Wikipedia
Dəlləkli (Quba)
Dəlləkli — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Petropavlovka olmuşdur.
Dəlləkli | |
---|---|
41°24′ şm. e. 48°36′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1002 (2009) nəfər |
Toponimikası
- Dəlləkli oyk., sadə.
- Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Çarizmin köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalarından XIX əsrin birinci yarısında köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Petropavlovka adı verilmişdi. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir;
- Masallı r-nunun Qarğalıq i.ə.v.-də kənd. Lənkəran ovalığındadır;
- Tovuz r-nunun Qəribli i.ə.v.-də kənd. Kiçik Qafqaz dağlarının yamacındadır;
- Yardımlı r-nunun Yardımlı qəsəbə i.ə.v.-də kənd. Yardımlı çökəkliyindədir;
- Zəngilan r-nunun Çöpədərə i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Keçmişdə mərzili və ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1002 nəfər əhali yaşayır.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
- . e-qanun.az (azərb.). e-qanun.az. 2013-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-11.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |