Bakı ingilis general qubernatorluğu — Mudros barışığının (1918) şərtlərinə əsasən, 1918-ci il noyabrın 17-də Bakını zəbt etmiş ingilis qoşunları komandanlığının hərbi-inzibati hakimiyyət strukturu.
Məlumat
| ]Belə ki, Birinci Dünya müharibəsində (1914-18) məğlub tərəf kimi Osmanlı öz qoşunlarını Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan çıxarmağa məcbur olmuş, Cənubi Qafqaz Böyük Britaniyanın təsir dairəsinə qatılmışdı. Öz tabeliyində kifayət qədər güclü qoşun hissələri olmayan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və yenidən toplanmış Azərbaycan Milli Şurası istiqlal prinsipindən geri çəkilməmək şərti ilə Bakıya gələcək ingilis generalı U.Tomsonla danışıqlara başlamaq məcburiyyətində qalmışdı. İrandakı ingilis qoşunlarının komandanı general U.Tomsonla danışıqlar aparmaq üçün Ənzəliyə Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev və Musa bəy Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyəti göndərilmişdi. Danışıqların sonunda general U.Tomson 1918-ci il noyabrın 17-si gündüz saat 12-dən Bakı şəhərində hərbi vəziyyət elan olunacağını bəyan etmişdi. Hərbi vəziyyət müddətində U.Tomson Bakı şəhərinin hərbi qubernatoru elan edilirdi. Azərbaycan hökuməti noyabrın 18-də rəsmi məlumatında bildirirdi ki, müvəqqəti olaraq, yalnız Bakıya daxil olmuş müttəfiq qoşunları ancaq hərbi hakimiyyəti təmsil edəcəklər. Lakin ingilis hərbi komandanlığı Bakıda yerləşdiyi vaxtdan ölkənin ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrinə müdaxilə etməyə başlamışdı. Belə ki, 1918-ci il noyabrın 29-dan Xəzər donanmasının bütün ticarət gəmiləri də ingilis komandanlığının sərəncamına keçmişdi. Ticarət donanmasını idarə etmək üçün başda mayor Braun olmaqla, "İngiltərə Dəniz Nəqliyyatı" şirkəti təsis olunmuşdu. İngilislər sərəncamlarında olan Bakı ticarət limanının maliyyələşdirilməsini Azərbaycan Hökumətinin öhdəsinə buraxmışdı. Neft sənayesini də nəzarətdə saxlamağa çalışan ingilislər tezliklə "Britaniya Neft İdarəsini" təsis etdilər. 1918-ci ilin dekabrından 1919-cu ilin avqustuna qədər ingilislər Bakıdan 113,5 milyon manatlıq 30 milyon puda qədər neft aparmışdılar. Onların göstərişi ilə Bakıdan daşınan bütün neft məhsullarına heç bir aksiz rüsumları qoyulmur və bütün yüklər maneəsiz buraxılırdı. General U.Tomson ingilis zabitlərini yoxlamağı Azərbaycan Cümhuriyyətinin dəmiryolu işçilərinə qadağan etmişdi.
Mülki idarəçilik sahələrinə də müdaxilə edən ingilislər pul əsginaslarının buraxılmasını öz nəzarətinə götürmüş, əhalinin ərzaqla təminatı sistemini yenidən qurmuş, neft hasilatı və dəmiryolu sahələrində mövcud əmək münaqişələrini özləri həll etmək üçün Əmək İdarəsi yaratmışdılar. İngilis komandanlığının əmri ilə Azərbaycan Hərbi Nazirliyi silahlı qüvvələri ilə birlikdə Bakıdan çıxarılaraq Gəncəyə köçürülmüşdü. Bütün bunlarla yanaşı, general-qubernator U.Tomson Azərbaycandakı ictimai-siyasi reallıqlarla tanış olduqdan sonra 1918-ci il dekabrın 28-də bəyanatla çıxış etdi: "Fətəli xan Xoyskinin sədrliyi ilə koalisiyalı Azərbaycan Hökuməti yaradıldığı üçün bəyan edirəm ki, Müttəfiqləri Komandanlığı Azərbaycan ərazisində yeganə yerli qanuni hakimiyyət kimi bu hökumətə tam dəstək verəcəkdir".
1918-ci ilin dekabrında ingilis general-qubernatorunun əmri ilə Qarabağ və Zəngəzurun Azərbaycan Hökumətinin idarəsinə verildiyi elan olundu.
1919-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Hökuməti Bakı-ingilis general-qubernatorluğunun ləğv edilməsi uğrunda mübarizə aparırdı. Bu məqsədlə Azərbaycan Hökumətinin Paris sülh konfransındakı (1919-20) nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşova da tapşırılmışdı ki, əldə olan bütün vasitələrlə ingilis general-qubernatorluğunun ləğvinə çalışsın. Azərbaycan Xarici İşlər Nazirliyinin Topçubaşova teleqramında göstəriliridi: "Nəyin hesabına olursa-olsun, Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsinə nail olmaq lazımdır. Əks təqdirdə idarəçilik nöqteyi-nəzərindən dözülməz hesab edilən ikihakimiyyətlilik alınır. Sonra sizdən belə bir xahişimiz var ki, ingilis komandanlığının bizim maliyyə işlərinə qarışmamasına nail olasınız." Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini pozan bu məsələ ilə bağlı Avropa və Amerika dövlətlərinə etiraz notası göndərilməsini, Avropa mətbuatında bunun Azərbaycanın daxili işlərinə müdaxilə olduğu barədə yazı verilməsini vacib sayırdı.
Digər tərəfdən uzun müddət Azərbaycanda qaldıqlarına görə etiraz edən, vətənə qayıtmaq istəyən ingilis əsgərlərinin sıralarında intizamsızlıq güclənirdi. Artıq Azərbaycan Hökumətinin Azərbaycan xalqının iradəsini əks etdirdiyinə əmin olan müttəfiq komandanlıq 1919-cu il aprelin əvvəllərində Azərbaycan silahlı qüvvələrinin azsaylı kontingentinin Bakıda yerləşdirilməsinə razılıq verilmişdi. İngilis komandanlığı Azərbaycanı tərk etməzdən əvvəl hərbi ləvazimatı Könüllü orduya, Hərbi Dəniz Donanmasını isə hələ 1919-cu ilin əvvəllərində Denikinə vermişdi. Azərbaycan Hökuməti buna qarşı kəskin etiraz notası ilə çıxış etdi. İngilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, ordunun hərbi sursatını və hərbi gəmilərinin bir hissəsini Azərbaycan Hökumətinə qaytarmışdılar.
Beləliklə, 1918-ci il noyabrın 17-də Bakıya daxil olmuş ingilis qoşunları 1919-cu ilin avqustunda Azərbaycanı tərk etdilər. Azərbaycan paytaxtında ingilis general-qubernatorluğunun mövcudluğu nə qədər acınacaqlı olsa da, o, obyektiv olaraq, ölkədə gedən demokratik proseslərin inkişafında, dövlət hakimiyyəti təsisatların möhkəmləndirilməsində, başlıca isə Azərbaycanın müstəqilliyinin və ərazi bötüvlüyünün Rusiya imperiyapərəst qüvvələrin hücumundan xilas olmasında, müvəqqəti olsa da, əhəmiyyətli rol oynamışdır.
Həmçinin bax
| ]Xarici keçidlər
| ]- BAKI İNGİLİS GENERAL-QUBERNATORLUĞU
İstinadlar
| ]- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 219-220
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Baki ingilis general qubernatorlugu Mudros barisiginin 1918 sertlerine esasen 1918 ci il noyabrin 17 de Bakini zebt etmis ingilis qosunlari komandanliginin herbi inzibati hakimiyyet strukturu Melumat span Bele ki Birinci Dunya muharibesinde 1914 18 meglub teref kimi Osmanli oz qosunlarini Cenubi Qafqazdan o cumleden Azerbaycandan cixarmaga mecbur olmus Cenubi Qafqaz Boyuk Britaniyanin tesir dairesine qatilmisdi Oz tabeliyinde kifayet qeder guclu qosun hisseleri olmayan Azerbaycan Xalq Cumhuriyyeti Hokumeti ve yeniden toplanmis Azerbaycan Milli Surasi istiqlal prinsipinden geri cekilmemek serti ile Bakiya gelecek ingilis generali U Tomsonla danisiqlara baslamaq mecburiyyetinde qalmisdi Irandaki ingilis qosunlarinin komandani general U Tomsonla danisiqlar aparmaq ucun Enzeliye Nesib bey Yusifbeyli Ehmed bey Agayev ve Musa bey Refiyevden ibaret Azerbaycan numayende heyeti gonderilmisdi Danisiqlarin sonunda general U Tomson 1918 ci il noyabrin 17 si gunduz saat 12 den Baki seherinde herbi veziyyet elan olunacagini beyan etmisdi Herbi veziyyet muddetinde U Tomson Baki seherinin herbi qubernatoru elan edilirdi Azerbaycan hokumeti noyabrin 18 de resmi melumatinda bildirirdi ki muveqqeti olaraq yalniz Bakiya daxil olmus muttefiq qosunlari ancaq herbi hakimiyyeti temsil edecekler Lakin ingilis herbi komandanligi Bakida yerlesdiyi vaxtdan olkenin ictimai siyasi ve iqtisadi heyatinin butun sahelerine mudaxile etmeye baslamisdi Bele ki 1918 ci il noyabrin 29 dan Xezer donanmasinin butun ticaret gemileri de ingilis komandanliginin serencamina kecmisdi Ticaret donanmasini idare etmek ucun basda mayor Braun olmaqla Ingiltere Deniz Neqliyyati sirketi tesis olunmusdu Ingilisler serencamlarinda olan Baki ticaret limaninin maliyyelesdirilmesini Azerbaycan Hokumetinin ohdesine buraxmisdi Neft senayesini de nezaretde saxlamaga calisan ingilisler tezlikle Britaniya Neft Idaresini tesis etdiler 1918 ci ilin dekabrindan 1919 cu ilin avqustuna qeder ingilisler Bakidan 113 5 milyon manatliq 30 milyon puda qeder neft aparmisdilar Onlarin gosterisi ile Bakidan dasinan butun neft mehsullarina hec bir aksiz rusumlari qoyulmur ve butun yukler maneesiz buraxilirdi General U Tomson ingilis zabitlerini yoxlamagi Azerbaycan Cumhuriyyetinin demiryolu iscilerine qadagan etmisdi Mulki idarecilik sahelerine de mudaxile eden ingilisler pul esginaslarinin buraxilmasini oz nezaretine goturmus ehalinin erzaqla teminati sistemini yeniden qurmus neft hasilati ve demiryolu sahelerinde movcud emek munaqiselerini ozleri hell etmek ucun Emek Idaresi yaratmisdilar Ingilis komandanliginin emri ile Azerbaycan Herbi Nazirliyi silahli quvveleri ile birlikde Bakidan cixarilaraq Genceye kocurulmusdu Butun bunlarla yanasi general qubernator U Tomson Azerbaycandaki ictimai siyasi realliqlarla tanis olduqdan sonra 1918 ci il dekabrin 28 de beyanatla cixis etdi Feteli xan Xoyskinin sedrliyi ile koalisiyali Azerbaycan Hokumeti yaradildigi ucun beyan edirem ki Muttefiqleri Komandanligi Azerbaycan erazisinde yegane yerli qanuni hakimiyyet kimi bu hokumete tam destek verecekdir 1918 ci ilin dekabrinda ingilis general qubernatorunun emri ile Qarabag ve Zengezurun Azerbaycan Hokumetinin idaresine verildiyi elan olundu 1919 cu ilin evvellerinden baslayaraq Azerbaycan Hokumeti Baki ingilis general qubernatorlugunun legv edilmesi ugrunda mubarize aparirdi Bu meqsedle Azerbaycan Hokumetinin Paris sulh konfransindaki 1919 20 numayende heyetinin bascisi Elimerdan bey Topcubasova da tapsirilmisdi ki elde olan butun vasitelerle ingilis general qubernatorlugunun legvine calissin Azerbaycan Xarici Isler Nazirliyinin Topcubasova teleqraminda gosteriliridi Neyin hesabina olursa olsun Bakida ingilis general qubernatorlugunun legv edilmesine nail olmaq lazimdir Eks teqdirde idarecilik noqteyi nezerinden dozulmez hesab edilen ikihakimiyyetlilik alinir Sonra sizden bele bir xahisimiz var ki ingilis komandanliginin bizim maliyye islerine qarismamasina nail olasiniz Xarici Isler Nazirliyi Azerbaycan Xalq Cumhuriyyetinin suverenliyini pozan bu mesele ile bagli Avropa ve Amerika dovletlerine etiraz notasi gonderilmesini Avropa metbuatinda bunun Azerbaycanin daxili islerine mudaxile oldugu barede yazi verilmesini vacib sayirdi Diger terefden uzun muddet Azerbaycanda qaldiqlarina gore etiraz eden vetene qayitmaq isteyen ingilis esgerlerinin siralarinda intizamsizliq guclenirdi Artiq Azerbaycan Hokumetinin Azerbaycan xalqinin iradesini eks etdirdiyine emin olan muttefiq komandanliq 1919 cu il aprelin evvellerinde Azerbaycan silahli quvvelerinin azsayli kontingentinin Bakida yerlesdirilmesine raziliq verilmisdi Ingilis komandanligi Azerbaycani terk etmezden evvel herbi levazimati Konullu orduya Herbi Deniz Donanmasini ise hele 1919 cu ilin evvellerinde Denikine vermisdi Azerbaycan Hokumeti buna qarsi keskin etiraz notasi ile cixis etdi Ingilisler Bakini terk ederken seher limaninin idareciliyini herbi hisselerin radiostansiyalarini ordunun herbi sursatini ve herbi gemilerinin bir hissesini Azerbaycan Hokumetine qaytarmisdilar Belelikle 1918 ci il noyabrin 17 de Bakiya daxil olmus ingilis qosunlari 1919 cu ilin avqustunda Azerbaycani terk etdiler Azerbaycan paytaxtinda ingilis general qubernatorlugunun movcudlugu ne qeder acinacaqli olsa da o obyektiv olaraq olkede geden demokratik proseslerin inkisafinda dovlet hakimiyyeti tesisatlarin mohkemlendirilmesinde baslica ise Azerbaycanin musteqilliyinin ve erazi botuvluyunun Rusiya imperiyaperest quvvelerin hucumundan xilas olmasinda muveqqeti olsa da ehemiyyetli rol oynamisdir Hemcinin bax span Paris Sulh Konfransi Azerbaycan Xalq CumhuriyyetiXarici kecidler span BAKI INGILIS GENERAL QUBERNATORLUGUIstinadlar span Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Lider nesriyyat Baki 2004 seh 219 220 Kateqoriya Baki tarixi
