Leninizm və ya leninçilik — Marksizmə əsaslanan siyasi və iqtisadi nəzəriyyə. Marksizmin bir qolu və mərhələsi olaraq bolşevik lider Vladimir Lenin tərəfindən irəli sürülmüşdür. Yanaşmaya görə Lenin Marksın əsərini üç təməl nöqtədə, yəni fəlsəfə, iqtisadiyyat və siyasət sahələrində əks etdirmiş, onu yeni şərtlərə uyğun təlim olaraq təməl qanunlardan kənara çıxmadan yenidən inkişaf etdirmişdir.
Əsas ideyaları
Leninizm marksizm dövrünün tələbatlarına görə həm nəzəri, həm siyasi, həm də iqtisadi sahədə təməl qanunlara yenidən uyğunlaşdırılması deməkdir. Leninizm anlayışı yeni faktlar və yeni elmi inkişaflar istiqamətində marksizmi yenidən inkişaf etdirilməsini şərtləndirərək onun inqilabi və elmi xüsusiyyətlərini səciyyələndirmişdir.
"Leninizm" termini Lenin yaşayan zaman çox istifadə olunmurdu. Ancaq səhhəti ilə əlaqədar olaraq ölümündən az əvvəl Sovet hökumətində aktiv rolunu başa vurduqdan sonra sıx istifadə olunmağa və yayılmağa başladı. İlk olaraq Grigory Zinoviev "leninizm" terminindən istifadə etdi. Bu vaxtdan etibarən leninizm formalizmi marksizmin yeni bir mərhələsi olaraq qəbul edildi.
Lenin "Nə etməli?" adlı kitabında proletariatın uğurlu inqilabının ancaq inqilabi şüura malik olduqları zaman mümkün olacağını, bunun da Kommunist Partiyasının rəhbər partiya rolunu oynayacağı zaman reallaşa biləcəyini göstərmişdir. Həmin kitabda Lenin peşəkar inqilabçıların partiyaya yiyə durmalarının və qələbəyə istiqamət vermələrinin vacibliyini göstərir. Lenin kapitalizmin ancaq bu yolla devrilə biləcəyinin mümkünlüyünə inanırdı. Ona fikrincə bu ancaq proletar diktatura sayəsində reallaşa bilərdi. Lenin bununla dahiyanə bir surətdə sübut etdi ki sosialist inqilabının bütün ölkələrdə eyni zamanda qələbə çalacağı haqqında K. Marksın və F. Engelsin məlum fikri yeni tarixi şəraitə uyğun gəlmir. İmperializm dövründə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafı qanununun təsir göstərməsi müxtəlif ölkələrdə proletar inqilabının müxtəlif vaxtlarda yetişib qalib gəlməsi qanunauyğunluğunu meydana çıxarır.
Leninizmin digər təməl ideyası da imperializmi kapitalizmin ən yüksək mərhələsi olaraq görməsidir. O özünün "İmperializm kapitalizmin ən yüksək mərhələsidir" əsərində imperializmin siyasi, iqtisadi əsaslarını dərindən təhlil etmişdir. Bunun üçün Lenin bir neçə il ərzində imperializmə dair çoxlu material, statistik məlumat toplamışdı. Məlum olduğu kimi bu materialların çoxusu Leninin ümumi həcmi 40 çap vərəqindən ibarət olan "İmperializm dəftərlərində" çap olunmuşdur. Lenin kapitalizmin qlobal bir sistemkən istifadə etdiyi hiylələri (Marks bu fenomeni nəzərdə tutmuşdur) marksizmi inkişaf etdirərək aşkara çıxarmışdır. İmperializmin dərin təhlili əsasında Lenin yeni tarixi şəraitdə kapitalist ölkələrinin iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişaf etməsi qanununu kəşf etmiş və buna əsaslanaraq sosialist inqilabı haqqında marksizm nəzəriyyəsini yaradıcılıqla zənginləşdirmişdir.
Leninizimin inqilab nəzəriyyəsi
Leninizmə görə inkişaf etmiş kapitalist ölkələrdə proletar inqilabı baş verə bilməz , çünki, bu ölkələr işçilərə yüksək maaş və sosial təminat verir, bu da onlarda inqilabi şüurun inkişaf etməsinin qarşısını alır. Buna görə də ancaq inkişafda olan və ya aqrar ölkələrdə fəhlə inqilabı baş verə bilər. Lakin əgər inqilab ancaq kasıb ölkələrdə meydana çıxırsa bu da burada müəyyən problemlərin olduğunu göstərir. Marksizmə görə inkişaf etmiş ölkələr sosializmə keçə bilməz, çünki, kapitalizm hələ buralarda bütün gücünü istifadə etməmiş, istismarını reallaşdırmamışdır, elə buna görə də xarici qüvvələr inqilabı müvəffəqiyyətsizliyə uğratmaq üçün əlindən gələni edəcək. Buna leninizm iki həll yolu təklif edir. İlk təklifi çox sayda inkişaf etməmiş ölkənin qısa bir müddətdə birləşərək böyük federal bir quruluş quraracağı, bu sayədə kapitalizmə qarşı müqavimət göstərəcəyi və sosializmi bərpa edəcəyidir. Sovetlər Birliyinin qurulmasının təməl fikri də budur. Digər təklifi də inkişaf etməmiş ölkələrdə başlayan inqilabın və ya inqilab atəşinin inkişaf etmiş kapitalist ölkələrdəki inqilab qığılcımını tətikləyə biləcəyidir (nümunə olaraq Lenin Rus İnqilabının bir Alman İnqilabını odlaya biləcəyini ümid etmişdi). İnkişaf etmiş ölkə beləcə sosializmi quracaq və inkişaf etməmiş ölkələrin də eyni şeyi etməsinə kömək edəcək. Hər ikisində də, nəzəri olaraq sosializmin inkişaf etməmiş tək, yoxsul bir ölkədə uzun müddət mövcud ola bilməyəcəyini göstərir. Buna görə Leninizm, tək ölkədə inqilabın sonuna qədər yaşaya bilməyəcəyini, bir dünya inqilabının lazım olduğunu söyləyir.
Lenin göstərirdi ki kapitalizmin son mərhələsi olan imperializm müəyyən iqtisadi əlamətlərin, kəmiyyət dəyişmələrinin mövcud olması nəticəsidir. Həmin əlamətlər bunlardır:
- 1) İstehsalın və kapitalın yüksək dərəcədə təmərküzləşməsi nəticəsində inhisarlar yaranır;
- 2) Bank kapitalı ilə sənaye kapitalı qovuşaraq maliyyə kapitalı, maliyyə oliqarxiyası yaradır;
- 3) Kapital ixracı sürətlə artır;
- 4) Kapitalistlərin beynəlxalq inhisar ittifaqları meydana gəlir və bunlar dünyanı bölüşdürür;
- 5) Dünya ərazisini kapitalist dövlətlərin yenidən bölüşdürülməsi məsələsi qarşıya çıxır.
Leninizm bir vaxtlar marksizmin yeni bir mərhələsi olmaqdan daha çox rəsmi ideoloji nəzəriyyə kimi fəaliyyət göstərmişdir. Bu rəsmi ideologiyaya adekvat həyata keçirilən siyasət nəticəsində marksizm qorxu rejminin təmsilçisi kimi qəbul edilməyə başlanmışdı.
Marksizm və Leninizmə xas olan başqa bir nəzəriyyə də Leninin ölümündən sonra həyata keçirilən islahatların Stalinçi olaraq qiymətləndirən və buna qarşı çıxan Trotskizmdir. Trotskizm Stalin rejminə müxalif olsa da Leninizm sahəsində innovativ bir fikrə malik deyildi.
1920-ci illərin axırlarında Leninin bir sıra müttəfiqi və tərəf müqabili təqib edilərək öldürüldü. Buxarin, Zinoviev, Trotski kimi inqilab rəhbərləri Leninin ölümündən sonra Stalin iqtidarı ilə yola getmədilər elə buna görə də əksinqilabçılıq və agentlikdə ittiham olunaraq edam edildilər.
Leninizm və dialektika
Marksizm fəlsəfəsinin bütövlükdə, marksist dialektikasının xüsusilə yaradıcılıqla inkişaf etdirilməsinin tam yeni, yüksək mərhələsi inqilabi elmin korifeyi böyük Leninin adı ilə XX əsrin marsizmi olan leninizm ilə üzvi sürətdə bağlıdır. Leninizm tarixə imperializm və proletar inqilabları dövrünün, müstəmləkəçiliyin süqutu və milli azadlıq hərəkatlarının qələbəsi dövrünün, bəşəriyyətin kapitalizmdən sosializmə keçməsi və kommunizm cəmiyyətinin qurulması dövrünün marksizmi kimi daxil olmuşdur. Marksist dialektik metodu tarixi inkişafın yeni dövründəki ictimai proseslərə məharətlə tətbiq etmək və onu daha da irəlilətmək, zənginləşdirmək işinin öhdəsindən başqa ölkədə, başqası deyil, məhz Rusiyada inqilab dahisi Vladimir İliç Lenin gələ bilmişsə bu əsla təsadüf deyil, tarixin zərurətlə meydana gətirdiyi hadisədir. XX əsrdə bəşər tarixinin yeni, yüksək mərhələsini başlamış olan Rusiya fəhlə sinfinin və bütün zəhmətkeşlərin tarixi xidməti Rusiyanı bütövlükdə qabaqcıl inqilabi ideyaların beşiyinə çevirə bilməsidir.
Dahi Leninin bütün elmi və inqilabi fəaliyyətini bir sözlə ifadə etmək mümkün sayıla bilərsə o söz "dahi dialektik" ola bilər. V. İ. Lenin XX əsrin ən mahir dialektiki, inqilab elminin böyük korifeyi olaraq yetişmişdir. Leninizm XX əsrin iqtisadi, siyasi, ideoloji inkişafın elmi ümumiləşdirilməsinə məhz dialektika kimi elmi idrak silahının köməyi ilə nail ola bilmişdir.
Leninizmin inqilabi və mübariz təlim olmasının iki mühüm səbəbi vardır:birincisi odur ki, leninizm proletar inqilabı zərurəti ilə yaranmışdır;ikicisi odur ki, leninizm marksizmin canlı yaradıcı ruhunu məhv etməyə çalışan II İnternasional opportunizmi ilə çarpışmalarda yetişib mətinləşmişdir. Hər cür əksinqilabi, mühafizəkar və qeyri elmi ideologiyaya hər cür opportunizmə, təftişçiliyə, təriqətçiliyə və ehkamçılığa qarşı mübarizə leninizmin ruhunu və daxili pafosunu təşkil edir.
Leninizm marksizmin inkişafında tarixi bir zərurətlə yaranmışdır. Onun banisi V. İ. Lenin tarixin bu tələbini dərindən anlayaraq göstərirdi ki, elmi kommunizmin əsas vəzifəsi kapital ziddiyətlərinin bütün formalarını aşkara çıxarmaq və proletariata kapitalizm köləliyindən qurtuluş yolunu göstərməkdən ibarət olmalıdır. Bir halda ki, proletariatın başçılıq edəcəyi inqilab Qərbdəki inqilablardan öz məzmunu, vəzifəsi və forması etibarilə fərqlənir və yeni inqilabi təcrübə əmələ gətirir o halda marksizmin və onun tərkib hissələrindən olan materialist dialektikanın inkişafının yeni zəngin bir dövrü başlanmaya bilməzdi.
İnqilab hərəkatının Qərbi Avropadan Rusiyaya keçməsi ilə əlaqədar olaraq leninizm tarixi bir zərurətlə məhz Rusiyada meydana gəlmişdir. XX əsrin ərəfəsində və başlanğıcında Rusiya imperializmin məlum ziddiyətlərinin düyün nöqtəsinə çevrilmişdi. Rusiya çarlığı qərb imperializminin ən böyük ehtiyat qüvvəsi idi. Bunların məqsəd və mənafeyində əsaslı elə bir fərq yox idi. Buna görə də Rusiyada çarizmə qarşı yaxınlaşan inqilab böyüyüb imperializmə qarşı inqilaba çevriləcəkdi. Belə bir tarixi şərait üzündən leninizmin Rusiyada meydan gəlməsi onun heç də xalis rus təbiətli bir cərəyan olması demək deyildir. Leninizm ümumdünya tarixi inkişafda dərin kökləri olan beynəlmiləl bir hadisədir ki, bunu leninizmin yaranmasından indiyədək keçən dövr dönə-dönə sübut etmişdir.
V. İ. Lenin K. Marksın və F. Engelsin nəzəri irsinə, o cümlədən, materialist dialektika təliminə əsaslanaraq onu yeni tarixi şəraitdə elə bir yüksəkliyə qaldıra bildi ki, oradan XX əsrdə ümumdünya tarixi inkişafın gedişini görmək, inqilabi hərəkatın əsas istiqamətlərini aşkara çıxarmaq, mübarizənin başlıca cəbhələrində qüvvələrin yerləşdirilməsini müəyyən etmək mümkün oldu. Leninin nəzəri fəaliyyəti və onun bilavasitə yaratdığı yeni tipli Kommunist partiyası eləcə də digər qardaş kommunist və fəhlə partiyaları öz əməli fəaliyyətində marksizmin canlı ruhunu təşkil edən materialist dialektikaya əsaslanırlar.
XX əsr, leninizm və dialektika! Bu anlayışlarda dərin daxili ümumi əlaqə vardır. Bunların arasındakı qarşılıqlı əlaqə zamanın obyektiv inkişaf məntiqini ifadə edir. XX əsr ictimai həyatda misli görünməmiş inqilabi dəyişikliklər əsridir;leninizm inqilabi nəzəriyyədir;dialektika inqilab haqqında elmdir. Beləliklə, XX əsr leninizm və dialektika dedikdə zamanın, həyatın, cəmiyyətin inqilabi sürətdə dəyişilməsi prosesinə uyğun gələn, məntiq və idrak nəzəriyyəsi qabarıq şəkildə ön plana çıxır. Buradan da, XX əsrdə ictimai həyat və inkişaf məsələlərini dialektikcəsinə anlamaq və mübarizə proqramı hazırlamaq üçün leninizmə müraciət edilməli idi və edilmişdir.
Yer üzərində sülh, milli azadlıq, demokratiya və sosializm problemləri indi yüz milyonlarla adamı düşündürür, bu problemlərin həll etməyin mümkün və gerçək olduğuna nikbin əfval-ruhiyyə və mübarizə üçün möhkəm inam doğurur. Leninin bütün çoxcəhətli yaradıcılığında nəzəri istedad və fəaliyyət müstəsna yer tutur. Onu sırf "təcrübəçi" adlandıranları Lenin bir-birinin ardınca meydana çıxan dərin məzmunlu fəlsəfi, nəzəri əsərləri tamamilə məyus edirdi. Lenin özü dərindən inanır və möhkəm prinsipiallıqla qeyd edirdi ki, inqilabi nəzəriyyə olmasa inqilabi hərəkat da ola bilməz. Böyük nəzəriyyəçi Lenin marksizmi təftişçilərdən və ehkamçılardan müdafiə edərək onu dövrün yeni vəzifələrinə və tələblərinə uyğun şəkildə daha da inkişaf etdirdi.
Leninin yaşadığı və fəaliyyət göstərdiyi tarixi dövr onun qanunauyğunluqları sinfi ziddiyətlərin kəskinləşməsi inqilabi situasiya bir tərəfdən inqilabın cəbri olan materialist dialektika elminin əhəmiyyətini artırır digər tərəfdən isə onun daha da inkişad etdirməyi tarixi bir vəzifə olaraq irəli sürüdü. Dünyanı inqilabi sürətdə dəyişdirmək uğrunda fəhlə sinfinin və onun siyasi partiyasının düzgün elmi strategiya və taktikasını hazırlaya bilmək üçün materialist dialektika indi də bütün marksist-leninçi partiyalara su və hava qədər lazımdır.
Lenin dühasının əzəməti bundadır ki, o elmi idrak üsulu olan dialektikanı məhdud çərçivədə saxlamır, onu yeni cəhətlərlə, yeni yanaşma formaları ilə gerçəkliyə yaxınlaşmağın yeni üsulları ilə zənginləşdirir. Lenin qeyd etmişdi ki, dialektika gerçəkliyə saysız-hesabsız dərəcədə hər cür yanaşma, yaxınlaşma çalarlarına malik canlı, çoxcəhətli idrakdır.
İmperializm və onun ziddiyyətləri haqqında Lenin təliminə əsaslanan kommunist və fəhlə partiyaları müasir şəraitdə mənafelərin antoqonizm təşkil edən ictimai qüvvələrin meyillərin hərəkatın bütün dolaşıqlıqlarını məharətlə açırlar.
XX əsrin marksizmi olan leninizm marsizmin əsas tərkib hissələri olan dialektik və tarixi materializm siyasi iqtisad və elmi kommunizm təlimlərini yeni elmi şəraitdə hərtərəfli inkişaf etdirib zənginləşdirmişdir.
İstinadlar
- Август антипартија блоку // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 34.
- Молдавија Коммунист Партијасы // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 26.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Leninizm ve ya lenincilik Marksizme esaslanan siyasi ve iqtisadi nezeriyye Marksizmin bir qolu ve merhelesi olaraq bolsevik lider Vladimir Lenin terefinden ireli surulmusdur Yanasmaya gore Lenin Marksin eserini uc temel noqtede yeni felsefe iqtisadiyyat ve siyaset sahelerinde eks etdirmis onu yeni sertlere uygun telim olaraq temel qanunlardan kenara cixmadan yeniden inkisaf etdirmisdir KommunizmKonsepsiyalarSosializm Sinfi mubarizeIdeologiyaMarksizm Leninizm Marksizm Leninizm Trotskizm Titoizm Cucxe ideyalari Maoizm Enver Xoca ideyalari Anarxo kommunizmSexsiyyetlerTomas Mor Henri Sen Simon Sarl Furye Robert Ouen Karl Marks Fridrix Engels Roza Luksemburq Vladimir Lenin Lev Trotski Iosif Stalin Mao TsedunSimvollarBas movzuAnarxizm Antikommunizm Proletariat diktaturasi Sosializm StalinizmEsas ideyalariLeninizm marksizm dovrunun telebatlarina gore hem nezeri hem siyasi hem de iqtisadi sahede temel qanunlara yeniden uygunlasdirilmasi demekdir Leninizm anlayisi yeni faktlar ve yeni elmi inkisaflar istiqametinde marksizmi yeniden inkisaf etdirilmesini sertlendirerek onun inqilabi ve elmi xususiyyetlerini seciyyelendirmisdir Leninizm termini Lenin yasayan zaman cox istifade olunmurdu Ancaq sehheti ile elaqedar olaraq olumunden az evvel Sovet hokumetinde aktiv rolunu basa vurduqdan sonra six istifade olunmaga ve yayilmaga basladi Ilk olaraq Grigory Zinoviev leninizm termininden istifade etdi Bu vaxtdan etibaren leninizm formalizmi marksizmin yeni bir merhelesi olaraq qebul edildi Lenin Ne etmeli adli kitabinda proletariatin ugurlu inqilabinin ancaq inqilabi suura malik olduqlari zaman mumkun olacagini bunun da Kommunist Partiyasinin rehber partiya rolunu oynayacagi zaman reallasa bileceyini gostermisdir Hemin kitabda Lenin pesekar inqilabcilarin partiyaya yiye durmalarinin ve qelebeye istiqamet vermelerinin vacibliyini gosterir Lenin kapitalizmin ancaq bu yolla devrile bileceyinin mumkunluyune inanirdi Ona fikrince bu ancaq proletar diktatura sayesinde reallasa bilerdi Lenin bununla dahiyane bir suretde subut etdi ki sosialist inqilabinin butun olkelerde eyni zamanda qelebe calacagi haqqinda K Marksin ve F Engelsin melum fikri yeni tarixi seraite uygun gelmir Imperializm dovrunde kapitalist olkelerinin iqtisadi ve siyasi cehetden qeyri beraber inkisafi qanununun tesir gostermesi muxtelif olkelerde proletar inqilabinin muxtelif vaxtlarda yetisib qalib gelmesi qanunauygunlugunu meydana cixarir Leninizmin diger temel ideyasi da imperializmi kapitalizmin en yuksek merhelesi olaraq gormesidir O ozunun Imperializm kapitalizmin en yuksek merhelesidir eserinde imperializmin siyasi iqtisadi esaslarini derinden tehlil etmisdir Bunun ucun Lenin bir nece il erzinde imperializme dair coxlu material statistik melumat toplamisdi Melum oldugu kimi bu materiallarin coxusu Leninin umumi hecmi 40 cap vereqinden ibaret olan Imperializm defterlerinde cap olunmusdur Lenin kapitalizmin qlobal bir sistemken istifade etdiyi hiyleleri Marks bu fenomeni nezerde tutmusdur marksizmi inkisaf etdirerek askara cixarmisdir Imperializmin derin tehlili esasinda Lenin yeni tarixi seraitde kapitalist olkelerinin iqtisadi ve siyasi cehetden qeyri beraber inkisaf etmesi qanununu kesf etmis ve buna esaslanaraq sosialist inqilabi haqqinda marksizm nezeriyyesini yaradiciliqla zenginlesdirmisdir Leninizimin inqilab nezeriyyesiLeninizme gore inkisaf etmis kapitalist olkelerde proletar inqilabi bas vere bilmez cunki bu olkeler iscilere yuksek maas ve sosial teminat verir bu da onlarda inqilabi suurun inkisaf etmesinin qarsisini alir Buna gore de ancaq inkisafda olan ve ya aqrar olkelerde fehle inqilabi bas vere biler Lakin eger inqilab ancaq kasib olkelerde meydana cixirsa bu da burada mueyyen problemlerin oldugunu gosterir Marksizme gore inkisaf etmis olkeler sosializme kece bilmez cunki kapitalizm hele buralarda butun gucunu istifade etmemis istismarini reallasdirmamisdir ele buna gore de xarici quvveler inqilabi muveffeqiyyetsizliye ugratmaq ucun elinden geleni edecek Buna leninizm iki hell yolu teklif edir Ilk teklifi cox sayda inkisaf etmemis olkenin qisa bir muddetde birleserek boyuk federal bir qurulus quraracagi bu sayede kapitalizme qarsi muqavimet gostereceyi ve sosializmi berpa edeceyidir Sovetler Birliyinin qurulmasinin temel fikri de budur Diger teklifi de inkisaf etmemis olkelerde baslayan inqilabin ve ya inqilab atesinin inkisaf etmis kapitalist olkelerdeki inqilab qigilcimini tetikleye bileceyidir numune olaraq Lenin Rus Inqilabinin bir Alman Inqilabini odlaya bileceyini umid etmisdi Inkisaf etmis olke belece sosializmi quracaq ve inkisaf etmemis olkelerin de eyni seyi etmesine komek edecek Her ikisinde de nezeri olaraq sosializmin inkisaf etmemis tek yoxsul bir olkede uzun muddet movcud ola bilmeyeceyini gosterir Buna gore Leninizm tek olkede inqilabin sonuna qeder yasaya bilmeyeceyini bir dunya inqilabinin lazim oldugunu soyleyir Lenin gosterirdi ki kapitalizmin son merhelesi olan imperializm mueyyen iqtisadi elametlerin kemiyyet deyismelerinin movcud olmasi neticesidir Hemin elametler bunlardir 1 Istehsalin ve kapitalin yuksek derecede temerkuzlesmesi neticesinde inhisarlar yaranir 2 Bank kapitali ile senaye kapitali qovusaraq maliyye kapitali maliyye oliqarxiyasi yaradir 3 Kapital ixraci suretle artir 4 Kapitalistlerin beynelxalq inhisar ittifaqlari meydana gelir ve bunlar dunyani bolusdurur 5 Dunya erazisini kapitalist dovletlerin yeniden bolusdurulmesi meselesi qarsiya cixir Leninizm bir vaxtlar marksizmin yeni bir merhelesi olmaqdan daha cox resmi ideoloji nezeriyye kimi fealiyyet gostermisdir Bu resmi ideologiyaya adekvat heyata kecirilen siyaset neticesinde marksizm qorxu rejminin temsilcisi kimi qebul edilmeye baslanmisdi Marksizm ve Leninizme xas olan basqa bir nezeriyye de Leninin olumunden sonra heyata kecirilen islahatlarin Stalinci olaraq qiymetlendiren ve buna qarsi cixan Trotskizmdir Trotskizm Stalin rejmine muxalif olsa da Leninizm sahesinde innovativ bir fikre malik deyildi 1920 ci illerin axirlarinda Leninin bir sira muttefiqi ve teref muqabili teqib edilerek olduruldu Buxarin Zinoviev Trotski kimi inqilab rehberleri Leninin olumunden sonra Stalin iqtidari ile yola getmediler ele buna gore de eksinqilabciliq ve agentlikde ittiham olunaraq edam edildiler Leninizm ve dialektikaMarksizm felsefesinin butovlukde marksist dialektikasinin xususile yaradiciliqla inkisaf etdirilmesinin tam yeni yuksek merhelesi inqilabi elmin korifeyi boyuk Leninin adi ile XX esrin marsizmi olan leninizm ile uzvi suretde baglidir Leninizm tarixe imperializm ve proletar inqilablari dovrunun mustemlekeciliyin suqutu ve milli azadliq herekatlarinin qelebesi dovrunun beseriyyetin kapitalizmden sosializme kecmesi ve kommunizm cemiyyetinin qurulmasi dovrunun marksizmi kimi daxil olmusdur Marksist dialektik metodu tarixi inkisafin yeni dovrundeki ictimai proseslere meharetle tetbiq etmek ve onu daha da ireliletmek zenginlesdirmek isinin ohdesinden basqa olkede basqasi deyil mehz Rusiyada inqilab dahisi Vladimir Ilic Lenin gele bilmisse bu esla tesaduf deyil tarixin zeruretle meydana getirdiyi hadisedir XX esrde beser tarixinin yeni yuksek merhelesini baslamis olan Rusiya fehle sinfinin ve butun zehmetkeslerin tarixi xidmeti Rusiyani butovlukde qabaqcil inqilabi ideyalarin besiyine cevire bilmesidir Dahi Leninin butun elmi ve inqilabi fealiyyetini bir sozle ifade etmek mumkun sayila bilerse o soz dahi dialektik ola biler V I Lenin XX esrin en mahir dialektiki inqilab elminin boyuk korifeyi olaraq yetismisdir Leninizm XX esrin iqtisadi siyasi ideoloji inkisafin elmi umumilesdirilmesine mehz dialektika kimi elmi idrak silahinin komeyi ile nail ola bilmisdir Leninizmin inqilabi ve mubariz telim olmasinin iki muhum sebebi vardir birincisi odur ki leninizm proletar inqilabi zerureti ile yaranmisdir ikicisi odur ki leninizm marksizmin canli yaradici ruhunu mehv etmeye calisan II Internasional opportunizmi ile carpismalarda yetisib metinlesmisdir Her cur eksinqilabi muhafizekar ve qeyri elmi ideologiyaya her cur opportunizme teftisciliye teriqetciliye ve ehkamciliga qarsi mubarize leninizmin ruhunu ve daxili pafosunu teskil edir Leninizm marksizmin inkisafinda tarixi bir zeruretle yaranmisdir Onun banisi V I Lenin tarixin bu telebini derinden anlayaraq gosterirdi ki elmi kommunizmin esas vezifesi kapital ziddiyetlerinin butun formalarini askara cixarmaq ve proletariata kapitalizm koleliyinden qurtulus yolunu gostermekden ibaret olmalidir Bir halda ki proletariatin basciliq edeceyi inqilab Qerbdeki inqilablardan oz mezmunu vezifesi ve formasi etibarile ferqlenir ve yeni inqilabi tecrube emele getirir o halda marksizmin ve onun terkib hisselerinden olan materialist dialektikanin inkisafinin yeni zengin bir dovru baslanmaya bilmezdi Inqilab herekatinin Qerbi Avropadan Rusiyaya kecmesi ile elaqedar olaraq leninizm tarixi bir zeruretle mehz Rusiyada meydana gelmisdir XX esrin erefesinde ve baslangicinda Rusiya imperializmin melum ziddiyetlerinin duyun noqtesine cevrilmisdi Rusiya carligi qerb imperializminin en boyuk ehtiyat quvvesi idi Bunlarin meqsed ve menafeyinde esasli ele bir ferq yox idi Buna gore de Rusiyada carizme qarsi yaxinlasan inqilab boyuyub imperializme qarsi inqilaba cevrilecekdi Bele bir tarixi serait uzunden leninizmin Rusiyada meydan gelmesi onun hec de xalis rus tebietli bir cereyan olmasi demek deyildir Leninizm umumdunya tarixi inkisafda derin kokleri olan beynelmilel bir hadisedir ki bunu leninizmin yaranmasindan indiyedek kecen dovr done done subut etmisdir V I Lenin K Marksin ve F Engelsin nezeri irsine o cumleden materialist dialektika telimine esaslanaraq onu yeni tarixi seraitde ele bir yuksekliye qaldira bildi ki oradan XX esrde umumdunya tarixi inkisafin gedisini gormek inqilabi herekatin esas istiqametlerini askara cixarmaq mubarizenin baslica cebhelerinde quvvelerin yerlesdirilmesini mueyyen etmek mumkun oldu Leninin nezeri fealiyyeti ve onun bilavasite yaratdigi yeni tipli Kommunist partiyasi elece de diger qardas kommunist ve fehle partiyalari oz emeli fealiyyetinde marksizmin canli ruhunu teskil eden materialist dialektikaya esaslanirlar XX esr leninizm ve dialektika Bu anlayislarda derin daxili umumi elaqe vardir Bunlarin arasindaki qarsiliqli elaqe zamanin obyektiv inkisaf mentiqini ifade edir XX esr ictimai heyatda misli gorunmemis inqilabi deyisiklikler esridir leninizm inqilabi nezeriyyedir dialektika inqilab haqqinda elmdir Belelikle XX esr leninizm ve dialektika dedikde zamanin heyatin cemiyyetin inqilabi suretde deyisilmesi prosesine uygun gelen mentiq ve idrak nezeriyyesi qabariq sekilde on plana cixir Buradan da XX esrde ictimai heyat ve inkisaf meselelerini dialektikcesine anlamaq ve mubarize proqrami hazirlamaq ucun leninizme muraciet edilmeli idi ve edilmisdir Yer uzerinde sulh milli azadliq demokratiya ve sosializm problemleri indi yuz milyonlarla adami dusundurur bu problemlerin hell etmeyin mumkun ve gercek olduguna nikbin efval ruhiyye ve mubarize ucun mohkem inam dogurur Leninin butun coxcehetli yaradiciliginda nezeri istedad ve fealiyyet mustesna yer tutur Onu sirf tecrubeci adlandiranlari Lenin bir birinin ardinca meydana cixan derin mezmunlu felsefi nezeri eserleri tamamile meyus edirdi Lenin ozu derinden inanir ve mohkem prinsipialliqla qeyd edirdi ki inqilabi nezeriyye olmasa inqilabi herekat da ola bilmez Boyuk nezeriyyeci Lenin marksizmi teftiscilerden ve ehkamcilardan mudafie ederek onu dovrun yeni vezifelerine ve teleblerine uygun sekilde daha da inkisaf etdirdi Leninin yasadigi ve fealiyyet gosterdiyi tarixi dovr onun qanunauygunluqlari sinfi ziddiyetlerin keskinlesmesi inqilabi situasiya bir terefden inqilabin cebri olan materialist dialektika elminin ehemiyyetini artirir diger terefden ise onun daha da inkisad etdirmeyi tarixi bir vezife olaraq ireli surudu Dunyani inqilabi suretde deyisdirmek ugrunda fehle sinfinin ve onun siyasi partiyasinin duzgun elmi strategiya ve taktikasini hazirlaya bilmek ucun materialist dialektika indi de butun marksist leninci partiyalara su ve hava qeder lazimdir Lenin duhasinin ezemeti bundadir ki o elmi idrak usulu olan dialektikani mehdud cercivede saxlamir onu yeni cehetlerle yeni yanasma formalari ile gercekliye yaxinlasmagin yeni usullari ile zenginlesdirir Lenin qeyd etmisdi ki dialektika gercekliye saysiz hesabsiz derecede her cur yanasma yaxinlasma calarlarina malik canli coxcehetli idrakdir Imperializm ve onun ziddiyyetleri haqqinda Lenin telimine esaslanan kommunist ve fehle partiyalari muasir seraitde menafelerin antoqonizm teskil eden ictimai quvvelerin meyillerin herekatin butun dolasiqliqlarini meharetle acirlar XX esrin marksizmi olan leninizm marsizmin esas terkib hisseleri olan dialektik ve tarixi materializm siyasi iqtisad ve elmi kommunizm telimlerini yeni elmi seraitde herterefli inkisaf etdirib zenginlesdirmisdir IstinadlarAvgust antipartiјa bloku Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 34 Moldaviјa Kommunist Partiјasy Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VII ҹild Misir Prado Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1983 S 26 Hemcinin baxMarksizm