| Bahar Talıbova | |
|---|---|
| |
| Doğum tarixi | 17 mart 1927 |
| Doğum yeri | |
| Vəfat tarixi | 20 iyul 2003 (76 yaşında) |
| Vəfat yeri | |
| Uşağı | |
| Fəaliyyəti | siyasətçi, pambıqçı |
| Partiyası | |
| Mükafatları | |
Bahar xanım Talıbova (17 mart 1927, Aşağı Aralıq, Naxçıvan MSSR – 20 iyul 2003, Aşağı Aralıq, Naxçıvan Muxtar Respublikası) — Sosialist Əməyi Qəhrəmanı, pambıqçı.
Həyatı
| ]Bahar Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra "Zəhmət" kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir.
Təltifləri
| ]Böyük Vətən müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941–1945-ci illərdə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının "Pambıq ustası" fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, o, "Azərbaycan SSR-in qırx illiyi şərəfinə" yubiley medalı, "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi. Sonrakı dövrlərdə də onun əmək uğurları yeni təltiflərdə öz əksini tapmış, o, 1964-cü ildə Azərbaycan SSR-in "Əməkdar pambıqçısı" fəxri adı, 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni, 1971-ci ildə isə "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1982-ci il 19 avqust tarixlı qərarı ilə İttifaq əhəmiyyətli fərdi təqaüd verilmişdir.
Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.
İctimai fəaliyyəti
| ]Bahar Talıbova dörd çağırış – 16 il SSRİ Ali Sovetinin, 3 çağırış – 12 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir.
Bahar Talıbova uzun illər Şərur Rayon Qadınlar Şurasının sədri olmuş, dəfələrlə kolxozçuların ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Bahar xanım əldə etdiyi yüksək göstəricilərə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür.
İşlədiyi dövrdə ona verilən tapşırıqları ikiqat artıqlaması ilə yerinə yetirdiyindən dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş, sərginin gümüş medalına layiq görülmüşdür.
Xatirəsi
| ]Bahar Talıbovanın qazandığı yüksək göstəricilər "Bizim qadınlar" və "Nəsillərə nümunə: qayğı dolu ömür yolu" sənədli filmlərində öz əksini tapmış, 2007-ci ildə ictimai xadimin 80 illik yubileyi münasibətilə tərtib edilmiş "Qayğı dolu ömür yolu" kitabı nəşr olunmuşdur. Şıxəli Qurbanov, Hüseyn İbrahimov, Elman Həbib, Asim Yadigar, Ələddin Eyvazov ona əsərlər həsr etmişlər.
İstinadlar
| ]- "Arxivlənmiş surət". 18 mart 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may 2017.
Xarici keçidlər
| ]- Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 90 illik yubileyi qeyd olunmuşdur Arxivləşdirilib 2017-03-18 at the Wayback Machine/ "Şərq qapısı" qəzeti 17-03-2017-ci il
- Talıbova Bahar Məhərrəm qızı (азерб.) // Naxçıvan ensiklopediyası. — Национальная Академия Наук Азербайджана, 2005.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Bahar TalibovaDogum tarixi 17 mart 1927 1927 03 17 Dogum yeri Asagi Araliq Serur rayonu Naxcivan MSSR Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 20 iyul 2003 2003 07 20 76 yasinda Vefat yeri Asagi Araliq Serur rayonu Naxcivan Muxtar Respublikasi AzerbaycanUsagi Vasif TalibovFealiyyeti siyasetci pambiqciPartiyasi Sovet Ittifaqi Kommunist PartiyasiMukafatlari Bahar xanim Talibova 17 mart 1927 Asagi Araliq Naxcivan MSSR 20 iyul 2003 Asagi Araliq Naxcivan Muxtar Respublikasi Sosialist Emeyi Qehremani pambiqci Heyati span Bahar Talibova 1927 ci il mart ayinin 17 de Serur rayonunun Asagi Araliq kendinde dunyaya goz acmisdir Boyuk Veten muharibesi baslananda Bahar Talibova Serur rayonundaki Qarxun kend yeddiillik mektebinin besinci sinfinde oxuyurdu Atasi muharibede helak olandan sonra aileni dolandirmaq ucun mektebden ayrilmadan emek fealiyyetine baslamisdir 1943 cu ilde Serur rayonunun Qarxun kend mektebini bitirdikden sonra Zehmet kolxozunda calisan Bahar xanim Talibovanin adina 16 yasinda ilk emek kitabcasi yazilmis 1951 ci ilden Qarxun kendindeki Mehdi Huseynzade adina kolxozda manqa bascisi islemisdir Teltifleri span Boyuk Veten muharibesi dovrunde ve muharibeden sonraki illerde emeyi qiymetlendirilen Bahar Talibova ilk defe 1941 1945 ci illerde Resadetli emeye gore medali ile teltif olunmusdur Naxcivan Muxtar Sovet Sosialist Respublikasi Ali Soveti Reyaset Heyetinin 1959 cu il 27 oktyabr tarixli Fermani ile Bahar Talibovaya Naxcivan Muxtar Sovet Sosialist Respublikasinin Pambiq ustasi fexri adi verilmisdir 1959 cu ilde manqa bascisi isleyerken 12 hektar sahenin her hektarindan 60 sentner pambiq goturduyunden Bahar Talibovaya SSRI Ali Soveti Reyaset Heyetinin 1960 ci il 7 mart tarixli Fermani ile SSRI de en yuksek fexri ad olan Sosialist Emeyi Qehremani adi verilmis o Azerbaycan SSR in qirx illiyi serefine yubiley medali Lenin ordeni ve Oraq ve cekic qizil medali ile teltif olunmusdur Bahar xanim bu yuksek ada Naxcivan Muxtar Respublikasinda 33 yasinda layiq gorulen birinci qadin idi Sonraki dovrlerde de onun emek ugurlari yeni teltiflerde oz eksini tapmis o 1964 cu ilde Azerbaycan SSR in Emekdar pambiqcisi fexri adi 1966 ci ilde Qirmizi emek bayragi ordeni 1971 ci ilde ise Oktyabr inqilabi ordeni ile teltif edilmisdir Azerbaycan Kommunist Partiyasi Naxcivan Vilayet Komitesinin 1982 ci il 19 avqust tarixli qerari ile Ittifaq ehemiyyetli ferdi teqaud verilmisdir Heyder Eliyevin 2002 ci il 2 oktyabr tarixli Serencami ile Prezident teqaudune layiq gorulmusdur Ictimai fealiyyeti span Bahar Talibova dord cagiris 16 il SSRI Ali Sovetinin 3 cagiris 12 il Naxcivan Muxtar Sovet Sosialist Respublikasi Ali Sovetinin deputati secilmisdir Bahar Talibova uzun iller Serur Rayon Qadinlar Surasinin sedri olmus defelerle kolxozcularin umumittifaq qurultaylarinin numayendesi secilmisdir Bahar xanim elde etdiyi yuksek gostericilere gore defelerle Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin ve Naxcivan MSSR Ali Soveti Reyaset Heyetinin fexri fermanlarina layiq gorulmusdur Islediyi dovrde ona verilen tapsiriqlari ikiqat artiqlamasi ile yerine yetirdiyinden defelerle SSRI Xalq Teserrufati Nailiyyetleri Sergisinde istirak etmis serginin gumus medalina layiq gorulmusdur Xatiresi span Bahar Talibovanin qazandigi yuksek gostericiler Bizim qadinlar ve Nesillere numune qaygi dolu omur yolu senedli filmlerinde oz eksini tapmis 2007 ci ilde ictimai xadimin 80 illik yubileyi munasibetile tertib edilmis Qaygi dolu omur yolu kitabi nesr olunmusdur Sixeli Qurbanov Huseyn Ibrahimov Elman Hebib Asim Yadigar Eleddin Eyvazov ona eserler hesr etmisler Istinadlar span Arxivlenmis suret 18 mart 2017 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 29 may 2017 Xarici kecidler span Sosialist Emeyi Qehremani Bahar Talibovanin 90 illik yubileyi qeyd olunmusdur Arxivlesdirilib 2017 03 18 at the Wayback Machine Serq qapisi qezeti 17 03 2017 ci il Talibova Bahar Meherrem qizi azerb Naxcivan ensiklopediyasi Nacionalnaya Akademiya Nauk Azerbajdzhana 2005 Kateqoriyalar 17 martda dogulanlar1927 ci ilde dogulanlarSerur rayonunda dogulanlar20 iyulda vefat edenler2003 cu ilde vefat edenler76 yasinda vefat edenlerSerur rayonunda vefat edenlerSovet Ittifaqi Kommunist Partiyasinin uzvleriSosialist emeyi qehremanlari Lenin ordeni ile teltif edilenlerSSRI Ali Sovetinin V cagiris deputatlariSSRI Ali Sovetinin VI cagiris deputatlariSSRI Ali Sovetinin VII cagiris deputatlariSSRI Ali Sovetinin VIII cagiris deputatlariNaxcivan MSSR Ali Sovetinin IX cagiris deputatlariNaxcivan MSSR Ali Sovetinin X cagiris deputatlariNaxcivan MSSR Ali Sovetinin XI cagiris deputatlariAzerbaycan pambiqcilariTalibovlarGizli kateqoriya Elifba sirasina gore sexsler
