Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur. Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.
Butan | |||||
---|---|---|---|---|---|
འབྲུག་ཡུལ་ (Druk Yul) | |||||
| |||||
Himn: འབྲུག་ཙན་དན་(Druk Tzenden) | |||||
Tarixi | |||||
• Əsası qoyulub | 17 dekabr 1907 | ||||
Paytaxt | Thimphu | ||||
İdarəetmə forması | |||||
Kral | [9.XII.2006 ~ | ||||
Baş Nazir | [30.VII.2013 ~ | ||||
Sahəsi | Dünyada 136-cı | ||||
• Ümumi | 47000 km² | ||||
• Su sahəsi (%) | <1 | ||||
Əhalisi | |||||
• Əhali | 740 min nəfər (164-cü) | ||||
• Sıxlıq | 15 nəf./km² | ||||
![]() |
İrsi monarxiyanın qurulması
1907-ci ildə onların ən nüfuzlusu Uqyen Vanqçuk (1861-1926) ilk dünyəvi irsi monarx elan edildi . 1933-cü ildə drahma racə vəzifəsi qəti olaraq ləğv edildi.
Butan ənənəvi olaraq Tibetin siyasi dairəsinə daxil idi və 1910-cu ilədək ondan vassal asılılığında qalırdı. Avropalılar Butan haqqında ilk məlumatı 1626-cı ildə Portuqaliya missionerlərindən aldılar, 1772-ci ildə ingilislər Butanla rəsmi əlaqələr qurdular.
Böyük Britaniyanın müdaxiləsi
Hindistanda müstəmləkə ağalığı sistemini yaradan Böyük Britaniya, tədricən Butanı da nəzarət altına alaraq özünün protektoratına çevirdi. Hindistandakı ingilis idarəsinin Butan hakimləri ilə imzaladıqları bir sıra müqaviləyə (ən mühümləri 1841, 1865, 1910) əsasən Assam və Benqaliya ilə sərhəddəki dağ keçidləri Butandan alındı, xarici siyasətə rəhbərlik ingilislərin əlinə keçdi, Butan hakiminə isə kompensasiya kimi 1865-ci ildən hər il 50 min (1910-cu ildən 100 min) həcmində maliyyə yardımı verilməsinə başlandı.
Müstəqilliyin əldə edilməsi
Hindistan istiqlaliyyət qazandıqdan sonra (1947) Hindistan hökuməti Butan ilə "Dostluq haqqında müqavilə" (1949-cu il 8 avqust) bağladı. Müqaviləyə görə Butan daxili siyasətdə, o cümlədən müdafiə məsələlərində tam müstəqilliyini saxlayaraq xarici siyasətdə Hindistanın məsləhətlərinə əməl etməyə razılıq verdi. 1865-ci ildə zorla alınmış Devangiri mahalı Butana qaytarıldı, Butan hakiminə verilən maliyyə yardımı 500 min rupiyədək artırıldı. 1950-ci ildən Çin Xalq Respublikasının Butana ərazi iddiaları irəli sürməsi ilə əlaqədar ölkənin şimal sərhədi boyunca Hindistan qarnizonları yerləşdirildi.
1950-ci ildə Hindistan onu Butanla birləşdirən yollar çəkdirdi, bu da krallığın təcrid olunmasına son qoydu (avropalıların Butana gəlməsinə yalnız 1974-cü ildən icazə verildi. Hindistanın dəstəyi ilə krallığın nümayəndəlik institutlarının formalaşdırılması prosesi başladı. Kral Ciqme Dorci Vanqçukun (1927-1972) hakimiyyəti dövründə Kral məşvərətçi şurası yaradıldı, 1953-cü ildə qismən seçilən Milli məclis (Sonqdu) fəaliyyətə başladı. Butanda nizami ordu yaradıldı, quldarlıq ləğv edildi, Thimphu ölkənin daimi paytaxtı oldu. SES-in və Butanın mərkəzi rayonlarından Hindistan sərhəddinə yolun tikintisinə başlanıldı. Kral islahatları, ilk növbədə torpaq islahatı iri torpaq sahiblərinin və ruhanilərin bir hissəsinin müqaviməti ilə üzləşdi. Lakin "yuxarıdan" islahatların keçirilməsi kursu dəyişmədi. 1960-cı illərin sonlarında monastırların aldıqları torpaq rentası dövlət təminatı ilə əvəz olundu, monastırların bir qismi bağlandı, rahiblərin sayı isə ixtisar edildi. Yeni kral Ciqme Sinqay Vanqçuk (1955-ci ildə anadan olmuşdur) konstitusiyalı monarxiya institutlarının formalaşdırılmasını davam etdirdi. Əvvəllər yaradılmış Nazirlər şurası 1990-cı illərdə Sonqdu tərəfindən təyin olunmağa başlandı. 1998-ci il qanunu Sonqduya 2/3 səs çoxluğu ilə kralı hakimiyyətdən uzaqlaşdırmaq hüququ verdi. 2002-ci ildə Butanda 21 yaşına çatmış bütün şəxslər üçün ümumi seçki hüququ tətbiq edildi. 2004-cü ilin dekabrında Konstitusiya layihəsi işlənib hazırlandı. 2006-cı il dekabrın 14-də Butanın dördüncü kralı Ciqme Sinqay Vanqçuk oğlu Ciqme Khesar Namqyalın (1980-ci ildə anadan olmuşdur) xeyrinə taxtdan əl çəkdi.
1988-ci ildə Butan kralı hinduizm əlaməti olan etnik nepallıların nüfuzunun zəiflədilməsinə yönəldilmiş bir sıra qanunlar qəbul etdi. Bu da 1990-cı ildə ölkənin cənubunda Assam və Qərbi Benqaliyanın sol qüvvələri tərəfindən dəstəklənən bir qrup nepallının başçılığı ilə kral əleyhinə çıxışlara səbəb oldu. Çıxışlar polis tərəfindən yatırıldı. Nepal azlıqlarının hüquqlarının məhdudlaşdırılması və 1990-cı ildən sonra nepallıların bir qisminin Butandan köçməsi Nepal-Butan münasibətlərinin kəskinləşməsinə gətirib çıxardı. Hindistan və BMT-nin iştirakı ilə Nepal və Butan arasında qaçqınların (100 min nəfər) qayıtması məsələsinə dair danışıqlar nəticə vermədi. 1990-cı illərin sonlarında Butana Hindistanın şimal rayonlarından separatist təşkilatların döyüşçüləri soxuldular. 2003-cü ildə ordu onlara qarşı müvəffəqiyyətli əməliyyat keçirdi.
İstinadlar
- Fraser, Neil; Bhattacharya, Anima; Bhattacharya, Bimalendu. Geography of a Himalayan Kingdom: Bhutan. Concept Publishing. 2001. səh. 1. ISBN . 2020-11-24 tarixində . İstifadə tarixi: 2017-11-11.
- "Background Note: Bhutan" 2010-10-06 at the Wayback Machine. U.S. Department of State (March 2008).
- Worden, Robert L. "Establishment of the Hereditary Monarchy, 1907". In Savada.
- Biswajyoti Das. "Bhutan's new king committed to democracy" (ingilis). (со ссылкой на Reuters). 18 декабря 2006. 2012-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-27.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Butanin tarixi VII esrde Tibetden buddizmin yayilmasi ile six baglidir Sonraki bir nece esr erzinde Butanin munbit vadileri Tibetden gelmeler terefinden meskunlasmisdir Butanda Tibet lamalari terefinden cox sayda monastirlarin esasi qoyulmusdur Onlardan en irileri XVI esre aiddir ve Tibet buddizminin bir nece qolu ile baglidir Butan dovleti XVII esrin evvellerinde buddizmin muxtelif cereyan ve mekteblerinin dunyevi ve dini hakimiyyet ugrunda mubarizesi gedisinde meydana gelmisdir Butanin banisi Tibet rahibi Sabdrunq Nqavant Namqyal 1594 1651 hesab olunur O Butanda dualist hakimiyyet sistemi yaratmis idarecilik uzre selahiyyetleri dunyevi deb race ve dini drahma race bascilar arasinda bolusdurmusdur Lamaizmin hakim drukpa karcupa mektebinin temsilcileri olan Butanin sonraki dini hokmdarlarina tebeeleri Sabdrunqun inkarnasiyalari kimi sitayis edirdiler Monastir qalalarin dzonqlarin bascilari xeyli derecede musteqilliklerini saxlayirdilar Tedricen Butanda hakimiyyet eyaletleri idare eden iri feodal serkerdelerin eline kecdi Butanའབ ག ཡ ལ Druk Yul Bayraq GerbHimn འབ ག ཙན དན Druk Tzenden Tarixi Esasi qoyulub 17 dekabr 1907Paytaxt ThimphuIdareetme formasiKral 9 XII 2006 Bas Nazir 30 VII 2013 Sahesi Dunyada 136 ci Umumi 47000 km Su sahesi lt 1Ehalisi Ehali 740 min nefer 164 cu Sixliq 15 nef km Vikianbarda elaqeli mediafayllarIrsi monarxiyanin qurulmasi1907 ci ilde onlarin en nufuzlusu Uqyen Vanqcuk 1861 1926 ilk dunyevi irsi monarx elan edildi 1933 cu ilde drahma race vezifesi qeti olaraq legv edildi Butan enenevi olaraq Tibetin siyasi dairesine daxil idi ve 1910 cu iledek ondan vassal asililiginda qalirdi Avropalilar Butan haqqinda ilk melumati 1626 ci ilde Portuqaliya missionerlerinden aldilar 1772 ci ilde ingilisler Butanla resmi elaqeler qurdular Boyuk Britaniyanin mudaxilesiHindistanda mustemleke agaligi sistemini yaradan Boyuk Britaniya tedricen Butani da nezaret altina alaraq ozunun protektoratina cevirdi Hindistandaki ingilis idaresinin Butan hakimleri ile imzaladiqlari bir sira muqavileye en muhumleri 1841 1865 1910 esasen Assam ve Benqaliya ile serheddeki dag kecidleri Butandan alindi xarici siyasete rehberlik ingilislerin eline kecdi Butan hakimine ise kompensasiya kimi 1865 ci ilden her il 50 min 1910 cu ilden 100 min hecminde maliyye yardimi verilmesine baslandi Musteqilliyin elde edilmesiHindistan istiqlaliyyet qazandiqdan sonra 1947 Hindistan hokumeti Butan ile Dostluq haqqinda muqavile 1949 cu il 8 avqust bagladi Muqavileye gore Butan daxili siyasetde o cumleden mudafie meselelerinde tam musteqilliyini saxlayaraq xarici siyasetde Hindistanin meslehetlerine emel etmeye raziliq verdi 1865 ci ilde zorla alinmis Devangiri mahali Butana qaytarildi Butan hakimine verilen maliyye yardimi 500 min rupiyedek artirildi 1950 ci ilden Cin Xalq Respublikasinin Butana erazi iddialari ireli surmesi ile elaqedar olkenin simal serhedi boyunca Hindistan qarnizonlari yerlesdirildi 1950 ci ilde Hindistan onu Butanla birlesdiren yollar cekdirdi bu da kralligin tecrid olunmasina son qoydu avropalilarin Butana gelmesine yalniz 1974 cu ilden icaze verildi Hindistanin desteyi ile kralligin numayendelik institutlarinin formalasdirilmasi prosesi basladi Kral Ciqme Dorci Vanqcukun 1927 1972 hakimiyyeti dovrunde Kral mesveretci surasi yaradildi 1953 cu ilde qismen secilen Milli meclis Sonqdu fealiyyete basladi Butanda nizami ordu yaradildi quldarliq legv edildi Thimphu olkenin daimi paytaxti oldu SES in ve Butanin merkezi rayonlarindan Hindistan serheddine yolun tikintisine baslanildi Kral islahatlari ilk novbede torpaq islahati iri torpaq sahiblerinin ve ruhanilerin bir hissesinin muqavimeti ile uzlesdi Lakin yuxaridan islahatlarin kecirilmesi kursu deyismedi 1960 ci illerin sonlarinda monastirlarin aldiqlari torpaq rentasi dovlet teminati ile evez olundu monastirlarin bir qismi baglandi rahiblerin sayi ise ixtisar edildi Yeni kral Ciqme Sinqay Vanqcuk 1955 ci ilde anadan olmusdur konstitusiyali monarxiya institutlarinin formalasdirilmasini davam etdirdi Evveller yaradilmis Nazirler surasi 1990 ci illerde Sonqdu terefinden teyin olunmaga baslandi 1998 ci il qanunu Sonqduya 2 3 ses coxlugu ile krali hakimiyyetden uzaqlasdirmaq huququ verdi 2002 ci ilde Butanda 21 yasina catmis butun sexsler ucun umumi secki huququ tetbiq edildi 2004 cu ilin dekabrinda Konstitusiya layihesi islenib hazirlandi 2006 ci il dekabrin 14 de Butanin dorduncu krali Ciqme Sinqay Vanqcuk oglu Ciqme Khesar Namqyalin 1980 ci ilde anadan olmusdur xeyrine taxtdan el cekdi 1988 ci ilde Butan krali hinduizm elameti olan etnik nepallilarin nufuzunun zeifledilmesine yoneldilmis bir sira qanunlar qebul etdi Bu da 1990 ci ilde olkenin cenubunda Assam ve Qerbi Benqaliyanin sol quvveleri terefinden desteklenen bir qrup nepallinin basciligi ile kral eleyhine cixislara sebeb oldu Cixislar polis terefinden yatirildi Nepal azliqlarinin huquqlarinin mehdudlasdirilmasi ve 1990 ci ilden sonra nepallilarin bir qisminin Butandan kocmesi Nepal Butan munasibetlerinin keskinlesmesine getirib cixardi Hindistan ve BMT nin istiraki ile Nepal ve Butan arasinda qacqinlarin 100 min nefer qayitmasi meselesine dair danisiqlar netice vermedi 1990 ci illerin sonlarinda Butana Hindistanin simal rayonlarindan separatist teskilatlarin doyusculeri soxuldular 2003 cu ilde ordu onlara qarsi muveffeqiyyetli emeliyyat kecirdi IstinadlarFraser Neil Bhattacharya Anima Bhattacharya Bimalendu Geography of a Himalayan Kingdom Bhutan Concept Publishing 2001 seh 1 ISBN 978 8170228875 2020 11 24 tarixinde Istifade tarixi 2017 11 11 Background Note Bhutan 2010 10 06 at the Wayback Machine U S Department of State March 2008 Worden Robert L Establishment of the Hereditary Monarchy 1907 In Savada Biswajyoti Das Bhutan s new king committed to democracy ingilis so ssylkoj na Reuters 18 dekabrya 2006 2012 02 11 tarixinde arxivlesdirilib Istifade tarixi 2011 01 27