Mehmed Ziyayəddin Əfəndi
Mehmed Ziyayəddin Əfəndi (d. 26 avqust 1873 - ö. 30 yanvar 1938) — 35. Osmanlı sultanı V Mehmedin böyük oğlu, Osmanlı şahzadəsi.
Mehmed Ziyayəddin Əfəndi | |
---|---|
محمد ضياء الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Üsküdar sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | |
Atası | V Mehmed |
Anası | Kamurəs Qadınəfəndi |
Həyat yoldaşları | Pərniyan xanım Ünsiyar xanım Pərizad xanım Mələkseyran xanım |
Uşaqları | Behiyə Sultan Dürriyə Sultan Ruqiyə Sultan Mehmed Nazim Əfəndi Hayriyə Sultan Lütfiyə Sultan Ömər Fəvzi Əfəndi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mehmed Ziyayəddin Əfəndi 26 avqust 1873-cü ildə Üsküdar sarayında dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Mehmed Rəşad, anası isə ubıx olan Kamurəs xanımdır. Uşaqlığını güclü nəzarət altında yaşayan Mehmed Ziyayəddin Əfəndi, atasının 1909-cu ildə taxta çıxmasıyla Dolmabağça sarayına köçürüldü. İstanbul Universitetinin tibb fakültəsini bitirmiş, dövrün tanınmış dermatoloqlarından biri olmuşdur. Bundan başqa qardaşıyla birlikdə Birinci Dünya müharibəsinə qatılmış, müharibə illərində general rütbəsinə qədər yüksəlmişdir. Türkiyə Cumhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında ölkəni tərk etdi və İsgəndəriyyəyə getdi. Ancaq sürgündə ağır günlər yaşadı və 30 yanvar 1938-ci ildə burada vəfat etdi.
Mükafatları
- Osmanlı imtiyaz medalı
- Prussiyanın Qara Qartal nişanı
- Birləşmiş Krallığın Qələbə ordeni (21 noyabr 1911)
Xanımları, övladları və nəvələri
- Pərniyan xanım (d. 2 yanvar 1880, İzmit - ö. 21 iyul 1947, İsgəndəriyyə) — 5 yanvar 1898-ci ildə Dolmabağça sarayında evləndilər. Bir övladı oldu.
- Behiyə Sultan (d. 8 noyabr 1900, İstanbul - ö. 1950, Qahirə) — Dolmabağça sarayında dünyaya gəlmişdir. İlk evliliyi Ömər Hilmi Türkanla (d. 16 fevral 1898 - ö. 1954) 1912-ci ildə baş tutdu ancaq bir il sonra ayrıldılar. İkinci evliliyi 3 mart 1921 tarixində Cəmaləddin bəylə baş tutdu və 1931-ci ilədək davam etdi. Bu evlilikdən bir oğlu oldu. Üçüncü evliliyi Hafiz Zəki bəylə (ö. 1950) 9 noyabr 1934-cü ildə baş tutdu.
- Rəşad (d. 1930, İsgəndəriyyə - ö. 2002) — Jeanne adlı xanımla evləndi. İki övladı oldu.
- Behiyə Sultan (d. 8 noyabr 1900, İstanbul - ö. 1950, Qahirə) — Dolmabağça sarayında dünyaya gəlmişdir. İlk evliliyi Ömər Hilmi Türkanla (d. 16 fevral 1898 - ö. 1954) 1912-ci ildə baş tutdu ancaq bir il sonra ayrıldılar. İkinci evliliyi 3 mart 1921 tarixində Cəmaləddin bəylə baş tutdu və 1931-ci ilədək davam etdi. Bu evlilikdən bir oğlu oldu. Üçüncü evliliyi Hafiz Zəki bəylə (ö. 1950) 9 noyabr 1934-cü ildə baş tutdu.
- Ünsiyar xanım (d. 12 mart 1887, Bandırma - ö. 10 sentyabr 1934, İsgəndəriyyə) — 16 avqust 1903-cü ildə Dolmabağça sarayında evləndilər. 3 övladı oldu.
- Dürriyə Sultan (d. 3 avqust 1905, İstanbul - ö. 15 iyul 1922, Heybəliada) — Dolmabağça sarayında dünyaya gəlmişdir. 1922-ci ilin yanvarında II Əbdülhəmidin qızı Naimə Sultanın oğlu Mehmed Cahid Osman bəylə (d. yanvar 1899 - ö. 30 mart 1977) evləndi. Ancaq bir neçə ay sonra vəfat etdi.
- Ruqiyə Sultan (d. 11 oktyabr 1906, İstanbul - ö. 20 fevral 1927, Budapeşt) — Dolmabağça sarayında dünyaya gəlmişdir. 5 yanvar 1924-cü ildə Heydərpaşa qəsrində Əbdülbaki İhsan Sokolluzadə ilə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi. Bir övladı oldu.
- Şahzadə Mehmed Nazim Əfəndi (d. 22 dekabr 1910, İstanbul - ö. 14 noyabr 1984, İstanbul) — Dolmabağça sarayında dünyaya gəlmişdir. İlk evliliyi 1938-ci ildə Pərizad xanımla (d. 11 iyun 1918) baş tutdu. Bu evlilikdən Çingiz adlı bir oğlu oldu. İkinci evliliyi isə 4 dekabr 1945-ci ildə Həlimə xanımla (d. 16 iyun 1919 - ö. 22 mart 2000) baş tutdu. Bu evlilikdən də Həsən Orxan və Mehmed Ziyayəddin adlı 2 oğlu oldu. Məzarı Sultan Rəşadın türbəsindədir.
- Çingiz (d. 20 noyabr 1939, Qahirə) — İlk evliliyi 16 iyun 1964-cü ildə Eileen İmrie ilə (d. 1946) baş tutdu. Bu evlilikdən 2 övladı oldu. İkinci evliliyi Donna, üçüncü evliliyi isə Suzanna ilə baş tutmuşdur.
- Həsən Orxan (d. 9 sentyabr 1946) — İlk evliliyi Dövlət Sue Tolstoy (d. 27 noyabr 1945) ilə baş tutdu və 1985-ci ilədək davam etdi. İkinci evliliyi isə 9 sentyabr 1996-cı ildə Mələk Seyfulla Rüşdü ilə (d. 4 dekabr 1951) baş tutdu.
- Mehmed Ziyayəddin (d. 17 sentyabr 1947) — İlk evliliyi 4 sentyabr 1969-cu ildə Ghada Habjouga ilə (d. 1 fevral 1952) baş tutdu. İkinci evliliyi isə 2 may 1984-cü ildə Allison Maldox ilə (d. 4 dekabr 1951) baş tutdu. Bu evlilikdən 2 övladı olmuşdur.
- Nazim (d. 24 sentyabr 1985)
- Nərminə Zoe (d. 30 mart 1988)
- Pərizad xanım (d. 14 oktyabr 1889, İzmit - ö. 14 sentyabr 1934, İsgəndəriyyə) — 18 yanvar 1907-ci ildə Dolmabağça sarayında evləndilər. 2 övladı oldu.
- Hayriyə Sultan (d. 16 fevral 1908, İstanbul - ö. 5 mart 1943, Beyrut) — Dolmabağça sarayında dünyaya gəlmişdir. Evlənməmişdir.
- Lütfiyə Sultan (d. 20 mart 1910, İstanbul - ö. 11 iyun 1997, Ər-Riyad) — Dolmabağça sarayında dünyaya gəlmişdir. 3 iyun 1932-ci ildə Həsən Kamal bəylə (ö. 1957) evləndi və 3 övladı oldu. Məzarı Sultan Rəşadın türbəsindədir.
- Mələkseyran xanım (d. 23 sentyabr 1890, Batumi - ö. fevral 1966, İstanbul) — 10 noyabr 1911-ci ildə Ulduz sarayında evləndilər. 1 övladı oldu.
- Şahzadə Ömər Fövzi Əfəndi (d. 13 oktyabr 1912, İstanbul - ö. 24 aprel 1986, Amman) — Ulduz sarayında dünyaya gəlmişdir. İlk evliliyi 1946-cı ildə Müqəddəs xanımla (ö. 1958) baş tutdu. İkinci evliliyi isə 1963-cü ildə Vəliyə xanımla (d. 26 yanvar 1921) baş tutdu. Övladı olmamışdır. Məzarı Sultan Rəşadın türbəsindədir.
Mənbə
- https://archive.org/stream/GenealogyOfTheImperialOttomanFamily2005#page/n37/mode/2up
- http://freepages.genealogy.rootsweb.ancestry.com/~royalty/turkey/persons.html
- Garnett, Lucy Mary Jane. Ottoman Wonder Tales, Kessinger Yayınevi, LLC, 28 Şubat 2008, ISBN13: 978-0-548-84021-4, ISBN 0548840210