fbpx
Wikipedia

Tarix-i aləm aray-i Abbasi

Tarix-i aləm aray-i Abbasi (fars. تاریخ عالم‌آرای عباسی; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər.

İrəvan qalasının alınmasının təsviri (Tarix-i aləm aray-i Abbasi əsərindən, təx. 1650-ci il, İsfahan).

Əsərin nəşrləri

Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. «Tarix-i aləmara-yi Abbasi» əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə «Tarix-i aləmara-yi Abbasi» ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü. İ.Əfşar daş çapı mətnindəki bəzi boşluqları və çatışmazlıqları aradan qaldırdı. Məsələn, ilk Tehran çapında əsərin birinci cildinin II-XII məqalələri nəşr olunmamışdı. Lakin ikinci nəşr zamanı bu qüsur ortadan qaldırıldı və Tehranda saxlanan iki əlyazma nüsxəsindən götürülmüş həmin məqalələr nəşrin ikinci cildinin sonuna əlavələr kimi daxil edildilər . İ.Əfşar tərəfindən hazırlanmış bu nəşr sonradan daha iki dəfə (1350 /1971 və 1382 / 2003-cü illərdə) çap olundu. Bu nəşrin qüsurlu cəhətlərindən biri onun zəruri şərhlərlə təchiz olunmamasından ibarətdir. 1985-ci ildə iranlı tədqiqatçı Şahrudi «Tarix-i aləmara-yi Abbasi»nin daşbasma mətnini bir kitab şəklində ofset üsulu ilə təkrar nəşr etdirmişdir. 1998-ci ildə Tehranda M.İ.Rizvani tərəfindən hazırlanmış üç cilddən ibarət nəşrdə də mənbənin litoqrafik mətni əsas götürülmüşdür. Onun nəşrinin fərqli cəhəti bundan ibarətdir ki, o, İranın şəxsi kolleksiyalarında mühafizə olunan dörd əlyazma nüsxəsinin köməyi ilə daşbasma çapının mətninə bir sıra düzəlişlər etmiş və dəqiqləşdirmələr aparmışdır. Lakin tərtibçi nüsxələr arasında mövcud olan yalnız ən mühüm fərqləri göstərməklə kifayətlənmişdir və buna görə də onun hazırladığı nəşri tam mənada elmi-tənqidi nəşr hesab etmək doğru deyildir. Göründüyü kimi, «Tarix-i aləmara-yi Abbasi» əsəri dəfələrlə çap olunsa da, onun mükəmməl elmi-tənqidi mətni hələ də hazırlanmamışdır. Beynəlxalq miqyasda İ.Əfşarın nəşri mötəbər və məşhur hesab olunduğu və geniş səpkidə istifadə edildiyi üçün biz mənbənin fars dilindən Azərbaycan dilinə tərcüməsini məhz İ.Əfşarın nəşri əsasında həyata keçirmişik və həmin nəşrin çatışmazlıqlarını, boşluqlarını doldurmaq, dəqiqləşdirmə aparmaq məqsədi ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan nüsxələrdən istifadə etmişik. Bu nüsxələrdən götürülmüş parçalar tərcümənin mətnində kursiv şəklində verilmişdir.

Əsərin başqa dillərə tərcümələri

«Tarix-i aləmara-yi Abbasi» əsəri hələ Osmanlı baş vəziri Damad İbrahim paşanın (1718-1730-cu illərdə baş vəzir olmuşdur) göstərişi ilə Müdərris Məhəmməd Nabih Əfəndi tərəfindən Osmanlı türkcəsinə tərcümə edilmişdir. Bu tərcümənin sonu naqis olan əlyazması hal-hazırda  İstanbulun  Topqapı  sarayı  muzeyinin  kitabxanasında  mühafizə olunmaqdadır. Mənbənin farsca mətnindən Türkmənistan tarixinə dair iqtibaslar A.A.Romaskeviçin redaktəsi altında rus dilinə tərcümə edilmişdir. Lakin bu tərcümə olduqca sərbəst və müxtəsər şəkildə həyata keçirilmiş, şeir parçaları, təmtəraqlı ibarələr buraxılmış, hətta bəzi hallarda mənbənin məlumatları təhrif olunmuş və tərcümə zamanı müəyyən səhvlərə yol verilmişdir. Rus şərqşünası O.F.Akimuşkin İsgəndər Münşinin I Şah Təhmasib dövrünün xəttatlarına həsr etdiyi kiçikhəcmli fəsli Saltıkov-Şedrin adına kitabxanada saxlanan əlyazma əsasında rus dilinə tərcümə etmişdir. Azərbaycan tarixçisi O.Ə.Əfəndiyev «Azərbaycan Səfəvilər dövləti XVI əsrdə» adlı monoqrafiyasında İsgəndər bəy Münşinin I Şah Təhmasib dövrünün sonundakı qızılbaş əmirlərinə həsr etdiyi parçanın rus dilində tərcüməsini vermişdir. «Tarix-i aləmara-yi Abbasi» R.M.Seyvəri tərəfindən ingilis dilinə tam tərcümə olunaraq, iki cilddə nəşr edilmişdir. Əsərin Azərbaycan dilinə tərcüməsi üzrə hələ ötən əsrin 50-ci illərindən etibarən bəzi təşəbbüslər göstərilmiş, lakin bu işlər ardıcıl və intensiv xarakter daşımamış, yarımçıq qalmışdır. Oxuculara təqdim olunan bu kitab «Tarix-i aləmara-yi Abbasi»nin birinci cildinin fars dilindən Azərbaycan dilinə ilk tam tərcüməsidir. Tərcümə işi AMEA-nın baş planına daxil olmuş və bu sətirlərin müəllifləri tərəfindən A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində yerinə yetirilmişdir. Mənbə üzərində apardığımız iş prosesində, bir tərəfdən əsərin tərcüməsinin müasir oxucu üçün daha doğma və anlaşılan tərzdə olmasına cəhd göstərilmiş, digər tərəfdən də tərcümə zamanı mənbənin özünəməxsus xüsusiyyətlərini və dəbdəbəli üslubunu qoruyub saxlamağa diqqət yetirilmişdir. Bəzi hallarda mətndəki şeir parçalarının bədii tərcüməsinə təşəbbüs göstərilmiş, bədii tərcümənin şeirin orijinal mənasına xələl gətirə biləcəyi yerlərdə isə sətri tərcüməyə üstünlük verilmişdir. Dövrün terminologiyasını qoruyub saxlamaq üçün dövlət quruluşu ilə bağlı olan istilahlar (vəzifə adları, hərbi terminlər, vergi növləri və s.) orijinalda olduğu kimi verilmiş və onların hər birinə dair şərh və izahlar təqdim olunmuşdur. Mənbənin mətnində olmayan, lakin cümlənin mənasının anlaşılması üçün gərəkli olan sözlər düzbucaqlı mötərizə [...] daxilində qeyd olunmuşdur. Mənbədə əksini tapmış, lakin tərcümə zamanı əlavə izaha ehtiyacı olan fikir və ifadələrdən sonra adi mötərizə (...) daxilində aydınlaşdırıcı məlumatlara yer verilmişdir. Hicri tarixlərinin miladi təqvimi ilə qarşılığı və tərcümə olunmuş bəzi özünəməxsus ifadələrin orijinal mətndəki yazılışının transfoneliterasiyası da adi mötərizə daxilində əks olunmuşdur. Kursivlə yazılmış parçalar Tehran çapında olmayan və tərcümə mətninə mənbənin Bakı əlyazmaları əsasında əlavə edilən hissələrdir. Yeri gəldikcə müxtəlif dillərdə olan ilkin mənbələr, müasir tədqiqat əsərləri, ensiklopediyalar və soraq-məlumat kitabları əsasında əsərin mətnində rast gəlinən bir sıra istilahlara, hadisələrə, coğrafi və şəxs adlarına dair lazımi şərhlər verilmişdir. Tərcümə mətnində sözlərin yazılışı zamanı «Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin AMEA Nəsimi adına Dilçilik institutu tərəfindən hazırlanmış son nəşrindəki düzəliş və yeniliklər nəzərə alınmışdır. İlk dəfə bu cür iri həcmli və olduqca təmtəraqlı üsluba malik bir tarixi mənbə fars dilindən Azərbaycan dilinə tərcümə edildiyi üçün burada müəyyən qəliz cümlələrin və ifadələrin, həmçinin redaktə və korrektura baxımından bəzi xətaların olması mümkündür.

Mənbənin öyrənilməsi tarixi

Səfəvi saray tarixşünaslığına yeni bir nəfəs gətirən İsgəndər bəy Münşinin yaradıcılığı ondan sonra gələn bir sıra salnaməçilərə təsir göstərmiş və onun «Tarix-i aləmara-yi Abbasi» əsərinin materiallarından hələ Səfəvilər zamanında tarixi əsərlərin yazılmasında istifadə edilmişdir. Hətta klassik tarixşünaslıq ənənələrini davam etdirən XIX əsr İran tarixçisi Rzaqulu xan Hidayət özünün «Rövzətüs-səfayi Nasiri» əsərini yazarkən «Tarix-i aləmara-yi Abbasi»dən xeyli dərəcədə bəhrələnmişdir. Azərbaycan tarix elmində XIX əsrin birinci yarısından etibarən «Tarix-i aləmara-yi Abbasi» əsəri öyrənilməkdə və istifadə olunmaqdadır. A.Bakıxanov «Gülüstan-i İrəm» əsərində Səfəvilərlə bağlı məqamlara toxunarkən istifadə etdiyi ən mühüm qaynaqlardan biri məhz İsgəndər bəy Münşinin bu əsəri olmuşdur. M.F.Axundov istər elmi, istərsə də bədii əsərlərində İsgəndər bəy Münşinin yaradıcılığından faydalanmışdır. O, özünün «Aldanmış kəvakib» povestini «Tarix-i aləmara-yi Abbasi»nin motivləri əsasında yazmışdır. Bundan başqa, M.F.Axundov I Şah Abbas zamanında Bağdad uğrunda gedən Səfəvi - Osmanlı mücadiləsinə həsr etdiyi məqaləsindəki faktları İsgəndər bəy Münşinin adı çəkilən əsərindən götürmüşdür. Azərbaycan tarixçisi Ə.Ə.Rəhmani İsgəndər bəy Münşinin bu əsərini ölkəmizin tarixinə dair mənbə kimi tədqiq etmiş və bu mövzuda dəyərli bir monoqrafiya nəşr etdirmişdir. Vətən tarixşünaslığının bir sıra nümayəndələri (O.Ə.Əfəndiyev, M.X.Heydərov, S.M.Onullahi, T.M.Musəvi, S.B.Aşurbəyli, M.X.Nemətova, Ə.M.Rəcəbli, Y.M.Mahmudov, Ş.F.Fərzəliyev, Ş.K.Məmmədova, Z.H.Bayramov,  R.M.Məmmədova,  R.Ə.Ağayev  və  b.),  həmçinin  bəzi filoloqlarımız (S.Mümtaz, H.Zərinəzadə, M.Abbaslı, Ə.Məmmədov, M.Qasımlı və b.) dönə-dönə «Tarix-i aləmara-yi Abbasi» əsərinə müraciət etmişlər. Avropa tarix elmində sözügedən mənbənin ilk tədqiqatçıları XIX əsrdə Frank von Erdman, Silvester de Sasi, B.Dorn və V.V.Velyaminov-Zernov olmuşlar. Sonradan Rus-sovet alimlərindən İ.P.Petruşevski, B.N.Zaxoder, A.A.Romaskeviç, O.F.Akimuşkin, N.D.Mikluxo-Maklay, Qərb şərqşünaslığının nümayəndələrindən E.G.Broun, Ç.A.Stori, L.L.Bellan, V.Hinz, V.F.Minorski, A.Lambton, R.M.Seyvori, H.R.Römer, K.M.Rohrborn, Ş.A.Quinn, Türkiyə tarixşünaslığında B.Kütükoğlu, F.Sümer, F.Kırzıoğlu, İran tarixçilərindən N.Fəlsəfi, Ə.Kəsrəvi, Ə.Nəvai, Ə.Vilayəti və bir çox digərləri «Tarix-i aləmara-yi Abbasi»dən geniş səpkidə istifadə etmişlər. Qətiyyətlə demək olar ki, bu əsər Səfəvi dövrünün tarixini öyrənən tədqiqatçıların ən çox istinad etdikləri mötəbər bir məxəzdir.

Əsərin strukturu

İsgəndər bəy Səfəvi hökmdarları tarixinə həsr etdiyi öz məşhur əsərini iki variant halında hazırlamışdır. I variant hicri tarix ilə 1025-ci ildə (miladi 1616) tamamlanmış, II variant isə hicri 1038-ci ildə (miladi 1629) bitirilmişdir. Variantların birincisi həcm etibarilə çox böyük olan və 12 məqaləyə bölünən "Müqəddimə"ni və müəllif tərəfindən "Səhifə" adlanan iki cildi əhatə edir. Variantların ikincisi isə yenə "Səhifə" adlanan üç cildi əhatə edir ki, I cilddə 12 məqalə əks olunur, lakin qədim Tehran nüsxəsinə əsasən İrəc Əfşar "Tarixe-aləmaraye-Abbasi"nin I məqaləsini sonrakı 2-12-ci məqalələrdən ayırmış və həmin 11 məqalə kitabın ikinci hissəsinin 1099-1116-cı səhifələrində verilmişdir. 

Birinci məqalə: Səfəvilərin Şah Abbasa qədərki nəsil şəcərəsini və ondan əvvəlki 4 səfəvi hökmdarının (I Şah İsmayıl, I Şah Təhmasib, II Şah İsmayıl və Şah Məhəmməd Xudabəndə) tarixçəsini, qalan 11 məqalə isə birinci məqalə kimi müfəssəl olmadan tam yığcam şəkildə Şah Abbasın fərdi xüsusiyyətlərini, habelə quruculuq işlərini və hərbi-siyasi fəaliyyətini əhatə edir. Həmin 11 məqalənin hamısı Şah Abbas ömrünün 38 və 39-cu illərini əhatə edən hicri 1033 (miladi 1624)-cü ildən sonra yazılmışdır. Həmin 11 məqalənin təkcə sərlövhələrinə diqqət yetirmək müəllifin Şah Abbasa olan böyük məhəbbət və ehtiramının inikası kimi diqqətəlayiqdir. İsgəndər bəy onların adlarını bir-bir belə sadalayır və onlara bir neçə səhifə ayırır.

İkinci məqalə: O həzrətin (Şah Abbasın) Allah dərgahına diqqət və hədsiz bağlılığının (esteğraq) zikridir;  

Üçüncü məqalə: [O həzrətdə] təqdir səhifəsinə uyğun ilahi məhəbbət və biliyin oturuşu (esabat), habelə gördüyü işlərin gözəlliyi haqqında; 

Dördüncü məqalə: [O həzrətə verilən] sahibqranlıq rütbəsinin ləyaqəti, baş verən təhlükələrin və xoş sonluqla başa çatan səadətli qranların (ulduzların nəhslik və bədbəxtliklərindən qurtulma) zikri;

Beşinci məqalə: [O həzrət tərəfindən] ədalətpərvərliyin, yolların əmniyyətinin və insanların yaşayış şəraitinin yüksəldilməsi barədə; 

Altıncı məqalə: [O həzrət tərəfindən] ilahi hikmətlərdən olan sərt hökmlərin icrası haqqında; 

Yeddinci məqalə: [O] həzrətin cahandarlıq tərzi (ayin) və hökmranlıq etmə qaydaları haqqında; 

Səkkizinci məqalə: O həzrətə xas anlaşılmaz xasiyyəti (bitəəyyoni), dərvişanə xisləti (dərvişnehadi), xudbin olmaması (bitəkəllofi) və onda iki təzadlı xüsusiyyətin mövcudluğu haqqında; 

Doqquzuncu məqalə: [O həzrətin] xidmətkarların hüquqi haqlarını qoruması və onların mülkiyyətlərinə toxunmamasının zikri; 

Onuncu məqalə: [O həzrətin] xoş xisləti (şekoftetəbi), onun aləmdəki vəziyyət və ümmət təbəqələri ilə tanışlığı haqqında; 

On birinci məqalə: O həzrət tərəfindən xeyriyyə təsisatları və imarətlər inşasının zikri; 

On ikinci məqalə: [O həzrətin] Humayun hakimiyyəti vaxtı baş verən hadisələr, müharibələr və qələbələrin zikri." 

"Tarixe-aləmaraye-Abbasi" kitabının I cildini bitirən müəllif II cildi davam etdirməyə başlayır və onun qələmi Şah Abbasın taxta cülusundan başlayaraq onun hakimiyyətinin ilk otuz ilini yazmağa yönəlir (1587-1616-cı illər). III cild isə 1629-cu ilədək davam edir. İsgəndər bəy Münşi mükəmməl savada malik şəxs olmuşdur ki, bunu onun qələmindən çıxan hər cümlə sübut edir. Siyasi hadisələr haqqında nisbətən asan və hamının başa düşəcəyi bir dillə yazmışdır, qalan məsələlər isə (elmi, iqtisadi, dini-ideoloji, diplomatik və s.) olduqca qəliz söz, cümlə və ibarələrlə ifadə olunmuşdur. Kitabı oxuyarkən səfəvi sarayının görkəmli münşisi olan İsgəndər bəy həm də şeri, musiqini, yaşadığı dövrün rəvacda olan elmlərini mükəmməl bilən bir sima kimi nəzəri cəlb edir.

«Tarix-i aləmara-yi Abbasi» əsərinin mənbələri

İsgəndər bəy Münşi öz əsərini yazarkən əsas etibarilə dörd növ məlumat mənbəyindən yararlanmışdır:

  1. Oxuduğu kitablar;
  2. Şəxsi müşahidələri;
  3. Rəsmi dövlət sənədləri;
  4. Müxtəlif şəxslərdən eşitdiyi əhvalatlar.

Əsərinin birinci cildində o, bir sıra yazılı mənbələrdən istifadə etmişdir. O, öz mənbələri sırasında XIV əsr müəlliflərindən İbn Bəzzazın «Səfvətüs-səfa», Həmdulla Qəzvininin «Nüzhətül-qülub». XV əsr müəlliflərindən Əbdürrəhman Caminin «Nəfəhatül-üns», Əbu-Bəkr Tehraninin «Kitab-i Diyarbəkriyyə», Seyid Zəhirəddin Mərəşinin «Tarix-i Təbəristan u Ruyan u Mazandaran», Mirxondun «Rövzətüs-səfa», XVI əsr müəlliflərindən İbrahim Əmininin «Fütuhat-i şahi», Qiyasəddin Xandəmirin «Xülasətül-əxbar» və «Həbibüs-siyər», Mir Yəhya Qəzvininin «Lübbüt-təvarix», Qazı Əhməd Qəffarinin «Tarix-i cahanara», Həsən bəy Rumlunun «Əhsənüt-təvarix», Əllami Əbülfəzlin «Əkbərnamə» kimi əsərlərinin adlarını çəkir. O, istifadə etdiyi salnamələrdən məlumatları götürməklə kifayətlənməmiş, bir sıra hallarda onları təhlil və müqayisə etmiş, tənqidi münasibət bildirmişdir. Lakin təbiidir ki, İsgəndər bəy Münşi kimi öz dövrünün ziyalı və qabaqcıl bir şəxsiyyətinin mütaliə etdiyi və bəhrələndiyi əsərlərin adlarını bu siyahı ilə məhdudlaşdırmaq olmaz. Bunlarla yanaşı, o, bir sıra digər tarixi, ədəbi, dini-fəlsəfi və s. mövzularda yazılmış kitablarla, zəmanəsinin müxtəlif yönlü elmi ədəbiyyatı ilə tanış olmuş və bu tanışlıq onun yaradıcılığına buvə ya digər dərəcədə təsirini göstərmişdi. I Şah Təhmasibin vəfatı ərəfəsindəki və ondan sonrakı hadisələri şərh edərkən artıq İsgəndər bəy Münşi hadisələrin müasiri, bir çox hallarda isə şahidi və ya iştirakçısı kimi çıxış edir. Dövlət dəftərxanasında işlədiyi üçün rəsmi sənədlərlə tanışlıq imkanı olan müəllif öz əsərini bir çox dövlət sənədlərinin və diplomatik yazışmaların mətnləri və faktları ilə zənginləşdirmişdir. Bundan əlavə. o, öz əsərinə müxtəlif tarixi şəxsiyyətlərdən və dövlət adamlarından eşitdiyi əhvalatları və təfərrüatları daxil etmişdir.

«Tarix-i aləmara-yi Abbasi» əsərinin Azərbaycan tarixi üçün mənbə kimi əhəmiyyəti

İsgəndər bəy Münşi, demək olar ki, Azərbaycanın hər yerini gəzib-dolaşmış, Təbrizdə, Ərdəbildə, Naxçıvanda, Əhərdə, Xoyda, Makuda, Gəncədə, Ordubadda, Şamaxıda, Bakıda və s. şəhərlərdə olmuşdur. O, öz əsərində bir Azərbaycanlı kimi vətəninin tarixinə xüsusi diqqət yetirmişdir. Azərbaycan XVI əsrdə Səfəvilər dövlətinin istinadgahı və mərkəzi idi. Məhz bu səbəbdəndir ki, İsgəndər bəy Münşi I Şah İsmayılın «Azərbaycanın səltənət və padşahlıq taxtı» uğrunda mübarizə apardığını qeyd edir, Azərbaycan məmləkətini bütün Səfəvilər dövlətinin «əsası və qoşun mənbəyi» adlandırır. Səfəvilər dövlətinin qurulmasında və inkişafında türk qızılbaş tayfalarının müstəsna fəaliyyəti danılmazdır.

«Tarix-i aləmara-yi Abbasi» üzərində apardığımız hesablamalara əsasən deyə bilərik ki, mənbənin mətnində Azərbaycan Səfəvilər dövlətinin yaranmasından I Şah Abbasın hakimiyyətə gəlişinə qədərki dövrədək, yəni 1501-1587-ci illərin hadisələrindən bəhs edilərkən dövlətin idarə olunmasında fəal iştirak etmiş 300-dən artıq türk qızılbaş əmirinin adı çəkilir. Bu statistik hesablama Səfəvilər dövlətinin mərkəzi rəhbərliyində və bu dövlətə daxil olan əyalətlərin idarəçiliyində Azərbaycan tayfalarının oynadıqları mühüm rolun bariz göstəricisidir. Hətta I Şah Abbasın islahatlarından  sonra  da  Azərbaycan  Səfəvi  imperiyasının  ən  mühüm vilayətlərindən biri olaraq qalmış, qızılbaş tayfaları isə dövlətin süqutuna qədər əhəmiyyətli qüvvə hesab olunmuşlar. İsgəndər bəy Münşinin Azərbaycanın hərbi-siyasi tarixi, ictimai-iqtisadi vəziyyəti və mədəniyyət həyatı haqqında verdiyi bilgilər olduqca önəmlidir. Mənbənin oxuculara təqdim olunan birinci cildində Səfəvilərin Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəsi, Azərbaycan Səfəvilər dövlətinin qurulması, XVI yüzillikdə Azərbaycan uğrunda Səfəvi - Osmanlı savaşları, Şirvan və Şəkinin Azərbaycan Səfəvilər dövlətinə birləşdirilməsi, ölkənin daxili ictimai-siyasi vəziyyəti, inzibati idarəçilik sistemi, əhalidən yığılan vergilər, torpaq mülkiyyəti formaları, şəhər həyatı, sosial-iqtisadi münasibətlər və s. haqqında maraqlı və dolğun məlumatlar mövcuddur. Məlumdur ki, orta əsr şərq tarixçiləri hadisələri təsvir edərkən, arabir məşhur şairlərin əsərlərindən parçalar iqtibas gətirirdilər. İsgəndər bəy Münşi də bu qaydaya riayət edərək. bir çox şairlərin yaradıcılığından nümunələr verir. O, xüsusən də dahi Azərbaycan şairi Nizami Gəncəviyə olan vurğunluğunu gizlətmir və bir sıra hallarda öz fikrini qüvvətləndirmək üçün onun hikmətli beytlərinə müraciət edir. İsgəndər bəy Münşi bir azərbaycanlı kimi öz ana dilində olan şeirlərdən də örnəklər təqdim etmişdir. Onun Şah İsmayıl Xətainin, Müseyib xan Təkəlünün, Şahqulu bəy Rumlunun türkdilli poeziyası haqqında verdiyi yığcam, lakin dəyərli məlumatlar böyük maraq doğurur. İsgəndər bəy Münşi görkəmli Azərbaycan alimi, şairi və rəssamı Sadıq bəy Əfşarın həyat və yaradıcılığına xüsusi diqqət yetirir. Mənbədə bir sıra azərbaycanlı elm və mədəniyyət xadimləri, həkimlər, xəttatlar və musiqişünaslar haqqında məlumat verilir. Tam əminliklə demək olar ki, klassik tarixşünaslığımızın layiqli təmsilçisi olan İsgəndər bəy Münşinin «Tarix-i aləmara-yi Abbasi» əsəri nəinki Azərbaycanın, həm də İranın, Türkiyənin, Gürcüstanın, İraqın, Əfqanıstanın, Türkmənistanın, Özbəkistanın, Hindistanın və s. şərq ölkələrinin və xalqlarının tarixini öyrənmək baxımından danılmaz əhəmiyyət kəsb edir.

Mənbə

  • İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. Bakı, 2009, 792 s. 

İstinadlar

  1. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. Bakı, 2009, s. 3-17
  2. İsgəndər bəy Münşi Türkman

Həmçinin bax

tarix, aləm, aray, abbasi, məqalənin, bəzi, məlumatlarının, mənbəsi, göstərilməmişdir, daha, ətraflı, məlumat, üçün, məqalənin, müzakirə, səhifəsinə, baxa, məqaləyə, uyğun, formada, mənbələr, əlavə, edib, vikipediyanı, zənginləşdirə, bilərsiniz, aprel, 2022, f. Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz aprel 2022 Tarix i alem aray i Abbasi fars تاریخ عالم آرای عباسی azerb Dunyani bezeyen Abbasin tarixi Isgender bey Munsinin farsca yazdigi Sefeviler xanedanliginin tarixinden behs eden ve Sefevi hokmdari I Sah Abbasa ithaf olunmus tarixi eser Irevan qalasinin alinmasinin tesviri Tarix i alem aray i Abbasi eserinden tex 1650 ci il Isfahan Mundericat 1 Eserin nesrleri 2 Eserin basqa dillere tercumeleri 3 Menbenin oyrenilmesi tarixi 4 Eserin strukturu 5 Tarix i alemara yi Abbasi eserinin menbeleri 6 Tarix i alemara yi Abbasi eserinin Azerbaycan tarixi ucun menbe kimi ehemiyyeti 7 Menbe 8 Istinadlar 9 Hemcinin baxEserin nesrleri RedakteAzerbaycan turkman tayfasindan olan Sefevi tarixcisi Isgender bey Munsinin yazdigi Dunyani bezeyen Abbasin tarixi 1 Azerbaycan tarixini oyrenmek ucun qiymetli ilkin menbedir Isgender bey Munsi Sah Abbasin sarayinda xidmet etmis ve bu eserini fars dilinde yazmisdi Dunyanin taninmis serqsunaslari oz tedqiqatlarinda bu qiymetli ilk menbeye done done istinad etmisler Tarix i alemara yi Abbasi eserinin farsca metninden goturulmus ayri ayri hisseler hele XIX esrde rus serqsunaslari B Dorn ve V V Velyaminov Zernov terefinden derc olunmuslar Menbenin Mirze Serif terefinden tertib olunmus uccildlik ilk tam nesri 1896 ci ilde Tehranda dasbasma usulu ile cap olundu Eserin sonraki nesrleri hazirlanarken bu dasbasma litoqrafik capi esas goturulmusdur 1955 1956 ci illerde Iran alimi Irec Efsarin redaktesi ile Tarix i alemara yi Abbasi ikinci defe iki kitaba sigisdirilmis uc cild halinda isiq uzu gordu I Efsar das capi metnindeki bezi bosluqlari ve catismazliqlari aradan qaldirdi Meselen ilk Tehran capinda eserin birinci cildinin II XII meqaleleri nesr olunmamisdi Lakin ikinci nesr zamani bu qusur ortadan qaldirildi ve Tehranda saxlanan iki elyazma nusxesinden goturulmus hemin meqaleler nesrin ikinci cildinin sonuna elaveler kimi daxil edildiler I Efsar terefinden hazirlanmis bu nesr sonradan daha iki defe 1350 1971 ve 1382 2003 cu illerde cap olundu Bu nesrin qusurlu cehetlerinden biri onun zeruri serhlerle techiz olunmamasindan ibaretdir 1985 ci ilde iranli tedqiqatci Sahrudi Tarix i alemara yi Abbasi nin dasbasma metnini bir kitab seklinde ofset usulu ile tekrar nesr etdirmisdir 1998 ci ilde Tehranda M I Rizvani terefinden hazirlanmis uc cildden ibaret nesrde de menbenin litoqrafik metni esas goturulmusdur Onun nesrinin ferqli ceheti bundan ibaretdir ki o Iranin sexsi kolleksiyalarinda muhafize olunan dord elyazma nusxesinin komeyi ile dasbasma capinin metnine bir sira duzelisler etmis ve deqiqlesdirmeler aparmisdir Lakin tertibci nusxeler arasinda movcud olan yalniz en muhum ferqleri gostermekle kifayetlenmisdir ve buna gore de onun hazirladigi nesri tam menada elmi tenqidi nesr hesab etmek dogru deyildir Gorunduyu kimi Tarix i alemara yi Abbasi eseri defelerle cap olunsa da onun mukemmel elmi tenqidi metni hele de hazirlanmamisdir Beynelxalq miqyasda I Efsarin nesri moteber ve meshur hesab olundugu ve genis sepkide istifade edildiyi ucun biz menbenin fars dilinden Azerbaycan diline tercumesini mehz I Efsarin nesri esasinda heyata kecirmisik ve hemin nesrin catismazliqlarini bosluqlarini doldurmaq deqiqlesdirme aparmaq meqsedi ile AMEA M Fuzuli adina Elyazmalar Institutunda saxlanan nusxelerden istifade etmisik Bu nusxelerden goturulmus parcalar tercumenin metninde kursiv seklinde verilmisdir 1 Eserin basqa dillere tercumeleri Redakte Tarix i alemara yi Abbasi eseri hele Osmanli bas veziri Damad Ibrahim pasanin 1718 1730 cu illerde bas vezir olmusdur gosterisi ile Muderris Mehemmed Nabih Efendi terefinden Osmanli turkcesine tercume edilmisdir Bu tercumenin sonu naqis olan elyazmasi hal hazirda Istanbulun Topqapi sarayi muzeyinin kitabxanasinda muhafize olunmaqdadir Menbenin farsca metninden Turkmenistan tarixine dair iqtibaslar A A Romaskevicin redaktesi altinda rus diline tercume edilmisdir Lakin bu tercume olduqca serbest ve muxteser sekilde heyata kecirilmis seir parcalari temteraqli ibareler buraxilmis hetta bezi hallarda menbenin melumatlari tehrif olunmus ve tercume zamani mueyyen sehvlere yol verilmisdir Rus serqsunasi O F Akimuskin Isgender Munsinin I Sah Tehmasib dovrunun xettatlarina hesr etdiyi kicikhecmli fesli Saltikov Sedrin adina kitabxanada saxlanan elyazma esasinda rus diline tercume etmisdir Azerbaycan tarixcisi O E Efendiyev Azerbaycan Sefeviler dovleti XVI esrde adli monoqrafiyasinda Isgender bey Munsinin I Sah Tehmasib dovrunun sonundaki qizilbas emirlerine hesr etdiyi parcanin rus dilinde tercumesini vermisdir Tarix i alemara yi Abbasi R M Seyveri terefinden ingilis diline tam tercume olunaraq iki cildde nesr edilmisdir Eserin Azerbaycan diline tercumesi uzre hele oten esrin 50 ci illerinden etibaren bezi tesebbusler gosterilmis lakin bu isler ardicil ve intensiv xarakter dasimamis yarimciq qalmisdir Oxuculara teqdim olunan bu kitab Tarix i alemara yi Abbasi nin birinci cildinin fars dilinden Azerbaycan diline ilk tam tercumesidir Tercume isi AMEA nin bas planina daxil olmus ve bu setirlerin muellifleri terefinden A Bakixanov adina Tarix Institutunun Azerbaycanin orta esrler tarixi sobesinde yerine yetirilmisdir Menbe uzerinde apardigimiz is prosesinde bir terefden eserin tercumesinin muasir oxucu ucun daha dogma ve anlasilan terzde olmasina cehd gosterilmis diger terefden de tercume zamani menbenin ozunemexsus xususiyyetlerini ve debdebeli uslubunu qoruyub saxlamaga diqqet yetirilmisdir Bezi hallarda metndeki seir parcalarinin bedii tercumesine tesebbus gosterilmis bedii tercumenin seirin orijinal menasina xelel getire bileceyi yerlerde ise setri tercumeye ustunluk verilmisdir Dovrun terminologiyasini qoruyub saxlamaq ucun dovlet qurulusu ile bagli olan istilahlar vezife adlari herbi terminler vergi novleri ve s orijinalda oldugu kimi verilmis ve onlarin her birine dair serh ve izahlar teqdim olunmusdur Menbenin metninde olmayan lakin cumlenin menasinin anlasilmasi ucun gerekli olan sozler duzbucaqli moterize daxilinde qeyd olunmusdur Menbede eksini tapmis lakin tercume zamani elave izaha ehtiyaci olan fikir ve ifadelerden sonra adi moterize daxilinde aydinlasdirici melumatlara yer verilmisdir Hicri tarixlerinin miladi teqvimi ile qarsiligi ve tercume olunmus bezi ozunemexsus ifadelerin orijinal metndeki yazilisinin transfoneliterasiyasi da adi moterize daxilinde eks olunmusdur Kursivle yazilmis parcalar Tehran capinda olmayan ve tercume metnine menbenin Baki elyazmalari esasinda elave edilen hisselerdir Yeri geldikce muxtelif dillerde olan ilkin menbeler muasir tedqiqat eserleri ensiklopediyalar ve soraq melumat kitablari esasinda eserin metninde rast gelinen bir sira istilahlara hadiselere cografi ve sexs adlarina dair lazimi serhler verilmisdir Tercume metninde sozlerin yazilisi zamani Azerbaycan dilinin orfoqrafiya lugeti nin AMEA Nesimi adina Dilcilik institutu terefinden hazirlanmis son nesrindeki duzelis ve yenilikler nezere alinmisdir Ilk defe bu cur iri hecmli ve olduqca temteraqli usluba malik bir tarixi menbe fars dilinden Azerbaycan diline tercume edildiyi ucun burada mueyyen qeliz cumlelerin ve ifadelerin hemcinin redakte ve korrektura baximindan bezi xetalarin olmasi mumkundur 1 Menbenin oyrenilmesi tarixi RedakteSefevi saray tarixsunasligina yeni bir nefes getiren Isgender bey Munsinin yaradiciligi ondan sonra gelen bir sira salnamecilere tesir gostermis ve onun Tarix i alemara yi Abbasi eserinin materiallarindan hele Sefeviler zamaninda tarixi eserlerin yazilmasinda istifade edilmisdir Hetta klassik tarixsunasliq enenelerini davam etdiren XIX esr Iran tarixcisi Rzaqulu xan Hidayet ozunun Rovzetus sefayi Nasiri eserini yazarken Tarix i alemara yi Abbasi den xeyli derecede behrelenmisdir Azerbaycan tarix elminde XIX esrin birinci yarisindan etibaren Tarix i alemara yi Abbasi eseri oyrenilmekde ve istifade olunmaqdadir A Bakixanov Gulustan i Irem eserinde Sefevilerle bagli meqamlara toxunarken istifade etdiyi en muhum qaynaqlardan biri mehz Isgender bey Munsinin bu eseri olmusdur M F Axundov ister elmi isterse de bedii eserlerinde Isgender bey Munsinin yaradiciligindan faydalanmisdir O ozunun Aldanmis kevakib povestini Tarix i alemara yi Abbasi nin motivleri esasinda yazmisdir Bundan basqa M F Axundov I Sah Abbas zamaninda Bagdad ugrunda geden Sefevi Osmanli mucadilesine hesr etdiyi meqalesindeki faktlari Isgender bey Munsinin adi cekilen eserinden goturmusdur Azerbaycan tarixcisi E E Rehmani Isgender bey Munsinin bu eserini olkemizin tarixine dair menbe kimi tedqiq etmis ve bu movzuda deyerli bir monoqrafiya nesr etdirmisdir Veten tarixsunasliginin bir sira numayendeleri O E Efendiyev M X Heyderov S M Onullahi T M Musevi S B Asurbeyli M X Nemetova E M Recebli Y M Mahmudov S F Ferzeliyev S K Memmedova Z H Bayramov R M Memmedova R E Agayev ve b hemcinin bezi filoloqlarimiz S Mumtaz H Zerinezade M Abbasli E Memmedov M Qasimli ve b done done Tarix i alemara yi Abbasi eserine muraciet etmisler Avropa tarix elminde sozugeden menbenin ilk tedqiqatcilari XIX esrde Frank von Erdman Silvester de Sasi B Dorn ve V V Velyaminov Zernov olmuslar Sonradan Rus sovet alimlerinden I P Petrusevski B N Zaxoder A A Romaskevic O F Akimuskin N D Mikluxo Maklay Qerb serqsunasliginin numayendelerinden E G Broun C A Stori L L Bellan V Hinz V F Minorski A Lambton R M Seyvori H R Romer K M Rohrborn S A Quinn Turkiye tarixsunasliginda B Kutukoglu F Sumer F Kirzioglu Iran tarixcilerinden N Felsefi E Kesrevi E Nevai E Vilayeti ve bir cox digerleri Tarix i alemara yi Abbasi den genis sepkide istifade etmisler Qetiyyetle demek olar ki bu eser Sefevi dovrunun tarixini oyrenen tedqiqatcilarin en cox istinad etdikleri moteber bir mexezdir 1 Eserin strukturu RedakteIsgender bey Sefevi hokmdarlari tarixine hesr etdiyi oz meshur eserini iki variant halinda hazirlamisdir I variant hicri tarix ile 1025 ci ilde miladi 1616 tamamlanmis II variant ise hicri 1038 ci ilde miladi 1629 bitirilmisdir Variantlarin birincisi hecm etibarile cox boyuk olan ve 12 meqaleye bolunen Muqeddime ni ve muellif terefinden Sehife adlanan iki cildi ehate edir Variantlarin ikincisi ise yene Sehife adlanan uc cildi ehate edir ki I cildde 12 meqale eks olunur lakin qedim Tehran nusxesine esasen Irec Efsar Tarixe alemaraye Abbasi nin I meqalesini sonraki 2 12 ci meqalelerden ayirmis ve hemin 11 meqale kitabin ikinci hissesinin 1099 1116 ci sehifelerinde verilmisdir Birinci meqale Sefevilerin Sah Abbasa qederki nesil seceresini ve ondan evvelki 4 sefevi hokmdarinin I Sah Ismayil I Sah Tehmasib II Sah Ismayil ve Sah Mehemmed Xudabende tarixcesini qalan 11 meqale ise birinci meqale kimi mufessel olmadan tam yigcam sekilde Sah Abbasin ferdi xususiyyetlerini habele quruculuq islerini ve herbi siyasi fealiyyetini ehate edir Hemin 11 meqalenin hamisi Sah Abbas omrunun 38 ve 39 cu illerini ehate eden hicri 1033 miladi 1624 cu ilden sonra yazilmisdir Hemin 11 meqalenin tekce serlovhelerine diqqet yetirmek muellifin Sah Abbasa olan boyuk mehebbet ve ehtiraminin inikasi kimi diqqetelayiqdir Isgender bey onlarin adlarini bir bir bele sadalayir ve onlara bir nece sehife ayirir Ikinci meqale O hezretin Sah Abbasin Allah dergahina diqqet ve hedsiz bagliliginin estegraq zikridir Ucuncu meqale O hezretde teqdir sehifesine uygun ilahi mehebbet ve biliyin oturusu esabat habele gorduyu islerin gozelliyi haqqinda Dorduncu meqale O hezrete verilen sahibqranliq rutbesinin leyaqeti bas veren tehlukelerin ve xos sonluqla basa catan seadetli qranlarin ulduzlarin nehslik ve bedbextliklerinden qurtulma zikri Besinci meqale O hezret terefinden edaletperverliyin yollarin emniyyetinin ve insanlarin yasayis seraitinin yukseldilmesi barede Altinci meqale O hezret terefinden ilahi hikmetlerden olan sert hokmlerin icrasi haqqinda Yeddinci meqale O hezretin cahandarliq terzi ayin ve hokmranliq etme qaydalari haqqinda Sekkizinci meqale O hezrete xas anlasilmaz xasiyyeti biteeyyoni dervisane xisleti dervisnehadi xudbin olmamasi bitekellofi ve onda iki tezadli xususiyyetin movcudlugu haqqinda Doqquzuncu meqale O hezretin xidmetkarlarin huquqi haqlarini qorumasi ve onlarin mulkiyyetlerine toxunmamasinin zikri Onuncu meqale O hezretin xos xisleti sekoftetebi onun alemdeki veziyyet ve ummet tebeqeleri ile tanisligi haqqinda On birinci meqale O hezret terefinden xeyriyye tesisatlari ve imaretler insasinin zikri On ikinci meqale O hezretin Humayun hakimiyyeti vaxti bas veren hadiseler muharibeler ve qelebelerin zikri Tarixe alemaraye Abbasi kitabinin I cildini bitiren muellif II cildi davam etdirmeye baslayir ve onun qelemi Sah Abbasin taxta culusundan baslayaraq onun hakimiyyetinin ilk otuz ilini yazmaga yonelir 1587 1616 ci iller III cild ise 1629 cu iledek davam edir Isgender bey Munsi mukemmel savada malik sexs olmusdur ki bunu onun qeleminden cixan her cumle subut edir Siyasi hadiseler haqqinda nisbeten asan ve haminin basa duseceyi bir dille yazmisdir qalan meseleler ise elmi iqtisadi dini ideoloji diplomatik ve s olduqca qeliz soz cumle ve ibarelerle ifade olunmusdur Kitabi oxuyarken sefevi sarayinin gorkemli munsisi olan Isgender bey hem de seri musiqini yasadigi dovrun revacda olan elmlerini mukemmel bilen bir sima kimi nezeri celb edir 2 Tarix i alemara yi Abbasi eserinin menbeleri RedakteIsgender bey Munsi oz eserini yazarken esas etibarile dord nov melumat menbeyinden yararlanmisdir Oxudugu kitablar Sexsi musahideleri Resmi dovlet senedleri Muxtelif sexslerden esitdiyi ehvalatlar Eserinin birinci cildinde o bir sira yazili menbelerden istifade etmisdir O oz menbeleri sirasinda XIV esr muelliflerinden Ibn Bezzazin Sefvetus sefa Hemdulla Qezvininin Nuzhetul qulub XV esr muelliflerinden Ebdurrehman Caminin Nefehatul uns Ebu Bekr Tehraninin Kitab i Diyarbekriyye Seyid Zehireddin Meresinin Tarix i Teberistan u Ruyan u Mazandaran Mirxondun Rovzetus sefa XVI esr muelliflerinden Ibrahim Emininin Futuhat i sahi Qiyaseddin Xandemirin Xulasetul exbar ve Hebibus siyer Mir Yehya Qezvininin Lubbut tevarix Qazi Ehmed Qeffarinin Tarix i cahanara Hesen bey Rumlunun Ehsenut tevarix Ellami Ebulfezlin Ekbername kimi eserlerinin adlarini cekir O istifade etdiyi salnamelerden melumatlari goturmekle kifayetlenmemis bir sira hallarda onlari tehlil ve muqayise etmis tenqidi munasibet bildirmisdir Lakin tebiidir ki Isgender bey Munsi kimi oz dovrunun ziyali ve qabaqcil bir sexsiyyetinin mutalie etdiyi ve behrelendiyi eserlerin adlarini bu siyahi ile mehdudlasdirmaq olmaz Bunlarla yanasi o bir sira diger tarixi edebi dini felsefi ve s movzularda yazilmis kitablarla zemanesinin muxtelif yonlu elmi edebiyyati ile tanis olmus ve bu tanisliq onun yaradiciligina buve ya diger derecede tesirini gostermisdi I Sah Tehmasibin vefati erefesindeki ve ondan sonraki hadiseleri serh ederken artiq Isgender bey Munsi hadiselerin muasiri bir cox hallarda ise sahidi ve ya istirakcisi kimi cixis edir Dovlet defterxanasinda islediyi ucun resmi senedlerle tanisliq imkani olan muellif oz eserini bir cox dovlet senedlerinin ve diplomatik yazismalarin metnleri ve faktlari ile zenginlesdirmisdir Bundan elave o oz eserine muxtelif tarixi sexsiyyetlerden ve dovlet adamlarindan esitdiyi ehvalatlari ve teferruatlari daxil etmisdir 1 Tarix i alemara yi Abbasi eserinin Azerbaycan tarixi ucun menbe kimi ehemiyyeti RedakteIsgender bey Munsi demek olar ki Azerbaycanin her yerini gezib dolasmis Tebrizde Erdebilde Naxcivanda Eherde Xoyda Makuda Gencede Ordubadda Samaxida Bakida ve s seherlerde olmusdur O oz eserinde bir Azerbaycanli kimi veteninin tarixine xususi diqqet yetirmisdir Azerbaycan XVI esrde Sefeviler dovletinin istinadgahi ve merkezi idi Mehz bu sebebdendir ki Isgender bey Munsi I Sah Ismayilin Azerbaycanin seltenet ve padsahliq taxti ugrunda mubarize apardigini qeyd edir Azerbaycan memleketini butun Sefeviler dovletinin esasi ve qosun menbeyi adlandirir Sefeviler dovletinin qurulmasinda ve inkisafinda turk qizilbas tayfalarinin mustesna fealiyyeti danilmazdir Tarix i alemara yi Abbasi uzerinde apardigimiz hesablamalara esasen deye bilerik ki menbenin metninde Azerbaycan Sefeviler dovletinin yaranmasindan I Sah Abbasin hakimiyyete gelisine qederki dovredek yeni 1501 1587 ci illerin hadiselerinden behs edilerken dovletin idare olunmasinda feal istirak etmis 300 den artiq turk qizilbas emirinin adi cekilir Bu statistik hesablama Sefeviler dovletinin merkezi rehberliyinde ve bu dovlete daxil olan eyaletlerin idareciliyinde Azerbaycan tayfalarinin oynadiqlari muhum rolun bariz gostericisidir Hetta I Sah Abbasin islahatlarindan sonra da Azerbaycan Sefevi imperiyasinin en muhum vilayetlerinden biri olaraq qalmis qizilbas tayfalari ise dovletin suqutuna qeder ehemiyyetli quvve hesab olunmuslar Isgender bey Munsinin Azerbaycanin herbi siyasi tarixi ictimai iqtisadi veziyyeti ve medeniyyet heyati haqqinda verdiyi bilgiler olduqca onemlidir Menbenin oxuculara teqdim olunan birinci cildinde Sefevilerin Azerbaycan torpaqlarini birlesdirmek ugrunda mubarizesi Azerbaycan Sefeviler dovletinin qurulmasi XVI yuzillikde Azerbaycan ugrunda Sefevi Osmanli savaslari Sirvan ve Sekinin Azerbaycan Sefeviler dovletine birlesdirilmesi olkenin daxili ictimai siyasi veziyyeti inzibati idarecilik sistemi ehaliden yigilan vergiler torpaq mulkiyyeti formalari seher heyati sosial iqtisadi munasibetler ve s haqqinda maraqli ve dolgun melumatlar movcuddur Melumdur ki orta esr serq tarixcileri hadiseleri tesvir ederken arabir meshur sairlerin eserlerinden parcalar iqtibas getirirdiler Isgender bey Munsi de bu qaydaya riayet ederek bir cox sairlerin yaradiciligindan numuneler verir O xususen de dahi Azerbaycan sairi Nizami Genceviye olan vurgunlugunu gizletmir ve bir sira hallarda oz fikrini quvvetlendirmek ucun onun hikmetli beytlerine muraciet edir Isgender bey Munsi bir azerbaycanli kimi oz ana dilinde olan seirlerden de ornekler teqdim etmisdir Onun Sah Ismayil Xetainin Museyib xan Tekelunun Sahqulu bey Rumlunun turkdilli poeziyasi haqqinda verdiyi yigcam lakin deyerli melumatlar boyuk maraq dogurur Isgender bey Munsi gorkemli Azerbaycan alimi sairi ve ressami Sadiq bey Efsarin heyat ve yaradiciligina xususi diqqet yetirir Menbede bir sira azerbaycanli elm ve medeniyyet xadimleri hekimler xettatlar ve musiqisunaslar haqqinda melumat verilir Tam eminlikle demek olar ki klassik tarixsunasligimizin layiqli temsilcisi olan Isgender bey Munsinin Tarix i alemara yi Abbasi eseri neinki Azerbaycanin hem de Iranin Turkiyenin Gurcustanin Iraqin Efqanistanin Turkmenistanin Ozbekistanin Hindistanin ve s serq olkelerinin ve xalqlarinin tarixini oyrenmek baximindan danilmaz ehemiyyet kesb edir 1 Menbe RedakteIsgender bey Munsi Turkman Dunyani bezeyen Abbasin tarixi Baki 2009 792 s Dunyani bezeyen Abbasin tarixi Tarix i alemara yi Abbasi Muellif Isgender bey Munsi Turkman Fars dilinden ceviren Sahin Ferzeliyev Sahin Fazil Layihenin rehberi redaktor ve on sozun muellifi Yaqub Mahmudov Baki Serq Qerb Nesriyyat evi 2010 1144 sehife Istinadlar Redakte 1 2 3 4 5 6 Isgender bey Munsi Turkman Dunyani bezeyen Abbasin tarixi Baki 2009 s 3 17 Isgender bey Munsi TurkmanHemcinin bax Redakte Menbe https az wikipedia org w index php title Tarix i alem aray i Abbasi amp oldid 5487417, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

, en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.