| Hitman Go | |
|---|---|
![]() "Hitman Go" videooyununun tətbiq loqosu. | |
| Hazırlayanlar | Square Enix Montréal[d] |
| Yayımlayanlar | Square Enix |
| Seriya | Hitman[d] |
| Buraxılış tarixi |
|
| Janr | pazl videooyunu[d], stolüstü oyun |
| Rejissorlar | Daniel Luts |
| Texniki məlumat | |
| Platformalar | |
| Mühərrik | Unity[d] |
| Oyun rejimi | birnəfərli oyun |
| İnterfeysin dili | ingilis dili, fransız dili, italyan dili, alman dili, ispan dili, Braziliya portuqal dili |
| Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
| İdarəetmə | sensor ekran |
| Rəsmi saytı | |
Hitman Go — "" studiyası tərəfindən hazırlanmış və "Square Enix"in Avropa bölməsi tərəfindən nəşr edilmiş . Oyun 2014-cü ilin fevral ayında elan edilmişdir. Onun iOS versiyası 2014-cü ilin aprel ayında, "Android" versiyası isə 2014-cü ilin iyun ayında buraxılmışdır. "Windows" və "Windows Phone" üçün versiyalar növbəti il — 2015-ci ilin aprel ayında yayımlanmışdır. 2016-cı ilin fevral ayında oyunun "Definitive Edition" adlı versiyası "PlayStation 4", "", həmçinin "Linux" və "Windows" platformaları üçün "Steam" vasitəsilə satışa çıxarılmışdır. Oyun 2011-ci ildə yaradılmış "Square Enix Montréal" studiyasının hazırladığı ilk layihə olmuşdur. İstehsal prosesinə 2013-cü ildə tam miqyaslı şəkildə başlanmış və "" oyun mühərrikindən istifadə edən on bir nəfərlik komanda tərəfindən tamamlanmışdır.
Oyunçu "" franşizasının baş qəhrəmanı olan Agent 47-ni ardıcıl şəkildə qurulmuş kvadratvarı səviyyələrdən keçirir. Səviyyələr düyünlər və xətlərdən ibarətdir, masaüstü oyun formatında təqdim edilir. Personajlar miniatür fiqurlar şəklində modelləşdirilmişdir. Düşmən personajlar oyunçunun növbə ərzində onların yerləşdiyi düyünə keçməsi ilə zərərsizləşdirilə bilər. Bu, müəyyən mənada şahmat mexanikasına bənzəyir. Oyunçu səviyyələrdə irəlilədiyi xaman tapmacaların mürəkkəbliyini artırmaq üçün yeni düşmən tipləri və mexanikalar təqdim olunur.
Elanından sonra "Hitman Go" müəyyən skeptisizmlə qarşılanmışdır. Bununla belə, oyun sənət üslubu, estetikası, sadə oyun mexanikası və "Hitman" konsepsiyasının mobil qurğuya uğurlu adaptasiyası səbəbilə müsbət rəylər almışdır. Oyun həmçinin, müxtəlif oyun nəşrləri və mükafat təşkilatları tərəfindən bir sıra nominasiyalar və mükafatlara layiq görülmüşdür. "Tomb Raider" franşizası çərçivəsində keçirilən süjetə əsaslanan sikveli – "Lara Croft Go" 2015-ci ilin avqust ayında buraxılmışdır.
Geympley
| ]
"Hitman Go" və "" videooyun seriyasının bir hissəsidir. Oyunda hər səviyyə qarşılıqlı şəkildə birləşmiş düyünlər və xətlərdən ibarət kvadratvari lövhə üzərində qurulmuşdur. Düyünlər oyunçunun və ya düşmənlərin yerləşə biləcəyi mövqelərdir, xətlər isə növbə ərzində həmin mövqelər arasında hərəkət etmək üçün istifadə olunur. Oyunçular seriyanın protaqonisti Agent 47-yə nəzarət edirlər.Sensor idarəetmədən istifadə etməklə oyunçu növbə zamanı Agent 47-ni hərəkət etdirmək istədiyi istiqamətdə xətt boyunca sürüşdürmə hərəkəti edir.Fərdi kompüterlərdə olan "Definitive Edition" versiyasında bu mexanizm klikləmə, siçan vasitəsilə saxlayıb sürükləmə ilə əvəz olunmuşdur. Oyunçunun növbəsi başa çatdıqdan sonra lövhədəki bütün düşmənlər eyni vaxtda hərəkət edirlər. Hər səviyyənin əsas məqsədi var. Məsələn, buna Agent 47-ni son düyünə yönəltmək və ya müəyyən bir hədəfi məhv etmək aiddir. Oyunçu düşmənləri onların yerləşdiyi düyünə keçməklə öldürə bilir. Eyni qayda ilə düşmən də oyunçunun yerləşdiyi düyünə keçərsə, Agent 47 məhv olur.
Oyunçu irəlilədikcə səviyyələr daha mürəkkəbləşir, yeni mexanizmlər və fərqli düşmən tipləri əlavə edilir. Hər düşmən tipi özünəməxsus rəngdə geyindirilmişdir. Bu, onların hərəkət modelini tanımağı asanlaşdırır. Bəzi düşmənlər bir düyün üzərində sabit dayanır və ya həmin düyün ətrafında fırlanır, digərləri isə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə patrul edir. Sonrakı mərhələlərdə oyunçu lövhə üzərində yerləşdirilmiş açarları toplamalı və səviyyənin məqsədinə aparan qapıları açmalıdır. Lövhədəki bəzi keçid qapıları iki nöqtəni birləşdirərək oyunçuya növbə ərzində birindən digərinə keçməyə imkan verir. Bəzi düyünlərdə yerləşdirilmiş dibçək bitkiləri oyunçunun həmin mövqedə aşkar edilməməsini təmin edir. Lövhədə tapılan rəngli maskalanmalar oyunçuya uyğun rəngdə olan düşmən tipinin yanından aşkarlanmayaraq keçməyə imkan verir. Oyunda atıla bilən əşyalar var. Bunlar düşmənlərin davranış modelini dəyişdirmək və diqqətlərini yayındırmaq üçün istifadə olunur. Müəyyən səviyyələrdə tapılan atəşli silahlar uzaq məsafədən hədəflərə və ya maneələrə atəş açmaq üçün tətbiq edilir.
Əksər səviyyələrdə əlavə məqsədlər mövcuddur. Məsələn, bunlara çemodan toplamaq və ya səviyyəni heç kimi öldürmədən tamamlamaq aiddir. Bu kimi məqsədlərin yerinə yetirilməsi oyunçuya ulduzlar qazandırır. Ulduzlar növbəti fəslin səviyyələrinin açılması üçün istifadə olunur. Oyun ilkin buraxılışda beş fəsildən ibarət idi. Onlardan biri "" videooyunundakı bir səviyyədən ilhamlanmışdır. Buraxılışdan sonra oyuna əlavə olaraq iki yeni fəsil daxil edilmişdir. Onlardan biri "" videooyunundakı bir səviyyəyə əsaslanırdı. Oyunda tətbiqdaxili alışlar mövcuddur. Bu alışlar tapmacalar üçün ipucları əldə etməyə və ya səviyyə fəsillərini dərhal açmağa imkan verir.
Oyunun "Definitive Edition" buraxılışında 4 bürünc, 3 gümüş, 9 qızıl və 1 platin də daxil olmaqla 17 kubok var. İlk 7 kubok müvafiq fəsillərdəki bütün məqsədləri yerinə yetirməklə qazanılır, qalan kubokların əksəriyyəti oyun zamanı müəyyən hərəkətlər etməklə açılır.
İstehsal və buraxılışı
| ]"Hitman Go" Kanadanın "" studiyası tərəfindən hazırlanmışdır. Bu, 2011-ci ilin sonunda "Square Enix Europe" bölməsinin əməkdaşları tərəfindən yaradılan studiyanın ilk layihəsi idi. Studiyanın təsis edildiyi zaman ilk planı "" seriyası üçün yeni bir videooyun hazırlamaq idi. İlkin niyyət "" konsol oyunları yaratmaq və komandadakı əməkdaşların sayını 150-yə çatdırmaqdan ibarət idi, lakin bir ildən sonra, komanda hələ də genişlənməkdə olduğu zaman konsol layihəsi ləğv edilmiş və studiya diqqətini mobil oyunlara yönəltmişdir. Bu keçid nəticəsində heyətin təxminən üçdə biri layihədən ayrılmışdı, çünki əməkdaş sayının çoxluğu "gəlirə zərər verirdi".
Konseptual mərhələdə "Hitman Go" üzərində cəmi dörd nəfər çalışırdı. İlkin prototiplər çap olunmuş personaj fiqurlarından istifadə edilməklə kağız üzərində qurulmuşdu. Layihə 2013-cü ilin ortalarında təqdim edilmiş və istehsala təsdiqlənmişdir. Daniel Luts yaradıcı direktor kimi çıxış etmiş və növbəti inkişaf mərhələlərində komandanın sayı maksimum on bir nəfərə çatmışdı. Studiya oyunu hazırlamaq üçün bir neçə müxtəlif oyun mühərrikini nəzərdən keçirmişdir, ancaq ilkin mərhələdə "" mühərrikinə üstünlük verilmişdir, çünki bu mühərrik mobil platformalar üçün geniş dəstək təmin edir və komandanın bəzi üzvləri "Unity" ilə əvvəlki təcrübəyə malik idi. Bir neçə gün ərzində işlək prototip və əsas səviyyə redaktoru hazırlanmış, iki həftə sonra isə oyunun ilk versiyası studiyanın qalan hissəsinə təqdim olunmuşdur. Prototip 68 səviyyədən ibarət idi.
Oyunun dizaynı üzərində işləyən zaman Luts və komanda müəyyən məqamları nəzərə almışdı. Bunlara oyunun qiyməti, oyun müddəti, brend, janr, auditoriya gözləntiləri, istehsal məhdudiyyətləri və biznes modeli daxil idi Luts qeyd etmişdir ki, onlar "Hitman" üçün janrında bir oyun hazırlaya bilərdilər, lakin bu, seriyanın dəyərləri ilə uyğun gəlmirdi və hədəf auditoriya tərəfindən yaxşı qarşılanmayacaqdı. Bunun əvəzinə, "Hitman" modelinin stolüstü oyuna çevrilməsi daha məqsədəuyğun hesab edildi, çünki bu, oyunçulara hərəkətlərini əvvəlcədən düşünmək və planlaşdırmaq imkanı verirdi və "Hitman"in "təfəkkür oyunu" kimi qəbul edilən təbiətinə uyğun gəlirdi. Komanda əsas "Hitman" oyunlarına bənzər şəkildə hədəfləri pusquda gözləmə funksiyasını da sınaqdan keçirmişdi, lakin bu xüsusiyyət tapmacaların quruluşunu pozduğu üçün son versiyadan çıxarılmışdır. Oyunun vizual üslubu və dioramalardan ilhamlanmışdır. Personajlar əl-qol animasiyası olmadan, şahmat fiqurlarına bənzər sabit pozalarda yaradılmışdı. Ətraflı teksturalardan istifadə artırdığı üçün rəssamlar rəng panelləri ilə işləməyi seçmişdilər. Bu yanaşma müxtəlif rəng kombinasiyalarının az sayda texniki çağırışla tətbiqinə imkan verirdi. Komanda mobil oyunların qısa sessiyalarla oynandığını nəzərə alaraq dialoqu, videoçarxları və ağır narrativ strukturu oyuna daxil etməmişdi.
"Hitman Go" 2014-cü ilin fevralında elan edilmişdir. Oyun 17 aprel 2014-cü ildə iOS, 4 iyun 2014-cü ildə "Android" üçün buraxılmışdır. "Microsoft Windows" və "Windows Phone" versiyaları 27 aprel 2015-ci ildə yayımlanmışdır. "Electronic Entertainment Expo" 2015 zamanı "Oculus VR" şirkəti "Hitman Go"nun "" üçün uyğunlaşdırılmış versiyasını təqdim etmişdir. 5 dekabr 2015-ci ildə "" tədbirində oyunun "PlayStation 4" və "" üçün 2016-cı ildə buraxılacağı elan edilmişdir. Bu versiya 23 fevral 2016-cı ildə "Definitive Edition" adı ilə yayımlanmışdır və bu versiya təkmilləşdirilmiş qrafika ilə bütün əlavə məzmunları özündə birləşdirmişdir. "Definitive Edition" eyni zamanda "Linux" və "Windows" sistemləri üçün "Steam" platformasında təqdim olunmuşdur.
Qəbulu
| ]| Qiymətləndirən | Xal |
|---|---|
| Metacritic | iOS: 81/100 PC: 72/100 PS4: 77/100 VITA: 80/100 |
| Nəşr | Xal |
|---|---|
| Destructoid | 8/10 |
| Eurogamer | 7/10 |
| GameSpot | 6/10 |
| IGN | 8.2/10 |
| Joystiq | 4/5 |
| PC Gamer (UK) | 72/100 |
| Polygon | 8/10 |
| TouchArcade | 5/5 |
| «Təqdirəlayiq» | |
| IGN Россия | 8/10 |
| Игры Mail.ru | 8/10 |
| 7/10 | |
| Jeuxvideo.com | 16/20 |
"Metacritic" videooyun rəylərinin aqreqatorunun məlumatına görə, "Hitman Go" peşəkar tənqidçilər tərəfindən "ümumilikdə müsbət" qiymətləndirmə almışdır. Bir sıra resenziyaçılar "" seriyasının üçüncü şəxs baxış bucağından oynanılan döyüş janrından uzaqlaşaraq mobil formatına keçməsi ideyasına ilkin mərhələdə skeptik yanaşdıqlarını bildirmiş, lakin oyunu oynadıqdan sonra franşizanın uğurlu və yaradıcı şəkildə yenidən təqdim olunduğunu qeyd etmişdilər.
Oyun geniş şəkildə yüksək qiymətləndirilmiş vizual təqdimatı və stolüstü oyun estetikasına görə təriflənmişdir. "Joystiq" redaktoru Entoni Con Ancellonun fikrinə görə, "Hitman Go"nun rəng həlli və vizual motivləri "" oyununda istifadə olunan dizayndan daha cəlbedici görünmüşdür. O, səviyyə seçimi ekranının və menyularda stolüstü oyun qutularından istifadə edilməsinin müsbət cəhətlər olduğunu vurğulamışdır. "Destructoid" yazarı Brittani Vinsent təmiz menyu həllini və istifadəçi interfeysi ikonlarını yüksək qiymətləndirmiş, oyun səviyyələrinin kukla evlərini xatırlatdığını bildirmişdir. "Eurogamer" və IGN məqalə müəllifləri personaj dizaynını miniatür stolüstü oyun fiqurlarına bənzətmişlər. "Polygon" əməkdaşı Artur Qyess sadə oyun mexanikası və minimalistik yanaşmanı tərifləmiş və bildirmişdir ki, "Hitman Go" seriyanın əsas elementlərini mürəkkəb stolüstü oyun sistemi vasitəsilə parlaq şəkildə çatdırmışdır. "Joystiq" jurnalisti Ancellonun fikrinə görə, "Hitman Go" layihəsi "Square Enix Monreal" studiyası üçün təsirli debüt olmuş və toxunma əsaslı cihazlara uyğunlaşma baxımından uğurlu təqdimat göstərmişdir. Resenziyaçılar oyunda əlavə bonus tapşırıqlarını tamamlamanın əlavə çətinlik və təkraroynanma dəyəri yaratdığını da vurğulamışdılar.
Oyun dizaynının müəyyən bir cəhəti – səviyyələrdə hərəkət trayektoriyalarının məhdudluğu tənqid hədəfinə çevrilmişdir. "Polygon"dan Artur Qyess diqqət yayındırma və qətl mexanikalarının stolüstü oyun formatında uğurlu şəkildə interpretasiya olunduğunu qeyd etmişdir, lakin bəzi səviyyələrin hədəf olmayan mühafizəçiləri öldürmədən tamamlanmasının mümkünsüzlüyündən narazılığını ifadə etmişdir. "Destructoid"dən Vinsent də bu fikri bölüşmüş, "Hitman" seriyasına xas əsas elementlərdən birinin aradan qaldırılmasını məyusedici hesab etmişdir. "Eurogamer" və "IGN" yazıçıları tətbiqi daxili alışların baha olduğunu bildirmiş, lakin səviyyə həllərinin internetdə geniş şəkildə paylaşılması səbəbilə onların asanlıqla nəzərə alınmaya biləcəyini də vurğulamışdılar. "Definitive Edition" versiyasını nəzərdən keçirən "PC Gamer" yazarı Fil Sevic kompüter versiyasının mobil mənşəyini gizlədə bilmədiyini qeyd etmişdir. O, siçanla klikləmə və sürükləmə mexanikasını optimal hesab etməmiş, lakin oyunun estetikası və mexanikasını yenə də müsbət qiymətləndirmişdir. "GameSpot" yazarı Met Paqet VR versiyası ilə bağlı məyusluğunu ifadə etmişdir. O, virtual reallıq oyunundan gözlədiyi immersiya təcrübəsini "Hitman Go VR"da görə bilməmişdir. Paqet oyunun özünü yüksək qiymətləndirmişdir, lakin VR versiyasını almağı tövsiyə etməmiş və onun “əziyyətə dəymədiyini” bildirmişdir.
"Hitman Go" 2014-cü il "Golden Joystick Awards"da iki nominasiyaya — "Ən yaxşı vizual dizayn" və "Ən yaxşı mobil oyun"a layiq görülmüşdür. 2015-ci ildə oyun Britaniya Akademiyasının 11-ci Videooyun Mükafatlarında "Debüt oyun", həmçinin "Mobil və portativ" kateqoriyalarında namizəd göstərilmişdir. "GameSpot" və "IGN" hər iki nəşrin ilin yekun siyahılarında "Hitman Go"nu 2014-cü ilin "Ən yaxşı mobil oyun" nominasiyasına daxil etmişdir. Oyun həmçinin, 2014-cü il Kanada Videooyun Mükafatlarında "Ən yaxşı oyun dizaynı" və "Ən yaxşı iOS oyunu" kateqoriyaları üzrə iki mükafat qazanmışdır. 2014-cü il Videooyun Ticarət Tənqidçiləri Milli Akademiyası mükafatlarında "Hitman Go" videooyunu "Xüsusi sinif oyun" kateqoriyasında namizəd göstərilmişdir.Rusiyanın "Mail.ru" platformasının videooyunlara ayrılmış bölməsi onu 2014-cü ilin aprel ayının ən yaxşı oyunlarından biri adlandırmışdır.
Sikvellər
| ]2015 sərgisində "" studiyası "Hitman Go" oyununa sikvel kimi nəzərdə tutulan və "Tomb Raider" kainatında cərəyan edən "Lara Croft Go" layihəsini elan etmişdir. Oyun 27 avqust 2015-ci ildə satışa çıxarılmışdır. Bu oyunda istifadəçilər obrazını düyünlər və xətlərdən ibarət səviyyələrdə sensor idarəetmə vasitəsilə hərəkət etdirirlər. Əsas mexanika və ümumi dizayn baxımından "Hitman Go" ilə oxşarlıqlar olmağına baxmayaraq, yaradıcı komanda "Lara Croft Go"nun sadəcə vizual yenidənqurma təsiri yaratmamasına xüsusi diqqət yetirmişdir. Bu məqsədlə "Tomb Raider" brendinə xas tapmaca yönümlü araşdırma və oynanış elementləri daha qabarıq şəkildə ön plana çəkilmişdir.
Növbəti il "Square Enix Montréal" studiyası "" seriyasına əsaslanan oxşar konsepsiya ilə "" videooyununu da təqdim etmişdir.
İstinadlar
| ]- Hitman GO: Definitive Edition // Steam. 2003.
- Wawro, Alex. "For Square Enix, designing Hitman as a 'board game' just made sense". . . 28 aprel 2014. 15 iyul 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2015.
- Palmieri, Giorgio. "Hitman Go, la recensione del puzzle game di Square Enix". androidworld.it. 7 giugno 2014. İstifadə tarixi: 15 aprile 2020.
- Vincent, Brittany. "Review: Hitman GO". Destructoid. 7 may 2014. 25 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2015.
- Leoni, Davide. "Hitman GO: recensione del board game con l'Agente 47". . 19 aprile 2014. İstifadə tarixi: 15 aprile 2020.
- Agnello, Anthony John. "Hitman Go review: The game of death". Engadget. AOL. 24 aprel 2014. 9 avqust 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2015.
- Savage, Phil. "Hitman GO: Definitive Edition Review". PC Gamer. Future Publishing. 22 mart 2016. 5 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2016.
- Gies, Arthur. "Hitman Go review: mouse trap". Polygon. Vox Media. 30 aprel 2014. 21 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2015.
- Cobbett, Richard. "Hitman Go Review". IGN. Ziff Davis. 23 aprel 2014. 21 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2015.
- Dean, Paul. "Hitman GO review". Eurogamer. Gamer Network. 25 aprel 2014. 21 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2015.
- Carter, Chris. "Hitman Go gets 15 new levels via a free update". Destructoid. 3 iyul 2014. 20 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2015.
- Blake, Vikki. "Hitman GO Gets New Content, Price Drop". IGN. Ziff Davis. 23 oktyabr 2014. 21 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2015.
- Palmisano, Fabio. "Hitman GO: Definitive Edition - Recensione - PS4 - 47, vieni a tavola!". . 25 febbraio 2016. İstifadə tarixi: 15 aprile 2020.
- Nutt, Christian. "Interview: Inside Square Enix's Major Montreal Expansion". . . 21 noyabr 2011. 14 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2015.
- Graft, Kris. "Being smart, being stupid with Hitman Go's design". . . 5 mart 2015. 14 iyul 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2015.
- Sinclair, Brendan. "When a AAA studio makes the jump to mobile". gameindustry.biz. Gamer Network. 18 noyabr 2015. 23 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2015.
- Pugliese, Tommaso. "Square Enix Montreal ha deciso di abbandonare la serie GO, non c'è spazio per i titoli premium su mobile". . 1 iyun 2018.
- "Go Time". unity3d.com. . 8 oktyabr 2014. 23 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2015.
- Crecente, Brian. "Hitman Go: From tabletop game to slick, addictive mobile puzzler". Polygon. Vox Media. 12 aprel 2014. 25 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2015.
- Fiorini, Lorenzo. "Hitmam GO, primo titolo mobile del franchise: data d'uscita, prezzo, dettagli". gameback.it. 10 April 2014. İstifadə tarixi: 15 aprile 2020.
- Watts, Steve. "Hitman GO takes Agent 47 to Mobile Devices". IGN. Ziff Davis. 13 fevral 2014. 23 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2015.
- Matulef, Jeffrey. "Hitman GO due next week on iOS". Eurogamer. Gamer Network. 10 aprel 2014. 14 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2015.
- Sarkar, Samit. "Hitman Go now available on Android". Polygon. Vox Media. 4 iyun 2014. 15 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2015.
- Matulef, Jeffrey. "Hitman GO sneaks on Windows 8, Windows Phone". Eurogamer. Gamer Network. 27 aprel 2015. 14 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2015.
- "Oculus @ E3 2015". oculus.com. Oculus VR. 17 iyun 2015. 26 iyun 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2015.
- Frank, Allegra. "Hitman Go is coming to PS4 and Vita". Polygon. Vox Media. 5 dekabr 2015. 7 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2015.
- Martin, Matt. "Hitman Go Definitive Edition for PS4 and PC arrives next week". VG247. 15 fevral 2016. 16 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2016.
- "Hitman GO for iPhone/iPad Reviews". Metacritic. . 29 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2015.
- "Hitman GO: Definitive Edition for PC Reviews". Metacritic. . 5 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2016.
- "Hitman GO: Definitive Edition for PlayStation 4 Reviews". Metacritic. . 5 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2016.
- "Hitman GO: Definitive Edition for PlayStation Vita Reviews". Metacritic. . 5 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2016.
- Paget, Mat. "Hitman Go VR Review". GameSpot. . 23 may 2016. 5 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2016.
- Paterson, James. "'Hitman GO' Review – A Surprising Hit Puzzler". TouchArcade. 17 aprel 2014. 29 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2020.
- Колыско, Игнатий. "HITMAN GO: ОБЗОР". . 19 may 2014. 7 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2022.
- Зайцев, Олег. "Hitman Go - Рецензия". . 2 mart 2016. 7 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2022.
- Анциферова, Ольга. "Hitman GO". . 25 aprel 2014. 10 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2022.
- Антоненков, Егор. "Рецензия на Hitman GO". . 21 aprel 2014. 30 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2022.
- Dinowan, Test du jeu Hitman Go, 23 avril 2014, Jeuxvideo.com.
- Silent_Jay, Test du jeu Hitman Go: Definitive Edition, 25 février 2016, Jeuxvideo.com.
- Reynold, Matthew. "Golden Joystick Awards 2014 public voting now open". . . 24 sentyabr 2014. 10 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2015.
- "British Academy Games Awards 2015 – the full nominations list". The Guardian. 10 fevral 2015. 18 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2015.
- "Mobile - Best Games of 2014 Nominees". GameSpot. . 25 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2015.
- "Hitman Go - Best Mobile Game". IGN. Ziff Davis. 8 iyun 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2015.
- "Canadian Videogame Awards Announce 2013 & 2014 Winners". . . 21 noyabr 2014. 24 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2015.
- "NAVGTR Awards (2014)". National Academy of Video Game Trade Reviewers. 22 mart 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2017.
- Джинджолия, Фазиль. "Лучшие игры апреля 2014". . 1 may 2014. 11 iyul 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2022.
- Farokhmanesh, Megan. "How the creators of Hitman Go hope to catch lightning in a bottle twice with Tomb Raider". Polygon. Vox Media. 24 iyun 2015. 23 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2015.
- Makuch, Eddie. "Lara Croft Go Release Date Announced". GameSpot. . 6 avqust 2014. 19 avqust 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2015.
- Makedonski, Brett. "Deus Ex GO is the new mobile game from Square Enix Montreal". Destructoid. 8 iyun 2016. 22 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2016.
Xarici keçidlər
| ]- hitmango.com — rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Hitman Go Hitman Go videooyununun tetbiq loqosu Hazirlayanlar Square Enix Montreal d Yayimlayanlar Square EnixSeriya Hitman d Buraxilis tarixi iOS17 aprel 2014Android4 iyun 2014Windows Windows Phone27 aprel 2015Linux PlayStation 4 PlayStation Vita23 fevral 2016Janr pazl videooyunu d stolustu oyunRejissorlar Daniel LutsTexniki melumatPlatformalar AndroidiOSApple TVWindowsWindows PhoneLinuxPlayStation 4Muherrik Unity d Oyun rejimi birneferli oyunInterfeysin dili ingilis dili fransiz dili italyan dili alman dili ispan dili Braziliya portuqal diliDasiyici reqemsal distribusiya reqemsal yukleme d Idareetme sensor ekranResmi sayti Hitman Go studiyasi terefinden hazirlanmis ve Square Enix in Avropa bolmesi terefinden nesr edilmis Oyun 2014 cu ilin fevral ayinda elan edilmisdir Onun iOS versiyasi 2014 cu ilin aprel ayinda Android versiyasi ise 2014 cu ilin iyun ayinda buraxilmisdir Windows ve Windows Phone ucun versiyalar novbeti il 2015 ci ilin aprel ayinda yayimlanmisdir 2016 ci ilin fevral ayinda oyunun Definitive Edition adli versiyasi PlayStation 4 hemcinin Linux ve Windows platformalari ucun Steam vasitesile satisa cixarilmisdir Oyun 2011 ci ilde yaradilmis Square Enix Montreal studiyasinin hazirladigi ilk layihe olmusdur Istehsal prosesine 2013 cu ilde tam miqyasli sekilde baslanmis ve oyun muherrikinden istifade eden on bir neferlik komanda terefinden tamamlanmisdir Oyuncu fransizasinin bas qehremani olan Agent 47 ni ardicil sekilde qurulmus kvadratvari seviyyelerden kecirir Seviyyeler duyunler ve xetlerden ibaretdir masaustu oyun formatinda teqdim edilir Personajlar miniatur fiqurlar seklinde modellesdirilmisdir Dusmen personajlar oyuncunun novbe erzinde onlarin yerlesdiyi duyune kecmesi ile zerersizlesdirile biler Bu mueyyen menada sahmat mexanikasina benzeyir Oyuncu seviyyelerde irelilediyi xaman tapmacalarin murekkebliyini artirmaq ucun yeni dusmen tipleri ve mexanikalar teqdim olunur Elanindan sonra Hitman Go mueyyen skeptisizmle qarsilanmisdir Bununla bele oyun senet uslubu estetikasi sade oyun mexanikasi ve Hitman konsepsiyasinin mobil qurguya ugurlu adaptasiyasi sebebile musbet reyler almisdir Oyun hemcinin muxtelif oyun nesrleri ve mukafat teskilatlari terefinden bir sira nominasiyalar ve mukafatlara layiq gorulmusdur Tomb Raider fransizasi cercivesinde kecirilen sujete esaslanan sikveli Lara Croft Go 2015 ci ilin avqust ayinda buraxilmisdir Geympley span Hitman Go daxilinde bir seviyye Agent 47 solda yerlesir ve yuxari sag kuncdeki son duyune catmaq ucun dusmenlerin yanindan kecmelidir Hitman Go ve videooyun seriyasinin bir hissesidir Oyunda her seviyye qarsiliqli sekilde birlesmis duyunler ve xetlerden ibaret kvadratvari lovhe uzerinde qurulmusdur Duyunler oyuncunun ve ya dusmenlerin yerlese bileceyi movqelerdir xetler ise novbe erzinde hemin movqeler arasinda hereket etmek ucun istifade olunur Oyuncular seriyanin protaqonisti Agent 47 ye nezaret edirler Sensor idareetmeden istifade etmekle oyuncu novbe zamani Agent 47 ni hereket etdirmek istediyi istiqametde xett boyunca surusdurme hereketi edir Ferdi komputerlerde olan Definitive Edition versiyasinda bu mexanizm klikleme sican vasitesile saxlayib surukleme ile evez olunmusdur Oyuncunun novbesi basa catdiqdan sonra lovhedeki butun dusmenler eyni vaxtda hereket edirler Her seviyyenin esas meqsedi var Meselen buna Agent 47 ni son duyune yoneltmek ve ya mueyyen bir hedefi mehv etmek aiddir Oyuncu dusmenleri onlarin yerlesdiyi duyune kecmekle oldure bilir Eyni qayda ile dusmen de oyuncunun yerlesdiyi duyune kecerse Agent 47 mehv olur Oyuncu ireliledikce seviyyeler daha murekkeblesir yeni mexanizmler ve ferqli dusmen tipleri elave edilir Her dusmen tipi ozunemexsus rengde geyindirilmisdir Bu onlarin hereket modelini tanimagi asanlasdirir Bezi dusmenler bir duyun uzerinde sabit dayanir ve ya hemin duyun etrafinda firlanir digerleri ise evvelceden mueyyen olunmus marsrut uzre patrul edir Sonraki merhelelerde oyuncu lovhe uzerinde yerlesdirilmis acarlari toplamali ve seviyyenin meqsedine aparan qapilari acmalidir Lovhedeki bezi kecid qapilari iki noqteni birlesdirerek oyuncuya novbe erzinde birinden digerine kecmeye imkan verir Bezi duyunlerde yerlesdirilmis dibcek bitkileri oyuncunun hemin movqede askar edilmemesini temin edir Lovhede tapilan rengli maskalanmalar oyuncuya uygun rengde olan dusmen tipinin yanindan askarlanmayaraq kecmeye imkan verir Oyunda atila bilen esyalar var Bunlar dusmenlerin davranis modelini deyisdirmek ve diqqetlerini yayindirmaq ucun istifade olunur Mueyyen seviyyelerde tapilan atesli silahlar uzaq mesafeden hedeflere ve ya maneelere ates acmaq ucun tetbiq edilir Ekser seviyyelerde elave meqsedler movcuddur Meselen bunlara cemodan toplamaq ve ya seviyyeni hec kimi oldurmeden tamamlamaq aiddir Bu kimi meqsedlerin yerine yetirilmesi oyuncuya ulduzlar qazandirir Ulduzlar novbeti feslin seviyyelerinin acilmasi ucun istifade olunur Oyun ilkin buraxilisda bes fesilden ibaret idi Onlardan biri videooyunundaki bir seviyyeden ilhamlanmisdir Buraxilisdan sonra oyuna elave olaraq iki yeni fesil daxil edilmisdir Onlardan biri videooyunundaki bir seviyyeye esaslanirdi Oyunda tetbiqdaxili alislar movcuddur Bu alislar tapmacalar ucun ipuclari elde etmeye ve ya seviyye fesillerini derhal acmaga imkan verir Oyunun Definitive Edition buraxilisinda 4 burunc 3 gumus 9 qizil ve 1 platin de daxil olmaqla 17 kubok var Ilk 7 kubok muvafiq fesillerdeki butun meqsedleri yerine yetirmekle qazanilir qalan kuboklarin ekseriyyeti oyun zamani mueyyen hereketler etmekle acilir Istehsal ve buraxilisi span Hitman Go Kanadanin studiyasi terefinden hazirlanmisdir Bu 2011 ci ilin sonunda Square Enix Europe bolmesinin emekdaslari terefinden yaradilan studiyanin ilk layihesi idi Studiyanin tesis edildiyi zaman ilk plani seriyasi ucun yeni bir videooyun hazirlamaq idi Ilkin niyyet konsol oyunlari yaratmaq ve komandadaki emekdaslarin sayini 150 ye catdirmaqdan ibaret idi lakin bir ilden sonra komanda hele de genislenmekde oldugu zaman konsol layihesi legv edilmis ve studiya diqqetini mobil oyunlara yoneltmisdir Bu kecid neticesinde heyetin texminen ucde biri layiheden ayrilmisdi cunki emekdas sayinin coxlugu gelire zerer verirdi Konseptual merhelede Hitman Go uzerinde cemi dord nefer calisirdi Ilkin prototipler cap olunmus personaj fiqurlarindan istifade edilmekle kagiz uzerinde qurulmusdu Layihe 2013 cu ilin ortalarinda teqdim edilmis ve istehsala tesdiqlenmisdir Daniel Luts yaradici direktor kimi cixis etmis ve novbeti inkisaf merhelelerinde komandanin sayi maksimum on bir nefere catmisdi Studiya oyunu hazirlamaq ucun bir nece muxtelif oyun muherrikini nezerden kecirmisdir ancaq ilkin merhelede muherrikine ustunluk verilmisdir cunki bu muherrik mobil platformalar ucun genis destek temin edir ve komandanin bezi uzvleri Unity ile evvelki tecrubeye malik idi Bir nece gun erzinde islek prototip ve esas seviyye redaktoru hazirlanmis iki hefte sonra ise oyunun ilk versiyasi studiyanin qalan hissesine teqdim olunmusdur Prototip 68 seviyyeden ibaret idi Oyunun dizayni uzerinde isleyen zaman Luts ve komanda mueyyen meqamlari nezere almisdi Bunlara oyunun qiymeti oyun muddeti brend janr auditoriya gozlentileri istehsal mehdudiyyetleri ve biznes modeli daxil idi Luts qeyd etmisdir ki onlar Hitman ucun janrinda bir oyun hazirlaya bilerdiler lakin bu seriyanin deyerleri ile uygun gelmirdi ve hedef auditoriya terefinden yaxsi qarsilanmayacaqdi Bunun evezine Hitman modelinin stolustu oyuna cevrilmesi daha meqsedeuygun hesab edildi cunki bu oyunculara hereketlerini evvelceden dusunmek ve planlasdirmaq imkani verirdi ve Hitman in tefekkur oyunu kimi qebul edilen tebietine uygun gelirdi Komanda esas Hitman oyunlarina benzer sekilde hedefleri pusquda gozleme funksiyasini da sinaqdan kecirmisdi lakin bu xususiyyet tapmacalarin qurulusunu pozdugu ucun son versiyadan cixarilmisdir Oyunun vizual uslubu ve dioramalardan ilhamlanmisdir Personajlar el qol animasiyasi olmadan sahmat fiqurlarina benzer sabit pozalarda yaradilmisdi Etrafli teksturalardan istifade artirdigi ucun ressamlar reng panelleri ile islemeyi secmisdiler Bu yanasma muxtelif reng kombinasiyalarinin az sayda texniki cagirisla tetbiqine imkan verirdi Komanda mobil oyunlarin qisa sessiyalarla oynandigini nezere alaraq dialoqu videocarxlari ve agir narrativ strukturu oyuna daxil etmemisdi Hitman Go 2014 cu ilin fevralinda elan edilmisdir Oyun 17 aprel 2014 cu ilde iOS 4 iyun 2014 cu ilde Android ucun buraxilmisdir Microsoft Windows ve Windows Phone versiyalari 27 aprel 2015 ci ilde yayimlanmisdir Electronic Entertainment Expo 2015 zamani Oculus VR sirketi Hitman Go nun ucun uygunlasdirilmis versiyasini teqdim etmisdir 5 dekabr 2015 ci ilde tedbirinde oyunun PlayStation 4 ve ucun 2016 ci ilde buraxilacagi elan edilmisdir Bu versiya 23 fevral 2016 ci ilde Definitive Edition adi ile yayimlanmisdir ve bu versiya tekmillesdirilmis qrafika ile butun elave mezmunlari ozunde birlesdirmisdir Definitive Edition eyni zamanda Linux ve Windows sistemleri ucun Steam platformasinda teqdim olunmusdur Qebulu span QebulUmumi xalQiymetlendirenXalMetacriticiOS 81 100 PC 72 100 PS4 77 100 VITA 80 100Tenqid xallariNesrXalDestructoid8 10Eurogamer7 10GameSpot6 10IGN8 2 10Joystiq4 5PC Gamer UK 72 100Polygon8 10TouchArcade5 5 Teqdirelayiq IGN Rossiya8 10Igry Mail ru8 107 10Jeuxvideo com16 20 Metacritic videooyun reylerinin aqreqatorunun melumatina gore Hitman Go pesekar tenqidciler terefinden umumilikde musbet qiymetlendirme almisdir Bir sira resenziyacilar seriyasinin ucuncu sexs baxis bucagindan oynanilan doyus janrindan uzaqlasaraq mobil formatina kecmesi ideyasina ilkin merhelede skeptik yanasdiqlarini bildirmis lakin oyunu oynadiqdan sonra fransizanin ugurlu ve yaradici sekilde yeniden teqdim olundugunu qeyd etmisdiler Oyun genis sekilde yuksek qiymetlendirilmis vizual teqdimati ve stolustu oyun estetikasina gore teriflenmisdir Joystiq redaktoru Entoni Con Ancellonun fikrine gore Hitman Go nun reng helli ve vizual motivleri oyununda istifade olunan dizayndan daha celbedici gorunmusdur O seviyye secimi ekraninin ve menyularda stolustu oyun qutularindan istifade edilmesinin musbet cehetler oldugunu vurgulamisdir Destructoid yazari Brittani Vinsent temiz menyu hellini ve istifadeci interfeysi ikonlarini yuksek qiymetlendirmis oyun seviyyelerinin kukla evlerini xatirlatdigini bildirmisdir Eurogamer ve IGN meqale muellifleri personaj dizaynini miniatur stolustu oyun fiqurlarina benzetmisler Polygon emekdasi Artur Qyess sade oyun mexanikasi ve minimalistik yanasmani teriflemis ve bildirmisdir ki Hitman Go seriyanin esas elementlerini murekkeb stolustu oyun sistemi vasitesile parlaq sekilde catdirmisdir Joystiq jurnalisti Ancellonun fikrine gore Hitman Go layihesi Square Enix Monreal studiyasi ucun tesirli debut olmus ve toxunma esasli cihazlara uygunlasma baximindan ugurlu teqdimat gostermisdir Resenziyacilar oyunda elave bonus tapsiriqlarini tamamlamanin elave cetinlik ve tekraroynanma deyeri yaratdigini da vurgulamisdilar Oyun dizayninin mueyyen bir ceheti seviyyelerde hereket trayektoriyalarinin mehdudlugu tenqid hedefine cevrilmisdir Polygon dan Artur Qyess diqqet yayindirma ve qetl mexanikalarinin stolustu oyun formatinda ugurlu sekilde interpretasiya olundugunu qeyd etmisdir lakin bezi seviyyelerin hedef olmayan muhafizecileri oldurmeden tamamlanmasinin mumkunsuzluyunden naraziligini ifade etmisdir Destructoid den Vinsent de bu fikri bolusmus Hitman seriyasina xas esas elementlerden birinin aradan qaldirilmasini meyusedici hesab etmisdir Eurogamer ve IGN yazicilari tetbiqi daxili alislarin baha oldugunu bildirmis lakin seviyye hellerinin internetde genis sekilde paylasilmasi sebebile onlarin asanliqla nezere alinmaya bileceyini de vurgulamisdilar Definitive Edition versiyasini nezerden keciren PC Gamer yazari Fil Sevic komputer versiyasinin mobil menseyini gizlede bilmediyini qeyd etmisdir O sicanla klikleme ve surukleme mexanikasini optimal hesab etmemis lakin oyunun estetikasi ve mexanikasini yene de musbet qiymetlendirmisdir GameSpot yazari Met Paqet VR versiyasi ile bagli meyuslugunu ifade etmisdir O virtual realliq oyunundan gozlediyi immersiya tecrubesini Hitman Go VR da gore bilmemisdir Paqet oyunun ozunu yuksek qiymetlendirmisdir lakin VR versiyasini almagi tovsiye etmemis ve onun eziyyete deymediyini bildirmisdir Hitman Go 2014 cu il Golden Joystick Awards da iki nominasiyaya En yaxsi vizual dizayn ve En yaxsi mobil oyun a layiq gorulmusdur 2015 ci ilde oyun Britaniya Akademiyasinin 11 ci Videooyun Mukafatlarinda Debut oyun hemcinin Mobil ve portativ kateqoriyalarinda namized gosterilmisdir GameSpot ve IGN her iki nesrin ilin yekun siyahilarinda Hitman Go nu 2014 cu ilin En yaxsi mobil oyun nominasiyasina daxil etmisdir Oyun hemcinin 2014 cu il Kanada Videooyun Mukafatlarinda En yaxsi oyun dizayni ve En yaxsi iOS oyunu kateqoriyalari uzre iki mukafat qazanmisdir 2014 cu il Videooyun Ticaret Tenqidcileri Milli Akademiyasi mukafatlarinda Hitman Go videooyunu Xususi sinif oyun kateqoriyasinda namized gosterilmisdir Rusiyanin Mail ru platformasinin videooyunlara ayrilmis bolmesi onu 2014 cu ilin aprel ayinin en yaxsi oyunlarindan biri adlandirmisdir Sikveller span 2015 sergisinde studiyasi Hitman Go oyununa sikvel kimi nezerde tutulan ve Tomb Raider kainatinda cereyan eden Lara Croft Go layihesini elan etmisdir Oyun 27 avqust 2015 ci ilde satisa cixarilmisdir Bu oyunda istifadeciler obrazini duyunler ve xetlerden ibaret seviyyelerde sensor idareetme vasitesile hereket etdirirler Esas mexanika ve umumi dizayn baximindan Hitman Go ile oxsarliqlar olmagina baxmayaraq yaradici komanda Lara Croft Go nun sadece vizual yenidenqurma tesiri yaratmamasina xususi diqqet yetirmisdir Bu meqsedle Tomb Raider brendine xas tapmaca yonumlu arasdirma ve oynanis elementleri daha qabariq sekilde on plana cekilmisdir Novbeti il Square Enix Montreal studiyasi seriyasina esaslanan oxsar konsepsiya ile videooyununu da teqdim etmisdir Istinadlar span Hitman GO Definitive Edition Steam 2003 Wawro Alex For Square Enix designing Hitman as a board game just made sense 28 aprel 2014 15 iyul 2015 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 14 iyul 2015 Palmieri Giorgio Hitman Go la recensione del puzzle game di Square Enix androidworld it 7 giugno 2014 Istifade tarixi 15 aprile 2020 Vincent Brittany Review Hitman GO Destructoid 7 may 2014 25 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 16 iyul 2015 Leoni Davide Hitman GO recensione del board game con l Agente 47 19 aprile 2014 Istifade tarixi 15 aprile 2020 Agnello Anthony John Hitman Go review The game of death Engadget AOL 24 aprel 2014 9 avqust 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 22 iyul 2015 Savage Phil Hitman GO Definitive Edition Review PC Gamer Future Publishing 22 mart 2016 5 dekabr 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 5 dekabr 2016 Gies Arthur Hitman Go review mouse trap Polygon Vox Media 30 aprel 2014 21 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 8 avqust 2015 Cobbett Richard Hitman Go Review IGN Ziff Davis 23 aprel 2014 21 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 16 iyul 2015 Dean Paul Hitman GO review Eurogamer Gamer Network 25 aprel 2014 21 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 22 iyul 2015 Carter Chris Hitman Go gets 15 new levels via a free update Destructoid 3 iyul 2014 20 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 16 iyul 2015 Blake Vikki Hitman GO Gets New Content Price Drop IGN Ziff Davis 23 oktyabr 2014 21 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 16 iyul 2015 Palmisano Fabio Hitman GO Definitive Edition Recensione PS4 47 vieni a tavola 25 febbraio 2016 Istifade tarixi 15 aprile 2020 Nutt Christian Interview Inside Square Enix s Major Montreal Expansion 21 noyabr 2011 14 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 14 iyul 2015 Graft Kris Being smart being stupid with Hitman Go s design 5 mart 2015 14 iyul 2015 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 14 iyul 2015 Sinclair Brendan When a AAA studio makes the jump to mobile gameindustry biz Gamer Network 18 noyabr 2015 23 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 22 iyul 2015 Pugliese Tommaso Square Enix Montreal ha deciso di abbandonare la serie GO non c e spazio per i titoli premium su mobile 1 iyun 2018 Go Time unity3d com 8 oktyabr 2014 23 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 22 iyul 2015 Crecente Brian Hitman Go From tabletop game to slick addictive mobile puzzler Polygon Vox Media 12 aprel 2014 25 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 25 iyul 2015 Fiorini Lorenzo Hitmam GO primo titolo mobile del franchise data d uscita prezzo dettagli gameback it 10 April 2014 Istifade tarixi 15 aprile 2020 Watts Steve Hitman GO takes Agent 47 to Mobile Devices IGN Ziff Davis 13 fevral 2014 23 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 22 iyul 2015 Matulef Jeffrey Hitman GO due next week on iOS Eurogamer Gamer Network 10 aprel 2014 14 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 14 iyul 2015 Sarkar Samit Hitman Go now available on Android Polygon Vox Media 4 iyun 2014 15 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 14 iyul 2015 Matulef Jeffrey Hitman GO sneaks on Windows 8 Windows Phone Eurogamer Gamer Network 27 aprel 2015 14 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 14 iyul 2015 Oculus E3 2015 oculus com Oculus VR 17 iyun 2015 26 iyun 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 22 iyul 2015 Frank Allegra Hitman Go is coming to PS4 and Vita Polygon Vox Media 5 dekabr 2015 7 dekabr 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 5 dekabr 2015 Martin Matt Hitman Go Definitive Edition for PS4 and PC arrives next week VG247 15 fevral 2016 16 fevral 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 15 fevral 2016 Hitman GO for iPhone iPad Reviews Metacritic 29 oktyabr 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 14 iyul 2015 Hitman GO Definitive Edition for PC Reviews Metacritic 5 dekabr 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 5 dekabr 2016 Hitman GO Definitive Edition for PlayStation 4 Reviews Metacritic 5 dekabr 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 5 dekabr 2016 Hitman GO Definitive Edition for PlayStation Vita Reviews Metacritic 5 dekabr 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 5 dekabr 2016 Paget Mat Hitman Go VR Review GameSpot 23 may 2016 5 dekabr 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 5 dekabr 2016 Paterson James Hitman GO Review A Surprising Hit Puzzler TouchArcade 17 aprel 2014 29 aprel 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 1 aprel 2020 Kolysko Ignatij HITMAN GO OBZOR 19 may 2014 7 mart 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 7 mart 2022 Zajcev Oleg Hitman Go Recenziya 2 mart 2016 7 mart 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 7 mart 2022 Anciferova Olga Hitman GO 25 aprel 2014 10 may 2018 tarixinde arxivlesdirilib Istifade tarixi 7 mart 2022 Antonenkov Egor Recenziya na Hitman GO 21 aprel 2014 30 noyabr 2020 tarixinde arxivlesdirilib Istifade tarixi 7 mart 2022 Dinowan Test du jeu Hitman Go 23 avril 2014 Jeuxvideo com Silent Jay Test du jeu Hitman Go Definitive Edition 25 fevrier 2016 Jeuxvideo com Reynold Matthew Golden Joystick Awards 2014 public voting now open 24 sentyabr 2014 10 sentyabr 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 8 avqust 2015 British Academy Games Awards 2015 the full nominations list The Guardian 10 fevral 2015 18 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 9 avqust 2015 Mobile Best Games of 2014 Nominees GameSpot 25 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 9 avqust 2015 Hitman Go Best Mobile Game IGN Ziff Davis 8 iyun 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 9 avqust 2015 Canadian Videogame Awards Announce 2013 amp 2014 Winners 21 noyabr 2014 24 sentyabr 2015 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 10 avqust 2015 NAVGTR Awards 2014 National Academy of Video Game Trade Reviewers 22 mart 2017 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 28 yanvar 2017 Dzhindzholiya Fazil Luchshie igry aprelya 2014 1 may 2014 11 iyul 2014 tarixinde arxivlesdirilib Istifade tarixi 3 may 2022 Farokhmanesh Megan How the creators of Hitman Go hope to catch lightning in a bottle twice with Tomb Raider Polygon Vox Media 24 iyun 2015 23 iyul 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 22 iyul 2015 Makuch Eddie Lara Croft Go Release Date Announced GameSpot 6 avqust 2014 19 avqust 2015 tarixinde arxivlesdirilib Istifade tarixi 9 avqust 2015 Makedonski Brett Deus Ex GO is the new mobile game from Square Enix Montreal Destructoid 8 iyun 2016 22 oktyabr 2016 tarixinde arxivlesdirilib Istifade tarixi 8 iyun 2016 Xarici kecidler span hitmango com resmi sayti Tematik saytlarGameSpot Giant Bomb MobyGames MobyGames Kateqoriyalar Elifba sirasina gore videooyunlar2014 cu ilin videooyunlariAndroid videooyunlariIOS videooyunlariLinux videooyunlariPlayStation 4 videooyunlariPlayStation Vita videooyunlariWindows videooyunlariSquare Enix oyunlariKanada videooyunlariBirneferli videooyunlarHitman fransiza oyunlariGizli kateqoriyalar Vikipediya Vikidatada menbeleri olan meqalelerVideooyun qiymetlendirmesi sablonunun tek platforma gorkeminde istifade olundugu meqaleler
