Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Burqundiya hersoqluğu fr Duché de Bourgogne Qərbi Avropada 9 15 ci əsrlərdə mövcud olmuş dövlət əsası hersoq II Robert t

Burqundiya hersoqluğu

Burqundiya hersoqluğu
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az


Burqundiya hersoqluğu (fr. Duché de Bourgogne) - Qərbi Avropada 9-15-ci əsrlərdə mövcud olmuş dövlət. Əsası hersoq II Robert tərəfindən qoyulmuş Burqundiya hersoqluğu 1477-ci ildə Nansi müharibəsindən sonra dağılmışdır.

Tarixi dövlət
Burqundiya hersoqluğu
fr. Duché de Bourgogne
lat. Ducatus Burgundiae
image image
Bayraq Gerb
image
Burqundiya və Hollandiya torpaqları hersoq Çarlzın hakimiyyəti zamanı.
880 — 1477

Paytaxt Dijon
Rəsmi dilləri Latın və Fransız
Dövlət dini Roma-Katolik kilsəsi və İudaizm
İdarəetmə forması Monarxiya
image Vikianbarda əlaqəli mediafayllar

German tayfası burqundların keçmiş krallığının 843-cü ildə Qərbi Frank krallığının tabeliyinə keçən şimal-qərb hissəsində yaranmışdı. Burqundiya hersoqu Raul 923–936-cü illərdə Fransa kralı idi. 956-cı ildə onun sülaləsi kəsildikdən sonra Burqundiya hersoqluğu kral Huqo Kapetin qardaşları Robertilər sülaləsinin hakimiyyətinə keçdi; onlardan kiçiyinin ölümündən sonra 1002-ci ildə kral domeninə qatıldı, lakin 1032-ci ildə kral I Henrixin kiçik qardaşı, Burqundiya hersoqluğunun birinci Kapetinqlər sülaləsinin banisi Robertə verildi. X –XII əsrlərdə Burqundiya hersoqluğu kilsə islahatı uğrunda mübarizə aparan rahiblər hərəkatının mərkəzinə çevrilmişdir.

1363-cü ildən Burqundiya hersoqluğunu ikinci Kapetinqlər sülaləsi idarə edirdi. XIV əsrin sonlarından Burqundiya hersoqları öz torpaqlarını sürətlə genişləndirirdilər. 1384-cü ildə Cəsur Filipp Flandriyanın, Artua və Burqundiya qraflığının varisi oldu. Burqundiya hersoqlarının nüfuzu kilsə mülkləri Turne, Kambre, Lyej və Utrextə də yayıldı. XV əsrin ortalarında Burqundiya hersoqluğu özünün silki-nümayəndəli təsisatına – ştatlara və parlamentə (o dövrdə hersoq məhkəməsi) malik Qərbin böyük hersoqunun güclü, faktiki olaraq müstəqil dövlətinə çevrildi.

Burqundiya hersoqluğu Avropa siyasətində mühüm rol oynamağa başladı, Fransa ilə siyasi rəqabətə girdi və Lotaringiya, Elzas və İsveçrəni özünə tabe etməyə cəhd göstərdi. Cəsur Karl imperator III Fridrixlə ona kral titulunun verilməsi barədə danışıqlara başladı. Lakin Fransa tərəfindən dəstəklənən İsveçrə və Lotaringiyaya qarşı müharibədə Burqundiya hersoqluğu məğlubiyyətə uğradı. 1477-ci ildə Nansi yaxınlığındakı vuruşmada Cəsur Karlın ordusu darmadağın edildi, özü isə öldürüldü. Burqundiya hersoqlarının mülkləri Fransa və Habsburqlar imperiyası arasında bölüşdürüldü. Burqundiya hersoqluğu imtiyazlı əyalət kimi ştatları, parlamenti və hesablama palatası ilə birlikdə Fransa kral domeninə birləşdirildi.

Burqundiya hersoqlarının Niderland mülkləri Cəsur Karlın qızı Burqundiyalı Mariyanın 1482-ci ildəki ölümündən sonra Habsburqlara keçdi. Böyük Fransa inqilabı illərində Burqundiya əyaləti ləğv edildi və bir neçə departamentə bölündü.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 96. ISBN .
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 97. ISBN .

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Burqundiya hersoqlugu fr Duche de Bourgogne Qerbi Avropada 9 15 ci esrlerde movcud olmus dovlet Esasi hersoq II Robert terefinden qoyulmus Burqundiya hersoqlugu 1477 ci ilde Nansi muharibesinden sonra dagilmisdir Tarixi dovletBurqundiya hersoqlugufr Duche de Bourgogne lat Ducatus BurgundiaeBayraq GerbBurqundiya ve Hollandiya torpaqlari hersoq Carlzin hakimiyyeti zamani 880 1477Paytaxt DijonResmi dilleri Latin ve FransizDovlet dini Roma Katolik kilsesi ve IudaizmIdareetme formasi Monarxiya Vikianbarda elaqeli mediafayllar German tayfasi burqundlarin kecmis kralliginin 843 cu ilde Qerbi Frank kralliginin tabeliyine kecen simal qerb hissesinde yaranmisdi Burqundiya hersoqu Raul 923 936 cu illerde Fransa krali idi 956 ci ilde onun sulalesi kesildikden sonra Burqundiya hersoqlugu kral Huqo Kapetin qardaslari Robertiler sulalesinin hakimiyyetine kecdi onlardan kiciyinin olumunden sonra 1002 ci ilde kral domenine qatildi lakin 1032 ci ilde kral I Henrixin kicik qardasi Burqundiya hersoqlugunun birinci Kapetinqler sulalesinin banisi Roberte verildi X XII esrlerde Burqundiya hersoqlugu kilse islahati ugrunda mubarize aparan rahibler herekatinin merkezine cevrilmisdir 1363 cu ilden Burqundiya hersoqlugunu ikinci Kapetinqler sulalesi idare edirdi XIV esrin sonlarindan Burqundiya hersoqlari oz torpaqlarini suretle genislendirirdiler 1384 cu ilde Cesur Filipp Flandriyanin Artua ve Burqundiya qrafliginin varisi oldu Burqundiya hersoqlarinin nufuzu kilse mulkleri Turne Kambre Lyej ve Utrexte de yayildi XV esrin ortalarinda Burqundiya hersoqlugu ozunun silki numayendeli tesisatina statlara ve parlamente o dovrde hersoq mehkemesi malik Qerbin boyuk hersoqunun guclu faktiki olaraq musteqil dovletine cevrildi Burqundiya hersoqlugu Avropa siyasetinde muhum rol oynamaga basladi Fransa ile siyasi reqabete girdi ve Lotaringiya Elzas ve Isvecreni ozune tabe etmeye cehd gosterdi Cesur Karl imperator III Fridrixle ona kral titulunun verilmesi barede danisiqlara basladi Lakin Fransa terefinden desteklenen Isvecre ve Lotaringiyaya qarsi muharibede Burqundiya hersoqlugu meglubiyyete ugradi 1477 ci ilde Nansi yaxinligindaki vurusmada Cesur Karlin ordusu darmadagin edildi ozu ise olduruldu Burqundiya hersoqlarinin mulkleri Fransa ve Habsburqlar imperiyasi arasinda bolusduruldu Burqundiya hersoqlugu imtiyazli eyalet kimi statlari parlamenti ve hesablama palatasi ile birlikde Fransa kral domenine birlesdirildi Burqundiya hersoqlarinin Niderland mulkleri Cesur Karlin qizi Burqundiyali Mariyanin 1482 ci ildeki olumunden sonra Habsburqlara kecdi Boyuk Fransa inqilabi illerinde Burqundiya eyaleti legv edildi ve bir nece departamente bolundu MenbeAzerbaycan Milli Ensiklopediyasi 25 cildde 5 ci cild Brussel Cimli podzol torpaqlar 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2014 seh 96 ISBN 978 9952 441 10 9 Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 5 ci cild Brussel Cimli podzol torpaqlar 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2014 seh 97 ISBN 978 9952 441 10 9

Nəşr tarixi: İyun 16, 2024, 18:06 pm
Ən çox oxunan
  • Fevral 05, 2025

    Kredit riski

  • Yanvar 27, 2025

    Krasin adına DRES

  • May 04, 2025

    Kraliça-konsort

  • Fevral 04, 2025

    Kral kolleci

  • Aprel 07, 2025

    Kloi Moriondo

Gündəlik
  • Həvarilər

  • İsmayıl Şəms

  • The Beach Boys

  • Qazi Yaşargil

  • Cənub-Şərqi Asiya

  • Polyaklar

  • 1935

  • ABŞ

  • Azərbaycan

  • 17 iyun

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı