Nizami Abbas
Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) (1 yanvar 1957, Bayramlı, Şəmkir rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü.
Nizami Abbas | |
---|---|
Nizami Vəli oğlu Abbas | |
Doğum adı | Nizami Abbasov |
Digər adları | Nizami Abbasov Nizami Abbaslı |
Doğum tarixi | |
Doğum yeri | Bayramlı, Şəmkir rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | operator |
Təhsili | Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsi |
Mükafatları |
Həyatı
Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974-1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub.
Çəkdiyi "Balaban" filmi 2015-ci ildə "Sənədli filmdə Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.
Ailəlidir, 1 övladı var.
Filmoqrafiya
- Adam (film, 2010)
- Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) - quruluşçu operator
- Ağ-qara dünya (film, 1991) - operator (sənədli film)
- Axırıncı addım (film, 1989) - operator (sənədli film)
- Aman, ayrılıq (film, 1989)
- Aşiqi sadiq (film, 2014)
- Azadlığa gedən yollar (film, 1990) - operator (sənədli film)
- Azadlıq elçisi (film, 1993)
- Azərbaycan xalçası (film, 2009)
- Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
- Azərbaycan rəngkarlığının kraliçası (film, 2009)
- Azərbaycan: Tarixdən səhifələr (film, 2008) - rejissor, operator (sənədli film)
- Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
- Batalyon (film, 2016)
- Bəşəriyyətin beşiyi (film, 2011)
- Bəyaz həyat (film, 2003) - quruluşçu operator (çoxseriyalı bədii film)
- Bu Naxçıvandır (1999) - operator (sənədli film)
- Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
- Dözümlü minarələr (film, 1991)
- El bir olsa... (film, 1989)
- Elan olunmamış müharibə (film, 1994) - ssenarist, rejissor, operator (sənədli film)
- Etimad telefonu (film, 2001)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Əzablı yollar (film, 1995) - operator (sənədli film)
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
- General Hüseyn Rəsulbəyov (film, 1998)
- İlk komandir (film, 2015)
- Kamandar olimpiya çempionudur (film, 1989)
- Kədərimiz... Vüqarımız... (film, 1998) - operator (qısametrajlı sənədli film)
- Kiçik leytenant (film, 1996) - quruluşçu operator (bədii film)
- Kinorejissor Arif Babayev (film, 2000) - operator (sənədli film)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002) - operator (sənədli film)
- Qəm karvanı (film, 1990) - rejissor, operator (sənədli film)
- Qobustan (film, 2005) - rejissor, operator (sənədli film)
- Qoca palıdın nağılı (film, 1984) - ikinci operator (tammetrajlı bədii film)
- Qocalar (film, 2008) - kreativ prodüser (qısametrajlı bədii film)
- Qocalar, qocalar... (film, 1982) - operator assistenti (tammetrajlı bədii film)
- Laçının son günləri (film, 1992) - rejissor, operator (sənədli film)
- Mayak (film, 2012) - operator (qısametrajlı bədii film)
- Məhəmməd Füzuli (film, 1989) - operator (sənədli film)
- Meydan (film, 1989) - operator (sənədli film)
- Müharibənin iki üzü (film, 1991) - rejissor, operator (sənədli film)
- Naməlum torpaq (film, 1992) - operator (sənədli film)
- Narahat adam (film, 2005) - rejissor, operator (tammetrajlı sənədli film)
- Nəsrulla Nəsrullayev (film, 1999) - operator (qısametrajlı sənədli film)
- Pəhləvan komandir (film, 2016)
- Sahibi kimdir? (film, 1988)
- Səma şairi (film, 2003) - operator (sənədli film)
- Sən həmişə bizimləsən (film, 1997)
- Sərhəd (film, 1990) - rejissor, operator (sənədli film)
- Sınmış zəncirlər (film, 1997) - operator (sənədli film)
- Sirli bənövşə
- Sürüşmə (film, 1991) - rejissor, operator (qısametrajlı sənədli film)
- Şeytan göz qabağında (film, 1987) - quruluşçu operator (tammetrajlı bədii film)
- Şeytanbazar (film, 1997) - rejissor, operator (sənədli film)
- Şəhidlik zirvəsi (film, 2001)
- Tənha narın nağılı (film, 1984) - ikinci operator (tammetrajlı bədii film)
- Üfüqü ötənlər (film, 2011) - operator
- Yaşa, qızıl balıq (film, 1988) - quruluşçu operator (qısametrajlı bədii film)
İstinadlar
- Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. İstifadə tarixi: 2015-12-30.
- Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Xarici keçidlər
- "Batalyon" batalyonun qəhrəmanlığından danışır