Fərhad Əliyev
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Fərhad Əliyev — Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri (2001-2005).
Fərhad Əliyev | |||||
---|---|---|---|---|---|
Fərhad Şövlət oğlu Əliyev | |||||
| |||||
Şəxsi məlumatlar | |||||
Partiya | |||||
Təhsili | |||||
Doğum tarixi | |||||
Doğum yeri | Azərbaycan SSR, Cəlilabad, Alar | ||||
Həyat yoldaşı | Səbinə Əliyeva |
Həyatı
Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.
Fərhad Əliyev 1970-80-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (AzİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həm in ildə Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985-87-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.
Fərhad Əliyev ali məktəbdə oxuduğu və orduda xidmət etdiyi zamanlarda ictimai işlərdə fəal iştirak edib. O, ADİMİ-nin Tələbə Həmkarlar Təşkilatının sədr müavini seçilib, orduda nümunəvi xidmətinə görə dəfələrlə müakfatlandırılıb.
Ailəsi
Ailəlidir. İki övladı var. Həyat yoldaşı S.Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur.
1969-cu il təvəllüdlü qardaşı Sudeyif Əliyev Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri vəzifəsində çalışmış, 19 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1994 təvəllüdlü oğlu Yusif Əliyev, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.
Siyasi fəaliyyəti
F.Əliyev 1985-90-cı illərdə ictimai fəaliyyətlə yanaşı müxtəlif dövlət işlərində çalışıb. O zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsinin təşkilat şöbəsində sektor müdiri vəzifəsinə qədər yüksəlib. Beynəlxalq turizm "Sputnik" Səhmdar Cəmiyyətinin prezidenti olub.
1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. Son 10 ildə hakim Yeni Azərbaycan Partiyası Siaysi Şurasının üzvü olub.
O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatnda ticarət nazirinin müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsinə təyin olunub. Bu vəzifədə çalışdığı illərdə Fərhad Əliyev özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılması yönündə bir sıra ciddi işlər görüb.
1999-2001-ci illərdə Dövlət Əmlak naziri vəzifəsində çalışan Fərhad Əliyev dövlət əmlakının vahid regestrinin yaradılmasına, özəlləşdirilməyə açıq elan edilmiş müəssisələrin fəaliyyətinin aktivləşdirilməsinə, özəlləşdirmə prosesində şəffaflığın təmin edilməsinə, ölkə vətəndaşları ilə yanaşı xarici şirkətlərin bu prosesdə fəal iştirakına şərait yaradılmasında müstəsna xidmətlər göstərib.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub.
Fərhad Əliyevin nazir kimi əsas fəaliyyəti Azərbaycanda hüquqi dövlət quruculuğunun sürətlənməsinə, dövlətin sosial-iqtisadi inkişafının strategiyasını və əsas istiqamətlərini müəyyənləşdirməyə, iqtisadi proqramlar hazırlayaraq onların gerçəkləşdirilməsinə şərait yaratmağa, xarici ölkələrlə, beynəlxalq və regional maliyyə qurumları ilə iqtisadi işbirliyi sahəsində dövlət siyasətini müəyyənləşdirməyə, sahibkarlığın inkişafına dəstək olmağa, dövlət əmlakının özəlləşdirilməsi, haqsız rəqabətin qarşısının alınması, inhisarçılığın aradan qaldırılması kimi vacib işlərə yönəlib.
Fərhad Əliyev ölkədə inhisarçılığını, məmur özbaşınalığını, korrupsiyalaşmış məhkəmə sistemini açıq çıxışlarda dəfələrlə tənqid etmiş, bu problemlərin Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə əngəl olduğunu dəfələrlə vurğulayıb.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.
İstinadlar
- Nigar İxtiyarqızı (20 Yanvar 2015). "Fərhad Əliyevin ailəsində faciə" (azərb.). axar.az. İstifadə tarixi: 2015-01-20.
- Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (azərb.)