Məmməd Cəfərov (aktyor)
Məmməd Abbasqulu oğlu Cəfərov (1912, Şamaxı, Bakı quberniyası – 19 yanvar 1980, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964).
Məmməd Cəfərov | |
---|---|
Digər adı | Məmməd Cəfər |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya İmperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1933-cü ildən |
Təhsili | Bakı Teatr Məktəbi |
Amplua | realizm |
Teatr | Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı |
Mükafatları |
Həyatı
Məmməd Cəfərov 1912-ci ildə Şamaxıda anadan olub. 1921–1927-ci illərdə Şamaxıdakı birinci dərəcəli məktəbdə təhsil alıb. Burada məktəbin dram dərnəyində çıxışlar edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsilini davam etdirib. 1933–1940-cı illərdə Gəncə Dövlət Dram Teatrında aktyor, 1940–1941-ci illərdə Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.
1942-ci ildə müharibəyə yollanan Məmməd Cəfərov 1943-cü ildə birinci qrup kimi ordudan təxris olunaraq Gəncəyə qayıdıb. Burada o, aktyorluqla yanaşı, 3 ildən artıq teatrın direktoru işləyib. O, 1949–1951-ci illərdə Gəncə Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, 1951–1952-ci illərdə Gəncə kinoprokat idarəsinin rəisi, 1952–1955-ci illərdə mədəniyyət şöbəsində inspektor və müdir, 1955–1956-cı illərdə isə şəhər ictimai təminat şöbəsində müdir vəzifələrində işləyib. 1956-cı ilin ikinci yarısından yenidən Gəncə Dövlət Dram Teatrının truppasında fəaliyyət göstərib. Aktyor arada qısa müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq etmişdir.
Məmməd Cəfərov realist aktyor məktəbinin nümuyəndəsi olmuşdur. O, məzəli məsxərə elementlərindən, ifadəli satira ünsürlərindən istifadə etmişdir. Xarakterik tiplər yaradan aktyorun imzası bir sıra tamaşaların proqramlarında "Məmməd Cəfər" kimi yazılıb.
Məmməd Cəfərov 19 yanvar 1980-ci ildə Kirovabad (hazırkı Gəncə) şəhərində vəfat edib.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 29 iyun 1964
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
İfa etdiyi əsas rollar
Tamaşa | Müəllif | Rol |
---|---|---|
Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov | Ağa Bəşir |
Şeyx Sənan | Hüseyn Cavid | Serqo |
Səyavuş | Hüseyn Cavid | Kosa |
Nəsrəddin şah | Cəfər Cabbarlı | Mirzə Saleh xan |
Od gəlini | Cəfər Cabbarlı | Dönməz |
Yaşar | Cəfər Cabbarlı | Əmirqulu |
Almaz | Cəfər Cabbarlı | Aftil |
Aydın | Cəfər Cabbarlı | Səlim |
Solğun çiçəklər | Cəfər Cabbarlı | Əbdül |
Sevil | Cəfər Cabbarlı | Babakişi |
Ölülər | Cəlil Məmmədquluzadə | Şeyx Əhməd |
Eşq və intiqam | Süleyman Sani Axundov | Piri baba |
Vaqif | Səməd Vurğun | Əli bəy və Vidadi |
Arşın mal alan | Üzeyir Hacıbəyov | Əsgər |
Cancur Səməd | Jan Batist Molyer | Qazı |
Otello | Uilyam Şekspir | Qratsiano |
Kor padşah | Nazim Hikmət | Kor padşah |
Kəllə | Nazim Hikmət | Sərsəri |
İstinadlar
- ↑ Rəhimli, 2017. səh. 281
Ədəbiyyat
- Rəhimli, İ. (2017). Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 392 səh. ISBN 978-9952-8021-9-1.