fbpx
Wikipedia

Malurus elegans

Malurus eleganssərçəkimilər dəstəsinin Maluridae fəsiləsindən quş növü. Köçəri deyil və Qərbi Avstraliyanın cənub-qərb hissəsinə endemikdir. Cinsi dimorfizmin müşahidə olunduğu bu növün erkək fərdləri çoxalma dövründə parlaq gümüşü-göy təpə, qulaq örtüsü və bel lələkləri ilə qırmızı çiyin lələkləri və qara boğaz, boz-qəhvəyi quyruq, qanad ilə soluq alt lələklərdən ibarət diqqətçəkən lələklərə sahibdir. Çoxalma dövründən xaric erkək və dişi fərdlər boz-qəhvəyi lələklərə malik olurlar, amma bəzən erkəklərdə qara və göy lələklər də müşahidə olunur. Yarimnövləri yoxdur. Malurus lambertiMalurus pulcherrimus növlərinə çox oxşar və yaxından əlaqəlidir, amma yaşadıqları yerlərdə keçid formaları tapılmadığı üçün ayrı növ kimi təsnif olunurlar. Saylarının azalmasına dair bir neçə məlumat əldə edilmişdir.

?Malurus elegans
Malurus elegans

Erkək fərd cütləşmə dövründə parlaq lələkləri ilə.
Elmi təsnifat
Aləmi:Heyvanlar
Yarımaləm:Eumetazoylar
Bölmə:İkitərəflisimmetriyalılar
Yarımbölmə:Sonağızlılar
Tip:Xordalılar
Yarımtip:Onurğalılar
Sinif:Quşlar
Yarımsinif:Yenidamaqlılar
Dəstə:Sərçəkimilər
Fəsilə:Maluridae
Cins:Malurus
Növ: Malurus elegans
Elmi adı
Malurus elegans Gould, 1837
Areal
Mühafizə statusu
Az qayğı tələb edənlər
Least Concern (IUCN 3.1)Least Concern: 22703752

Vikinövlərdə
sistematika

Şəkil
axtarışı
ITIS  
NCBI  
EOL  

Dar dimdikli bir quş olan bu növ cücüləri ovlamaq üçün adaptasiya olmuş növdür və cücüyeyəndir. Əsasən Eucalyptus marginata ağaclarından ibarət mülayim və nəm meşələrdə kollarda bəslənir və yaşayır. Malurus cinsinin digər növlərinə xas olan xüsusiyyət kimi bu növün ancaq dişi fərdləri balaların qayğısına qalır. Bu növ üçün digər növlərə nəzərən daha çox köməkçi dişi quş qeydə alınmışdır. Əlaqə üçün bu növ cəh-cəh vurur. Bölgələrini göstərmək üçün oxuyurlar və quşlar digər fərdləri oxumalarından ayırd edə bilir. Erkək fərdlər çoxalma dövründə sarı tac ləçəklərini qopararaq dişilərə təqdim edirlər.

Taksonomiya

Malurus elegans növü ilk dəfə 1837-ci ildə ornitoloq Con Quld tərəfindən təsnif olunmuşdur. Quşun elmi adı latın dilində "zərif" mənasını verən elegans sözündən törənmişdir. Yayıldığı yer kimi Avstraliyanın şərq sahillərini göstərən Quld, daha sonra Con Qilbert tərəfindən cənub-qərbi Avstraliyadan gətirilmiş nümunələrə nəzər yetirdikdən sonra səhvini başa düşmüşdür. Həvəskar ornitoloq Qreqori Metyus 1916-cı ildə dişi fərdlərin lələklərinin daha tünd olduğunu əsaslandıraraq quşları uarreni irqinə mənsub olduqlarını demişdir. Amma başqa alimlər bu fərqi daha sonra müşahidə edə bilməmiş və bu növ üçün ayrı irq müəyyən edilməmişdir. Əslində populyasiyalar və fərdlər arasında ölçü və rəng baxımından çox az variasiya vardır.

Malurus elegans AvstraliyaYeni Qvineyada yayılmış Malurus cinsinə daxil olan 12 növdən biridir. Bu cinsə mənsub olan üç növlə ortaq özəlliyi şabalıd rəngli çiyinlərə sahib olmasıdır. Bu əlavə 3 növə Keyp York yarımadasında yayılmış Malurus amabilis, qitənin böyük hissəsində müşahidə olunan Malurus lamberti və qərbi Avstraliya ilə Eyr yarımadasında yayılmış Malurus pulcherrimus növləridir. Molekulyar DNT ilə aparılmış tədqiqatlarda ən yaxın qohumunun Malurus pulcherrimus olduğu məlum olmuşdur.

Maluridae fəsiləsinə daxil olan digər quşlar kimi bu növ də gicitkən quşları fəsiləsi (Troglodytidae) ilə qohum deyil. Əvvəllər milçəkqapanlar fəsiləsi (Muscicapidae) içində, daha sonra Sylviidae fəsiləsi içində təsnif olunmuşdur. 1975-ci ildə ildə isə özünə məxsus Maluridae fəsiləsi tanınmışdır. Son dövrlərdə aparılan DNT araşdırmaları Maluridae fəsiləsinin MeliphagidaePardalotidae fəsilələri ilə qohum olduğunu və böyük Meliphagoidea üst fəsiləsində təsnif oluna biləcəyini göstərmişdir.

Təkamül

Ornitoloq Riçard Şodd 1982-ci ildə çiyin lələkləri şabalıd rəngli olan dörd növün şimalda müxtəlifliyi olması və qitənin cənub-şərqində bu müxtəlifliyin müşahidə olunmaması səbəbi ilə mənşələrinin şimaldan olduğunu demişdir. Quşların əcdadları cənuba və cənub-qərbə təxminən 2 milyon il əvvəl — Pliosen dövrünün sonunda və ya Buz dövrünün əvvəllərində mülayim və nəmli dövrdə yayılmış ola bilər. Davam edən daha soyuq və quru iqlim yaşayış yerlərinin azalmasına və populyasiyalarının parçalanıb ayrılmasına səbəb olmuşdur. Cənub-qərbdə qalan quşlar M. elegans növünə, şimal-qərbdə qalmış növlər isə M. lamberti növünə təkamül ediblər. İqliminin yenidən isti və nəmli olması nəticəsində quşlar cənuba yenə yayılmış və bu yeni qrup mərkəzi və cənubi Avstraliya ilə Eyr yarımadasına qədər olan bölgəyə yayılaraq M. pulcherrimus növünə çevrilmişdir. Sərin iqlim bu növü digərlərin izolyasiya etmişdir. Buz dövrünün sonunda — 12.000-13.000 il əvvəl şimaldakı quşlar yenidən cənuba köç etmişdirlər. Bu yayılma 3 növün eyni yerdə yaşamasına səbəb olmuşdur. Gələcəkdə aparılacaq molekulyar araşdırmalar daha dəqiq nəzəriyyələrin yaradılmasına kömək edəcək.

Fiziki xüsusiyyətlər

 
Dişi (solda) qara dimdiyi və qırmızı sürməsi ilə, erkək isə eklips lələkləri ilə.

Malurus elegans 15 sm boyu və 8-11 q ağırlığı ilə Maluridae fəsiləsinin ən iri növüdür. Quyruq uzunluğu 7,5 sm-dir. Uzunluğu erkəklərdə 10 mm və dişilərdə 9,3 mm olan dimdik uzun, dar və itidir; dabanı da genişdir. Yüksək olduğundan çok geniş olan dimdik ətraflarında cücü tutub qidalanmaqla yaşayan digər quş növlərindəkinə bənzəyir.

Eyni fəsiləyə daxil olan digər növlərdə olduğu kimi bu növdə müəyyən cinsi dimorfizm müşahidə olunur. Erkəklərin qara-boz rəngli lələkləri çoxalma dövründə parlaq göy və şabalıd rənginə bürünür. Çoxalma dövründə olduqca parlaq rəngli təpə, qulaq örtüsü və üst bel lələklərinə malik olurlar. Çoxalma dövründə erkəyin təpəsi, qulaq örtüsü və üst beli göy lələklərlə örtülü olur, boğazında və boğazının arxasında parlaq qırmızı-qəhvəyi lələklər peyda olur. Uzun quyruğu və qanadları boz-qəhvəyi rəngdədir, qarnı isə boz- rəngdədir. Çoxalma dövründən xaric erkək və dişi fərdlər boz-qəhvəyi rəngdə olurlar, amma erkəklər bəzən göyqara lələklərinin bəzilərini qoruya bilirlər. Bütün erkəklərin dimdikləri və sürmələri qara rənglidir. Dişilərin də dimdikləri qara rəngli olsa da, sürmələri pas rəngi və göz halqaları açıq-boz rəngdədir. Yetişkin olmayan erkəklərin sürmələri altı həftəlik ikən qaralır və yumurtadan çıxdıqdan sonraki ilk çoxalma dövründə lələkləri tam olaraq çoxalma lələklərinə çevrilmir. Bu lələklər başda göy və boz, döşdə qara və boz ləkəli və parçalı görünüşə səbəb olur. Erkəklərin çoxu ikinci illərində çoxalma lələklərinin hamısına qovuşarkən, bir qismi üçüncü illərini gözləməli olurlar. Tək bir qrup içində müxtəlif erkək fərdlərin çoxalma lələklərinə sahib olduğu müşahidə olunmuşdur, amma bunun çoxalmaya və növdaxili çəkişməyə necə təsir etdiyi bilinmir.

Həm erkək, həm dişi fərd çoxalma dövründən sonra payızda lələklərini dəyişir və erkəklər eklips lələklərə bürünür. Qışda və ya yazda yenidən çoxalma lələklərinə sahib olurlar. Gövdə lələkləri hər iki lələk dəyişdirmədə də dəyişir, amma qanad və quyruq lələkləri dəyişmir. Quyruq lələkləri aşındıqda və ya zədələndikdə hansısa vaxtda dəyişilə bilər. Erkəklərdə qulaq örtülərindəki göy lələklər olduqca parlaqdır. Bu parlaq göy lələklər ultrabənövşəyi şüaları da qaytarır. Ultrabənövşəyi görmə qabiliyyətinə malik bu cür quş növlərində belə lələklər daha parlaq olur.

Ünsiyyət

Bir Malurus elegans sosial qrupuna məxsus fərdlər bir-biriləri ilə xəbərləşmək və bölgələrini bildirib müdafiə etmək üçün səsli ünsiyyətdən istifadə edirlər. Fərdləri oxumalarından ayrıd edə bilərlər, beləcə qrup üzvləri ilə yadları ayırd edə bilirlər. Əsas oxumaları 1-4 saniyəliksaniyədə 10-20 element daxil olan oxumadır. Həm erkəklər, həm dişilər tərəfindən, xüsusilə bölgə sərhədlərinin qorunmasında istifadə olunur. Əsasən sübh açılmazdan əvvəl və açıldıqdan sonra oxuyurlar. Qidalanmaq üçün dolaşan quşlar digərləri ilə alçaq tonlu və azalan tonda sii-sii-sii səsinin təkrarı ilə ünsiyyətdə olurlar. Yüksək və kəskin tsit səsi həyəcan siqnalıdır.

Yaşama müddətləri

Maluridae fəsiləsinə aid olan quşların bir mövsümə sağ qalma nisbəti bu qədər kiçik quş növü üçün çox yüksəkdir. Malurus elegans növbəti ilə erkəklərin 78 %-i və dişilərin 77 %-nin sağ qalması qalması nisbəti ilə fəsilə içində ən yüksək sağ qalma nisbətinə sahibdir. Əsasən 10 il yaşa bilirlər. Məlum olan ən yaşlı Malurus elegans 16 yaşına çatmışdır.

Yayılması

 
Eucalyptus diversicolor meşəsi yaşamağa üstünlük verdikləri yerdir.

Malurus elegans cənubi Avstraliyanın cənub-qərbində, Pertin şimalında Mur çayından cənubda Marqaret River şəhərinə və şərqdə də Albaniyə qədər olan bölgədə yaşayır. Yaşadığı yerlərdə geniş yayılmış növdür, amma bataqlıqların qurudulması nəticəsində populyasiyalarının azaldığına dair faktlar vardır. Eucalyptus diversicolorEucalyptus marginata ağaclarından ibarət meşələrin aşağı qatlarında yaşayırlar. Qədim meşələrdə yaşamağa daha az üstünlük verirlər, amma quşların ağac kəsilən bölgələrə gəlməsi diqqət çəkir. Meşədə baş vermiş yanğın nəticəsində populyasiya uzaqlaşır və meşəyə azı iki il dönmür. Altında kolluq olmayan Pinus cinsi şam meşələri yaşamaları üçün uyğun deyil.

Meşə içində daha nəmli olan Lepidosperma effusum qamışlıqlarına üstünlük verirlər. Yaşadıqları bölgə şimaldan Malurus lamberti, şərqdən də Malurus pulcherrimus növlərinin yaşadıqları bölgə ilə qonşudur. Digər iki növ quru kolluqları sevsə də, Malurus elegans nəm kolluqlarda yaşayır. Keçid formaları olmadığı üçün bu üç quş ayrı növ kimi qeydə alınmışdır.

BirdLife International Malurus elegans növünün yaşadığı ən əhəmiyyətli qoruq əraziləri kimi Araluen-Vunqonq, Calbarraqup, Mundarinq-Kalamunda, Şimali Dandalup, Stirlinq silsiləsi, İki xalq körfəzi və Menipiks dağını göstərmişdir.

Davranış

Normal hərəkət şəkli iki ayağını da eyni anda yerdən kəsilib təkrar yerə basdığı yerdən hoppanaraq irəliləməkdir, amma qaçdıqları müşahidə oluna bilər. Tarazlığını uzun quyruğu təmin edir. Quyruqları yuxarı doğru dik durur və nadir hallarda hərəkətsiz qalırlar. Qısa, yumruvari qanadlar ilk qalxışın yaxşı olmasını təmin edir və qısa uçuşlar üçün yararlıdır, amma uzun uçuşlar üçün yararsızdır.

Malurus elegans az sayda fərdlərdən ibarət qruplar şəklində yaşayan və balalarını birlikdə böyüdən bir növdür və bölgələrini bütün il boyunca müdafiə edirlər. Bu bölgələr yaşadıqları ekosistemi təşkil edən meşələrdə 0,4-2,4 hektar sahəni əhatə edir, amma daha az üstünlük verilən yerlərdə daha kiçik ola bilir. Yaşadıqları yer yaxşı keçən çoxalma dövründən sonra qrupa yeni qoşulan fərdləri də dəstəkləyəcək qədər genişdir. Qruplarda adətən 2-9 quş olur və orta hesabla 4 quşdan ibarətdir. Öz fəsiləsində ən böyük qrupa sahib növdür. Bunun səbəbi yüksək illik həyatda qalma nisbəti və uyğun bölgələrdə yaşamalarıdır. Çoxalma nisbətləri kiçik olsa da, gənc fərdlərin doldura biləcəyi boşluqlar vardır. Cütlüklərdə sosial cəhətdən monoqamiya müşahidə olur, cütlükdən biri ölənə qədər bir-birilərindən ayrılmırlar. Həyatda qalan quş qrupdakı köməkçi quşlardan birini özünə cüt seçir. Üzərində çox araşdırma aparılmasa da, bu növün cütləşərkən bir neçə fərdlə cütləşdiyi məlumdur. Bu növdə digərlərinə nisbətən daha çox dişi köməkçi quş vardır. Qrupların yarısından çoxunda əsasən dişi olan iki və ya da daha çox köməkçi quş var. Köməkçi quşlar balaları bəsləyərək çoxalma dövründə cütləşən dişilərin yükünü azaldır. Köməkçi quşların ildə uğurla böyüdülən bala kuş nisbətini 1,3-dən 2 quşa artırdığı və bununla da populyasiyalarının daha sürətlə artdığı göstərilmişdir. Erkək köməkçisi olan dişi köməkçilərin biri ilə yeni bir cütlük yaradıb bölgəni genişlətdirdikləri müşahidə olunmuşdur.

Yuvalarına hücum edən əsas yırtıcılara Avstraliya sağsağanı (Cracticus tibicen), digər Cracticus cinsi quşlar, Dacelo novaeguineae, Strepera cinsi kuşlar, qarğalarquzğunlar (Corvus cinsi quşlar), Colluricincla cinsi quşlar ilə qırmızı tülkü (Vulpes vulpes), pişiksiçovul (Rattus rattus) kimi məməlilər aiddir. Həm erkək, həm də dişi yetişkin fərdlər təhlükə qarşısında bala quşların olduğu yuvadan uzaqlaşmaq üçün qaçaraq yırtıcıları özlərinə çəkirlər. Qaçış zamanı baş, boyun və quyruq aşağı enikdir, qanadlar açıq tutulur və lələklər qabardılır. Quş bu zaman durmadan qaçarkən həyəcan siqnalı da verir.

Bu növdə dişilər erkəklərin cütləşmə istəklərinə cavab verərkən, balalar qidalanmaq istəyərkən, köməkçilərin daha yaşlı quşlara və gənclərin özündən böyüklərə qarşı etdikləri xüsusi "qanad çırpma" davranışı müşahidə olunmuşdur. Bu davranışda quş başını və dimdiyini əyir, qanadlarını gərərək sürətlə çırpır və dimdiyini səs çıxartmadan açıq saxlayır.

Qidalanma

Malurus cinsinə mənsub digər növlər kimi Malurus elegans da hərəkətli və aktiv qida ovçusudur. Qıjı (Pteridium esculentum), erika kolları və meşə döşəməsindəki yarpaq örtüsü içində daima qida axtarır. Xüsusilə yaypayız aylarında tökülən evkalipt qabıqlarının buğumayaqlılarla zəngin olduğu dövrdə meşənin altındakı qoruyucu otlardan çıxıp 5 metr qədər yüksəklikdəki ağac gövdələrinə çıxırlar. Amma yırtıcılara görünə biləcəkləri üçün bu çıxışları qısa çəkir. Çoxu cücü olmaqla kiçik heyvanlarla bəslənirlər. İl boyunca qarışqaları, müxtəlif cücüləri və çoxalma dövründə hörümçəkləri, tırtılları da ovlayır. Yaz və yay aylarında quşlar gün içində aktiv olurlar və qida axtarışı zamanı cəh-cəh vurduqları müşahidə olunur. Günün istiliyində qrup birlikdə gizlənərək dincəlir. Qışda qida tapmaq çətin olduğu üçün bütün günü qida axtarırlar. Xüsusilə qarışqalar qış aylarında ən çox ovladıqları cücülərdir.

Çoxalma

 
Malurus elegansın yuvasında parazitlik edən Cacomantis flabelliformis.

Maluridae fəsiləsindəki digər növlər kimi Malurus elegans erkəkləri də çoxalma dövründə dişilərin diqqətini cəlb etmək üçün onlara çiçəyin sarı tac ləçəklərini təqdim edirlər. Bu növün sarı və nadir hallarda ağ tac ləçəkləri daşıdığı müşahidə olunmuşdur. Tac ləçəkləri erkəyin öz bölgəsində və ya başqa bölgədə yaşayan dişiyə verilir. "Üz yelpiyi" davranışı təcavüzkar və ya da cəzbetmə davranışı kimi qiymətləndirilir. Bu davranış zamanı göy qulaq örtüsü lələkləri qabardılır. Gümüşü göy bel lələkləri də bu tərz davranışlarda digər lələklərə nisbətən daha çox qabardılır.

Çoxalma mövsümü fəsilədəki digər növlərə nisbətən qısa çəkir və oktyabr ayından (nadir hallarda sentyabr ayından) dekabr ayına qədər davam edir. Yuva tamamilə dişi tərəfindən yerdən 20 sm yüksəklikdə sıx bitki örtüyü içərisində qurulur. Yumru və qübbəli yuvadır; bir yanında giriş yerləşir və quru otlar ilə hörümçək torundan hazırlanır. İç tərəfi daha incə otlar və ya Clematis pubescensBanksia grandis ilə döşənir. Çoxalma mövsümündə nadir hallarda 2 dəfə kürt yata bilirlər. İkinci kürt yatma dövrü birincidən orta hesabla 51 gün sonradır. Bir dəfəyə 2-3 yumurta yumurtalayırlar. Yumurtalar krem-ağ rəngində, qırmızı-qəhvəyi ləkəli olub oval formasındadır. Ölçüsü 12x16 mm-dir. Dişi 1 saatlıq yuvada kürt yatır, sonra erkəyin çağırışı ilə 15-30 dəqiqəliyinə qida axtarışına çıxıb geri dönür. Uzun quyruğu əsasən dar yuvadan qıvrılmışdır və onun kürt yatdığının müşahidə edilməsinə kömək edir. Kürt yatma 14-15 gün davam edir və ikinci kürt yatma 1 gün daha az çəkir. Yumurtadan bala çıxma nisbəti 94 %-dir. Yumurtadan yeni çıxan balalar ciy qırmızı rəngdə, lələksiz və gözləri bağlıdır; qidalanmaya ehtiyacları vardır. Bir gün içində dəriləri göy-boz rəngə çevrilir və lələklər peyda olmağa başlayır. Üçüncü gündə primer lələkləri çıxmağa başlayır. Beşinci gün açılmaya başlayan gözlər bir gün içində tamamilə açılır. Bütün qrup üzvləri tərəfindən bəslənilən balaların nəcis topaları 11-12 gün boyunca daşınır. Bu dövrdə balaların quyruqlarıqanadları tam inkişaf etməmişdir və yaxşı uça bilmirlər. Qanadlarının tam inkişaf etməsi üçün 10 gün lazımdır və bu müddətdə yuvanın yaxınlığında gizlənirlər. Pərvazladıqdan sonra 1 ay boyunca qrupun bütün üzvləri tərəfindən bəslənilirlər. Başqa qrupa keçməzdən qabaq balalar köməkçi kimi 1 il boyunca qrupla yaşayır. Quşlar cinsi yetişkənliyə 1 yaşlarında çatırlar, amma dişilər 3 yaşına qədər cütləşə bilmirlər. Malurus elegansın yuvasında nadir hallarda olsa da, yuva parazitlərinə (Chrysococcyx basalisCacomantis flabelliformis) rast gəlinir.

İstinadlar

  1. Gould J (1837). The Birds of Australia and the adjacent islands, Part 1. London: J. Gould.
  2. Rowley & Russell, p. 173
  3. Mathews GM (1916). "List of additions of new subspecies to, and changes to, my list of the birds of Australia". Austral Avian Record. 3: 25–68.
  4. Schodde R (1982) The fairy-wrens: a monograph of the Maluridae. Lansdowne Editions, Melbourne.
  5. Rowley & Russell, p. 40–41
  6. Rowley & Russell, p. 143
  7. Rowley & Russell, p. 159
  8. Christidis L, Schodde R (1997). "Relationships within the Australo-Papuan Fairy-wrens (Aves: Malurinae): an evaluation of the utility of allozyme data". Australian Journal of Zoology. 45 (2): 113–129. doi:10.1071/ZO96068.
  9. Schodde R (1975). "Interim List of Australian Songbirds". Melbourne: RAOU.
  10. Barker, FK; Barrowclough G. F.; Groth J. G. (2002). "A phylogenetic hypothesis for passerine birds; Taxonomic and biogeographic implications of an analysis of nuclear DNA sequence data". Proc. R. Soc. Lond. B. 269: 295–308. doi:10.1098/rspb.2001.1883. PMC 1690884. PMID 11839199.
  11. Barker, F. K.; Cibois A.; Schikler P.; Feinstein J.; Cracraft J. (2004). (PDF). Proc. Natl. Acad. Sci. USA. 101 (30): 11040–11045. doi:10.1073/pnas.0401892101. PMC 503738. PMID 15263073. 2007-10-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-10-12.
  12. Simpson K, Day N, Trusler P (1993). Field Guide to the Birds of Australia. Ringwood, Victoria: Viking O'Neil. səh. 392. ISBN 0-670-90478-3.
  13. Rowley & Russell, p. 36
  14. Wooller RD (1984). "Bill size and shape in honeyeaters and other small insectivorous birds in Western Australia". Australian Journal of Zoology. 32: 657–62. doi:10.1071/ZO9840657.
  15. Rowley & Russell, p. 43–44
  16. Rowley & Russell, p. 172–73
  17. Russell EM, Rowley I, Brown RJ, Brown MN (1991). "Acquisition of nuptial plumage in the Red-winged Fairywren Malurus elegans". Corella. 15: 125–33.
  18. Rowley & Russell, p. 46
  19. Rowley & Russell, p. 45
  20. Rowley & Russell, p. 44
  21. Bennett ATD, Cuthill IC (1994). "Ultraviolet vision in birds: what is its function?". Vision Research. 34 (11): 1471–78. doi:10.1016/0042-6989(94)90149-X. PMID 8023459.
  22. Rowley & Russell, p. 63
  23. Payne R. B., Payne L. L., Rowley I., Russell E. M. (1991). "Social recognition and response to song in cooperative Red-winged Fairy-wrens". Auk. 108: 811–19.
  24. Rowley & Russell, p. 65–66
  25. Rowley & Russell, p. 66
  26. Rowley & Russell, s. 128-29
  27. Rowley & Russell, s. 130
  28. Flegg J., Madge S. (1995). Birds of Australia. Kenthurst, NSW: New Holland Press. ISBN 1-85368-353-1.
  29. Higgins P. J., Peter J. M., Steele W. K. (Eds.) (2001). Handbook of Australian, New Zealand & Antarctic Birds: Volume 5 (Tyrant-flycatchers to Chats). Oxford University Press, Victoria. ISBN 0-19-553258-9
  30. Wade P. (ed.) (1977). Every Australian Bird Illustrated. Rigby. səh. 191. ISBN 0-7270-0009-8.
  31. Williams M. R., Abbott I., Liddelow G. L., Vellios C., Wheeler I. B., Mellican A. F. (2001). "Recovery of bird populations after clearfelling of tall open eucalypt forest in Western Australia" (PDF). Journal of Applied Ecology. 38: 910–20. doi:10.1046/j.1365-2664.2001.00645.x. İstifadə tarixi: 2007-12-25.
  32. Christensen P. E., Kimber P. C. (1975). "Effects of prescribed burning on the flora and fauna of south-west Australian forest". Proceedings of the Ecological Society of Australia. 9: 85–106.
  33. Rowley & Russell, p. 134
  34. Rowley & Russell, p. 175
  35. Rowley & Russell, p. 164
  36. "Red-winged Fairywren". Important Bird Areas. BirdLife International. 2012. İstifadə tarixi: 2012-10-30.
  37. Rowley & Russell, p. 42
  38. Rowley & Russell, p. 41
  39. Rowley & Russell, p. 58
  40. Rowley & Russell, p. 56
  41. Rowley I., Russell E. M., Payne R. B., Payne L. L. (1988). "The ecology and breeding biology of the Red-winged Fairy-wren Malurus elegans". Emu. 88: 161–76. doi:10.1071/MU9880161.
  42. Rowley & Russell, p. 93
  43. Rowley & Russell, p. 94
  44. Rowley & Russell, p. 99
  45. Rowley & Russell, p. 121
  46. Rowley & Russell, p. 77
  47. Wooller R. D., Calver M. C. (1981). "Feeding segregation within an assemblage of small birds in the karri forest understorey". Australian Wildlife Research. 8: 401–10. doi:10.1071/WR9810401.
  48. Rowley & Russell, p. 61–62
  49. Rowley & Russell, p. 49–52
  50. Rowley I. (1991). "Petal Carrying by Fairy-wrens of the genus Malurus". Australian Bird Watcher. 14: 75–81.
  51. Rowley & Russell, p. 75
  52. Rowley & Russell, p. 76
  53. Rowley & Russell, p. 91
  54. Beruldsen, G (2003). Australian Birds: Their Nests and Eggs. Kenmore Hills, Qld: self. 279–80. ISBN 0-646-42798-9.
  55. Rowley & Russell, p. 116
  56. Rowley & Russell, p. 117
  57. Rowley & Russell, p. 175–76
  58. Rowley & Russell, p. 176

Ədəbiyyat

  • Rowley, Ian; Russell, Eleanor (1997). Bird Families of the World:Fairy-wrens and Grasswrens. Oxford: Oxford University Press. ISBN 0-19-854690-4.

Xarici keçidlər

 
   

Vikianbarda Malurus elegans ilə əlaqəli mediafayllar var.

 
   

Vikinövlərdə Malurus elegans ilə əlaqəli məlumatlar var.

  • Malurus elegans videoları Internet Bird Collection-da.
  • BirdLife Species Factsheet-da

malurus, elegans, sərçəkimilər, dəstəsinin, maluridae, fəsiləsindən, quş, növü, köçəri, deyil, qərbi, avstraliyanın, cənub, qərb, hissəsinə, endemikdir, cinsi, dimorfizmin, müşahidə, olunduğu, növün, erkək, fərdləri, çoxalma, dövründə, parlaq, gümüşü, göy, təp. Malurus elegans sercekimiler destesinin Maluridae fesilesinden qus novu Koceri deyil ve Qerbi Avstraliyanin cenub qerb hissesine endemikdir Cinsi dimorfizmin musahide olundugu bu novun erkek ferdleri coxalma dovrunde parlaq gumusu goy tepe qulaq ortusu ve bel lelekleri ile qirmizi ciyin lelekleri ve qara bogaz boz qehveyi quyruq qanad ile soluq alt leleklerden ibaret diqqetceken leleklere sahibdir Coxalma dovrunden xaric erkek ve disi ferdler boz qehveyi leleklere malik olurlar amma bezen erkeklerde qara ve goy lelekler de musahide olunur Yarimnovleri yoxdur Malurus lamberti ve Malurus pulcherrimus novlerine cox oxsar ve yaxindan elaqelidir amma yasadiqlari yerlerde kecid formalari tapilmadigi ucun ayri nov kimi tesnif olunurlar Saylarinin azalmasina dair bir nece melumat elde edilmisdir Malurus elegansMalurus elegansErkek ferd cutlesme dovrunde parlaq lelekleri ile Elmi tesnifatAlemi HeyvanlarYarimalem EumetazoylarBolme IkitereflisimmetriyalilarYarimbolme SonagizlilarTip XordalilarYarimtip OnurgalilarSinif QuslarYarimsinif YenidamaqlilarDeste SercekimilerFesile MaluridaeCins MalurusNov Malurus elegansElmi adiMalurus elegans Gould 1837ArealMuhafize statusuAz qaygi teleb edenlerLeast Concern IUCN 3 1 Least Concern 22703752VikinovlerdesistematikaSekilaxtarisiITIS 560974NCBI 720584EOL 918365Dar dimdikli bir qus olan bu nov cuculeri ovlamaq ucun adaptasiya olmus novdur ve cucuyeyendir Esasen Eucalyptus marginata agaclarindan ibaret mulayim ve nem meselerde kollarda beslenir ve yasayir Malurus cinsinin diger novlerine xas olan xususiyyet kimi bu novun ancaq disi ferdleri balalarin qaygisina qalir Bu nov ucun diger novlere nezeren daha cox komekci disi qus qeyde alinmisdir Elaqe ucun bu nov ceh ceh vurur Bolgelerini gostermek ucun oxuyurlar ve quslar diger ferdleri oxumalarindan ayird ede bilir Erkek ferdler coxalma dovrunde sari tac leceklerini qopararaq disilere teqdim edirler Mundericat 1 Taksonomiya 1 1 Tekamul 2 Fiziki xususiyyetler 2 1 Unsiyyet 2 2 Yasama muddetleri 3 Yayilmasi 4 Davranis 4 1 Qidalanma 4 2 Coxalma 5 Istinadlar 5 1 Edebiyyat 6 Xarici kecidlerTaksonomiya RedakteMalurus elegans novu ilk defe 1837 ci ilde ornitoloq Con Quld terefinden tesnif olunmusdur Qusun elmi adi latin dilinde zerif menasini veren elegans sozunden torenmisdir 1 Yayildigi yer kimi Avstraliyanin serq sahillerini gosteren Quld daha sonra Con Qilbert terefinden cenub qerbi Avstraliyadan 2 getirilmis numunelere nezer yetirdikden sonra sehvini basa dusmusdur Heveskar ornitoloq Qreqori Metyus 1916 ci ilde disi ferdlerin leleklerinin daha tund oldugunu esaslandiraraq quslari uarreni irqine mensub olduqlarini demisdir 3 Amma basqa alimler bu ferqi daha sonra musahide ede bilmemis ve bu nov ucun ayri irq mueyyen edilmemisdir 4 Eslinde populyasiyalar ve ferdler arasinda olcu ve reng baximindan cox az variasiya vardir 5 Malurus elegans Avstraliya ve Yeni Qvineyada yayilmis Malurus cinsine daxil olan 12 novden biridir 6 Bu cinse mensub olan uc novle ortaq ozelliyi sabalid rengli ciyinlere sahib olmasidir Bu elave 3 nove Keyp York yarimadasinda yayilmis Malurus amabilis qitenin boyuk hissesinde musahide olunan Malurus lamberti ve qerbi Avstraliya ile Eyr yarimadasinda yayilmis Malurus pulcherrimus novleridir 7 Molekulyar DNT ile aparilmis tedqiqatlarda en yaxin qohumunun Malurus pulcherrimus oldugu melum olmusdur 8 Maluridae fesilesine daxil olan diger quslar kimi bu nov de gicitken quslari fesilesi Troglodytidae ile qohum deyil Evveller milcekqapanlar fesilesi Muscicapidae icinde daha sonra Sylviidae fesilesi icinde tesnif olunmusdur 1975 ci ilde ilde ise ozune mexsus Maluridae fesilesi taninmisdir 9 Son dovrlerde aparilan DNT arasdirmalari Maluridae fesilesinin Meliphagidae ve Pardalotidae fesileleri ile qohum oldugunu ve boyuk Meliphagoidea ust fesilesinde tesnif oluna bileceyini gostermisdir 10 11 Tekamul Redakte Ornitoloq Ricard Sodd 1982 ci ilde ciyin lelekleri sabalid rengli olan dord novun simalda muxtelifliyi olmasi ve qitenin cenub serqinde bu muxtelifliyin musahide olunmamasi sebebi ile menselerinin simaldan oldugunu demisdir 4 Quslarin ecdadlari cenuba ve cenub qerbe texminen 2 milyon il evvel Pliosen dovrunun sonunda ve ya Buz dovrunun evvellerinde mulayim ve nemli dovrde yayilmis ola biler Davam eden daha soyuq ve quru iqlim yasayis yerlerinin azalmasina ve populyasiyalarinin parcalanib ayrilmasina sebeb olmusdur Cenub qerbde qalan quslar M elegans novune simal qerbde qalmis novler ise M lamberti novune tekamul edibler Iqliminin yeniden isti ve nemli olmasi neticesinde quslar cenuba yene yayilmis ve bu yeni qrup merkezi ve cenubi Avstraliya ile Eyr yarimadasina qeder olan bolgeye yayilaraq M pulcherrimus novune cevrilmisdir Serin iqlim bu novu digerlerin izolyasiya etmisdir Buz dovrunun sonunda 12 000 13 000 il evvel simaldaki quslar yeniden cenuba koc etmisdirler Bu yayilma 3 novun eyni yerde yasamasina sebeb olmusdur Gelecekde aparilacaq molekulyar arasdirmalar daha deqiq nezeriyyelerin yaradilmasina komek edecek 4 Fiziki xususiyyetler Redakte Disi solda qara dimdiyi ve qirmizi surmesi ile erkek ise eklips lelekleri ile Malurus elegans 15 sm boyu ve 8 11 q agirligi ile Maluridae fesilesinin en iri novudur 12 Quyruq uzunlugu 7 5 sm dir 2 13 Uzunlugu erkeklerde 10 mm ve disilerde 9 3 mm olan dimdik uzun dar ve itidir dabani da genisdir 2 Yuksek oldugundan cok genis olan dimdik etraflarinda cucu tutub qidalanmaqla yasayan diger qus novlerindekine benzeyir 14 Eyni fesileye daxil olan diger novlerde oldugu kimi bu novde mueyyen cinsi dimorfizm musahide olunur Erkeklerin qara boz rengli lelekleri coxalma dovrunde parlaq goy ve sabalid rengine burunur Coxalma dovrunde olduqca parlaq rengli tepe qulaq ortusu ve ust bel leleklerine malik olurlar 15 Coxalma dovrunde erkeyin tepesi qulaq ortusu ve ust beli goy leleklerle ortulu olur bogazinda ve bogazinin arxasinda parlaq qirmizi qehveyi lelekler peyda olur Uzun quyrugu ve qanadlari boz qehveyi rengdedir qarni ise boz ag rengdedir Coxalma dovrunden xaric erkek ve disi ferdler boz qehveyi rengde olurlar amma erkekler bezen goy ve qara leleklerinin bezilerini qoruya bilirler Butun erkeklerin dimdikleri ve surmeleri qara renglidir Disilerin de dimdikleri qara rengli olsa da surmeleri pas rengi ve goz halqalari aciq boz rengdedir Yetiskin olmayan erkeklerin surmeleri alti heftelik iken qaralir ve yumurtadan cixdiqdan sonraki ilk coxalma dovrunde lelekleri tam olaraq coxalma leleklerine cevrilmir 16 Bu lelekler basda goy ve boz dosde qara ve boz lekeli ve parcali gorunuse sebeb olur Erkeklerin coxu ikinci illerinde coxalma leleklerinin hamisina qovusarken bir qismi ucuncu illerini gozlemeli olurlar 17 Tek bir qrup icinde muxtelif erkek ferdlerin coxalma leleklerine sahib oldugu musahide olunmusdur amma bunun coxalmaya ve novdaxili cekismeye nece tesir etdiyi bilinmir 18 Hem erkek hem disi ferd coxalma dovrunden sonra payizda leleklerini deyisir ve erkekler eklips leleklere burunur Qisda ve ya yazda yeniden coxalma leleklerine sahib olurlar 2 Govde lelekleri her iki lelek deyisdirmede de deyisir amma qanad ve quyruq lelekleri deyismir Quyruq lelekleri asindiqda ve ya zedelendikde hansisa vaxtda deyisile biler 19 Erkeklerde qulaq ortulerindeki goy lelekler olduqca parlaqdir 20 Bu parlaq goy lelekler ultrabenovseyi sualari da qaytarir Ultrabenovseyi gorme qabiliyyetine malik bu cur qus novlerinde bele lelekler daha parlaq olur 21 Unsiyyet Redakte Bir Malurus elegans sosial qrupuna mexsus ferdler bir birileri ile xeberlesmek ve bolgelerini bildirib mudafie etmek ucun sesli unsiyyetden istifade edirler 22 Ferdleri oxumalarindan ayrid ede bilerler belece qrup uzvleri ile yadlari ayird ede bilirler 23 Esas oxumalari 1 4 saniyelik ve saniyede 10 20 element daxil olan oxumadir Hem erkekler hem disiler terefinden xususile bolge serhedlerinin qorunmasinda istifade olunur 2 24 Esasen subh acilmazdan evvel ve acildiqdan sonra oxuyurlar 25 Qidalanmaq ucun dolasan quslar digerleri ile alcaq tonlu ve azalan tonda sii sii sii sesinin tekrari ile unsiyyetde olurlar Yuksek ve keskin tsit sesi heyecan siqnalidir 2 Yasama muddetleri Redakte Maluridae fesilesine aid olan quslarin bir movsume sag qalma nisbeti bu qeder kicik qus novu ucun cox yuksekdir Malurus elegans novbeti ile erkeklerin 78 i ve disilerin 77 nin sag qalmasi qalmasi nisbeti ile fesile icinde en yuksek sag qalma nisbetine sahibdir 26 Esasen 10 il yasa bilirler Melum olan en yasli Malurus elegans 16 yasina catmisdir 27 Yayilmasi Redakte Eucalyptus diversicolor mesesi yasamaga ustunluk verdikleri yerdir Malurus elegans cenubi Avstraliyanin cenub qerbinde Pertin simalinda Mur cayindan cenubda Marqaret River seherine ve serqde de Albaniye qeder olan bolgede yasayir 2 Yasadigi yerlerde genis yayilmis novdur 28 amma bataqliqlarin qurudulmasi neticesinde populyasiyalarinin azaldigina dair faktlar vardir 29 30 Eucalyptus diversicolor ve Eucalyptus marginata agaclarindan ibaret meselerin asagi qatlarinda yasayirlar Qedim meselerde yasamaga daha az ustunluk verirler amma quslarin agac kesilen bolgelere gelmesi diqqet cekir 31 Mesede bas vermis yangin neticesinde populyasiya uzaqlasir ve meseye azi iki il donmur 32 Altinda kolluq olmayan Pinus cinsi sam meseleri yasamalari ucun uygun deyil 33 Mese icinde daha nemli olan Lepidosperma effusum qamisliqlarina ustunluk verirler 34 Yasadiqlari bolge simaldan Malurus lamberti serqden de Malurus pulcherrimus novlerinin yasadiqlari bolge ile qonsudur Diger iki nov quru kolluqlari sevse de Malurus elegans nem kolluqlarda yasayir 2 Kecid formalari olmadigi ucun bu uc qus ayri nov kimi qeyde alinmisdir 35 BirdLife International Malurus elegans novunun yasadigi en ehemiyyetli qoruq erazileri kimi Araluen Vunqonq Calbarraqup Mundarinq Kalamunda Simali Dandalup Stirlinq silsilesi Iki xalq korfezi ve Menipiks dagini gostermisdir 36 Davranis RedakteNormal hereket sekli iki ayagini da eyni anda yerden kesilib tekrar yere basdigi yerden hoppanaraq irelilemekdir 37 amma qacdiqlari musahide oluna biler Tarazligini uzun quyrugu temin edir Quyruqlari yuxari dogru dik durur ve nadir hallarda hereketsiz qalirlar Qisa yumruvari qanadlar ilk qalxisin yaxsi olmasini temin edir ve qisa ucuslar ucun yararlidir amma uzun ucuslar ucun yararsizdir 38 Malurus elegans az sayda ferdlerden ibaret qruplar seklinde yasayan ve balalarini birlikde boyuden bir novdur ve bolgelerini butun il boyunca mudafie edirler Bu bolgeler yasadiqlari ekosistemi teskil eden meselerde 0 4 2 4 hektar saheni ehate edir amma daha az ustunluk verilen yerlerde daha kicik ola bilir 34 Yasadiqlari yer yaxsi kecen coxalma dovrunden sonra qrupa yeni qosulan ferdleri de destekleyecek qeder genisdir 39 Qruplarda adeten 2 9 qus olur ve orta hesabla 4 qusdan ibaretdir 34 Oz fesilesinde en boyuk qrupa sahib novdur Bunun sebebi yuksek illik heyatda qalma nisbeti ve uygun bolgelerde yasamalaridir Coxalma nisbetleri kicik olsa da genc ferdlerin doldura bileceyi bosluqlar vardir 40 Cutluklerde sosial cehetden monoqamiya musahide olur cutlukden biri olene qeder bir birilerinden ayrilmirlar 34 Heyatda qalan qus qrupdaki komekci quslardan birini ozune cut secir Uzerinde cox arasdirma aparilmasa da bu novun cutleserken bir nece ferdle cutlesdiyi melumdur Bu novde digerlerine nisbeten daha cox disi komekci qus vardir 41 Qruplarin yarisindan coxunda esasen disi olan iki ve ya da daha cox komekci qus var Komekci quslar balalari besleyerek coxalma dovrunde cutlesen disilerin yukunu azaldir 42 Komekci quslarin ilde ugurla boyudulen bala kus nisbetini 1 3 den 2 qusa artirdigi ve bununla da populyasiyalarinin daha suretle artdigi gosterilmisdir 43 Erkek komekcisi olan disi komekcilerin biri ile yeni bir cutluk yaradib bolgeni genisletdirdikleri musahide olunmusdur 44 Yuvalarina hucum eden esas yirticilara Avstraliya sagsagani Cracticus tibicen diger Cracticus cinsi quslar Dacelo novaeguineae Strepera cinsi kuslar qargalar ve quzgunlar Corvus cinsi quslar Colluricincla cinsi quslar ile qirmizi tulku Vulpes vulpes pisik ve sicovul Rattus rattus kimi memeliler aiddir 45 Hem erkek hem de disi yetiskin ferdler tehluke qarsisinda bala quslarin oldugu yuvadan uzaqlasmaq ucun qacaraq yirticilari ozlerine cekirler Qacis zamani bas boyun ve quyruq asagi enikdir qanadlar aciq tutulur ve lelekler qabardilir Qus bu zaman durmadan qacarken heyecan siqnali da verir 34 Bu novde disiler erkeklerin cutlesme isteklerine cavab vererken balalar qidalanmaq isteyerken komekcilerin daha yasli quslara ve genclerin ozunden boyuklere qarsi etdikleri xususi qanad cirpma davranisi musahide olunmusdur Bu davranisda qus basini ve dimdiyini eyir qanadlarini gererek suretle cirpir ve dimdiyini ses cixartmadan aciq saxlayir 46 Qidalanma Redakte Malurus cinsine mensub diger novler kimi Malurus elegans da hereketli ve aktiv qida ovcusudur 37 Qiji Pteridium esculentum erika kollari ve mese dosemesindeki yarpaq ortusu icinde daima qida axtarir Xususile yay ve payiz aylarinda tokulen evkalipt qabiqlarinin bugumayaqlilarla zengin oldugu dovrde mesenin altindaki qoruyucu otlardan cixip 5 metr qeder yukseklikdeki agac govdelerine cixirlar Amma yirticilara gorune bilecekleri ucun bu cixislari qisa cekir Coxu cucu olmaqla kicik heyvanlarla beslenirler Il boyunca qarisqalari muxtelif cuculeri ve coxalma dovrunde horumcekleri tirtillari da ovlayir 41 47 Yaz ve yay aylarinda quslar gun icinde aktiv olurlar ve qida axtarisi zamani ceh ceh vurduqlari musahide olunur Gunun istiliyinde qrup birlikde gizlenerek dincelir Qisda qida tapmaq cetin oldugu ucun butun gunu qida axtarirlar 48 Xususile qarisqalar qis aylarinda en cox ovladiqlari cuculerdir 49 Coxalma Redakte Malurus elegansin yuvasinda parazitlik eden Cacomantis flabelliformis Maluridae fesilesindeki diger novler kimi Malurus elegans erkekleri de coxalma dovrunde disilerin diqqetini celb etmek ucun onlara ciceyin sari tac leceklerini teqdim edirler Bu novun sari ve nadir hallarda ag tac lecekleri dasidigi musahide olunmusdur 50 Tac lecekleri erkeyin oz bolgesinde ve ya basqa bolgede yasayan disiye verilir 51 Uz yelpiyi davranisi tecavuzkar ve ya da cezbetme davranisi kimi qiymetlendirilir 34 Bu davranis zamani goy qulaq ortusu lelekleri qabardilir 52 Gumusu goy bel lelekleri de bu terz davranislarda diger leleklere nisbeten daha cox qabardilir 34 Coxalma movsumu fesiledeki diger novlere nisbeten qisa cekir ve oktyabr ayindan nadir hallarda sentyabr ayindan dekabr ayina qeder davam edir Yuva tamamile disi terefinden yerden 20 sm yukseklikde six bitki ortuyu icerisinde qurulur 53 Yumru ve qubbeli yuvadir bir yaninda giris yerlesir ve quru otlar ile horumcek torundan hazirlanir Ic terefi daha ince otlar ve ya Clematis pubescens ve Banksia grandis ile dosenir Coxalma movsumunde nadir hallarda 2 defe kurt yata bilirler Ikinci kurt yatma dovru birinciden orta hesabla 51 gun sonradir 41 Bir defeye 2 3 yumurta yumurtalayirlar Yumurtalar krem ag renginde qirmizi qehveyi lekeli olub oval formasindadir 54 Olcusu 12x16 mm dir Disi 1 saatliq yuvada kurt yatir sonra erkeyin cagirisi ile 15 30 deqiqeliyine qida axtarisina cixib geri donur Uzun quyrugu esasen dar yuvadan qivrilmisdir ve onun kurt yatdiginin musahide edilmesine komek edir 55 Kurt yatma 14 15 gun davam edir ve ikinci kurt yatma 1 gun daha az cekir 41 Yumurtadan bala cixma nisbeti 94 dir Yumurtadan yeni cixan balalar ciy qirmizi rengde leleksiz ve gozleri baglidir qidalanmaya ehtiyaclari vardir Bir gun icinde derileri goy boz renge cevrilir ve lelekler peyda olmaga baslayir Ucuncu gunde primer lelekleri cixmaga baslayir Besinci gun acilmaya baslayan gozler bir gun icinde tamamile acilir Butun qrup uzvleri terefinden beslenilen balalarin necis topalari 11 12 gun boyunca dasinir Bu dovrde balalarin quyruqlari ve qanadlari tam inkisaf etmemisdir ve yaxsi uca bilmirler 56 Qanadlarinin tam inkisaf etmesi ucun 10 gun lazimdir ve bu muddetde yuvanin yaxinliginda gizlenirler Pervazladiqdan sonra 1 ay boyunca qrupun butun uzvleri terefinden beslenilirler Basqa qrupa kecmezden qabaq balalar komekci kimi 1 il boyunca qrupla yasayir Quslar cinsi yetiskenliye 1 yaslarinda catirlar amma disiler 3 yasina qeder cutlese bilmirler 57 Malurus elegansin yuvasinda nadir hallarda olsa da yuva parazitlerine Chrysococcyx basalis ve Cacomantis flabelliformis rast gelinir 58 Istinadlar Redakte Gould J 1837 The Birds of Australia and the adjacent islands Part 1 London J Gould 1 2 3 4 5 6 7 8 Rowley amp Russell p 173 Mathews GM 1916 List of additions of new subspecies to and changes to my list of the birds of Australia Austral Avian Record 3 25 68 1 2 3 Schodde R 1982 The fairy wrens a monograph of the Maluridae Lansdowne Editions Melbourne Rowley amp Russell p 40 41 Rowley amp Russell p 143 Rowley amp Russell p 159 Christidis L Schodde R 1997 Relationships within the Australo Papuan Fairy wrens Aves Malurinae an evaluation of the utility of allozyme data Australian Journal of Zoology 45 2 113 129 doi 10 1071 ZO96068 Schodde R 1975 Interim List of Australian Songbirds Melbourne RAOU Barker FK Barrowclough G F Groth J G 2002 A phylogenetic hypothesis for passerine birds Taxonomic and biogeographic implications of an analysis of nuclear DNA sequence data Proc R Soc Lond B 269 295 308 doi 10 1098 rspb 2001 1883 PMC 1690884 PMID 11839199 Barker F K Cibois A Schikler P Feinstein J Cracraft J 2004 Phylogeny and diversification of the largest avian radiation PDF Proc Natl Acad Sci USA 101 30 11040 11045 doi 10 1073 pnas 0401892101 PMC 503738 PMID 15263073 2007 10 25 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2007 10 12 Simpson K Day N Trusler P 1993 Field Guide to the Birds of Australia Ringwood Victoria Viking O Neil seh 392 ISBN 0 670 90478 3 Rowley amp Russell p 36 Wooller RD 1984 Bill size and shape in honeyeaters and other small insectivorous birds in Western Australia Australian Journal of Zoology 32 657 62 doi 10 1071 ZO9840657 Rowley amp Russell p 43 44 Rowley amp Russell p 172 73 Russell EM Rowley I Brown RJ Brown MN 1991 Acquisition of nuptial plumage in the Red winged Fairywren Malurus elegans Corella 15 125 33 Rowley amp Russell p 46 Rowley amp Russell p 45 Rowley amp Russell p 44 Bennett ATD Cuthill IC 1994 Ultraviolet vision in birds what is its function Vision Research 34 11 1471 78 doi 10 1016 0042 6989 94 90149 X PMID 8023459 Rowley amp Russell p 63 Payne R B Payne L L Rowley I Russell E M 1991 Social recognition and response to song in cooperative Red winged Fairy wrens Auk 108 811 19 Rowley amp Russell p 65 66 Rowley amp Russell p 66 Rowley amp Russell s 128 29 Rowley amp Russell s 130 Flegg J Madge S 1995 Birds of Australia Kenthurst NSW New Holland Press ISBN 1 85368 353 1 Higgins P J Peter J M Steele W K Eds 2001 Handbook of Australian New Zealand amp Antarctic Birds Volume 5 Tyrant flycatchers to Chats Oxford University Press Victoria ISBN 0 19 553258 9 Wade P ed 1977 Every Australian Bird Illustrated Rigby seh 191 ISBN 0 7270 0009 8 Williams M R Abbott I Liddelow G L Vellios C Wheeler I B Mellican A F 2001 Recovery of bird populations after clearfelling of tall open eucalypt forest in Western Australia PDF Journal of Applied Ecology 38 910 20 doi 10 1046 j 1365 2664 2001 00645 x Istifade tarixi 2007 12 25 Christensen P E Kimber P C 1975 Effects of prescribed burning on the flora and fauna of south west Australian forest Proceedings of the Ecological Society of Australia 9 85 106 Rowley amp Russell p 134 1 2 3 4 5 6 7 Rowley amp Russell p 175 Rowley amp Russell p 164 Red winged Fairywren Important Bird Areas BirdLife International 2012 Istifade tarixi 2012 10 30 1 2 Rowley amp Russell p 42 Rowley amp Russell p 41 Rowley amp Russell p 58 Rowley amp Russell p 56 1 2 3 4 Rowley I Russell E M Payne R B Payne L L 1988 The ecology and breeding biology of the Red winged Fairy wren Malurus elegans Emu 88 161 76 doi 10 1071 MU9880161 Rowley amp Russell p 93 Rowley amp Russell p 94 Rowley amp Russell p 99 Rowley amp Russell p 121 Rowley amp Russell p 77 Wooller R D Calver M C 1981 Feeding segregation within an assemblage of small birds in the karri forest understorey Australian Wildlife Research 8 401 10 doi 10 1071 WR9810401 Rowley amp Russell p 61 62 Rowley amp Russell p 49 52 Rowley I 1991 Petal Carrying by Fairy wrens of the genus Malurus Australian Bird Watcher 14 75 81 Rowley amp Russell p 75 Rowley amp Russell p 76 Rowley amp Russell p 91 Beruldsen G 2003 Australian Birds Their Nests and Eggs Kenmore Hills Qld self 279 80 ISBN 0 646 42798 9 Rowley amp Russell p 116 Rowley amp Russell p 117 Rowley amp Russell p 175 76 Rowley amp Russell p 176 Edebiyyat Redakte Rowley Ian Russell Eleanor 1997 Bird Families of the World Fairy wrens and Grasswrens Oxford Oxford University Press ISBN 0 19 854690 4 Xarici kecidler Redakte Vikianbarda Malurus elegans ile elaqeli mediafayllar var Vikinovlerde Malurus elegans ile elaqeli melumatlar var Malurus elegans videolari Internet Bird Collection da BirdLife Species Factsheet daMenbe https az wikipedia org w index php title Malurus elegans amp oldid 5959848, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.