Davud Məhəmmədov
Davud Abdulla oğlu Məhəmmədov (d. 8 noyabr 1970, Mahaçqala - ö. 8 iyun 2005, Mahaçqala) — Azərbaycanlı sərbəst güləşçi və Rusiyanın əməkdar idman ustası. Davud Məhəmmədov Azərbaycanı 1996 Atlanta və 2000 Sidney Olimpiadasında təmsil etdi.
Davud Məhəmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Davud Məhəmmədov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Mahaçqala, Rusiya |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Mahaçqala, Rusiya |
Boyu | 182 sm |
İdman növü | Güləş |
İdman dərəcəsi | |
5 oktyabr 2016 tarixində yenilənib. |
Həyatı
Davud Məhəmmədov 1970-ci ilin 8 noyabr tarixində Dağıstanın Mahaçqala şəhərində akademik Abdulla Məhəmmədovun ailəsində anadan oldu.
Karyerası
Məhəmmodv birinci ciddi uğurunu 1994-cü ildə İstanbul şəhərində Dünya Çempionatında qazandı. O, yalnızca finalda alman Aravat Sabeyə məğlub olaraq gümüş medal qazandı.
Davud Məhəmmədov birinci dəfə Olimpiya Oyunlarına 1996-cı ildə qatıldı. O, Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında birinci görüşdə İranlı Abbas Jadidi ilə üz-üzə gəldi və 0:4 hesabı ilə uduzdu. Daha sonra Məhəmmədov Albaniyalı Şkelqim Troplinini 10:0 məğlub etsədə, üçüncü turda Almaniya nümayəndəsi Aravat Sabeyevə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdı.
Məhəmmədovun özünün ikinci Olimpiadasına 2000-ci ildə Sidneydə qatıldı. Qrup mərhələsində Kubalı Vilfredo Morales üzərində 3:0 hesabı ilə qələbə qazansada, növbəti görüşdə Qazaxıstanlı İslam Bayramukova 0:3 hesabı ilə uduzdu və Olimpiya Oyunlarında mübarizəni dayandırdı.
Ölümü
Davud Məhəmmədov 2005-ci ilin 8 iyun tarixində ömrünün 34-cü baharında doğulduğu Mahaçqala şəhərində əbədiyyata qovuşdu.
Həmçinin bax
İstinadlar
- . www.sport-reference.com. 2010-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2016.