Həmidə Əzizbəyli
Həmidə Əzizbəyli — alim, kimya üzrə fəlsəfə doktoru.
Həmidə Əzizbəyli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Umudlu, Ağdərə rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
İş yeri | Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Bakı Dövlət Universitetinin Kimya fakültəsi |
Həyatı
Həmidə Əzizbəyli 3 fevral 1985-ci ildə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. 1990-ci ildə Umudlu kənd orta məktəbinə qəbul olmuş, 2001-ci ildə Tərtər rayonunda müvəqqəti məskunlaşan S.Paşayev adına Umudlu kənd orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 2005-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirərək təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (AMEA NKPİ) göndərilmiş və orada kimyaçı vəzifəsində işə başlamışdır. 2006-cı ildə BDU-nin magistratura pilləsinə neft-kimyası ixtisası üzrə daxil olmuş, 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təhsildə əldə etdiyi nailiyyətlərə görə 29 iyun 2008-ci ildə Bakı Dövlət Universitetinin rektorluğu tərəfindən «Fəxri fərmanla» təltif edilmişdir. Əzizbəyli H.R. 25 dekabr 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun doktoranturasına daxil olmuş və “Bir sıra kation və anion tərkibli ion-maye ekstragentlərlə sürtkü yağı distillatlarının selektiv təmizlənməsinin qanunauyğunluqlarının tədqiqi” adlı dissertasiya işi üzrə elmi tədqiqatlara başlamışdır. Bu sahədə aparılan əksəriyyət təcrübələri sərbəst şəkildə yerinə yetirmiş, elmi ədəbiyyatların toplanması, nəzəri kvant-kimyəvi proqramlar vasitəsilə (əsasən COSMO-Therm və TURBOMOLE) çoxsaylı hesablamaların aparılması və əldə olunmuş nəzəri və təcrübi nəticələrin təhlilində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir . Hal-hazırda Neft-Kimya Prosesləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. O, 3 aprel 2017-ci il tarixində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda "Gənc Aimlər və Mütəxəssislər Şurasının" sədr müavini seçilmişdir(GAMŞ) .
Əzizbəyli H.R. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin J.G. Speitin “Neftin kimyası və texnologiyası” adlı kitabının (654 səhifədən ibarət olan) 4-cü nəşrinin (2006-cı il) ingilis dilindən azərbaycan dilinə tərcüməsi və nəşri adlı layihəsində kitabın nəşrə hazırlanmasında (2014) iştirak etmişdir. Eyni zamanda ARDNŞ-in Elm fondunun 2013-2016 illər ərzində “Pirolizin C4 fraksiyası əsasında maye kauçuk və lak-boya məhsullarının alınma texnologiyasının işlənib hazırlanması”, “C2, C12 α-olefinlərin əsasında sintetik və yarımsintetik yağların alnması üçün yeni katalitik sistemlərin işlənib hazırlanması” layihələrinin, “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması” adlı elmi-texniki proqramın iştirakçısı olmuşdur.
Elmi fəaliyyəti
Həmidə Rauf qızı Əzizbəyli [[2014]-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.031 şifrli Dissertasiya Şurasında 2314.01. – “Neft kimyası” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün uğurla dissertasiya işini müdafiə etmişdir. AAK-nın 2015-ci il qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Əsas elmi nailiyyətləri:
- Müxtəlif kation və anion tərkibli çox sayda İM-nin COSMO-RS metodu ilə nəzəri skrininqi aparılmış və ilkin termodinamik parametrləri TURBOMOLE və COSMO-Therm kvant-kimyəvi kompyuter proqramlarının BP-TZVPD məlumat bazasına daxil edilmişdir.
- Skrininq olunan İM-nin Bakı neftlərindən alınan açağı və orta özlülüklü Avtol yağ distillatı və Balaxanı yağ distillatlarının tərkibinə daxil olan müxtəlif təbiətli aromatik karbohidrogenlərlə (o cümlədən, politsiklik və hibrid quruluşlu), naften turşularına, asfaltenlərə, bərk parafinlərə qarşı selektivliyi və tutumu onların siqma-profillərinə əsasən nəzəri olaraq müəyyən edilmişdir.
- Təcrübi olaraq müxtəlif amin və turşular əsasında sadə əlverişli yolla ammonium, anilinium və morfolinium kationlu və müxtəlif anionlu ion-maye tipli duzlar sintez edilmiş və bunlarla Bakı neftlərindən alınan yüngül və orta özlülüklü yağ distillatlarının ekstrakiyası aparılmış, əlverişli kation və anion kombinasiyasından ibarət ion-mayeləri seçilmişdir.
- N,O-saxlayan kationlu və formiat, metilsulfat anionlu ion-maye tipli duzlar vasitəsilə Balaxanı yağı distillatı və Avtol yağ distillatının adi qarışdırılma, maqnit-impuls və ultrasəs kavitasiya üsulları ilə ekstraksiyası aparılmış və sənaye həlledicisi olan N-formilmorfolin ilə müqayisələr aparılmışdır.
- N,O-saxlayan kationlu və formiat, asetat anionlu ion-maye tipli duzlarla Balaxanı yağ distillatının selektiv təmizlənməsi prosesi aparılmış, fərqli ekstragentlərin təsir mexanizmi və regenerasiyası measir spektroskopik analiz üsulları və AİD/2D NMR Predictor poqramı vasitəsilə öyrənilmişdir.
- Avtol tipli orta özlülüklü yağ distillatının N-formilmorfolin və N-metilpirrolidonun müxtəlif nisbətlərdə qarışıqları ilə ekstraksiyası aparılmış, optimal şərait təyin edilmiş, standartlara cavab verən avtotraktor yağlarının alınması üçün yarım-sənaye qurğusuna təklif verilmişdir.
Tədqiqat işlərinin nəticələri respublika və xarici elmi jurnallarda nəşr olunmuş, respublika və Beynəlxalq konfranslarda dinlənilmiş və müzakirə edilmişdir. Işə başladığı müddətdən hal-hazırkı dövrə qədər ümumilikdə 60-a yaxın elmi əsərin, o cümlədən, 2 Azərbaycan patenti, 1 Avrasiya patentinin (həm)müəllifidir. 2013-cü il Portuqaliyanın Alqarve şəhərində keçirilən İon-mayeləri üzrə 5-ci Beynəlxalq COİL-5 konfransında, 2014-cü ildə isə Estoniyanın Tallin şəhərində keçirilən EUCHEM- 2014 Beynəlxalq konqresdə iştirak etmişdir .
Ailəsi
Ailəlidir. 2 övladı var.
Əsas elmi əsərlərin adları
- R.V.Alieva, H.R.Azizbeyli,Sh.R.Bagirova, N.S.İbrahimova. Tailoring ionic liquids as solvents by COSMO-RS quantum chemical method / 6th Rostocker İnternational Conference: “Thermophysical Properties for Technical Thermodynamics” THERMAM 2017, 17-18 july 2017, Rostoc, p. 55.
- Р.В.Алиева, Г.Р. Азизбейли, Ш.Р.Багирова, Н.Ш.Ибрагимова, Х.С.Халил. “Скрининг-синтез” ионных-жидкостей содержащих различные катионы и анионы / Международный научно-техни-ческой конференции « Нефте-химический синтез и катализ в сложных конденцированных системах», посвященной 100-летнему юбилею академика Б.К.Зейналова, 29-30 июня 2017, стр. 135.
- V.M.Abbasov, A.R.Əzizbəyli,H.R.Əzizbəyli, E.H.Məmmədbəyli. Amidoaminlərin və alkilimidazolinamin törəmələrinin alkilhalogenidlərlə sintez olunmuş komplekslərinin COSMO-RS skrininq üsulu ilə inhibitor xassələrinin tədqiqi // “Müasir kimya və biologiyanın aktual problemləri” beynəlxalq elmi konfrans,II hissə, 12-13 may,Gəncə 2016, səh. 18-22.
- H.R. Azizbayli, A.H. Azizov, R.V. Aliyeva, R.Z. Hasanova, Kh.S. Khalil Theoretical and experimental screening of molten salts for selective treatment of oil distillates / EUCHEM 2014, Molten Salts and İonic Liquids XXV, 6-11 July 2014, Tallin, P. 8
- H.R.Əzizbəyli. Aromatik/alifatik karbohidrogen qarışıqlarının (alkil)ammonium karboksilat tipli ion-mayeləri ilə ekstraksiyasının COSMO-RS metodu ilə skrininqi // Gənc alimlərin əsərləri 2014, №9, səh. 38-49
- H.R. Azizbeyli, R.V. Aliyeva, R.Z. Hasanova Selective treatment of oil distillates obtained from Baku oil with ionic liquids / 5th Congress of Ionic Liquids (COİL-5), 21-26 april, 2013, Algarve, Portugal, p. 331
- Ч.К. Расулов, А.Г. Азизов, Р.В. Алиева, Ф.А. Набиев, С.Т. Рустамов, Г.Р. Азизбейли. Синтез ионно-жидкостных соединений на основе морфолилметил алкилфенолов используемых в деароматизации нефтяных фракций / VI Всероссийская научно-практическая конференция. Добыча, подготовка, транспорт нефти и газа. Школа молодых ученых, аспирантов и студентов, Материалы конференции, 24-26 сентября 2013 г., Томск, с. 305-308
- Г.Р. Азизбейли, Р.В. Алиева, Н.Р. Бекташи, Ш.Р. Багирова. Исследование процессов селективной очистки масляных дистиллятов оксазолинацетатной ионной жидкостью методом высокоэффективной жидкостной хроматографии / CCEF 1st Chemistry and Chemical Engineering Conference, 21-24 october, 2013. Baku, p. 113
- Ф.И. Самедова, Р.З. Гасанова, Р.В. Алиева, Г.Р. Азизбейли, Ш.Р. Багирова. Исследование процесса селективной очистки вакуумного дистиллята из смеси бакинских нефтей // Азербайджанское нефтяное хозяйство, 2013, №10, стр. 47-50
- Ф.И. Самедова, Р.З. Гасанова, Р.В. Алиева, Г.Р. Азизбейли, Н.З. Кадымалиева Повышение эффективности селективной очистки различными растворителями вязкого дистиллята из балаханской нефти путем использования СК-СО2 // Мир нефтепродуктов, 2013, №4, с.7-9
- А.Г. Азизов, Р.В. Алиева, Ш.Р. Багирова, Э.С. Калбалиева, Г.И. Амануллаева, Г.Р. Азизбейли, Р.З. Мамедли. Способ селективной очистки алкил-трет-алкиловых эфиров ионной жидкостью. Евразийский патент №017313, 2012, Beynəlxalq ixtiraya iddia sənədi WO 2010 / 040191 Az
- H.R.Əzizbəyli, R.V. Əliyeva, R.Z. Həsənova. Neft yağlarının selektiv təmizlənməsində müasir vəziyyət // Məruzələr Jurnaлы, 2012, LXVIII №5, səh. 23-30
- H.R.Əzizbəyli, R.V. Əliyeva, A.H. Яzizov. İon mayelərinin sürtgü materiallarının alınmasında istifaəsi / Akademik Я.M.Quliyevin 100 illik yubileyinə həsr olunmuş «Materialların keyfiyyətini yaxşılaşdıran və onları mühafizə edən aşqar və reagentlər» Respublika Elmi Konfransı, Bakı şəh., 2012, səh. 96
- H.R.Əzizbəyli. Karbohidrogen qarışıqlarından aromatik karbohidrogenlərin ion-mayeləri vasitəsilə çıxarılması / “Gənc alimlərin II Rеspublika İnnovativ İdeya Yarmarkası” çərçivəsində Elmi Konfransıн Materialları, Baкı ş., 25-27 iyul, 2012, səh. 192-194
- H.R.Əzizbəyli. İon-maye tipli ekstragentlərin üzvi selektiv həlledicilərlə ( N-metilpirrolidon, sulfolan və etilen qlikol) müqayisədə toluol/n-heptan qarışığından toluolu ekstraksiya etmə qabiliyyətinin kvant-kimyəvi üsulla qiymətləndirilməsi /Neft-kimyası üzrə VIII Bakı Beynəlxalq Məmmədəliyev Konfransının Materialları, 3-6 oktyabr, 2012, Bakı ş., səh. 299-300.
- H.R. Azizbeyli, A.H. Azizov, R.V. Aliyeva, S.F. Ahmedbekova. IR spectroscopic study of the process of solvent treatment of lube cuts by morpholine-formate ionic-liquid, N-formylmorpholine and their admixtures with water / Materials of VIII Baku İnternational Mamedaliev Conference on Petrochemistry, 3-6 october, 2012, Baku, p. 333-335
- H.R.Əzizbəyli, R.V. Əliyeva, R.Z. Həsənova. N-formilmorfoliнlə yаğ distillatı fraksiyasının kavitasion ekstraksiyаsı // Azərbaycan Kimya Jurnaлы, 2012, №3, səh. 61-66
- S.T. Rüstəmov, F.Ə. Nəbiyev, H.R.Əzizbəyli, R.V. Əliyeva, A.H. Əzizov, Ç.Q. Rəsulov. Benzilmorfolinляrin ion-maye duzlarının sintezi və neft fraksiyalarının aromatik karbohidrogenlərdən тəmizlənмəsində ekstragent kimi istifadəsi // Azərbaycan Neft Тəsərрüfatı Jurnaлы, 2012, №7-8, səh. 58-63
- Г.Р. Азизбейли, Р.В. Алиева, Ш.Р. Багирова, Р.З. Гасанова, Ф.И. Самедова. Селективная очистка вязкого дистиллята из бакинских нефтей смесью растворителей (NМП и NМФ) // Процессы нефтехимии и нефтепереработки, 2012, том 13, № 4(52), с. 363-367
- Г.Р. Азизбейли, Р.В. Алиева, Т.А. Мамедова, С.Ф. Ахмедбекова, А.Г. Азизов, В.Ф. Третьяков Синтез N-(ди)метилморфолиний-метилсульфатных ионных жидкостей и исследование их в качестве экстрагентов масляного дистиллята // «АвтоГазоЗаправочный Комплекс +Альтернативное топливо» Международный Научно-Технический журнал, 2012, №7(67) , с. 16-21
- М.Д. Ибрагимова, А.Г.Азизов, Р.В.Алиева, Р.Б.Мамедов, Г.Р.Азиз-бейли Исследование природы процессов протекающих при регене-рации экстрагента селективной очистки масляных фракции мор-фолинформиатной ионной жидкостью // Нефтепереработка и нефтехимия , 2012, №12, с.37-42
- H.R.Əzizbəyli. İon mayeləri həlledici ekstragent kimи / Gənc alimlərin I elm festivalı, Bakı, 16-18 may, 2011, səh. 411-412
- H.R. Əzizbəyli. Transformator yаğı distillaтынын yeni ion mayeляri iля kavitasion ekstraksiyaсы // Azərbaycanın Neft çıxarma, Neft Emalı və Neft Kimyası sənayelərinin aktual problemlərinə həsr olunmuş, Azərbaycanın gənc kimyaçılarının Respublika elmi konfransı, Məqalələr toplusu, Sumqayıt, 06 oktyabr, 2011, s. 370-388
- А.Г. Азизов, Г.Р. Азизбейли, Р.В. Алиева. Перспективы использования ионных жидкостей в производстве смазочных материалов / Akademik N.T.Şahtaxtinskinin 85 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı, Bakı ş., 27-28 oktyabr, 2011, с. 7-9
- H.R.Əzizbəyli, R.V. Əliyeva, T.A. Мəmmədova, Əliiyev B.M. Trans-formator yаьы distillaтынын ion maye tipli birляşмяляrля kavitasion ekstraksiya мяhsullaрынын NMR spektroskopik üsulla struktur-qrup тяrkibinin тяdqiqi // Azərbaycan Kimya Problemləri Jurnalı, 2011, №4, səh. 524-529
- Г.Р. Азизбейли, Р.В. Алиева, Ш.Р. Багирова. Магнитно-импульсная кавитационная экстракция масляного дистиллята ионными жидкостями /Актуальные проблемы науки и техники. Сборник научных трудов III Международной научно-практической конференции молодых ученых, посвященной году химии. Уфа, 22-24 ноября, 2011, стр.129-130
- А.Г. Азизов, Р.В. Алиева, Ф.А. Набиев, С.Т.Рустамов, Азизбейли Г.Р. Ионно-жидкостные соли–эффективные экстрагенты для деароматизации нефтяных фракций / Международная Конференция «Экстракция органических соединений», Воронеж, 20-24 сентябрь, 2010, стр. 351
- A.H. Azizov, R.V. Əliyeva, F.Ə. Səmədova, M.C. İbrahimova, R.Z. Həsənova, H.R. Əzizbəyli, X.Я. Abdullayeva. Yağ fraksiyasıнıн ion mayesi ilə selektiv təmizlənməsi üsulu. Azərbaycan patenti, 2010 0101, 2010-cu il
- Ч.К. Расулов, Ф.А. Набиев, С.Т. Рустамов, Г.Р. Азизбейли. Синтез целевых ионно-жидкостных соединений, используемых в деаромати-зации нефтяных фракций / VII Бакинская Международная Мамедалиевская нефтехимическая конференция по нефтехимии, посвященная 80 летию ИНХП НАН Азербайджана. Баку, 2009, с. 27-28
- A.H. Azizov, R.V. Aliyeva, E.S. Kalbaliyeva, Sh.R. Bagirova, H.R. Azizbeyli, E.M. Karayeva. Enviromentally benign “green” ionic liquid type extractants / 2 nd International IUPAC Conference on Green Chemistry, Moscow, St.Petersburg, September 14-19, 2008, р.60
- А.Г. Азизов, Р.В. Алиева, Ш.Р. Багирова, Г.Р. Азизбейли, Г.И. Амануллаева. Новые экстрагенты ионножидкостного типа / IX Школа-конференция молодых ученых по нефтехимии, 100-летию со дня рождения академика Х.М.Миначева, 7-10 октября 2008 г. Звенигород, стр.50
İstinadlar
- Hamımızın bir vətəni var - Azərbaycan / R.V. Əliyeva. -B.:"Ləman Nəşriyyat Poliqrafiya" MMC, 2009. - S. 129.
- http://www.ameankpi.org/index.php?page=read&id=255
- . 2019-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.