanmetov A.A., Alieva R.V., Mammadov A.M. Synthesis and investigation of zirconium complexes with "grafted" ionic - liquid type containing amino- and iminohydrochloride ligands // Azerbaijan Chemical Journal, 2016, №1, p. 54-59
- Xamiyev M.C., Xanmətov Ə.Ə., Əzizov A.H., Quliyev A.D., Əliyeva R.V. Tərkibində amino- və iminohidroxlorid qrupları saxlayan sirkonium fenolyatların rentgenfaza analizi və onların iştirakında etilenin oliqomerləşməsi / M.Nağıyev adına kataliz və Qeyri – Üzvi Kimya İnstitutunun 80 – illik yubileyinə həsr olunmuş respublika elmi konfransı, Bakı, 2016, s. 186 -187
- Azizov А.H., Khamiyev M. J., Khanmetov A.A., Alieva R.V., Aliyev B.M., Ahmedbekova S.F. Oligomerization of the ethylene in the presence of new heterogenizedZr-containing complex catalytic systems // European Chemical Bulletin, 2015 № 4, p. 503-511
- Khanmetov A., Khamiyev M., Aliyeva N., Suleymanova S., İsmailov E. Zirconiumphenolate based catalysts for ethylene oligomerization: synthesis, composition, structure and activity / 4th İnternational school conference on catalysis for young scientists “Catalyst Design: from molecular to industrial level”, Kazan, Russia, 2015, p. 47-48
- Ханметов А.А., Хамиев М.Д., Алиева Р.В., Кулиев А.Д. Масс-спектроскопическое исследование продукта олигомеризации этилена в присутствии каталитических систем на основе фенолятовциркония с аминогидрохлоридными заместителями/ Cборник тезисов докладов V международной конференции-школы по химии и физикохимии олигомеров, олигомеры – 2015, Волгоград, с. 211
- Ханметов А.А., Азизов А.Г., Хамиев М.Д., Алиева Р.В. Олигомеризация этилена в присутствии комплексных каталитических систем на основе фенолятов циркония с ионно-жидкостными заместителями и исследование структурно-группового состава продукта / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümünə həsr olunmuş “Müasir kimyanın və biologiyanın aktual problemləri elmi - praktik konfrans”, Gəncə, 2015, II hissə, s. 102-106
- Хамиев M.Д. Олигомеризация этилена в присутствии ионных жидкостей//Просессы нефтехимии и нефтепереработки, 2015,т.16,4(64), с.341 – 354
- Khanmetov A.A., Khamiyev M.J., Azizov A.H. Complex catalytic systems on based of zirconium phenolates containing amino hydrochloride substituents for oligomerization of the ethylene / 1 st international Turkic World Conference on Chemical Sciences and Technologies (itwccst), Sarajevo Bosnia-Herzegovina 2015, p. 126
- Xamiyev M.C., Xanmətov Ə.Ə., Əzizov A.H., Əliyeva R.V. “Calanmış ion” maye liqandlı Zr prekursorları əsaslı kompleks katalitik sistemlərin iştirakında alınan oliqoetilen yağlarının DSK vasitəsilə tədqiqi // Gənc alimlərin əsərləri, 2014, № 9, s.72-77
- Xанметов А.А., Азизов А.Г., Хамиев М.Д., Алиева Р.В., Ахмедбекова С.Ф. Олигомеризация этилена в присутствии комплексных каталитических систем на основе соединений циркония с лигандами, содержащими «ионно-жидкостные» заместители // Нефтепереработка и нефтехимия,2014, №3, с.17-23
- Xанметов А.А., Азизов А.Г., Хамиев М.Д., Алиева Р.В., Расулов Ч.К. Олигомеризация этилена в присутствии ионно-жидкостных Zr- содержащих комплексных каталитических систем / Всероссийская конференция с международных участием “Современные достижения химии непредельных соединений: алкинов, аренов и гетероатомов”, Санкт-Петербург, 2014, с. 192
- Khanmetov A.A., Azizov A.H., Khamiyev M.J., R.V.Aliyeva, A.D.Guliev et. al. Synthesis and investigation of new Ti and Zr complexes for oligomerization and polymerization of the ethylene / Molecular complexity in modern chemistry, Moscow, 2014, p. 311
- Khanmetov A.A., Azizov A.H., Khamiyev M.J., Aliyeva R.V., Aliyev B.M.The synthesis and catalytic properties of the zirconium complexes with «grafted» ionic liquid / Molten salts and ionic liquids XXV, Tallin, Estonia 2014, p. 79
- Xанметов А.А., Азизов А.Г., Алиева Р.В., Хамиев М.Д., Алиев В.А. Олигомеризация этилена в присутствии ионно-жидкостных растворителях в присутствии металлокомплексных каталитических систем / Материалы VIII Бaкинской международной Мамедалиевской конференции по нефтехимии, Баку, 2012, с.296
İstinadlar
- http://www.ameankpi.org/index.php?page=read&id=255
- ↑ http://62.212.230.14/mainpage/all/page/46
- https://onlinelibrary.wiley.com/doi/abs/10.1002/aoc.3692
- https://cyberleninka.ru/article/n/synthesi-s-and-investigation-of-zirconium-complexes-with-grafted-ionic-liquid-type-containing-amino-and-iminohydrochloride-ligands
- http://epa.oszk.hu/02200/02286/00036/pdf/EPA02286_european_chemical_bulletin_2015_10-12_503-511.pdf
- http://conf.ict.nsc.ru/files/styles/205709/SCIENTIFIC%20PROGRAM.pdf
- http://sdf.gov.az/development/uploads/qrantlar_uzre_meqale_eif-ketpl-2015-1-25/hesabatlar/25-hesabat.pdf
- https://conferencealerts.com/show-event?id=143568
- https://www.npnh.ru/arkhiv/2014/130
- http://www.ioc.ac.ru/mcmc-2014/files/Book-of-Abstracts-MCMC2014.pdf