Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (film, 2016)
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmidir. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Aquaman, Sayborq və Fləş obrazlarıda daxil edilmişdir.
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi | |
---|---|
ing. Batman v Superman: Dawn of Justice | |
| |
Janr | Fantastika Döyüş Dram |
Rejissor | Zak Snayder |
Prodüserlər | Çarles Roven Debora Snayder |
Əsərin müəllifi | DC Comics tərəfindən dərc olunmuş kitablar əsasında |
Ssenari müəllifləri | Kris Terrio Devid Qoyer |
Baş rollarda | Ben Afflek Henri Kavill Emi Adams Cessi Ayzenberq Diana Leyn Laurens Fişbörn Ceremi Eyrens Holli Hanter Qal Qadot |
Bəstəkarlar | Hans Zimmer Junkie XL |
İstehsalçılar | DC Entertainment RatPac Entertainment Atlas Entertainment Cruel and Unusual Films |
İlk baxış tarixi | 19 mart 2016 (National Auditorium) 25 mart 2016 (ABŞ) |
Filmin növü | Bədii film |
Rəng | rəngli |
Müddət | 151 dəqiqə |
Büdcə | 250 milyon dollar |
Gəlir | 871 milyon dollar |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 2016 |
Əvvəlki film | Polad Adam |
Sonrakı film | İntiharçılar dəstəsi |
IMDb | ID 2975590 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı. Əsas çəkilişlər 2014-cü ildə Miçiqanda baş tutdu və son əlavə çəkilişlər isə İllinoysda həyata keçirildi. 2014-cü ilin dekabr ayında çəkilişlər tamamlandı. Filmin 2D, 3D, və IMAX 3D formatlarda 25 mart 2016-cı ildə Birləşmiş Ştatlarda nümayiş olunacağı bildirildi.
Qısa məzmun
Polad Adam hadisələrindən sonra, özünü Qotem Şəhəri-nin qoruyucusu elan edən Betmen, Metropolisə gələrək burada Supermenə qarşı mübarizə apardığı bir vaxt, bəşəriyyət başqa təhlükəli hadisələrə məruz qalır.
Rollarda
- Ben Afflek — Brüs Uayn / Betmen / milyardçı sosialist; xüsusi geyimdə özünü Qotam Şəhəri-nin müdafiəsinə həsr edir.
- Henri Kavill — Klerk Kent / Supermen / Kriptonlu sağ qalmış şəxs, Daily Planet dərgisində jusrnalis; Supermen adı ilə dünyada yadellilərə qarşı döyüşür.
- Emi Adams — Lois Leyn / Daily Planet dərgisində jurnalist. Supermenə qarşı sevgi və maraq hissləri var.
- Cessi Ayzenberq — Leks Lutor / Supermeni məğlub etməyə çalışan gənc biznesmen.
- Diana Leyn — Marta Kent / Supermenin ögey (övladlığa götürmüş) anası.
- Laurens Fişbörn — Perri Vayt / Daily Planet-də baş redaktor.
- Ceremi Ayrons — Alfred Penniuort / Brus Uaynın uşaqlıq və ən yaxın dostu.
- Holli Hanter — Finç / ABŞ-ın senatoru.
- Qal Qadot — Diana Prins / Möhtəşəm Qadın; 5.000 yaşlı Amazon şahzadəsi Zeusun demiqod qızı.
İstinadlar
- http://comicbook.com/2015/12/20/batman-v-superman-runtime-revealed/
- http://www.hollywoodreporter.com/news/superman-batman-dcs-real-battle-792190
- http://www.wsj.com/articles/the-great-comic-book-movie-debate-1457637539
- http://www.boxofficemojo.com/movies/?id=superman2015.htm
- http://collider.com/batman-vs-superman-synopsis-revealed/
- http://www.dccomics.com/blog/2013/08/22/ben-affleck-revealed-as-batman-in-warner-bros-pictures-new-super-hero-feature-film
- http://collider.com/batman-v-superman-lois-lane-storyline-amy-adams/
- ↑ http://www.dccomics.com/blog/2014/01/31/breaking-news-lex-luthor-and-alfred-pennyworth-cast-in-upcoming-man-of-steel-sequel
- http://fortune.com/contentfrom/2015/10/05/lex-luthor-jr/ntv_a/3dsBA58oDAfxgFA/
- ↑ http://www.hollywoodreporter.com/heat-vision/superman-batman-film-set-comic-589521
- http://www.ew.com/article/2014/04/03/supermanbatman-holly-hunter-callan-mulvey-tao-okamoto-join-cast
- http://www.hollywoodreporter.com/heat-vision/suicide-squad-batman-v-superman-808446
- http://www.dccomics.com/blog/2013/12/04/batman-vs-superman-casts-its-wonder-woman
- http://collider.com/batman-vs-superman-new-images-wonder-woman-age/
- http://metro.co.uk/2014/10/14/batman-vs-superman-wonder-womans-origin-revealed-for-dawn-of-justice-film-4905381/
Xarici keçidlər
- Filmin rəsmi vebsaytı
- Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi — Internet Movie Database saytında.
- Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi Box Office Mojo-da
- Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi Rotten Tomatoes saytında (ing.)
- Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi Metacritic-də