Wikipedia
Kinorejissor Arif Babayev (film, 2000)
Kinorejissor Arif Babayev | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Cəmil Quliyev |
Ssenari müəllifi | Oqtay Mirqasımov Cəmil Quliyev |
Operator | Nizami Abbas |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 2000 |
Filmin növü | qısametrajlı sənədli film |
Rəng | rəngli |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2000 |
Texniki məlumat | 3 hissə 875 metr 35 mm |
Məzmun
Kinolent tanınmış Azərbaycan kinorejissoru, respublikanın əməkdar incəsənət xadimi, Azərbaycanın Dövlət Mükafatı laureatı Arif Babayevə həsr olunmuşdur. Burada kinorejissor və kinooperator Rasim İsmayılov, bəstəkar Xəyyam Mirzəzadə, yazıçı Anar, aktyor Həsən Məmmədov və Arifin qardaşı, kinorejissor Vasif Babayevin müsahibələri verilmişdir.
Film haqqında
Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Arif Babayevin çəkdiyi "Gün keçdi", "Uşaqlığın son gecəsi", "İnsan məskən salır" bədii filmlərindən fraqmentlər, foto və kino arxiv sənədləri filmə daxil edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Cəmil Quliyev
- Ssenari müəllifi: Oqtay Mirqasımov, Cəmil Quliyev
- Operator: Nizami Abbas
- Səs operatoru: Əsəd Əsədov
Sponsor
- "Azərkinovideo" İB
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.