Qal Qadot
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Qal Qadot-Varsano (30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa və model. Ecazkar qadın obrazı ilə DC Genişləndirilmiş kainatda rol alması ilə məşhurlaşıb, Betmen supermenə qarşı filmində, Ecazkar qadın və Ədalət birliyi filmlərində rol almışdır. Həmçinin Gisel obrazı ilə Sürətli və cəld film seriyasında da rol almışdır.
Qal Qadot | |
---|---|
ivr. גל גדות | |
Doğum adı | Gal Gadot גל גדות |
Doğum tarixi | 30 aprel 1985 (36 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, model[d], gözəllik müsabiqəsi iştirakçısı[d], fotomodel[d], kino prodüseri |
Fəaliyyət illəri | 2004-cü ildən |
Boyu | 178 sm |
Çəkisi | 65 kq |
IMDb | ID 2933757 |
galgadot.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Gadot İsraildə anadan olmuş və orada boya başa çatmışdır. 2004-cü ildə 18 yaşı olarkən İsrail gözəli seçilmişdir. İsrail silahlı qüvvələrində iki illik hərbi xidmət keçmişdir. Universitetdə təhsil aldıqdan sonra modelliyə və aktrisalığa keçid etmişdir.
Erkən həyatı
Gal Gadot İsrailin Petah Tikva qəsəbəsində anadan olmuş, yaxınlıqdakı Rosh Hayin şəhərində də boya başa çatmışdır. Adı ibranicədən tərcümədə "dalğa" və "sahil" deməkdir. Anası müəllim, atası isə mühəndis olub. Valideynlərinin hər ikisi İsrailli olub, "Greenstein"lər kimi tanınmışlardır. Atası 6-cı nəsil israilli olub. Ana tərəfdən nənəsi Avropada anadan olmuş, babası isə nasistlərin əsiri olsa da xilas olmuş, lakin nənəsi hələ nasistlərdən qabaq dünyasını dəyişmişdir. Gadotun özünün qeyd etdiyinə görə qatı yəhudi cəmiyyətində böyümüşdür. Gadotun ailə kökləri polyak, avstriya, çex yəhudilərinə qədər gedib çıxır. Özündən kiçik bir bacısı var.
Təhsil aldığı orta məktəb, təbiət elmləri təmayüllü olub. Dediyinə görə orta məktəbdə uca boyulu olduğu üçün basketbol sevdiyi idman növü olub. Yeniyətmə Gadotun ilkj işi baxıcılıq olmuşdur. IDC Herzliya Universitetində hüquq təhsili almışdır.
Hərbi xidməti
Gadot İsrail Silahlı Qüvvələrində iki illik müddətə hərbi xidmətdə olmuşdur. Ordudaki illərini belə qeyd edir: "Orduda keçən iki və ya üç il vaxt itkisi deyil, insan nizam-intizam və hörmət qazanır." O, Sürətli və cəld filmindəki rolu əldə etməsində hərbi xidmətin köməyi olmasını qeyd etmişdir: "Düşünürəm ki, rejissor Castin Linin məni xoşlamasının səbəbi orduda keçirdiyim illər olmuşdur və o, mənim hərbidə əldə etdiyim bacarıqlarımdan istifadə etməyi istəmişdir."
Karyerası
Modellik və aktrisalığa keçidi
18 yaşı olarkən İsrail gözəli titulunu qazanmış, və sonra isə Dünya gözəli titulu üzrə Ekvadordakı yarışmaya qatılmışdır. 20 yaşında ikən hərbi xidmətə yollanmış, sonra isə hüquq təhsili almışdır.
Gadot model kimi Miss Sixty, Huawei, Captain Morgan, Gucci, Jaquar kimi markalar üçün kameralar qarşısına keçmişdir. 2015-ci ildə Gucci-nin Bamboo ətir markasının üzü olmuşdur. Həmçinin, Cosmoplitan, Glamour, Bride Magazine, Entertainment Weekly, UMN, Cleo, Fashion, Lucire, FHM kimi dərgilərdə üz qapağı olmuşdur. Gadot 2008–16-cı illər arasında Castro moda markasının baş modeli olmuşdur. 2013-də, modellik və aktrisalıqdan əldə etdiyi gəlir 2.4 milyonu ötmüşdür ki, bu da Esti Ginzburg, Shlomit Malka kimi digər məşhur israilli modellərin gəlirlərini ötmüş, Bar Refaelinin gəlirindən isə az fərqlə geridə qalmışdır.
2007-də, 21 yaşlı Gadotun İsrail ordusunda hərbi forma ilə çəkilmiş şəkili Maxim dərgisində "İsrail ordusunun qadınları" başlığı altında dərc olunmuş, sonra isə New York Post qəzetində də həmin şəkil göstərilmişdir. 2012-nin aprelində, Shalom Life dərgisi Gadotu "dünyanın ən bacarıqlı, savadlı, şən və cazibədar yəhudi qadınları" siyahısında 5-ci sıraya layiq görmüşdür. Bu siyahıda Gadot Bar Refaelidən və aktrisa Eva Grindən geridə qalmışdır. 2014-də, Gadot Instyle dərgisində Odeya Raş ilə birlikdə qabaqcıl israilli aktrisalardan biri kimi qeyd olunmuşdur.
Aktrisalıq karyerası
Universitetdə keçən ilk ilindən sonra Gadot Quantum of Solace filmində Bondun qadın köməkçisi Camilya Montez rolunda ifa üçün seçmələrə qatılmaq təklifi alır. Rolu əldə edə bilməsə də bir neçə ay sonra Gadot 2008-ci il İsrail istehsalı Bubot filmində rol alır. Üç ay sonra, Quantum of Solace filminin heyət üzrə direktoru Gadotu Sürətli və cəld filminin 4-cü hissəsində Gizel Yaşar obrazı üçün seçimlərə dəvət edir, Gadot 6 aktrisanı ötərək rolu əldə edir. Gadot aktrisa kimi istedadlarını bu filmlərdə göstərmişdir.
2010-da, Gadot Date Night ekşın-komediyasında və Tom Kruzun baş rolda olduğu Gecə və gündüz filmində kiçik rollar ifa etmişdir. 2011 etibarilə yenidən Sürətli və cəld seriyasındakı Gizel obrazını ifaya dönərək, seriyanın 5-ci və 6-cı hissələrində rol alır..
Gadot 2016-cı il istehsalı Betmen supermenə qarşı superqəhrəman filmində Ecazkar qadın obrazını ifa etmişdir. Gadotun film dünyasına ilk girişini etmiş olduğu Ecazkar qadın obrazını ifası filmin ən mükəmməl hissələrindən hesab olunmuşdur.
2016-da Gadot həmçinin, Con Hilkotun Üçlü doqquz filmində Keyt Vinstlet və Aron Paul ilə birlikdə kiçik bir rol oynamışdır. Həmin ildə, Reyn Reynoldsun arvadı rolunda Kriminal filmində, Kevin Kosner, Geri Oldmen, Tomi Li Cons ilə birlikdə rol almışdır. 2016-da son olaraq Cəsus Qonşular filmində İsla Fişer və Con Xam ilə birlikdə rol almışdır.
2017-də, Gadot Ecazkar qadın filmində baş rolda çıxış etmişdir. 2017-nin noyabr ayında yayımlanmış olan Ədalət birliyi filmindəki Ecazkar qadın rolu ilə DC Genişləndirilmiş kainatındaki rol sayını üçə çatdırmışdır. 2017-də Gadot həmçinin, Ekran işi və bağlı elmlər üzrə akademiyanın üzvlüyünə dəvət almışdır.
Digər işləri
Gal Gadot, Ecazkar qadın rolunun eks ifaçısı Linda Karter, DC Entertainment-in prezidenti Dian Nelson, Ecazkar qadın filminin rejissoru Peti Cenkins və BMT-nin Baş katibinin müavini Kristina Qalaç 2016-cı il oktyabrın 21-də BMT-də bir araya gələrək, Ecazkar qadının ilk dəfə təsvir olunmasının 75 illiyini, BMT tərəfindən "Qadın və qızların gücləndirilməsi üzrə fəxri səfir" kimi Ecazkar qadının təyinatını qeyd etmişlər. Bu simvolik təyinat 2030-cu ilə kimi bütün qadınlar və qızlar üçün gender bərabərliyini əldə etməyi nəzərdə tutan BMT-nin Davamlı İnkişaf Strategiyası planının 5-ci maddəsi çərçivəsində həyata keçirilmişdir. Bu qərar BMT Heyət üzvləri tərəfindən xoş qarşılanmamış, üzvlər Baş katib Ban Ki Muna müraciət edərək Ecazkar qadının dünya mədəniyyətini əks etdirmədiyini demiş, xarakterin qadınları bütləşdirdiyini irəli sürmüşlər. Nəticədə, təyinat ləğv edilmiş və dekabrın 16-da proyekt sonlandırılmışdır.
Şəxsi yaşamı
Gadot 28 sentyabr 2008-ci ildə israilli biznesmen Yaron Varsano ilə evlənmişdir. Cütlüyün Maya və Alma adında iki dənə qız uşaqları var. 2015-ci ilə qədər, cütlüyün tel Əvivdə lüks oteli var idi ki, Gadot idarəsində iştirak edirdi, hətta otel otaqlarındakı yataq örtülərini belə şəxsən dəyişdirdiyi belə deyilirdi . Cütlük, oteli 2015-ci ildə Roman Abramoviçə 26 milyon dollar qarşılığında satmışdır.
Filmoqrafiyası
Qatıldığı yarışmalar
İl | Adı | Statusu | Qeydlər |
---|---|---|---|
2004 | Miss Israel 2004 | Titulsuz | Qalib |
2004 | Miss Universe 2004 | Miss Israel | İştirakçı |
Qaynaqlar
- ↑ Munzinger Personen
- ↑ https://people.com/tag/gal-gadot/
- Fleming, Mike (4 December 2013). "Emerging Star Gal Gadot Set For Wonder Woman In 'Batman Vs. Superman'". Deadline.com. İstifadə tarixi: 4 December 2013.
- "Gal Gadot to Play Wonder Woman in 'Batman vs. Superman'". Variety. 4 December 2013. İstifadə tarixi: 4 December 2013.
- Weaver, Caity. "Gal Gadot Kicks Ass". GQ Magazine. İstifadə tarixi: 15 November 2017.
- . The Forward. 2 May 2011. 7 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 September 2013.
- Halutz, Avshalom (6 December 2013). "Who is Gal Gadot, Hollywood's next Wonder Woman?". Haaretz. İstifadə tarixi: 4 January 2014.
- Scott, Becky (30 May 2017). "Have You Been Pronouncing Gal Gadot Wrong?". The Forward.
- "Instagram post by Gal Gadot • May 29, 2017 at 8:37pm UTC". Instagram.
- https://www.rollingstone.com/movies/features/wonder-woman-gal-gadot-on-becoming-badass-female-action-hero-w498704
- "יום השואה: מפורסמים משתפים בזכרון אישי – וואלה! סלבס".
- "מס' 16: גל גדות". Ynet. 9 February 2004.
- . TotallyJewish.com. 12 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 September 2013.
- "Living in Los Angeles, Actress Gal Gadot Says She Misses Israeli 'Chutzpah'". Algemeiner.com.
- Hirschberg, Lynn. "Gal Gadot Listened to Beyoncé to Prepare for Her Wonder Woman Audition".
- "Gal Gadot Is Wonder Woman: 'She Is Not Relying on a Man, and She's Not There Because of a Love Story". Glamour. March 2016.
- "סופר־גירל – ידיעות אחרונות". Yediot.co.il. 22 March 2016. İstifadə tarixi: 22 October 2016.
- Chatting With 'Fast Five' Star Gal Gadot 2015-04-18 at the Wayback Machine, Curt Schleier, 2 May 2011
- "Wonder Woman Star Gal Gadot Dazzled as Miss Israel".
- "Batman v Superman Dawn of Justice - Gal Gadot Official Interview (2016)". Film Is Now. March 25, 2016 – YouTube vasitəsilə.
- Romeyn, Kathryn (9 July 2015). "Wonder Woman Gal Gadot is the Face of Gucci's New Fragrance". The Hollywood Reporter.
- "Israeli Fashion Retailer Torn Between Daring Spirit and Need to Please the Masses". Haaretz.
- הדוגמניות המרוויחות ביותר בישראל 2015-06-09 at the Wayback Machine Forbes Israel, June 2013
- Ashley Baylen (12 April 2012). . Shalom Life. 27 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 May 2013.
- Berger, Elia (8 June 2014), Israel's Gal Gadot and Odeya Rush get noticed as Hollywood's newest leading ladies, The Jerusalem Post
- "IGN: New Furious Babe". IGN. Newscorp. 4 March 2008. İstifadə tarixi: 16 March 2011.
- "Gal Gadot: Too fast too furious?". Israelenews.com. 30 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 March 2011.
- Wilson, Simone (4 December 2013). "Gal Gadot is Wonder Woman: Israeli badass takes on the boys in 'Batman vs. Superman'". The Jewish Journal of Greater Los Angeles.
- "JUF : Teens : Celebrities : Gal Gadot". JUF. İstifadə tarixi: 4 January 2014.
- ↑ [1]
- Doran, Michael (27 December 2013). "Gal Gadot Responds To Being 'Too Skinny' for Wonder Woman". Newsarama. İstifadə tarixi: 24 February 2016.
- Russell, Scarlett (27 March 2016). "Wonder Woman reborn: how she stole limelight from Batman and Superman". The Guardian. İstifadə tarixi: 1 April 2016.
- Flemming Jr., Mike (5 February 2014). "Open Road Acquires Domestic On 'Triple Nine;' Michael B. Jordan, Aaron Paul, Gal Gadot, Michael Pena Join Killer Cast". Deadline. İstifadə tarixi: 20 April 2014.
- Kit, Borys (12 August 2014). "Wonder Woman Actress Gal Gadot Joins Kevin Costner in 'Criminal'". The Hollywood Reporter. İstifadə tarixi: 29 September 2014.
- "Criminal (2016)". Rotten Tomatoes. İstifadə tarixi: 30 July 2016.
- "On the Set for 4/20/15: Michael Bay Starts TMNT Sequel, Gal Gadot Begins Keeping Up With the Joneses, Natalie Dormer Wraps Shooting on Patient Zero". ssninsider.com. 20 April 2015. İstifadə tarixi: 27 April 2015.
- "Gal Gadot cast as Wonder Woman: Comics world reacts on Twitter". Los Angeles Times. 5 December 2013.
- Begley, Chris. "Gal Gadot signed a 3 movie deal as Wonder Woman (video)". Batman News. İstifadə tarixi: 22 January 2014.
- Kroll, Justin. "'Wonder Woman' Gal Gadot Signs Three-Picture Deal with Warner Bros". Variety. İstifadə tarixi: 23 January 2014.
- Rottenberg, Josh (June 28, 2017). "Motion picture academy opens its doors to 774 new members as push for diversity continues". Los Angeles Times.
- Serrao, Nivea (October 13, 2016). "Wonder Woman named UN Honorary Ambassador for empowerment of women and girls". Entertainment Weekly.
- "Wonder Woman Named the United Nations' Honorary Ambassador for the Empowerment of Women and Girls". Business Wire. October 21, 2016.
- Roberts, Elizabeth (December 13, 2016). "UN drops Wonder Woman as honorary ambassador". CNN.
- "Yaron Varsano- Wonder Woman actress Gal Gadot's Husband". December 2013. İstifadə tarixi: 15 November 2013.
- Wonderwall.com Editors 2:36 pm PDT, 26 July 2016 (26 July 2016). "Gal Gadot daughter Alma Varsano – Gal Gadot Wonder Woman things to know | Gallery". Wonderwall.com. İstifadə tarixi: 22 October 2016.CS1 maint: Multiple names: authors list (link)
- "Wonder Woman Gal Gadot: My Daughter Made Me Appreciate the Importance of Female Superheroes". The Hollywood Reporter. 15 March 2016. İstifadə tarixi: 22 October 2016.
- "And then we were four". Twitter. 20 March 2017. İstifadə tarixi: 20 March 2017.
- "Between the sheets with model Israeli", Jewish News, June 2, 2011, 2016-03-24 tarixində
- Shlomit Tsur (13 April 2015). "Roman Abramovich buys Tel Aviv hotel" 10 iyul 2015 at the Wayback Machine Globes
Xarici keçidlər
- Qal Qadot rəsmi saytı