Məhəmməd Olcaytunun Bakıya səfəri — Elxani hökmdarı Məhəmməd Olcaytunun (h.i. 1304–1316) öz imperiyasının tərkibindəki Bakı şəhərinə səfəri. Olcaytunun Bakıya səfərinin 1309-cu ildə baş verdiyi düşünülür. Onun yarlığı İçərişəhərin Cümə məscidinin divarına kitabə şəklində həkk edilmiş, bu fərmanla Bakı əhalisi müxtəlif vergilərdən azad edilmişdir.Nəsir Bakuvi Olcaytunun Bakı səfəri və burada gördüyü abadlıq işləri ilə bağlı, 1306–1310-cu illərə aid edilən, azərbaycanca müxəmməs yazmış, Məhəmməd ibn Mahmud isə "Nəfais əl-fünun" əsərində sultanın neft işi ilə məşğul olan dərvişlə qarşılaşmasını təsvir etmişdir.

Tarixi və alınan qərarlar
XIV əsrin əvvəllərində Şirvanşahlar dövləti və ona daxil olan Bakı şəhəri Elxanilər imperiyasının tərkibində idi. Monqol hakimiyyəti dövründə Şirvanda iqtisadi vəziyyət çətin idi. Ağır vergilərin qoyulması və alınan verginin təkrar alınması, Qızıl Orda ilə müharibə iqtisadi vəziyyəti pisləşdirir, əhalinin dağlarda, meşələrdə gizlənməsinə, tapılanda isə qılıncdan keçirilməsinə gətirib çıxarırdı.
Bu dövrdə Şirvanda vəziyyətin pis olmasını sübut edən mənbələrdən biri Qədim Bakının (İçərişəhər) Cümə məscidindəki kitabədir. Bu kitabəyə görə, Məhəmməd Olcaytu (h.i. 1304–1316) öz yarlığı (fərmanı) ilə bakılıları müxtəlif vergilərdən azad etmişdir. Vergilərdən azad edilmə ola bilsin ki, elə Olcaytunun Bakıya səfəri dövrü baş vermişdir. Olcaytunun yarlığı nə zaman verdiyi dəqiq bilinməsə də, Bakıya gəlməsi tarixi mənbələr tərəfindən təsdiqlənir. Ehtimal edilir ki, 1309-cu ildə Arrandan qayıdanda Gülüstanda dayanması ilə əlaqəlidir. Kitabədəki mətn yarlığın tam hissəsi yox, qısaldılmış hissədir, ancaq kitabədə monqol yarlıqlarında olduğu kimi, hökmdardan üçüncü şəxsdə yox, birinci şəxsdə danışılır.
Neft quyuları Elxanilər dövründə yerli sahibkarlardan götürülərək icarəyə verilmişdi. Bunun nəticəsi olaraq, icarədarlar mədənləri və orada işləməyə təhkim olunmuş rəiyyəti vəhşi bir şəkildə istismar edirdilər. Beləliklə, neft mədənlərinin məhsuldar qüvvəsi pis vəziyyətə düşmüş, bu da neft hasilatına təsir etmişdir. Olcaytunun yarlığı buna görə də Bakını neft vergisindən azad edirdi. Məqsəd Bakının və Şirvanın məhsuldar qüvvələrini dirçəltmək idi.
Məhəmməd ibn Mahmud "Nəfais əl-fünun" əsərində sultan Məhəmməd Olcaytunun Bakıda bir dərvişlə qarşılaşmasını belə təsvir edir: "Dərvişlərdən biri Bakı hüdudlarında özünə bir neft quyusu qazır. Ondan götürdüyü gəlirlə həyatını təmin edir və yanına gələn qonaqlarını yedirib-içirirdi. Bir dəfə sultan Bakıya gələndə dərviş öz adəti üzrə onun yanına yollanır. Sultan ona hədiyyə vermək istəyir, lakin dərviş hədiyyədən bu səbəbdən imtina edir: "Gəlirimlə təmin olunduğumdan, artığına ehtiyac yoxdur". Onun cavabı sultanın xoşuna gəlir. Dərvişin gəlirinin həcmini öyrənən sultan etiraf edir: "…gerçəkdən hökmdarlıq sənə məxsusdur…""
Səfərin və nəticələrinin qeyd edilməsi
Cümə məscidi kitabəsi
İçərişəhərin Cümə məscidindəki kitabə XIV əsrin başlanğıc dövrünə aiddir. Kitabədə Elxani hökmdarı Məhəmməd Olcaytunun (h.i. 1304–1316) Bakının və Şirvanın aşağı təbəqəsindən bir sıra ağır vergilərin alınmaması ilə bağlı fərmanı (yarlıq) qeyd edilmişdir. Həm Qazan xanın islahatları, həm də Olcaytunun vergilərin ləğvi ilə bağlı qərarı və digər tədbirlər nəticəsində Şirvanşahlar dövlətinin təsərrüfat baxımından vəziyyəti düzəlmişdir. Olcaytunun yarlığının əsas məqsədi iqtisadiyyat və ticarət baxımından vacib olan Bakı şəhəri və bölgəsinin vəziyyətinin düzəldilməsi idi. Yarlıq mətnində həm də Bakıda mövcud olmuş divan xatırlanır. XIII–XIV əsrlərdə Bakıda vəzirlər divanı (divan əl-vüzəra) mövcud idi.
Kitabə farsca 4 sətirdən ibarətdir:
- Pak, cəlallı və uca allah islam padişahının, kainatın dördə birinin hökmdarı olan sultanın ömrünü uzun etsin
- bütün xalqların itaət etdiyi böyük və uca kaan. Ərəbin və Əcəmin hökmdarı Xudabəndə Məhəmməd Olcaytu, qoy Allah onun hakimiyyətini əbədi etsin!
- dünya fatehinin yarlık fərmayişinə görə, şəhərin və vilayətin rəiyyətindən kupçur və sarani, nefti, ürfi (vergiləri) götürülür…
- …Bakuyənin Divanından götürülür və qiyamət gününə qədər bunun (hökmün) mənasına zidd hərəkət edənlərə Allahın lənəti gəlsin!
Kitabədə qeyd edilən və monqol termini olan "qopçur" oturaq və köçəri maldarlardan 1% həcmində alınan vergi idi. Düzgün şəkildə yığılmadığı üçün xalqa əziyyət verirdi. Səranə vergisi can vergisi idi, aşağı təbəqədən (oturaq əhali) alınırdı, vergi verənin müsəlman olub-olmamasının əhəmiyyəti yox idi, dinindən asılı olmayaraq yığılırdı. Səranə vergisi monqol işğalından sonra tətbiq edilmişdi. Neft vergisinin neft quyusu olan sahibkarlardan alındığı düşünülür. Ürf isə şəriətdə nəzərdə tutulmayan vergilər kimi başa düşülə bilər.
2024-cü ildə Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux BMT-nin İqlim Dəyişmələri Konfransında iştirak üçün Bakıya gələndə İçərişəhərdə Cümə məscidini ziyarət etmiş, onun kitabəsi ilə tanış olmuşdur.
Nəsir Bakuvinin müxəmməsi
XIV əsrdə yaşamış Azərbaycan şairi Nəsir Bakuvi Bakını vergilərdən azad edən və abadlaşdırılması üçün fərmanlar verən Məhəmməd Olcaytu üçün Azərbaycan dilində müxəmməs yazmışdır. 55 beytlik müxəmməs 1306–1310-cu illər arasında yazılmışdır. Əsərdə Olcaytunun Bakıya gəlməsi və burada gördüyü idarəçilik tədbirləri təsvir edilir:
I variant
Şükr ola şol həqqə kim, bimüntəha ehsan ilən,
Sərfəraz etdi bizi Ulcaytutək sultan ilən.
… Himməti-şahanəsin hər yerdə təksir eylədi,
Xanələr abad qıldı əmr ilə, fərman ilən.
II variant
Səltənət təxtinə yetgəc əqlü tədbir eylədi,
Ayəyi-ədli bəyanə çəkdi təqrir eylədi,
Tərhi-memarı töküb virani təmir eylədi,
Himməti-şahanəsini hər yerdə təksir eylədi,
Xanələr abad qıldı əmr ilən, fərman ilən…
Beydəqi-İslami Əla qılmağa amadədir,
Dad edər kim dad qılsa, dadə çün dildadədir.
Binəsib olmaz o kəs kim, payinə üftadədir,
Afərin ol şahə kim, həqqa Hülakuzadədir,
Zərdə Hatəm, zurdə həmtaydur xaqan ilən.
Həmçinin bax
İstinadlar
- Aşurbəyli, 2009. səh. 126-127
- Aşurbəyli, 2006. səh. 205
- Aşurbəyli, 2009. səh. 128
- Aşurbəyli, 2006. səh. 268-269
- Aşurbəyli, 2006. səh. 236-237
- Aşurbəyli, 2006. səh. 252
- "Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux #COP29 tədbiri ilə əlaqədar ölkəmizə səfəri çərçivəsində İçərişəhəri ziyarət edib". İstifadə tarixi: 21 may 2025.
- Aşurbəyli, 2006. səh. 271
- Sənan İbrahimov. Köbnü məkanə sığmayan Nəsimi. Bakı, "Ləman" nəşriyyatı, 2019. 304 səh. Səhifə 37.
- "Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007, s. 125" (PDF). 9 yanvar 2025 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 yanvar 2025.
Ədəbiyyat
- Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, "Avrasiya press", 2006, 416 səh.
- Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı, "Apostrof", 2009, 380 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmed Olcaytunun Bakiya seferi Elxani hokmdari Mehemmed Olcaytunun h i 1304 1316 oz imperiyasinin terkibindeki Baki seherine seferi Olcaytunun Bakiya seferinin 1309 cu ilde bas verdiyi dusunulur 1 Onun yarligi Iceriseherin Cume mescidinin divarina kitabe seklinde hekk edilmis bu fermanla Baki ehalisi muxtelif vergilerden azad edilmisdir 2 Nesir Bakuvi Olcaytunun Baki seferi ve burada gorduyu abadliq isleri ile bagli 1306 1310 cu illere aid edilen azerbaycanca muxemmes yazmis 3 Mehemmed ibn Mahmud ise Nefais el funun eserinde sultanin neft isi ile mesgul olan dervisle qarsilasmasini tesvir etmisdir 1 Elxani hokmdari Mehemmed Olcaytunun h i 1304 1316 miniatur tesviri Mundericat 1 Tarixi ve alinan qerarlar 2 Seferin ve neticelerinin qeyd edilmesi 2 1 Cume mescidi kitabesi 2 2 Nesir Bakuvinin muxemmesi 3 Hemcinin bax 4 Istinadlar 5 EdebiyyatTarixi ve alinan qerarlarredakteXIV esrin evvellerinde Sirvansahlar dovleti ve ona daxil olan Baki seheri Elxaniler imperiyasinin terkibinde idi Monqol hakimiyyeti dovrunde Sirvanda iqtisadi veziyyet cetin idi 2 Agir vergilerin qoyulmasi ve alinan verginin tekrar alinmasi Qizil Orda ile muharibe iqtisadi veziyyeti pislesdirir ehalinin daglarda meselerde gizlenmesine tapilanda ise qilincdan kecirilmesine getirib cixarirdi 1 Bu dovrde Sirvanda veziyyetin pis olmasini subut eden menbelerden biri Qedim Bakinin Iceriseher Cume mescidindeki kitabedir Bu kitabeye gore Mehemmed Olcaytu h i 1304 1316 oz yarligi fermani ile bakililari muxtelif vergilerden azad etmisdir 2 Vergilerden azad edilme ola bilsin ki ele Olcaytunun Bakiya seferi dovru bas vermisdir 1 Olcaytunun yarligi ne zaman verdiyi deqiq bilinmese de Bakiya gelmesi tarixi menbeler terefinden tesdiqlenir Ehtimal edilir ki 1309 cu ilde Arrandan qayidanda Gulustanda dayanmasi ile elaqelidir Kitabedeki metn yarligin tam hissesi yox qisaldilmis hissedir ancaq kitabede monqol yarliqlarinda oldugu kimi hokmdardan ucuncu sexsde yox birinci sexsde danisilir 1 Neft quyulari Elxaniler dovrunde yerli sahibkarlardan goturulerek icareye verilmisdi Bunun neticesi olaraq icaredarlar medenleri ve orada islemeye tehkim olunmus reiyyeti vehsi bir sekilde istismar edirdiler Belelikle neft medenlerinin mehsuldar quvvesi pis veziyyete dusmus bu da neft hasilatina tesir etmisdir Olcaytunun yarligi buna gore de Bakini neft vergisinden azad edirdi Meqsed Bakinin ve Sirvanin mehsuldar quvvelerini dirceltmek idi 4 Mehemmed ibn Mahmud Nefais el funun eserinde sultan Mehemmed Olcaytunun Bakida bir dervisle qarsilasmasini bele tesvir edir Dervislerden biri Baki hududlarinda ozune bir neft quyusu qazir Ondan goturduyu gelirle heyatini temin edir ve yanina gelen qonaqlarini yedirib icirirdi Bir defe sultan Bakiya gelende dervis oz adeti uzre onun yanina yollanir Sultan ona hediyye vermek isteyir lakin dervis hediyyeden bu sebebden imtina edir Gelirimle temin olundugumdan artigina ehtiyac yoxdur Onun cavabi sultanin xosuna gelir Dervisin gelirinin hecmini oyrenen sultan etiraf edir gercekden hokmdarliq sene mexsusdur 1 Seferin ve neticelerinin qeyd edilmesiredakteCume mescidi kitabesiredakte Iceriseher Cume mescidinin minaresinin eteyindeki das kitabeler Iceriseherin Cume mescidindeki kitabe XIV esrin baslangic dovrune aiddir Kitabede Elxani hokmdari Mehemmed Olcaytunun h i 1304 1316 Bakinin ve Sirvanin asagi tebeqesinden bir sira agir vergilerin alinmamasi ile bagli fermani yarliq qeyd edilmisdir Hem Qazan xanin islahatlari hem de Olcaytunun vergilerin legvi ile bagli qerari ve diger tedbirler neticesinde Sirvansahlar dovletinin teserrufat baximindan veziyyeti duzelmisdir 2 Olcaytunun yarliginin esas meqsedi iqtisadiyyat ve ticaret baximindan vacib olan Baki seheri ve bolgesinin veziyyetinin duzeldilmesi idi 5 Yarliq metninde hem de Bakida movcud olmus divan xatirlanir XIII XIV esrlerde Bakida vezirler divani divan el vuzera movcud idi 6 Kitabe farsca 4 setirden ibaretdir Pak celalli ve uca allah islam padisahinin kainatin dorde birinin hokmdari olan sultanin omrunu uzun etsin butun xalqlarin itaet etdiyi boyuk ve uca kaan Erebin ve Ecemin hokmdari Xudabende Mehemmed Olcaytu qoy Allah onun hakimiyyetini ebedi etsin dunya fatehinin yarlik fermayisine gore seherin ve vilayetin reiyyetinden kupcur ve sarani nefti urfi vergileri goturulur Bakuyenin Divanindan goturulur ve qiyamet gunune qeder bunun hokmun menasina zidd hereket edenlere Allahin leneti gelsin 1 Kitabede qeyd edilen ve monqol termini olan qopcur oturaq ve koceri maldarlardan 1 hecminde alinan vergi idi Duzgun sekilde yigilmadigi ucun xalqa eziyyet verirdi Serane vergisi can vergisi idi asagi tebeqeden oturaq ehali alinirdi vergi verenin muselman olub olmamasinin ehemiyyeti yox idi dininden asili olmayaraq yigilirdi Serane vergisi monqol isgalindan sonra tetbiq edilmisdi Neft vergisinin neft quyusu olan sahibkarlardan alindigi dusunulur Urf ise serietde nezerde tutulmayan vergiler kimi basa dusule biler 4 2024 cu ilde Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux BMT nin Iqlim Deyismeleri Konfransinda istirak ucun Bakiya gelende Iceriseherde Cume mescidini ziyaret etmis onun kitabesi ile tanis olmusdur 7 Nesir Bakuvinin muxemmesiredakte XIV esrde yasamis Azerbaycan sairi Nesir Bakuvi Bakini vergilerden azad eden ve abadlasdirilmasi ucun fermanlar veren Mehemmed Olcaytu ucun Azerbaycan dilinde muxemmes yazmisdir 8 55 beytlik muxemmes 1306 1310 cu iller arasinda yazilmisdir Eserde Olcaytunun Bakiya gelmesi ve burada gorduyu idarecilik tedbirleri tesvir edilir 8 3 I variant Sukr ola sol heqqe kim bimunteha ehsan ilen Serferaz etdi bizi Ulcaytutek sultan ilen Himmeti sahanesin her yerde teksir eyledi Xaneler abad qildi emr ile ferman ilen 9 II variant Seltenet textine yetgec eqlu tedbir eyledi Ayeyi edli beyane cekdi teqrir eyledi Terhi memari tokub virani temir eyledi Himmeti sahanesini her yerde teksir eyledi Xaneler abad qildi emr ilen ferman ilen Beydeqi Islami Ela qilmaga amadedir Dad eder kim dad qilsa dade cun dildadedir Binesib olmaz o kes kim payine uftadedir Aferin ol sahe kim heqqa Hulakuzadedir Zerde Hatem zurde hemtaydur xaqan ilen 10 Hemcinin baxredakteQafqaz ve tarixi Azerbaycan erazisinde monqol turk elaqeleri III Aleksandrin Bakiya seferiIstinadlarredakte 1 2 3 4 5 6 7 Asurbeyli 2009 seh 126 127 1 2 3 4 Asurbeyli 2006 seh 205 1 2 Asurbeyli 2009 seh 128 1 2 Asurbeyli 2006 seh 268 269 Asurbeyli 2006 seh 236 237 Asurbeyli 2006 seh 252 Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux COP29 tedbiri ile elaqedar olkemize seferi cercivesinde Iceriseheri ziyaret edib Istifade tarixi 21 may 2025 1 2 Asurbeyli 2006 seh 271 Senan Ibrahimov Kobnu mekane sigmayan Nesimi Baki Leman nesriyyati 2019 304 seh Sehife 37 Azerbaycan tarixi Yeddi cildde III cild XIII XVIII esrler Baki Elm 2007 s 125 PDF 9 yanvar 2025 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 9 yanvar 2025 EdebiyyatredakteSara Asurbeyli Sirvansahlar dovleti Baki Avrasiya press 2006 416 seh Sara Asurbeyli Baki seherinin tarixi Baki Apostrof 2009 380 seh Menbe https az wikipedia org w index php title Mehemmed Olcaytunun Bakiya seferi amp oldid 8147354